Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-735/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçisi Müşfiq Eldar oğlu Əliyevin iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Elnar Əli oğlu Hüseynov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin (hakim Tərlan Nüsrətov) 1(036)-78/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1976-cı ildə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, N.ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədilməsində təqsirli bilinmiş, CM-in 127.2.1 və 127.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 03 mart 2021-ci il tarixdə saat 18:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evin həyətindən dəmir ling götürüb, oğlu İsmayıl Qasımovu bir neçə il əvvəl qonşusu Məmmədzadə Elnur Qəşəm oğlu nun döyməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan dava etmək məqsədi ilə Elnur Məmmədzadənin yaşadığı İmişli şəhəri, N.ünvan 2 ünvanda yerləşən evin darvazasının yanına gəlib, küçədə, yəni ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafda olan yaşayan şəxslərə aşkar hörmətsizlik və laqeydlik göstərməklə silah qismində istifadə etdiyi dəmir linglə dəfələrlə vuraraq darvazanı zədələməklə Elnur Məmmədzadəyə 10 (on) AZN məbləğində maddi ziyan vurmuş, uca səslə qapının açılmasını tələb etməklə, həmin evdə və qonşuluqda yaşayanların narahatçılığına, həmçinin qorxu və həyəcan hisləri keçirmələrinə səbəb olmuşdur. Bu vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə Gülməmmədov İltifat Şubay oğlu ondan xuliqanlıq hərəkətlərinə s on qoyulmasını tələb etdikdə, o, orada toplaşan şəxslərə digərlərindən əsaslı sürətdə fərqləndiyini nümayiş etdirmək üçün şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, xuliqanlıq niyyəti ilə, heç bir əsaslı səbəb olmadan ictimai borcunu yerinə yetirən İltifat Gülməmmədovun ünvanına nalayiq ifadələr işlədib, alın nahiyəsinə qəsdən yumruqla vuraraq müqavimət göstərməklə, ona alın nahiyəsində solda sıyrıq ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Daha sonra qanunsuz hərəkətlərini davam etdirərək, ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirmək və ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə onu qərəzli xuliqanlıq hərəkətlərindən çəkindirməyə çalışmaqla, ictimai borcunu yerinə yetirən Həsənov Yaşar Siracəddin oğlunu n ünvanına da nalayiq ifadələr işlədib, sonuncuya qarşı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə zor tətbiq edərək, müqavimət göstərməklə qəsdən yumruqla burun və sifət nahiyələrindən vurub, ona burnun yumşaq toxumaların şişkinliyi, burun tənəffüsünün pozulması ilə müşayiət edilən, burun sümüyünün yerinidəyişən sınığı, burun belində yara, sağ gözün üst qapağında tış tərəfdə qançır, sifətin sağ yanaq nahiyəsində yumşaq toxumaların şişkinliyi və qançırından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib, axşam vaxtı ətrafda yaşayan qonşuların və səs-küyə küçəyə toplaşmış insanların istirahətini pozaraq, habelə, uzun müddət onlarda qorxu və həyəcan hisləri yaratmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Şirva n Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)-922/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində «8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla, ona Azərbaycan Respublikası CM-in 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, yəni 2 (iki) il 9 (doqquz) ay 1 (bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azaldılmış və hazırki qərar ela n olunduğu gündən, yəni 06 dekabr 2021-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs çəkiləcək azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) il 3 (üç) ay 1 (bir) gün müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 3 (üç) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, dərhal həbsdən azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına teyin edilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Elnar Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı məhkum Təqsirləndirilən şəxs cəza təyininə dair hissədə əsassızdır. Belə ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəza birinci növbədə təqsirləndiri lən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin, göstərilən qərarın 25-ci bəndinə əsasən CM-in 70-ci maddəsinə görə şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apelyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xar akteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətinə əhəmiyyət verilməmiş, apelyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, ictimai borcunu yerinə yetirən zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır zərər vurma və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayətlərini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı real olaraq çəkməsi ədal ətli olmasına baxmayaraq əsassız olaraq barəsində şərti məhkum etmə tətbiq etmiş və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 70-ci maddəsini tətbiq etməklə şərti hesab etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Təqsirləndirilən şəxs islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkə mələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə haqqında qərar qəbul edərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində işləməyən həyat yoldaşı və yetkinlik yaşına çatmayan iki uşağının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, səmimi etirafını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs barəsin də CM-in 70-ci maddəsini tətbiq edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi onun əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını öz hökmündə artıq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və həmin hallara uyğun olaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etmiş, təyin etdiyi cəzanı da real olaraq çəkməsini mümkün hesab etmişd ir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin hallara onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində işləməyən həyat yoldaşının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını da əlavə edərək birinci instansiya məhkəməsindən fərqli olaraq həmin halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Halbuki, CM-in 72-ci maddəsinə görə ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxsin səmimi peşman olması, könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin Təqsirləndirilən şəxs könüllü gəlib könüllü gəlib təqsirli bonuna almadığı, cinayətin üstünün açılmasına fəal kömək etmədiyi, habelə qəsdən az ağır cinayətlər törətdiyi üçün yuxarıda göstərilən hallar ona şamil edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin “əməlindən peşman olmasını” deməsini onun səmimi peşman olması kimi qiymətləndirmişdir. Başqa sözlə “səmimi peşmanlıq” anlayışına hüquqi müstəvidən deyil, daha çox məişət üslubunda ifadə olunan məna baxımından yanaşmışdır ki, bu da CM-in 59.2, habelə 139.0.5-ci maddələrinin tələbləri baxımından da əsasızdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, demək olar ki, hər bir cinayət işində rastlaşılan, formal xarakterli xasiyyətnaməyə belə qərarda istinad etmədən həmin xasiyyətnamənin təqsirləndirilən şəxsin şəxsiyyətinin fərdi - mənəvi keyfiyyətlərini tam ortaya qoyması nəticəsinə gəlmişdir. Halbuki, şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir. Həmçinin, müsbət xasiyyətlənmə şəxsin müsbət davranışının göstəricisi ola bildiyi halda, təqsirləndirilən şəxsin davranışı ictimai borcunu yerinə y etirən zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır zərər vurma və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayətlərini törətməkdən ibarət olmuşdur. Bundan əlavə, məhkəmənin təqsirləndirilən şəxsin ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alması da əsassız olmuşdur. Məhkəmənin qərarda heç bir əsaslandırma aparmadan, onun ailə üzvlərinin həqiqətən də işləyib-işləmədiyini müəyyənləşdirmədən, həmin fakt üzrə tam və hərtərəfli araşdırma aparmadan, öz ifadəsindən başqa həmin halı təsdiqləyən sübutu göstərmədən sadəcə “ailədə yeganə qazanc gətirən şəxs olması” sözlərini qeyd etməsi və bunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə absurddur. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində işləməyən həya t yoldaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda da haqlı olmamışdır. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd olunan, cinayət qanununda nəzərdə tutulmamış hallar cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınarkən CM-in 59.2-ci maddəsinin tələbi pozularaq qeyd olunanlar cəzalarını yüngülləşdirən hal kimi sadəcə göstərilməklə kifayətlənilmiş, həmin xüsusatların nə ilə sübut olunması, nəyə görə bu halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması və belə bir nəticəyə gəlinməsinin səbəbləri, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivləri məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göründüyü kimi, məhkəmə qərarda heç bir əsaslandırma aparmadan bir sıra halları əsassız olar aq cəzanı yüngülləşdirən hal kimi sadalamış, lakin həmin halların hansı səbəbdən cəzanı yüngülləşdirən hal olmasını belə əsaslandırmamışdır. Halbuki, CPM-in 139.0.5-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yalnız sübutlara əsasən müəyyən edilir. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və yuxarıda sadalanan digər halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, ictimai təhlükəlilik dərəcəsi olduqca yüksək olan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törədən Təqsirləndirilən şəxs sadəcə qeyd olunan halları onu n cəzasını yüngülləşdirən hal kimi nəzərə almanın nə dərəcədə düzgün, ədalətli və işin obyektiv hallarına uyğun olmasını və belə bir nəticəyə gəlməsinin səbəblərini hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamışdır Göründüyü kimi, ibtidai istintaq və məhkəmə tərəfindən cinayət əməli tam sübuta yetirilmiş Təqsirləndirilən şəxs davranışı ilə islah olunma yolunda olduğunu göstərməmiş, belə olan halda məhkəmə tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkün sayılaraq onun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi həmin maddənin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası məhkumun cəza çəkmədən islah olunması mümkünlüyü ilə yuxarıda qeyd edilən yüngülləşdirici hallar arasında nə kimi əlaqənin olmasını, həmin halların məhkumun cəza çəkmədən islah olunmasına təsirini əsaslandırmamışdır. Sadalananlardan göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, törədilməsi halına, hadisənin baş vermə səbəbi və şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək CM-in 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı şərti hesab etmiş, həmin hissədə qərarı əsaslandırmamış, qeyd olunan halları və Təqsirləndirilən şəxs şəxsiyyətini, onun tərəfindən törədilən cinayətlərin başa çatmış cinayətlər olmaqla az ağır cinayətlər kateqoriyasına aid edilməsini, eləcə də bu cür əməli törədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəzaçəkmə müəssisəsində cəza çəkmədən islah olunmasının mümkün olmamasını nəzərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, cəza təyin edərkən cinayət qanunu normalarını düzgün tətbiq etməmiş, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, Konstitusiya Məhkəməsinin məcburi olan şərhini və Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Məhkəmənin Təqsirləndirilən şəxs təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, şərti hesab edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs barəsində “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının tətbiqində də səhvə yol vermişdir. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində olan hökmə apelyasiya şikayəti üzrə baxaraq, birinci instansiya məhkəməsinin hökmü dəyişdirmiş, hökmlə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi Amnistiya haqqında Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılmış, daha sonra isə barəsində CM-in 70ci maddəsi tətbiq edilərək azaldılmış cəzanın ona şərti olaraq tətbiq edilməsi və 2 il sınaq müddətinin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə amnistiya qərarının tətbiqini təyin etdiyi faktiki cəz adan əvvəl salmış, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı azalmış, daha sonra isə CM-in 70-ci maddəsini tətbiq etmişdir. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı şərti hesab edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Təqsirləndirilən şəxs şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəala rının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq edilməmiş, nəticədə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə CM-in 70-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Ayxan Hüseynlinin kassasiya protestinin təmin olunması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin o lunmalı, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ədalətsiz olması, onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasının və cəza təyin etmənin normalarının pozulmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yen i cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəm ə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Rüstəm Musayev barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilməmişdir. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yü ngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Apelyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs şərti məhkum etmə haqqında qərar qəbul edərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində işləməyən həyat yoldaşı və yetkinlik yaşına çatmayan iki uşağının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, səmimi etirafını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmaması müəyyən etmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı verilmişdir. Bununla belə, həmin Məcəllənin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqı nda» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 4-cü və 8-ci bəndlərinə əsasən, «Azərbaycan Respublikası CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən və qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun cinayəti səmimi etirafı və əməlindən peşman olması halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası da həmin halların cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması üçün heç bir əsas görmür. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində işləməyən həyat yoldaşı və yetkinlik yaşına çatmayan iki uşağının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını da cəzanı yüngülləşdirən hallar qismində nəzərə almışdır. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallarla yanaşı, təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ona görə də məhkumun ailə vəziyyəti ilə əlaqədar qeyd edilən halların təkrarən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun gəlmir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəl i əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Apelyasiya instansiyası məhkəməsi m əhkumun əməlindən peşman olması və cinayəti səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində işləməyən həyat yoldaşı və yetkinlik yaşına çatmayan iki uşağının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə aradan qaldıran hallar kimi göstərərək, həmin halların onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə azalma təsirinin nədən ibarət olmasını göstərməmiş və öz mövqeyini əsaslandırmamışdır. Belə olan halda məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi əsaslı hesab etmir. Bundan başqa, kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Təqsir ləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının tətbiqində səhvə yol vermişdir. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 4-cü hissəsindən görünür ki, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 3-cü və 3.2-ci hissələrindən görünür ki, bu Qərarın 2.12-ci bəndində göstərilən şəxslərdən başqa, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla cəzalardan azad edilsinlər. Milli Məclisin amnistiya Qərarının qeyd olunan hissələrinin məzmunundan görünür ki, məhkəmənin hökmü ilə barələrində 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş təqsirləndirilən şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, həmin şəxslərin çəkilməmiş cəzası 6 ay azaldılmalı, həmçinin azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, yəni barələrində CM-in 70-ci maddəsi tətbiq edilmiş və s. şəxslə r isə cəzadan azad edilməlidirlər. Birinci halda amnistiya Qərarının 10-cu, ikinci halda isə Qərarın həm 10-cu, həm də 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmalıdır. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin apelyasiya məhkəməsi tərəfindən məhkum barəsində amnistiya qərarının faktiki olaraq cəzadan əvvəl tətbiq edilməsi barədə dəlili ilə razılaşaraq qeyd edir ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı Amnistiya aktına əsasən azaltmış, daha sonra isə CM-in 70-ci maddəsinə əsasən ona şərti olaraq cəza təyin etmişdir. Hərçənd Amnistiya aktı artıq təyin edilmiş cəzaya tətbiq edilməli idi. Belə olan halda isə, yəni cəzanın şərti olaraq tətbiq edildiyi halda «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməs i haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 11-ci bəndində olan məhdudiyyətlərə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri həmin qərarın təsiri dairəsinin altına düşmür. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinin tələbinə görə apelyasiya baxışı zamanı məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2021-c i il tarixli qərarı ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Cinayət işinə yenidən baxılarkən Azərbaycan Respublikası CM-in 58.3, 59 və 70-ci maddələrinin, habelə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tələblərinə riayət edilməli və nəticədən asılı olaraq cinayət işi üzrə qanunamüvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarı k assasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-735/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-735/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver