Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-735/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, Məhkum müdafiəçiləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 iştirakları ilə, M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 1(103)-1619/2023 nömrəli hökmündən Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə (bundan sonra mətndə kassasiya şikayəti) baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Müdafiəçi2 küçəsi, ev 49, mənzil 217 ünvanında yaşamış, haz ırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X14 (sədrlik edən), X12 və X4 ibarət məhkəmə tərkibində) 13 iyul 2022-ci il tarixli, 1(101)-428/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham olunan Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilməsi, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci və 353.3.4-cü maddələrinə əsasən bəraət alması ilə əlaqədar Məhkum cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olmasının izah olunması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
3. Məhkəmənin hökmü ilə razılaşmayan Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti, bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən apellyasiya şikayətləri və sonuncu tərəfindən apellyasiya şikayətinə əlavə verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət məhkəmə tərkibində) 29 noyabr 2022-ci il tarixli, 1(103)1790/2022 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Nümayən də1, bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 1(101)428/2022 nömrəli hökmünün verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə qaydada kassasiya şikayəti verilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən), X9 və X2 ibarət məhkəmə tərkibində) 06 iyun 2023-cü il tarixli, 1(102)-997/2023 nömrəli qərarı ilə dövlət itti hamçısı tərəfindən verilmiş kassasiya protestinin, Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının kassasiya protestinə və kassasiya şikayətinə əsasən ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X17 və X7 ibarət məhkəmə tərkibində) 29 sentyabr 2023-cü il tarixli, 1(103)1619/2023 nöm rəli hökmü ilə apellyasiya protestinin və zərərçəkmiş şəxs və müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 2 (iki) günün ona təyin edilmiş cəzadan çıxılması, Məhkum üzərində qəti olaraq 9 (doqquz) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasının əvvəlinin 29 sentyabr 2023-cü ildən hesablanması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbs edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
8. Həmin hökmdən Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi4 tərəfindən birgə qaydada kassasiya şikayəti və Müdafiəçi4 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir.
9. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirm işdir. II. Hüquqi məsələlər:
10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
11. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum müdafiəçiləri tərəfin dən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının da çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 1(103)-1619/2023 nömrəli hökmündən məhkumun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi4 tərəfindən birgə verilmiş kassasiya şikayəti və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılmalıdır.
12. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 1(103)-1619/2023 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi4 tərəfindən birgə verilmiş kassasiya şikayəti və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılsın. Məhkum ərizəsi təmin edilsin.