Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-735/2023 13.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-18/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağı dakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1969-cu il tarixdə Kəlbəcər rayonu, Keştək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş, Kəlbəcər rayonu, Yellicə kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsində faktiki yaşayır. 2. 22 sentyabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 311.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 oktyabr 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Bəylərov X5 rayonu təhsil şöbəsi rəisinin xx.xx.2003-cü il tarixli, 50a nömrəli əmri ilə Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsi”nin 5-ci bəndinə əsasən, məktəbin fəaliyyətinin idarə edilməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, kadrların seçilib -yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi, konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflərin irəli sürülməsi, fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbin təmsil edilməsi, onun adından müqavilələr bağlanılması, məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələ rin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə 28 mart 2016-cı il tarixli, 165 nömrəli əmrlə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.6-cı bəndinə əsasən, müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) müəllimlərin işə qəbulunun tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə həyata keçirilməli olmasına baxmayaraq, ünvan 1 ünvanında yaşayan, X7 31 iyul 2014-cü il tarixli, 042940 nömrəli diplomu ilə “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə subbakala vr dərəcəsi verilmiş və Təhsil Nazirliyi tərəfindən – 2017-ci ildə keçirilmiş müsabiqədə müvəffəqiyyət qazanmamış Şahid2 özünün direktoru olduğu Kəlbəcər rayonu 3 saylı tam orta məktəbində Kəlbəcər rayon təhsil şöbəsinin razılığını almadan təsviri incəsənət müəllimi kimi işə qəbul olunmasına görə Şahid2 atası Şahid1 2017-ci ilin may ayının əvvəllərində ünvan 1 ünvanında görüşləri zamanı özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, sonuncunun maddi imkanının aşağı olması ilə əlaqədar 2.500 (iki min beş yüz) manat verə biləcəyini bildirməsi ilə əlaqədar onunla həmin məbləğə razılaşıb, bu niyyətlə, 2017-ci ilin may ayının ortalarında Şahid1 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə sonuncudan özü üçün birbaşa yolla ma ddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini şəxsən rüşvət qismində alıb, Kəlbəcər rayon təhsil şöbəsinin razılığını almadan Şahid2 ilə onun 130 manat məbləğində aylıq əmək haqqı almaqla Kəlbəcər rayonu 3 saylı tam orta məktəbdə təsviri incəsənət müəllimi qismində 14 iyun 2018-ci il tarixədək işə qəbul olunması barədə 1 sentyabr 2017-ci il tarixli müddətli əmək müqaviləsi bağlayıb Şahid2 müəllim vəzifəsini yerinə yetirməsinə qanunsuz olaraq şərait yaratmışdır.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-52/2021 nömrəli, 21 aprel 2021ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilməsi hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Protest belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi ni, həmçinin şəxsiyyətini xarakterizə edən halları nəzərə almadan ona yüngül cəza təyin etmiş, cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-nin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, şərti hesab edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir.
7. Gəncə Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-18/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-52/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası artırılaraq 3 (üç) həddində, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən tətbiq edilmiş 3 (üç) il sınaq müddəti artırılaraq 4 (dörd) il həddində müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti veril mişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmələr Məhkum törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və onun şəxsiyyətini nəzərə almadan cəza təyin etməklə, Azərbaycan Respublikası CM-nin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında olan tövsiyələri nəzərə almamışlar. Beləliklə də, məhkəmələr təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab etməklə, cinayət qanunvericiliyinin prinsiplərini düzgün tətbiq etm əmişdir. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-18/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya baxışına təyin edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProse ssual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiy ası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
15. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-18/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aş ağıdakıları qeyd edir.
16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
17. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
18. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olub-olmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəza sının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (Cinayət Məcəlləsinin 7-ci maddəsi), ədalət (Cinayət Məcəlləsinin 8-ci maddəsi), humanizm (Cinayət Məcəlləsinin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır.
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiy yətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi).
22. Cə zanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.
23. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydad a yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır.
24. Vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkəmələr Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırmalıdırlar (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 4, § 4, 25 iyun 2003-cü il).
25. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM -nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 26.Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir.
27. Yalnız belə olduqda, cinayət törətmiş şəx sin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər.
28. Baxılan işin materiallarından isə görünür ki, məhkəmələr Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunması barədə nəticəyə gələrkən, onun törətdiyi cinayətin ağırlığını və ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamışlar. Halbuki, məhkumun törətdiyi, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər kateqoriyasına aid olan Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında və digər təşkilatlarda qulluğun normal həyata keçirilməsi ni təmin edən münasibətlər təşkil edir. Bununla yanaşı, rüşvət alma - passiv rüşvətxorluq, hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, bu səbəbdən qanunverici rüşvət almanı ağır cinayətlər kateqoriyasına aid etmişdir.
29. İşin faktiki hallarından da görünür ki, məhkum Bəylərov X5 rayonu 3 saylı tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən Şahid2 həmin məktəbdə təsviri incəsənət müəllimi kimi işə qəbul olunmasına görə 2017-ci ilin may ayının ortalarında özü üçün birbaşa yolla maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitini şəxsən rüşvət qismində almış, sonuncu ilə müddətli əmək müqaviləsi bağlayıb müəllirn vəzifəsini yerinə yetirməsinə qanunsuz olaraq şərait yaratmışdır.
30. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunanları nəzərə almadan birinci instansiya məhkəməsi tərəfindən məhkum barəsində tətbiq edilmiş şərti məhkum etmə ilə razılaşması onu göstərir ki, bu qaydada, yəni Azərbaycan Respublikası CM-nin 8, 58.3, 70-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, bununla da Azə rbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz.
31. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum tərəfindən törədilən cinayətin ağırlığını və ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almadan əsassız olaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib, ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişlər.
32. Təsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiyini göstərir.
33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kass asiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan (104)-516/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-18/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.