Məhkəmə qərarları › İş №1(102)-734/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-734/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-734/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu və Məhkum iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respub likası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən Hüseyn Cavid Vaqif oğlu) xx xxxx 2019-cu il tarixli hökmü ilə xx xxx 1995-ci il tarixdə Tovuz rayonu Çatax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Tovuz rayonu Çatax kəndində qeydi yyatda olan, ünvan 1 saylı ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun xx xxxx 2018- ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək, yəni 03 (üç) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlandığı müddət nəzərə alınaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş bir il on bir ay iyirmi üç gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Quliyev İlkin Elçin oğlu və Novruzov K.Qasım Rafayıl oğlu təqsirli bilinərək məhkum edilmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim Bayramov Əmir Novruz oğlu (sədrlik edən, məruzəçi hakim), Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən Məhkum barəsində belə nəticəyə gəlmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Novruzov K.Qasımov Rafayıl oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncu ilə əvvəlcədən razılaşmalarına əsasən xx xxxx 2018-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri Xətai rayonu Zığ yolu 9 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs4 Cabbar oğlu tərəfindən saxlanmış **-KX-** * dövlət qeydiyyat nişanlı, “Lada” markalı, “Niva” modelli avtomobilin yanına gəlmiş, K.Qasım Novruzov təhlükə yaranan halda ona xəbər vermək məqsədilə avtomobilin yaxınlığında dayanıb gözləmiş, o, isə üzərində olan vintaçanla avtomobilin arxa sağ yan şüşəsini çıxarıb avtomobilə daxil olmaqla avtomobilin salonundan Zərərçəkmiş şəxs4 Cabbar oğluna məxsus 1000 manat nağd pulu, 1 ədəd 500 manat dəyərində “Samsung Tab4” modelli planşeti, 1 ədəd 50 manat dəyərində “POWERBANK” modelli mobil telefon üçün cərəyan doldurucu aparatı və 1 ədəd 250 manat dəyərində “Pioneer” markalı avtomobil maqnitafonun üst qapağını gizli olaraq ələ keçirdikdən sonra o, Novruzov K.Qasımov Rafayıl oğlu ilə birlikdə həmin pul və əşyaları gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Cabbar Xeyrulla oğluna ümumilikdə 1800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamış, barəsində olan yüngülləşdirici hallara qiymət verilməmiş və ona ağır cəza təyin edilməklə ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Məhkum əməlindən səmimi peşman olmasını, zərərin böyük bir hissəsini ödəməsini, ata və anasının yaşlı olmasını, anasının xərçəng xəstəliyindən əziyyət çəkməsini və onun həbsdə uzun müddət qalmasının ailəsinə maddi və mənəvi cəhətdən təsir edəcəyini nəzərə al ıb, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının x xxxxxxxx 2019-ci il tarixli qərarının dəyişdirilməsini və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdi r. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin ol unmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə almış, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməs inin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar