Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-734/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması, ona həmin Məcəllənin 32.5,128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) 26 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1991-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, məhku m olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1,32.5,127.2.2 və 32.5,128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona Cinayət Məcəlləsinin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 13 il müddətə azadıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ol unmuş cəzaya qismən toplama yolu ilə birləşdirilmiş və ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 18 dekabr 2018-ci il tarixdən hesablanmış, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 da məhkum olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə,Habil Çingiz oğlu Məmmədov və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə) 20 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə məhkum edilməsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə 32.3,128-ci maddəsi ilə cəza təyin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmünün məhkumlar Məhkum “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3,128-ci maddəsi ilə cəza təy in edilməsin” hissələrində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3,128-ci maddələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,128-ci maddələri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 29 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti qismən təmin edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5.127.2.2-ci və 32.5,128-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2-ci və 32.5,128-ci maddələri ilə, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs5 aid hissədə dəyişdirilmişdir. Qərarın məhkum Təqsirləndirilən şəxs5 cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi hissəsində "66.3-cü maddəsinə” sözləri "66.2-ci maddəsinə ” sözləri ilə əvəz edilmişdir. Qərar kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə təqsirləndirilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada həbsdə saxlanılan Məhkum, habelə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sifarişlə bıçaqla sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən saxğlamlığa yüngül zərər vurma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, Təqsirləndirilən şəxs1 2020-ci ilin mart ayının sonlarında təqsirləndirildiyi başqa cinayət işi üzrə zərərçəkmiş şəxslə barışığın əldə edilməsinə Zərərçəkmiş şəxs yenidən mane olduğunu, sonuncunun keçiriləcək məhkəmə proseslərində iştirakının qarşısını almaq üçün ona xəsarət yetirilməsini istədiyini, bunun müqabilində əlavə olaraq 1600 manat pulun, eləcə də Zərərçəkmiş şəxs yaşayış və iş yeri barədə məlumatların qrupun digər üzvü Təqsirləndirilən şəxs3 tərəfindən veriləcəyini Məhkum demiş, sonuncu, cinayətkar razılaşmaya əsasən bunlarla bağlı telefonla qardaşı Təqsirləndirilən şəxs2 məlumat vermiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 cinayətin icra edilməsi üçün Zərərçəkmiş şəxs yaşayış, iş yeri və hərəkət qrafiki barədə məlumatları qrupun digər üzvü Təqsirləndirilən şəxs6 bildirmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs6 22 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 399 saylı binanın qarajına daxil olaraq orada sonuncunun gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs idarə etdiyi "Toyota Prius” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilli qarajda saxladıqdan sonra qarajdakı liftin qarşısında dayanan zaman Təqsirləndirilən şəxs6 həmin gün saat 21:30-da bıçaqla Zərərçəkmiş şəxs sol yan nahiyəsindən bir dəfə zərbə vuraraq ona sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşaiyə t olunan və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, bundan sonra Təqsirləndirilən şəxs2la birlikdə qrupun digər üzvü Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 2 ünvanın qarşısında görüşmüş, orada Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 aldığı 1600 manat puldan 600 manatını özünə götürmüş, 1000 manatını isə Təqsirləndirilən şəxs6 vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, Apellyasiya məhkəməsinin qərarından narazıdır, barəsində çıxarılan hökm qərəzli və əsassızdır, özünü Cinayət Məcəlləsinin 32.5, 127.2.1 və 32.5, 127.2.2-ci maddələri ilə təqsirli bilmir. Kassasiya şikayətində ona təyin edilən cəzanın ağırlığını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, ona bəraət verilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzr ə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kass asiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarınin qanuniliyini v ə əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2 005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müva fiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, onun CM-in 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə əsassız məhkum edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdırıb hesab edir ki, işə baxan məhkəmələr Məhkum Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai a raşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkum Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələrində ilə bağlı kassasiya şikayətində göstərilən dəlillərə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət ver ilmişdir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Məhkum Cinayət Məcəlləsinin ittiham olunduğu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin Cinayət Məcəlləsinin 32.5,127.2.1,32.5,127.2.2-ci maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.1 -ci maddəsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.2-ci maddəsinin tələbinə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 32.3-cü maddəsində göstərilir ki, cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkki l dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33-cü maddəsinin tələbinə görə, cinayətin iştirakçılarının məs uliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmi n maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Zərərçəkmiş şəxs 19 mart 2020-ci il tarixdə az ağır dərəcəli bədən xəsarəti bilavasitə ayrıca icraata cinayət işi ayrılmış Şahid11 və Şahid10 tərəfindən, 22 aprel 2020-ci il tarixdə yetirilmiş yüngül dərəcəli bədən xəsarəti isə bilavasitə Təqsirləndirilən şəxs6 tərəfindən yetirilmişdir. Hər iki cinayət əməli Təqsirləndirilən şəxs1 tərəfindən təşkil edilmiş, Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 birinci epizod üzrə az ağır dərəcəli xəsarət yetirilməsi faktı ilə bağlı, Məhkum, Təqsirləndirilən şəxs2 v ə Təqsirləndirilən şəxs3 isə ikinci epizod üzrə yüngül dərəcəli bədən xəsarəti yetirilməsi faktı ilə bağlı cinayət əməllərinin törədilməsinə köməklik etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessua l sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. İstər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr tərəfindən işin müəyyən edilmiş faktiki halların əsasına qoyulmuş həm məhkumun, həm də iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, habelə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla dəqiqliklə müəyyən edilir ki, Məhkum zərərçəkmiş şəxsə az ağır dərəcəli xəsarət yetirilməsi faktı ilə bağlı bağlı cinayət əməllərinin törədilməsinə köməklik etməsi öz təsdiqin i tapmış və aşağı instansiya məhkəmələrinin onun əməlinin CM-in 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə tövsif edilməsi həm araşdırılmış sübutlara əsasən işin faktiki hallarına, həm cinayət qanunvericiliyi normalarının tələblərinə uyğun olmaqla əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş və qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə əsaslandırılmışdır. Kassasiya şikayətində məhkəmənin gəldiyi nəticələri şübhə altına almağa imkan verən hər hansı mötəbər sübutlara və dəlillərə istinad edilməmişdir. Ona görə də Məhkum əməlində cinayət tərkibinin olmaması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir CPM-nin 145.1 -145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş –zərərçəkmiş şəxs,şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlil lər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərh ələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanıl malıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması, ona həmin Məcəllənin 32.5,128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-734/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-734/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver