Məhkəmə qərarları › İş №1(102)-734/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-734/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-734/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, Qax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1(024)-31/2022 nömrəli (sədrlik edən hakim Malik Qarayev) hökmü ilə xx.xx.1997-ci ildə Qax rayonu Qum kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatında olmaqla tutulana qədər orada yaşayan Məhkum1 Azərbaycan Respublikas ının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli onun tutulduğu 26 fevral 2022-ci il tarixdən hesablanması; xx.xx.1996-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Şəki şəhəri, L.Abdullayev küçəsi, ev 19-da pasport qeydiyyatında olmaqla tutulana qədər orada yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs Məhkum2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli onun tutulduğu 26 fevral 2022-ci il tarixdən hesablanması, iş üzrə mülki iddianın təmin edilməsi, Məhkum1 10000 (on min) manat pul və eyni zamanda Məhkum1 və Məhkum2 müştərək qaydada 4100 ABŞ dolları - ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) və 1800 manat və ödənilmiş 143.1 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs, Məhkum2 və onun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi) Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 05 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanın mövqeyinə görə təqsirləndirilən şəxs Məhkum1 qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda oğurluq cinayətini törətmi şdir. Belə ki o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 17 yanvar 2022-ci il tarixdə saat 21 radələrində çoban işlədiyi, Qax rayonu, Almalı kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağına evdə heç kimin olmamasından istifadə edərək qanunsuz daxil olaraq orada yerləşən saxlanc yeri olan sandığı açarla açaraq içərisindən sonuncuya məxsus 10000 (on min) manat pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 10000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şəki şəhər sakini Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək 25 fevral 20 22-ci il tarixdə saat 22 radələrində Qax rayonu Almalı kəndinə gələrək həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə, yəni, fərdi yaşayış evinin arxa tərəfində yerləşən pəncərdən oraya qanunsuz daxil olaraq evin yataq otağındakı saxlanc yeri olan sandığın asma qıfılını Məhkum2 əli ilə burub sındırdıqdan sonra oradan Zərərçəkmiş şəxs məxsus 6000 (altı min) manat pulu, 22780 (iyirmi iki min yeddi yüz səksən) manat dəyərində olan 13400 ABŞ dollarını və dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğasını, dəyəri 240 (iki yüz qırx) manat olan 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğanı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 30700 (otuz min yeddi yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Təqsirləndirilən şəxs Məhkum2 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda oğurluq cinayətini törətmişdir. Belə ki o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şəki rayon, Şorsu kənd sakini Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək 25 fevral 2022-ci il tarixdə saat 22 radələrində Qax rayonu Almalı kəndinə gələrək həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış sah əsinə, yəni, fərdi yaşayış evinin arxa tərəfində yerləşən pəncərədən oraya qanunsuz daxil olaraq evin yataq otağındakı saxlanc yeri olan sandığın asma qıfılını əli ilə burub sındırdıqdan sonra oradan Zərərçəkmiş şəxs məxsus 6000 (altı min) manat pulu, 22780 (iyirmi iki min yeddi yüz səksən) manat dəyərində olan 13400 ABŞ dollarını və dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğasını, dəyəri 240 (iki yüz qırx) manat olan 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğanı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 30700 (otuz min ye ddi yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Birinci və apellyasiya instansiyası məhkəmələri də yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkum1 və Məhkum2 təqsirli bilinmiş və sanksiyanın aşağı həddində, yəni 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdirlər. Hesab edirəm ki, buda ədalətsiz bir qərardır. İş materiallarından göründüyü kimi, Məhkum1 və Məhkum2 zərər məbləğini tam olaraq ödəməmişdirlər. Ödənilmiş məbləğ isə cinayət hadisəsindən sonra tutularkən üzərlərindən və gizlətdikləri yerdən aşkar edilmiş məbləğdir. Cinayət hadisəsindən sonra uzun müddət keçməyinə baxmayaraq həmin şəxslər bir manat belə ödəməmişdir və ödəməyə cəhd etməmişlər. Eyni zamanda yalan, qeyri-səmimi ifadələrlə cinayətin iştirakçısı olan 3-cü şəxsin cəlb edilməsinin qarşısını almışdılar. Onlar saxlanılarkən üzərlərindən 4200 manat, 9300 ABŞ Dolları aşkar edilib götürülmüşdür. Oğurlanan pulları üç yerə bölüşdürmüşlər. Məhkəmənin verdiyi 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin şəxslərin islah olunması üçün yetərli deyildir. İstintaqın əvvəlindən məhkəmə istintaqın sonuna kimi istintaq təcridxanalarında saxlanmalarına baxmayaraq hər iki şəxs qeyrisəmimilik nümayiş etdirmişlər. Ziyan məbləğini ödəməyə cəhd etməmişlər. Buda onlara verilmiş cəzanın onların islah olunması üçün yetərli olmaması anlamına gəlir. Buna görədə onlara verilmiş cəza müddəti artırılmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum1 və Məhkum2 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs çıxış edərək, hal-hazırda Məhkum2 qarşı heç bir şikayəti olmadığını bildirib digər Məhkum1 cəzasının artırılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğ lu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddəd ə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumların barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlah iyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etmək istərdi ki, Zərərçəkmiş şəxs vermiş olduğu kassasiya şikayətində hər iki məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül olmasını bildirərək, cəzanın ağırlaşdırımasını tələb etsədə, məhkəmə çıxışı zamanı Məhkum2 qarşı heç bir şikayət və tələbinin olmamasını və sadəcə Məhkum1 təyin edilmiş cəzanı bir daha nəzərdən keçirilməsini xahiş etdiyindən məhkəmə kollegiyası yalnız Məhkum1 münasibətdə kassasiya şikayətinin dəlillərinə qiymət verməyi haqlı hesab edir. Tədqiq olunmuş iş materiallarından, birinci insta nsiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1 verilmiş qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda oğurluq ilə bağlı ittiham isə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Zərərçəkmiş şəxs tərəfi ndən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anl ayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək büt ün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, vurulmuş ziyanın qismən ödəməsi), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədi lmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. İşin İİ cildinin 11-ci vərəqə sində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki şəhər İHB-nın Şorsu kənd nümayəndəsinin verdiyi 15 mart 2022-ci il tarixli 86 saylı arayışdan görünür ki, Məhkum1 Şəki rayonu Şorsu kəndində qeydiyyatda olmaqla orada yaşayır. İşin İİ cildinin 11-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki şəhər İHB-nın Şorsu kənd nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Məhkum1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İ cildinin 161-162-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Məhkum1 əvvəllər məhkum olunmamışdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirk ar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd ol unan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxsin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanı n növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzası müddətində təyin edilməsi nəticəsində nail olunacağını zərərçəkmiş şəxs kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – a zadlıqdan məhrumetmə cəzası müddətində təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 o ktyabr 2022-ci il tarixli qərarı zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar