Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-735/2019 07.06.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 735/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "07" iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri SeyfMəhkum1 Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2. 3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2018-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Cəlilov Oruc Yusif oğlu, hakimlər Cəfərov Rafiq Musa oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) xx xxxxxx 1990-ci ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olan, ünvan 1 ünvanında yaşamış M əhkum1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilib, cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx xxxx 1991-ci ildə Sabirabad rayonunun Çağırğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, işləməyən, subay,məhkumluğu olmayan, ünvan 2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.3.2, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, CM-nin 177.3.2-ci maddəsi ilə 07 il 06 ay müddətə, CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri 08 il müddətəazadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqlacinayətlərin məcmusu üzrə 08 il 06 ay müddətə azadlıqd an məhrumetmə cəzasına məhkum edilmiş, 29 iyul 2015-ci il tarixdən 31 iyul 2015-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 03 gün təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmaqla qəti olaraq,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08il 05 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X18 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxslə yaşayış sahəsinə qanunsuz girib silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə quldurluq etmişdir. Belə ki, o, istifadəsində olan (055)418-18-68 saylı mobil telefon nömrəsinə 04 iyul 2015-ci il tarixdə gecə saat 0251 dəqiqədə tanışı X8 istifadəsində olan (***)***-**-** saylı mobil telefon nömrəsindən etdiyi zəngə cavab verərək, sonuncunun birlikdə, habelə Məhkum2 bələdçi qismində iştirakı ilə Sabirabad rayonun Rüstəmli kəndində yaşayan X2 evindəki sandıqdan ehtimal edilən 1500 manat pulu ələ keçirmək üçün razılaşdıqdan sonra, quldurluq cinayəti törətmək barədə məqsədlərini bildirib qabaqcadan əlbir olub qrup təşkil edərək X8un istəyi ilə cinayətin törədilməsində vasitə kimi istifadə etmək üçün əlcək və maska qismində istifadə etmək üçün toxunma materialdan papaq əldə edib gətirəcəyini vəd etməklə, daha sonra X9 ilə birlikdə Şirvan şəhər sakini X7 idar ə etdiyi VAZ-21015 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə onun Şirvan şəhərindəki yaşadığı Xanlar küçəsindəki evinin yanına gəldikdə həmin avtomobilə əyləşib onlarla birlikdə oradan gedərkən şəhər ərazisində avtomaşında nasazlıq baş verdiyindən dayandığına görə sürücü X7 taksi fəaliyyəti ilə məşğul olan qardaşı X11 idarə etdiyi avtomobillə həmin yerə gəlməsini və sərnişinləri aparmasını bildirmiş, bundan sonra X11 idarə etdiyi VAZ21723 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiyi zamanadək o, özü ilə gətirdiyi cinayətin törədilməsində istifadə edilməsi üçün nəzərdə tutulan göz yerləri kəsilmiş qara rəngli maska-idman papağını və bir cüt əlcəkləri X8a vermiş, sonra Məhkum2 və X8 həmin VAZ-21723 «Priora» markalı avtomaşında arxa oturacaqda, o isə qa baq sağ oturacaqda əyləşdikdən sonra Məhkum2 bələdçiliyi ilə sürücü X11 onları Sabirabad rayonunun Rüstəmli kəndində yaşayan X2un yaşadığı evin yaxınlığına gətirib onların göstərdiyi yerdə yolun kənarında avtomaşını saxlamışdır. Bundan sonra əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, sürücünün yanında əyləşməklə hadisə yerində başqa şəxs olarsa və ya hadisə yerinə kimsə gələrsə kömək etmək, habelə sürücünün şübhələndiyi halda avtomobillə oradan getməsinin qarşısını almaq məqsədi ilə avtomobildə gözləmiş, X8 və Məhkum2 avtomobildən düşüb təxminən 120 metr aralıda yerləşən X2un küçə darvazasına tərəf getmiş, saat 0430 radələrində Məhkum2 pusquda dayanmış, X8 əllərinin izi qalmaması üçün əlcəkləri əlinə geyinib, küçə qapısından həyətə keçərək ağac parçası götürüb, evdə kiminsə onu gör ə biləcəyi ehtimalını nəzərə alaraq tanınmamasına görə maskanı başına keçirib evin pəncərəsindən qanunsuz olaraq yaşayış sahəsinə girib, özgənin əmlakını ələ keçirmə məqsədi ilə yataq otağındakı çarpayıda tək yatmaqla köməksiz vəziyyətdə olan hücuma məruz qalmış 1938-ci il təvəllüdlü X2un həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək silah qismində istifadə etdiyi ağac parçası ilə başına bir zərbə vurmuş, yuxudan ayılan X2dan pulların yerini və verməsini tələb etmiş, sonuncu pulu olmadığını bildirdikdə ağac parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq zərbələr vuraraq, ona sol təpə-gicgah nahiyəsində, sol bazunun yuxarı ⅓-də ön səthdə, sol arxa qoltuqaltı xətt üzrə 5-6 qabırğa səviyyəsində, sağ bazunun orta ⅓-də bayır səthdə qançırlarla nəticələnən, zorak ılıq hərəkətlərini davam etdirərək, özündə olan silah qismində istifadə etdiyi bıçaqla sağ bud nahiyəsinə bir zərbə vuraraq, ona sağ budun yuxarı ⅓-də arxa səthdə yara əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə pul və ya hər hansı bir əşya götürə bilmədən Məhkum2 ilə hadisə yerindən qaçaraq avtomobilə qayıtmış və onlar birlikdə quldurluq cinayətini törədərək sürücü X11a avtomobili Şirvan şəhərinə sürməyi bildirərək, avtomobil Nizami kəndi ərazisindən keçərkən X8 oturduğu arxa oturacaqda qapının şüşəsini aşağı endirib istifadə etdiyi maska-papağı və əlcəyi bayıra atmış və bundan sonra Şirvan şəhərinə qayıtmışlar. Həmin hökmlə Məhkum2 təqsirli bilinib məhkum olunmuşdur o na görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qup şəxslə yaşayış sahəsinə qanunsuz girməklə silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə quldurluq və özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq cinayətlərini törətmişdir. Belə ki, o, 03 iyul 2015-ci il tarixdə saat 2230 radələrində Şirvan şəhərində yerləşən “Zaza” kafesində tanışı X18 ilə Sabirabad rayonunun Rüstəmli kəndində yaşayan X2 evindəki sandıqdan ehtimal edilən 1.500 manat pulunu ələ keçirmə barədə razılaşdıqdan sonra X8 istifadəsində olan (***)***-**-** saylı mobil telefon nömrəsi ilə 04 iyul 2015-ci il tarixdə gecə saat 0251 dəqiqədə tanışı Məhkum1 istifadə etdiyi (* **)***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq birlikdə cinayət törətmək barədə məqsədlərini bildirib cinayətin törədilməsində vasitə kimi istifadə etmək üçün əlcək və maska-papaq əldə etməsi barədə razılaşaraq qabaqcadan əlbir olub qrup təşkil etmiş, birlikdə X7 idarə etdiyi VAZ-21015 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Məhkum1 Şirvan şəhərindəki yaşadığı Xanlar küçəsinə getmiş, sonuncu avtomobilə əyləşdikdən sonra oradan gedərkən şəhər ərazisində nasazlıq baş verdiyi üçün avtomobil dayandığına görə sürücü taksi fəaliyyəti ilə məşğul olan qardaşı X11 idarə etdiyi avtomobillə həmin yerə gəlməsini və sərnişinləri aparmasını bildirmiş, bundan sonra X11 idarə etdiyi VAZ-21723 markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə gəldiyi zaman adək Məhkum1 cinayətin törədilməsində istifadə etməsi üçün zəruri olan göz yerləri kəsilmiş qara rəngli maska-idman papağını və bir cüt əlcəkləri X8a vermiş, sonra X8la arxa oturacaqda, Məhkum1 isə qabaq sağ oturacaqda əyləşdikdən sonra onun bələdçiliyi ilə göstərdiyi yolla sürücü X11 onları Sabirabad rayonunun Rüstəmli kəndində yaşayan X2un yaşadığı evin yaxınlığına gətirib yolun kənarında avtomaşını saxlamışdır. Bundan sonra əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Məhkum1 sürücünün yanında əyləşməklə hadisə yerində başqa şəxs olarsa və ya hadisə yerinə kimsə gələrsə kömək etmək, habelə sürücü şübhələndiyi halda avtomobillə oradan getməsinin qarşısını almaq məqsədi ilə avtomobildə gözləmiş, o, X8la avtomobildən düşüb təxminən 120 metr aralıda yerləşən X2un küçə darvazasına gedib p usquda dayanmış, saat 0430 radələrində X8 küçə qapısından həyətə keçərək ağac parçası götürüb, əllərinin izi qalmaması üçün əlcəkləri əlinə keçirib, tanınmamasına görə maskanı başına keçirərək evin pəncərəsindən qanunsuz olaraq yaşayış sahəsinə girib, özgənin əmlakını ələ keçirmə məqsədi ilə yataq otağındakı çarpayıda tənha yatmaqla köməksiz vəziyyətdə olan hücuma məruz qalmış 1938-ci il təvəllüdlü X2un həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək, silah qismində istifadə etdiyi ağac parçası ilə başına bir zərbə vurmuş, yuxudan ayılan X2dan pullarını verməsini tələb etmiş, sonuncu pulu olmadığını bildirdikdə ağac parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq zərbələr vuraraq, ona sol təpəgicgah nahiyəsində, sol bazunun yuxarı ⅓-də ön səthdə, sol arxa qolt uqaltı xətt üzrə 5-6 qabırğa səviyyəsində, sağ bazunun orta ⅓-də bayır səthdə qançırlarla nəticələnən bədən xəsarətləri yetirmiş, zorakılıq hərəkətlərini davam etdirərək, özündə olan silah qismində istifadə etdiyi bıçaqla sağ bud nahiyəsinə bir zərbə vuraraq, ona sağ budun yuxarı ⅓-də arxa səthdə yara əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə pul və ya hər hansı bir əşya götürə bilmədən hadisə yerindən qaçaraq onunla birgə avtomobilə qayıtmış və onlar birlikdə quldurluq cinayətini törədərək, sürücü X11a avtomobili Şirvan şəhərinə sürməyi bildirərək, avtomobil Nizami kəndi ərazisindən keçərkən X8 oturduğu arxa oturacaqda qapının şüşəsini endirərək istifadə etdiyi maska -papağı və əlcəyi bayıra atmış və sonra Şirvan şəhərinə qayıtmışlar. Bundan başqa o, təkrarən, 22 iyul 2015-ci il tarixdə, gecə saat 0330 radələrində Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində yerləşən «Yeni Çənlibel» restoranının həyətində, Zərərçəkmiş şəxs istifadəsində olmuş «Mercedes Benz-230» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını pultu ilə açaraq, qabaq sağ oturacaqda əyləşib, qanunsuz olaraq saxlanc yeri olan avtomobilin sandıqçasının alt hissəsindən tutub açmaqla oradan 21.800 (iyirmi bir min səkkiz yüz) manat pulu, yəni külli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Bəşirov Kamil Sücəddin oğlu, hakimlər Kərimov Qəzənfər Babaxan oğlu və Zeynalov Zeynal Ağababa oğlundan ibarət tərkibdə) 12 yanvar 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmiş, Məhkum2Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan əməli CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək ona həmin maddələrlə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5ci maddələri ilə təyin olunmuş08 il müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 08 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2018-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə, onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum1 kassasiya şikayətini onun əsaslandırmışdır ki, onun işinə düzgün baxılmamış, həmçinin ona cəza təyin edilərkən himayəsində qoca anasının olmasını və qanunun aliliyini nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətini onun əsaslandırmışdır ki, apellyasiya məhkəməsi onun ailə vəziyyətini, tək xəstə anasının olmasını, səhhətini, cavanlığını və səmimi peşmançılığını nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ona təyin edilmiş cəza müddətinin azaldılmasını, yaxud da cəzasının çəkilməmiş qalan hissəsinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan alternativ cəza ilə əvəz olunmasını xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxm ayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya m əhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkumlar Məhkum1 və Məhkum2 təqsirli bilindikləri cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhku m1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri, Məhkum2 hərəkətləri 181.2.1, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətlərində göstərilən dəlillər apellyasiya şikayətlərində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...məhkəmə kollegiy asının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla X8 Azərbaycan Respublikası CM-in 128, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, Məhkum1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri, Məhkum2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.5-ci və 177.3.2-ci maddələri ilə ittiham olunan cinayət əməllərinin onlar tərəfindən törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və X8 əməlini Azərbaycan Respublikası CM-in 128, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, Məhkum1 əməlini Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri, Məhkum2 əməlini isə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci və 177.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş, və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya kollegiyasının məhkəmə iclasında müdafiəçilər tərəfindən cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən (Məhkəməyə təkrar müraciət hüququ) məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngül ləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplamış sübutlar tam, hər tərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zaman sübutlar təhlil olunur və bir – biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsində birbaşa göstəriş vardır ki, hər bir sübut mənsubiyyəti, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. "Mahmudovun Rusiyaya qarşı" işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affır manti, nonneganti incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana" qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqında Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması haqqında hüququ) 1-ci hissəsində göstərilir ki,hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və c əzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza tə yin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda göstərilənləri əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkumların törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun olaraq onlara ədalətli cəza təyin etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 19-cu bəndində tövsiyə olunur ki, yaşayış sahəsinə, habel ə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, m üvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci b əndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə. təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasma ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndinə görə CM-nin 59-cu maddəsi ilə cəzanın yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hal kimi nəzərə alına bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini. məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfındən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Müdafiəçilər ibtidai istintaqda və birinci instansiya məhkəməsində bir sıra prosessual pozuntular baş verdiyini bildirsələr də, apellyasiya instansiya məhkəməsində bunlar subut olunmadı. 12 iyun 2017-ci il tarixli, 1(089)-180/2017 saylı hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi X12, Məhkum1 və Məhkum2 cəza təyin edərkən, cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etm iş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini nəzərə alaraq, barələrində təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş ədalətli həddə cəza təyin etmişdir. X18, Məhkum1 apellyasiya şikayətlərində onlar barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 1(089)-180/2017 saylı hökmünün ədalətsiz olması və cinayət işinə yenidən baxılaraq barələrində ədalətli qərar çıxarılmasını, Məhkum2 isə ona təyin olunmuş cəzanın azaldılmasını xahiş etmişlər. Bu dəlillərlə əlaqədar məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri əsas götürərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli və obyektiv tədqiq e dilmiş, X18, Məhkum1 və Məhkum2 onlara qarşı elan edilmiş ittihamda onların təqsirli olmaları tam sübuta yetirilmiş, həmin məhkumlara cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkumlara onların islah olunması məqsədlərini və Azərbaycan Respublikası CM-in 41.2 maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onların törətdikləri cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətlərini təmin edib X18 və Məhkum1 və Məhkum2 barəsində olan Lənkəran Ağır Cinayət lər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 1(089)-180/2017 saylı hökmünün ədalətsiz hesab edilməsi, yaxud dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar görmür.Bununla belə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 CM-in 177.3.2-ci maddəsi ilə tövsif edilən əməlini 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında “ Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun 1.61.7-ci maddəsində qeyd edilən imperativ göstərişə uyğun müzakirə edərək belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin ikinci bəndində edilmiş dəyişikliyə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017-ci il tarixl i, 1(089)-180/2017 saylı hökmü Məhkum2 münasibətə dəyişdirilməli və onun həmin əməli CM-in 177.3.2-ci maddəsindən CM-in 177.2.2,177.2.3 və 177.2.4-cü maddəsinə tövsif edilməli və həmin maddə ilə ona cəza təyin edilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında “ Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun 1.61.7-ci maddəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin ikinci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Bu məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz mi n manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan artıq olan məbləğ başa düşülür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017ci il tarixli, 1(089)-180/2017 saylı hökmündən məlum olur ki, Məhkum2 22 iyul 2015-ci il tarixdə, gecə saat 03:30 radələrində Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində yerləşən «Yeni Çənlibel» restoranının həyətində, Zərərçəkmiş şəxs istifadəsində olmuş «Mercedes Benz-230» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını pultu ilə açaraq, qabaq sağ oturacaqda əyləşib, qanunsuz olaraq saxlanc yeri olan avtomobilin sandıqçasının alt hissəsindən tutub açmaqla oradan 21800 (iyirmi bir min səkkiz yüz) manat pulu, yəni külli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Göründüyü kimi, Məhku m2 CM-in 177.3.2-ci maddəsi ilə verilmiş ittihamda o, 21800 manat pulu, yəni külli miqdarda özgənin əmlakını gizli yolla talamaqla oğurluq etməkdə təqsirli bilinərək məhkəməyə verilmiş, birinci instansiya məhkəməsinin onun barəsində olan 12 iyun 2017-ci il tarixli hökmündən də görünür ki, məhkəmənin əldə etdiyi dəlillər əsasında Azərbaycan Respublikası CM-nin 01 dekabr 2017-ci ilə qədər qüvvədə olan 177.3.2-ci maddəsi ilə ona qarşı verilmiş ittiham təsdiqini tapmış olduğundan birinci instansiya məhkəməsi tərəfindən o, həmçinin həmin maddə ilə də məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyəti ni başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-in 405.1.2-ci maddəsində deyilir ki, cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyi tətbiq edildiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı dəyişdirilir. Məhkəmə kollegiyası bütün yuxarıda qeyd edilənləri təhlil edərək belə hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 1(089)-180/2017 saylı hökmü ilə ona qarşı elan edilmiş ittihamı əhatə edən CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tu tulan əməli 20 oktyabr 2017-ci il tarixli Qanunla qüvvədə olan CM-də edilmiş dəyişikliyə uyğun olaraq CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməli, ona hazırda qüvvədə olan CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərə uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibətini bildirmiş, onlarla qismən razılaşmadığının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətlərinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cəza ilə bağlı göstərilən dəlillər qərarın dəyişdrilməsinə əsas vermirlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən hökm və ya qərar məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə ləğv edilə və ya dəyişdirilə bilər. İş materiallarından, apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onların ailələrinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bi linib məhkum olunmuş Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-735/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-735/2019
07.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver