Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-733/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-819/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmi şov Anar Mövsüm oğlunun tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, X qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum heç bir əsaslı səbəb olmadan 26 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində A stara rayonu, Ərçivan qəsəbəsində, Zərərçəkmiş şəxs yaşadığı evin həyətində ictimai qaydanı kobud surətdə pozaraq, uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozan, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin həyətdən götürdüyü təsərrüfat təyinatlı beli silah qismində istifadə edərək həyətdə olan, Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini vurub sındıraraq 780 (yeddi yüz səksən) manat dəyərində maddi ziyan vurmuşdur. Daha sonra Məhkum cinayətkar hərəkətlərini davam etdirib, həmin evin qarşısındakı yola çıxaraq əlində olan bellə Zərərçəkmiş şə xs xuliqanlıq niyyəti ilə qəsdən vuraraq, ona sol əlin V daraq sümüyünün sınığı, sağ dirsək, sağ said nahiyyələrində sıyrıqlar, sol əl, döş qəfəsi nahiyyələrində qançırlar, sağ əlin İV barmağı nahiyyəsində əzilmiş yara ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir.
4. Astara Rayon Məhkəməsinin 1(018)-48/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 02 (iki) il 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 aprel 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(10 6)-541/2024 nömrəli, 07 iyun 2024-cü tarixli qərarı ilə apellyasiya şikayətinə baxılmasına xitam verilməsi, Astara Rayon Məhkəməsinin 1(018)-48/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır.
7. Astara Rayon Məhkəməsinin 1(018)-79/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikas ı CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 aprel 2024-cü il tarixdən hesablanması hökm edilmiş, digər məsələlər həll edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-819/2024 nömrəli, 17 oktyabr 2024-cü tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 1(018)-79/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli hökmü apellyasiya şikayəti nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Müdafiəçi kassasiya şikayətində çoxsaylı maddi və prosessual normalara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə, apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırmasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 21 may 2011-ci il tarixli, “B.Yusifovanın şikayəti üzrə” 17 fevral 2006cı i l tarixli qərarlarına, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 nömrəli, 23 mart 2004-cü il tarixli qərarına və digər qərarlara, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəsini almış bir neçə qərarına istinad edərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-819/2024 nömrəli, 17 oktyabr 2024-cü tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi olmadığı üçün həmin maddə ilə Məhkum barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə verilmiş ittihamın həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməklə Məhkum dərhal azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qəra rın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya i nstansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Müdafiəçi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini ümumiyyətlə törətmədiyini, eyni zamanda törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə səhv tövsif edildiyini iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-819/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
19. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yarad ır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səl ahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edil məsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
23. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 221.3 və 127.2.3-cü maddələri ilə deyil, eyni Məcəllənin 127.1-ci maddəsi ilə tövsif edilməli olduğuna dair kassasiya müraciətinin dəlillərini əsassız hesab edir.
24. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3 və 127.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsiri onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəməyədək icraat dövründə və məhkəmə qarşısında verdikləri ifadələri, “baxış keçirilməsi haqqında” protokol, digər istintaq və məhkəmə hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi, qüsur aktı, maddi sübut və işdə olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
25. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüy ünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qeyd ed ilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum məhz məhkum edildiyi cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
27. Belə nəticəyə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının t əfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
28. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
29. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-819/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-819/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.