Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-734/2019 07.06.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 734/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "07" iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Məmmədov Asəf Sahib oğlu, M ülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Laçın rayon Vergilər Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərarından mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Qurbanov Ramin Afad oğlu) xx xxxx 1982-ci il tarixdə Şuşa rayonu, Malıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsil li, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 xx xxxx 1968-ci il tarixdə Laçın rayonu, Ərikli kəndində, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Laçın rayonu, Ərikli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X1 xx xxxx 1968-ci il tarixdə Laçın rayonu, Vağazin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, Xocalı şəhərində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsindən CM-nin 213.1-ci maddəsinə tövsif edilərək Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödənildiyinə görə xitam verilmiş, onlar cinayət məsuliyyətindən azad edilmiş, iş üzrə mülki iddia rədd edilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunmuşlar ona görə ki, Laçın rayonu Vergilər Şöbəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsi olan “xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinə faktiki rəhbərlik edən Təqsirləndirilən şəxs1, cəmiyyətin Baş direktoru Təqsirləndirilən şəxs3 və maliyyə məsələləri üzrə baş direktorun müavini Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq, cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan və vergilərin, hesablan ması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxslərdən biri olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16,1.3, 16.1.4, 16.1.6, 16.1.7, 53.1, 71.2, 72, 77, 78.1, 82, 103, 104, 105.1, 149, 150-ci maddələrinin tələblərini pozaraq külli miqdar təşkil edən 288.647,22 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs1, “xxxx” MMC-nin baş direktoru Təqsirləndirilən şəxs3 və maliyyə məsələləri üzrə baş direktorun müavini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq “xxxx” MMC-nin adından 2014-cü il ərzində əldə etdiyi gəlirləri 7.593.508,10 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 6.327.923,60 manat, vergiyə cəlb olunan mənfəəti 1.265.584,68 manat, həmin mənfəətdən 20% dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 253.116,94 manat göstərməli, olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil edərək, cəmiyyətin 2014-cü il ərzində əldə etdiyi gəlirinin 32.952,00 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərinin 27.460,00 manat, vergiyə cəlb olunan mənfəətin 5.492,00 manat, həmin mənfəətdən 20% dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisinin 1.098,40 manat olduğunu göstərməklə, 252.018,54 manat məbləğində mənfəət vergisini azaltmış, nəticədə 252.018,54 manat məbləğində hüquqi şəxsin mənfəəti vergisini dövlət büdcəsinə ödəmə kdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1, “xxxx” MMC-nin baş direktoru Təqsirləndirilən şəxs3 və maliyyə məsələləri üzrə baş direktorun müavini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq “xxxx” MMC tərəfindən həyata keçirilmiş yüksək gərginlikli kabel xətlərinin quraşdırma işlərinə görə 2014-cü ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan verginin bəyannaməsində ödənilmiş əmək haqqının 259.533,45 manat, həmin məbləğdən ödəmə mənbəyində tutulan verginin 14% dərəcə ilə 36.334,68 manat olduğunu göstərməli olduğu halda bəyannamə təqdim etməməklə, 2014-cü ilin 4-cü rübü üzrə 36.334,68 manat məbləğində ödəmə mənbəyində tutulan vergini az; 2015-ci ilin 3-cü rübü üzrə “xxxx” MMC tərəfindən icarə müqaviləsinə əsasən icarə haqqı 2.100,00 manat, həmin icarə haqqından 14% dərəcə ilə ödəmə mənbəyində tutulan vergi 294,00 manat olduğu halda, bəyannamə təqdim etməməklə 2015-ci ilin 3-cü rübü üzrə 294,00 manat məbləğində ödəmə mənbəyində tutulan vergini az hesablamaqla 36628,68 manat ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 288.647,22 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsindən CM-nin 213.1-ci maddəsinə tövsif edilərək Azərbaycan Respublikası CMnin 213.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödənildiyinə görə xitam verilmiş, onlar cinayət məsuliyyətindən azad edilmiş, iş üzrə mülki iddia rədd edilmişdir. Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödənildiyinə görə xitam verilmiş, onlar cinayət məsuliyyətindən azad edilmiş, iş üzrə mülki iddia rədd edilmişdir. Hökmdən mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Şamayev Elşad Yaquboviç, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 30 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərarından mülki iddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qərarını ləğv etməklə 238.647,22 manat miqdarında mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Mülki iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Vergilər Departamentinin Təmir-tikinti sahəsi üzrə audit idarəsinin 21.10.2015-ci il tarixli **********962617 nömrəli qərarı ilə Laçın rayon Vergilər Şöbəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “xxxx” MMC-də (VÖEN: **********) 01.0.2014-cü il tarixdən 01.09.2015-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması keçirilmiş və nəticələri barədə 15.02.2016-cı il tarixli səyyar vergi yoxlaması aktı tərtib ed ilmişdir. Yoxlama zamanı vergilərin hesablanması üçün zəruri olan sənədlərin təqdim olunması barədə 05.11.2015-ci il tarixli tələbnamə verilmiş, sənədlər təqdim edilmədiyindən 23.11.2015-ci il tarixli sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib edilmişdir. Yoxlama ilə cəmiyyətdə vergi orqanına bəyannamələrə təhrif edilmiş məlumat təqdim edilməklə 2014-cü il üzrə 252.018,54 manat mənfəət vergisinin, 2014-cü ilin 4-cü rübü üzrə 36.334,68 manat, 2015-ci ilin 3-cü rübü üzrə 294,0 manat, cəmi 36.628,68 manat ödəmə mənbəyində tutulan verginin, ümumilikdə külli miqdar təşkil edən 288.647 22 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri həmin cinayət işinin ibtidai istintaqı zamanı keçirilmiş ekspertiza nın 22 iyul 2016-ci il tarixli 14847 nömrəli rəyi ilə təsdiq edilmişdir. Məhkəmələr iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.07.2017-ci il tarixli 9418 nömrəli və 29.01.2018-ci il tarixli 28241 nömrəli komisyon məhkəmə mühasibatlıq ekspertizasının rəyləri daha mötəbər sübut kimi nəzərə almışdır. Hazırkı halda isə eyni məsələ ilə bağlı eyni qurumun tamamilə bir-birindən fərqli rəylər verməsi şübhə doğurmalı haldır. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir, ekspertin rəyi ilə razılaş ılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmçinin şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərarında məhkəməyə 2 qovluqda əlavə sənədlərin təqdim edildiyi, həmin sənədlərin xərc sənədi olduğunu qeyd etmişdir. Səyyar vergi yoxlaması zamanı müəssisəyə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” 05.11,2015-ci il tarixli **********968820 nömrəli tələbnamə təqdim edilərək, yoxlama ilə əhatə olunan dövrə aid ilkin mühasibat sənədlərinin, baş kitabın, dövriyyə cədvəllərinin, müqavilələrinin, VHF-nın, yük gömrük bəyannamələrinin, tikinti ilə bağlı sənədlərin, habelə vergilərin hesablanması ilə əlaqədar digər sənədlərin yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Lakin yoxlamaya yoxlanılan dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xə rcləri qismən təsdiq edən sənədlər təqdim edildiyindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə müvafiq olaraq 23.11,2015-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə akt” tərtib edilmişdir. Departament tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 23.11,2015-ci il tarixli qərara əsasən 24.11,2015-ci il tarixli protokolla vergi ödəyicisi tərəfindən təqdim edilən, tikinti işlərinin yerinə yetirilməsinə dair tərtib olunmuş Forma 2-lər, tikintiquraşdırma işlərinin həyata keçirilməsi üçün lisenziya, direktor və baş mühasibin əmrləri götürülmüş, digər sənədlərə münasibətdə “Sənədlərin təqdim olunmasından imtina barədə akt” tərtib edilmişdir. Göründüyü kimi, yoxlanılan dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sənədlər tam olaraq d eyil, natamam olaraq yoxlamaya təqdim edilmiş və buna görə də vergi ödəyicisinin gəlirindəki mənfəətinin həcmini birbaşa müəyyən etmək mümkün olmamışdır. Yoxlamanın keçirilməsinə, ibtidai istintaq orqanında 6 aydan artıq müddətə araşdırmanın aparılmasına baxmayaraq məhkəmənin xərc sənədi kimi qəbul etdiyi sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. Həmçinin şikayətdə göstərilmişdir ki, məhkəmənin gəldiyi subyektiv nəticəyə əsasən müəssisənin xərcləri iş materiallarında mövcud olan qaimə-fakturalar, ödəniş tapşırıqları (“xxxx” MMC və “xxxx” MMC-yə ödənilmə barədə), kassa mədaxil-məxaric orderləri ilə tam şəkildə təsdiq olunur. Halbuki, məhkəmə bu mövqeyə gələrkən vergi qanunvericiliyinin tətbiqi ilə bağlı əhəmiyyətli pozuntu hallarına yol vermişdir. Belə ki, iş yoxlama material larına əsasən müəssisə gəlir və xərclərinin uçotunu hesablama metoduna əsasən həyata keçirir. Vergi Məcəlləsinin 136.1-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; əqdə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Qeyd olunan normanın tələblərinə baxmayaraq məhkəmə tam əsassız olaraq “ödəniş tapşırıqlarım” 2014-cü ilin xərcl ərini təsdiq edən sənəd kimi qəbul etmişdir. Məlum olduğu kimi ödəniş tapşırıqları hər-hansı məbləğdə pulun ödənişim təsdiq edən sənəd hesab olunur. Hesablama metodu məqsədləri baxımından ödəniş tapşırıqlarının mövcudluğu xərclərin faktiki çəkilib-çəkilməməsinə dəlalət etmir. Belə ki, ödəniş tapşırığında qeyd olunan vəsait bir halda ümumiyyətlə gəlirin əldə edilməsi ilə bağlı olmaya, digər halda isə ödəniş tapşırığının tərtib edildiyi hesabat ili ilə xərclərin çəkilmiş hesab olunduğu hesabat ili bir-birindən fərqli ola bilər. Başqa sözlə, məhkəmə heç bir araşdırma aparmadan, sübutlara səthi yanaşaraq düzgün olmayan nəticəyə gəlmişdir. Hazırkı halda hesablama metodu tətbiq edən vergi ödəyicisinə münasibətdə 2014-cü i! üzrə xərcləri təsdiq edən sənəd kimi bır qayda olaraq həmin ildə tərtib e dilmiş qaimə-fakturalar, yaxud işlərin, xidmətlərin görülməsi barədə təhvil-təslim aktları çıxış edə bilər. Buna baxmayaraq, iş materiallarında 2014-cü ilə aid cəmi 58 ədəd qaimə-faktura mövcuddur ki, bunların da ümumi məbləği 1.217.580.39 manat təşkil edir. Müəssisənin bəyan edilmiş xərclərinin 7 milyon manatdan artıq olduğu bir halda qeyd olunan həcmdə qaimə-fakturalar xərclərin cüzi bir hissəsini təsdiq edə bilər. Başqa sözlə, müəssisənin 2014-cü il üzrə xərclərinin əksər hissəsinə dair hər-hansı mötəbər sənəd mövcud deyildir. Bundan başqa, şikayətdə göstərilmişdir ki, kredit haqqında bildiriş adlanan sənədlər xərclə bağlı olmayan sənədlərdir və müəssisənin gəlirlərini əks etdirir. Məhkəmə qərarında MMC tərəfindən yüksək gərginlikli kabel xətlərinin quraşdırılması işləri aparıldığı qeyd edilməsinə baxmayaraq heç bir əsas ÖMV ilə bağlı hesablamaya qiymət verməməklə yanaşı qeyd olunan halı da nəzərə almamışdır. Yoxlama zamanı müəssisə tərəfindən yerinə yetirilmiş tikinti işlərinin tərkibində əmək tutumunun müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi mütəxəssis kimi dəvət olunmuş və 21.12.2015-ci il tarixli mütəxəssis rəyi alınmışdır. Rəyə əsasən yoxlama ilə əhatə olunan dövrdə “xxxx” MMC tərəfindən aparılmış tikinti işlərinin tərkibində əmək tutumu 91.151,30 adam/saat təşkil etdiyi və işlərin görülməsinə subpodrat cəlb olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2014-cü ilin 4-cü rübü üzrə 1 nəfər işçinin orta aylıq iş vaxtı norması 164,67 s aat təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən tikinti sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əmək haqqı 2014-cü il üzrə 506,70 manat olmuşdur. Beləliklə, yoxlama ilə hesablanmış 280.478,31 manat əmək haqqından həmin dövr üzrə müəssisə tərəfindən hesablanmış 20.944,86 manat əmək haqqı nəzərə alınmaqla, yoxlama ilə Vergi Məcəlləsinin 67-ci. 45-ci, 83.2-ci, 101 -ci və 150.1 7-ci maddələrinə əsasən 36.334,68 manat əlavə olaraq ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütə xəssis dəvət oluna bilər. Həmin Məcəllənin 83.2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata əsaslanaraq hesablamaq hüququ vardır. Məcəllənin 150.1.7-ci maddəsinə görə yergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Qeyd olunanlar onu deməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən gəlinmiş nəticələr işin faktiki hallarına uyğun olmamış və əsassız qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən mülki iddiaçı apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qərar ını ləğv etməklə 238.647,22 manat miqdarında mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, mülkin iddiaçının nümayəndəsinin kassasiya şikayətinin təmin olunması, müdafiəçi və dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalı dır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində mülki iddianın tam şəkildə təmin edilməli olduğu iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə münasibə tini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, bununla bağlı gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi işdə olan sübutlara və müvafiq normalara istinad edərək mülki iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “...Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası apellyasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, apellyasiya şikayətinin və mülki iddianın tam təmin olunması barədə mülki iddiaçının nümayəndələrinin və dövlət ittihamçısının, habelə mülki iddiaçının apellyasiya şikayətinin təmin olunmadan, məhkəmə qərarının dəyişdirilmədən saxlanılması barədə cinayət məsuliyyətindən azad olunmuş şəxslərin və müdafiəçinin çıxışlar ını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin norma larına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifi, onların cinayət məsuliyyətindən azad olunmasına dair əsasların olub-olmaması cinayət prosesinin tərəfləri ilə mübahisələndirməmiş, yalnız mülki iddiaçı qərarı cinayət-prosessual qanunvericiliyi ilə ona verdiyi həddə, yəni mülki iddianın rədd olunması hissəsində mübahisələndirərək, verilən mülki iddianın tam təmin olunmasını apellyasiya məhkəməsindən xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işin hallarını yalnız verilmiş apellyasiya şikayətinin kontekstindən araşdırılmasını zəruri hesa b edir. Belə ki, birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqının nəticəsində “xxxx” MMC-nin 01 sentyabr 2014-cü il tarixindən 01 sentyabr 2015-ci il tarixədək olan fəaliyyət dövrü üzrə dövlət büdcəsindən ümumilikdə 49234,67 manat məbləğində vergilərin azaldılması müəyyən edilməsi qənaətinə gəlinmiş və bu səbəbdən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilməklə, Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsində uyğun olaraq cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyi üçün onlar cinayət məsuliyyətindən azad edilmiş və mülki iddia təmin olunmamışdır. İş materiallarında olan ibtidai istintaq zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 22 iyul 2016-cı il tarixli, 14847 nömrə li rəyinə əsasən “xxxx” MMC-də 2014-cü il üzrə 252018,54 manat mənfəət vergisi, 2014-cü ilin 4-cü rübü üzrə 36334,68 manat, 2015-ci ilin 3-cü rübü üzrə 294,00 manat ödəmə mənbəyində tutulan vergi olmaqla, 288647,22 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. İş materiallarında olan məhkəmə istintaqı zamanı təyin edilərək keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 05 iyul 2017-ci il tarixli, 9418 nömrəli rəyinə əsasən “xxxx” MMC-nin 01 sentyabr 2014-cü il tarixindən 01 sentyabr 2015-ci il tarixədək olan fəaliyyət dövrü üzrə dövlət büdcəsindən ümumilikdə 49234,67 manat məbləğində vergilərin azaldılması müəyyən edilir. İş materiallarında olan məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi X2in vəsatəti əsasında təyin edilərək keçirilmiş komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 29 yanvar 2018-ci il tarixli, 28241 nömrəli rəyinə əsasən “xxxx” MMC- nin 01 sentyabr 2014-cü il tarixdən 01 sentyabr 2015-ci il tarixədək olan fəaliyyət dövrü üzrə dövlət büdcəsindən ümumilikdə 49234,67 manat məbləğində vergilərin azaldılması müəyyən edilir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə xərclərini təsdiq edən sənədlər, yəni seriya və nömrəni, tarixi özündə əks etdirən ödəniş sənədləri, qəbzlər, çeklər, qaımə fakturaları, vergi hesab fakturaları və s ciddi hesabat sənədləri iş materiallarında mövcuddur. Həmçinin həmin sənədlərin siyahısının ekspert rəyinə əlavə olunması qeyd olunmuşdur. Bununla əlaqədar ekspert qeyd etmişdir ki, həmin sənədlər siyahı üzrə aşağıdakı kimi müəyyən olunur: qaimə-fakturalar; vergi hesab-fakturalar; fo rma 2 N-li işlərin görülməsinə dair qəbul aktları; material və texniki hesabatlar; əmək haqqı cədvəlləri; bank ödəniş sənədləri; kassa mədaxil və məxaric orderləri. Qeyd edilir ki, həmin sənədlər həmçinin təsərrüfat əməliyyatlarının məzmunu, məbləği iş materiallarında (cild-2. i.v.261- 319), (cild-2. i.v.47-136) və əlavə olaraq təqdim edilmiş iki qovluqda öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə uyğun olaraq toplanmış sübutları yoxlamış və qiymətləndirmiş, cinayət işinin başlanması üçün əsas olmuş vergi yoxlamasının gəldiyi nəticəni və eyni əsalarla ibtidai istintaq zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 29 yanvar 2018-ci il tari xli, 28241 nömrəli rəylərini əsas götürərək yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Mülki iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərə hüquqi qiymət verərək məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, apellyasiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Təmir-tikinti sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin sabiq böyük dövlət müfəttişi X6 ifadəsində göstərmişdir ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 21 oktyabr 2015-ci il tarixli qərarına əsasən onun tərəfindən “xxxx” MMC-nin 01 sentyabr 2014-cü il tarixdən 01 sentyabr 2015-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması keçirilmiş və həmin yoxlamanın nəticələri barədə 15 fevral 2016-cı il tari xli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama zamanı vergilərin hesablanması üçün zəruri olan sənədlər hüquqi şəxsin rəhbərliyi tərəfindən tam təqdim edilmədiyindən bu barədə akt tərtib edilmiş və ödəmə mənbəyində verginin hesablanması üçün mütəxəssis dəvət olunmuş muzdlu işçinin orta aylıq nominal əmək haqqı müəyyən edilərək verginin həcmi hesablanmışdır. Yoxlama ilə hüquqi şəxsin 2014-cü ildə 252018,54 manat məbləğində mənfəət vergisini, 2014-cü ilin 4-cü rübü üzrə 36334,68 manat məbləğində ödəmə mənbəyində tutulan vergini və 2015-ci ilin 3-cü rübü üzrə 294,00 manat manat məbləğində ödəmə mənbəyində tutulan vergini az hesablamaqla, ümümilikdə külli miqdar təşkil edən 288647,22 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması müəyyən edilmişdir. Verilən suallar a cavab olaraq şahid göstərmişdir ki, onun tərəfindən tərtib olunmuş aktla və iş üzrə məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaların rəyləri arasında ziddiyyəti onunla izah edir ki, onun tərəfindən aparılan yoxlama zamanı hüquqi şəxsin maliyyə əməliyyatları barədə sənədlər tam təqdim edilmədiyi halda, məhkəmə ekspertizası zamanı bu sənədlər iş materiallarına əlavə edilmiş və nəzərə alınmışdır. Beləliklə, iş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Təmir-tikinti sahəsi üzrə audit idarəsinin əməkdaşları tərəfindən “xxxx” MMC-nin 01 sentyabr 2014-cü il tarixdən 01 sentyabr 2015-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması və ibtidai istintaq zamanı məhkəmə-mühasibatlıq ekspe rtizası keçirilərkən MMC-nin həmin dövr üzrə olan xərclərini təsdiq edən bütün sənədlər nəzərə alınmamışdır. Bu hal, həm iş üzrə keçirilmiş komissyon məhkəməmühasibatlıq ekspertizasının rəyi, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Təmir-tikinti sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin sabiq böyük dövlət müfəttişi X3 ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məhkəmə ekspertinin istinad etdiyi maliyyə sənədləri iş materiallarında 2 qovluqda, cild 2, i.v. 47-136 və cild 2, i.v. 261-319-cu səhifələrdə əlavə edilməklə, həm səyyar vergi yoxlanılması aktında, həm də ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində nəzərə alınmamı şdır. Həmin qeyd olunan rəyin və aktın məzmunu, habelə göstərilən sənədlərin ekspert rəyi alındıqdan sonra iş materiallarına əlavə edilməsi faktı ilə öz təsdiqini tapmışdır. Həmçinin iş üzrə birinci instansiya məhkəməsində təyin edilərək keçirilmiş komissyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyi qanunvericiliyə uyğun əsaslandırılmış və ekspert rəyləri arasında olan fərqin yaranma səbəbi göstərilmişdir. Belə ki, rəyin tədqiqat hissəsinə əsasən səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən mənfəət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı və 04 aprel 2003-cü il tarixli 42 saylı qərarlarında müəyyən edilmiş qaydalar əsasında hesablanmışdır. Laki n iş materialları ilə tanışlıq zamanı müəssisənin xərcələrə dair sənədlərinin mövcud olması müəyyən edilmişdir (Polimer məmulatları zavodundan və Kabel zavodundan alınmış mal-materiallara dair qaimə-fakturalar, “xxxx” MMC və “xxxx” MMCyə ödənilən pul vəsaitlərinə dair ödəniş tapşırıqları və sosial sığorta haqları). Həmçinin ekspert rəyində göstərilmişdir ki, Səyyar vergi yoxlaması aktı “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 21 dekabr 2015-ci il tarixli mütəxəssis rəyinə əsaslansa da, ödəmə mənbəyində tutulan vergi üzrə gəldiyi nəticənin 36334,68 manat məbləğində olan hissəsi təsdiq olunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə istinad etməklə əsaslı olaraq iş üzrə məh kəmə istintaqı zamanı keçirilmiş komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul etmiş və “xxxx” MMC-nin 01 sentyabr 2014-cü il tarixindən 01 sentyabr 2015-ci il tarixədək olan fəaliyyət dövrü üzrə dövlət büdcəsindən ümumilikdə 49234,67 manat məbləğində vergilərin azaldılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ibtidai istintaq zamanı təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2016-cı il tarixli 14847 nömrəli məhkəmə- mühasibatlıq ekspertizasının rəyində “xxxx” MMC-nin xərcələrə dair sənədləri tam nəzərə alınmadığından, məhkəmə istintaqı zamanı keçirilmiş təkrar və komisyon ekspertizaların rəyləri əsaslı olaraq iş üzrə mötəbər sübut qismində qəbul olunmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət nəticəsində vurulmuş ziyan dövlət büdcəsinə aiddir və apellyasiya şikayətini verən Azərbaycan Respublikası Vergilər Nazirliyi Laçın rayon Vergilər Şöbəsi iş üzrə zərərçəkmiş şəxs qismində deyil, yalnız mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Laçın rayon Vergilər Şöbəsi birinci instansiya məhkəməsinin qərarını ləğv edilərək, mülki iddianı tam təmin olunmasını apellyasiya məhkəməsindən xahiş etsə də, törədilən cinayət əməlinin faktiki hallarını mübahisələndirmək hüququna malik deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirl əndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət nəticəsində vurulmuş ziyanın ibtidai istintaqla müəyyən olunmuş məbləğin birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı nəticəsində azaldılması buna səlahiyyətli olan cinayət prosesi iştirakçıları tərəfindən mübahisələndirilməmiş, qərarın məhkumların təqsirli bilindikləri əmələ dair hissədə (ziyanın azaldılması və əməlin daha yüngül maddəyə tövsif edilməsi), həmçinin məhkumların cinayət məsuliyyətindən azad olunması hissəsində apellyasiya şikayəti və apellyasiya protesti verilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Lacın rayon Vergilər Şöbəsinin mülki iddiası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ilə vurulmuş ziyandan irəli gəldiyindən, mülki iddiada isə həmin ziyandan artıq edilən tələb Azərbaycan Respublikası CPM-in 181.3-cü maddəsinə uyğun cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi əsası ilə irəli sürülmədiyindən və bununla əsaslandırılmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi mülki iddianın təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsində təsbit olunmuşdur ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 3. itirilmiş gəlirin ödənilməsini; 4. mənəvi ziyanın ödənilməsini. Məcəllənin 181.3-cü maddəsinə əsasən isə maddi ziyan o hal da cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 2. zərər çəkmiş şəxsin dəfninə; 3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Lacın rayon Vergilər Şöbəsinin apellyasiya şikayətinin dəlili mahiyyətcə məhkumun təqsirli bilindiyi əməllə vurulmuş ziyandan artıq pul vəsaitinin tutulmasından ibarət olduğundan həmin tələb təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qanun i və əsaslı qərarının ləğv edilməsi üçün əsas ola bilməz...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, buna dair mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mülki iddia üzrə mövqeyini, qərarda bu məsələ ilə bağlı göstərilənləri iş materialları ilə birlikdə təhlil edərək belə nəticəyə gəlir ki, həmin mövqeyin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri də buna əsas vermirlər. Kassasiya şikayətinin dəlil ləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanın təqdim etdiyi, ittiham aktında istinad etdiyi sübutları qanunla nəzərdə tutulmuş qaydada tədqiq edib yoxlayaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməli olan vergi cəmi 49.234,67 manat məbləğində azaldılmış, bu məbləğdə vergi ödənilməsindən yayınma cinayəti törədilmişdir. İttihamın belə həcmi ilə dövlət ittihamçısı da razılaşmış və apellyasiya protesti verməmişdir. Hökm həmin hissədə qüvvədə olduğundan, hökmü və onunla bağlı apellyasiya məhkəməsinin qərarını həmin hissədə mübahisələndirmək hüququ olan orqan (protest verməklə) bunu etmədikdə, hökmün həmin hissədə (ittihamın həcminə dair hissədə) qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində mülki iddiaçı ittihamın həcmini və əməlin tövsifini mübahisələndirməsə də (Azərbaycan Respublikası CPM-nin 383.1.6 və 409.5-ci maddələrinin tələblərinə görə mülki iddiaçının bu məsələ ilə bağlı müvafiq olaraq apellyasiya şikayəti və kassasiya şikayəti vermək hüququ yoxdur), şikayətdə göstərilən bir sıra dəlillər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 daha böyük miqdarda (ittihamda göstərilmiş miqdarda) vergidən yayınmasından bəhs edir. Kassasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, cinayət mühakiməsi icraatında mülki iddia vermək hüququ məsələsini tənzimləyən Azərbaycan Respublikası CPM-nin 181-ci maddəsində bu hüququn yaranması cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törəd ilməsi ilə (bunun nəticəsində və bununla bağlı ziyanın vurulması ilə) əlaqələndirilir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, iş materiallarından göründüyü kimi, vergidən yayındıqları məbləği (məhkəmə tərəfindən müəyyən edilmiş) tam ödəmişlər. İşin bu halı və yuxarıda göstərilən normalar baxımından cinayət mühakimə icraatı qaydasında həmin şəxslərin əməllərinə görə üzərlərinə daha artıq məbləğdə məsuliyyət qoyula bilməz. Elə işin bu xüsusatı mülki iddiaçının kassasiya şikayətinin əsassız olduğunu göstərir və onun təmin edilməməsinə əsas verir. Buna baxmayaraq, məhkəmə kollegiyası şikayətin bir sıra dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Şikayətdə məhkəmə mühasibatlıq ekspertizasının 05 iyul 2017-ci il tarixli və 29 yanvar 2018ci il tarixli rə ylərinin əsassız olduğu iddia edilir. Şikayətin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, mülki iddiaçı belə fikir irəli sürsə də, bu fikrin nəyə əsaslandığı açıqlanmamışdır (bu məsəl ilə əlaqədar qeyd olunmalıdır ki, iş üzrə sonuncu ekspertiza məhz mülki iddiaçının vəsatətinə əsasən təyin edilmişdir). İş materiallarından isə görünür ki, məhkəmə tərəfindən ekspertizalar təyin edilərkən, onların rəyləri tədqiq edilərkən və qiymətləndirilərkən bu məsələləri tənzimləyən qanunvericiliyin, o cümlədən şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 127.3-cü maddəsinin tələblərinə tam şəkildə riayət olunmuş, ekspert rəylərinin qanuniliyini, əsaslılığını və kifayət qədər dolğun olduğunu şübhə altına almağa əsas yoxdur. Şikayətdə ekspert rəyinin əsaslılığını şübhə altına almaq üçün belə b ir fikir də irəli sürülmüşdür: “... Yoxlama zamanı müəssisə tərəfindən yerinə yetirilmiş tikinti işlərinin tərkibində əmək tutumunun müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi mütəxəssis kimi dəvət olunmuş və 21.12.2015ci il tarixli mütəxəssis rəyi alınmışdır...”. Şikayətin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə mütəxəssis fikri ekspert rəyini əvəz edə bilməz (Azərbaycan Respublikası CPM-nin 96.3-cü maddəsinə görə şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə mütəxəssis qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz, mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir). Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsində də göstərilən sübut növlərinin si yahısında mütəxəssis rəyi kimi anlayış əks etdirilməmiş, belə rəyin sübut kimi qəbul edilə bilməsi göstərilməmişdir. Şikayətdə aşağıdakılara da istinad edilmişdir: “...Məhkəmə qərarında məhkəməyə 2 qovluqda əlavə sənədlərin təqdim edildiyi, həmin sənədlərin xərc sənədi olduğunu qeyd etmişdir. Bildiririk ki, səyyar vergi yoxlaması zamanı müəssisəyə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” 05.11,2015-ci il tarixli **********968820 nömrəli tələbnamə təqdim edilərək, yoxlama ilə əhatə olunan dövrə aid ilkin mühasibat sənədlərinin, baş kitabın, dövriyyə cədvəllərinin, müqavilələrinin, VHF-nın, yük gömrük bəyannamələrinin, tikinti ilə bağlı sənədlərin, habelə vergilərin hesablanması ilə əlaqədar digər sənədlərin yoxlamaya təqdim edilməsi təklif edil mişdir. Lakin yoxlamaya yoxlanılan dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri qismən təsdiq edən sənədlər təqdim edildiyindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə müvafiq olaraq 23.11,2015-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə akt” tərtib edilmişdir. Departament tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 23.11,2015-ci il tarixli qərara əsasən 24.11,2015-ci il tarixli protokolla vergi ödəyicisi tərəfindən təqdim edilən, tikinti işlərinin yerinə yetirilməsinə dair tərtib olunmuş Forma 2-lər, tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün lisenziya, direktor və baş mühasibin əmrləri götürülmüş, digər sənədlərə münasibətdə “Sənədlərin təqdim olunmasından imtina barədə akt” tərtib edilmişdir. Göründüyü kimi, yoxlanılan dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sənədlər tam olaraq deyil, natamam olaraq yoxlamaya təqdim edilmiş və buna görə də vergi ödəyicisinin gəiirindəki mənfəətinin həcmini birbaşa müəyyən etmək mümkün olmamışdır. Yoxlamanın keçirilməsinə, ibtidai istintaq orqanında 6 aydan artıq müddətə araşdırmanın aparılmasına baxmayaraq məhkəmənin xərc sənədi kimi qəbul etdiyi sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir...”. Şikayətin bu dəlili də mülki cavabdehin mövqeyini heç cür əsaslandırmır. Mübahisəsizdir ki, müvafiq sənədlərin vergi yoxlaması və ya ibtidai istintaq zamanı təqdim edilmədiyi heç də onların mövcud olmadığına dəlalət etmir, onların sonradan təqdim edilməsinə maneə kimi, məhkəmənin həmin sənədləri qəbul etməli olmadığını əsaslandıran amil kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində məhkəmənin vergi qanunvericiliyinin tətbiqi ilə bağlı əhəmiyyətli pozuntu hallarına yol verildiyi iddia edilir və belə mövqe məhkəmənin ödəniş tapşırıqlarını xərcləri təsdiq edən sənəd kimi qəbul etməsi ilə əlaqələndirilir. Şikayətin bu dəlil tam əsassızdır. Mübahisəsizdir ki, belə məsələlərin düzgün həlli üçün mühasibatlıq sahəsində xüsusi biliklər tələb olunur, yəni ekspertiza keçirilmədən belə məsələlər həll oluna bilməz. Məhkəmə də tamamilə haqlı ona təqdim edilmiş sənədlər də nəzərə alınmaqla müvafiq rəyin alınması üçün ekspertiza təyin etmiş və belə ekspertizaların rəyini digər sübutlarla birlikdə qiymətləndirərək iş üzrə nəticəyə gəlmişdir. Odur ki, məhkəmələrin bu mövqeyi də qanunun, o cümlədən vergi qanunvericiliyin pozuntusu kimi qiy mətləndirilə bilməz. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı (mülki iddiaçının şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-734/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-734/2019
07.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver