Məhkəmə qərarları › İş №1(102)-735/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-735/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-735/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, "DOST” MMC-nin ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 1(106)-1030/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Saatlı Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(055)-63/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim V.İ.Qasımov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: Y.X.Həşimov (sədrlik edən), İ.H.Əhmədov və E. İ.Əliyevdən ibarət tərkibdə) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona həmin maddə ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 dekabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində iste hsal olunmuş, yivli odlu silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizimlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən, nömrəsi silinmiş, 9 mm kalibrli “Makarov” konstruskiyalı PM modelli tapançanı və həmin tapançaya aid olan 4 ədəd zavod üsulu Azərbaycan Respublikasında 2020-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən, istifadəyə və atəş üçün yaralı olan Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları hesab edilən patronları və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yaralı olan, 8 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı tapançaların komplekt h issəsi hesab edilən darağı qanunsuz olaraq əldə edib və yaşadığı ünvan 2 ünvanında yerləşən evinə qanunsuz olaraq daşıyıb və orada saxlamış, 01 iyul 2024-cü il tarixdə saat 11:35 dəqiqədə Saatlı şəhəri, M.Kərimov küçəsində həmin silah və sursatı üstündə qanunsuz olaraq gəzdirərkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunub Saatlı RPŞ-yə gətirilmiş, orada həmin tarixdə saat 12:40 dəqiqədə üstünə şəxsi axtarış aparan zaman əynində olan şalvarın arxa tərəfində bel kəmərinə keçirdiyi qara rəngli sellofan torbanın içərisindən qeyd edilən 1 ədəd “Makarov” konstruskiyalı PM modelli tapança, 4 ədəd Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları hesab edilən patronlar və 1 ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissə si hesab edilən daraq aşkar edilərək götürülmüşdür, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmiş, daşımış, saxlamış və gəzdirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən, onun məsuliyyətini yüngülləşdirən halları nəzərə alınmamış, əksinə əsassız olaraq onun törətdiyi cinayətin ictimai təhlükəliliyinə, xarakterinə istinad edilməklə ona təyin olunmuş cəza artırılmışdır. Məhkum hesab edir ki, məhkəmələr tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkum kassasiya şikayət ində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəl lənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən ona cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərar ını dəyişdirməklə ona daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin əd alət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, hökmdən görünür ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunması və onun 2-ci qrup əlil olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmiş, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlü kəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Məhkum 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Dövlət ittihamçısı Məhkum təyin olunmuş cəzanı yüngül hesab etdiyi üçün birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti vermiş və protestdə Məhkum ödənilmiş məhkumluqlarına istinad edərək, birinci instansiya məhkəməsinin Məhkum cəzasını yüngülləşdirici hal kimi nəzərə aldığı sonuncunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də müstəsna olaraq apellyasiya protestində göstərilənlərdən çıxış edərək cəzanın təyin edilməsi məsələsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri t əhlil etmiş, araşdırma nəticəsində məhkəmə hökmdə və apellyasiya protestində göstərilən cəzanı yüngülləşdirən halların əsassız və qanunsuz olaraq müəyyən edilməsi haqqında nəticəyə gəlməmiş, heç bir cəzanı yüngülləşdirən halı hökmdən xaric etməmiş, eyni zamanda hər hansı bir halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirməmişdir. Məhkəmə hökmlə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının həddindən artıq yüngül, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının isə daha məqsədəuyğun olması haqqında qənaətini Məhkum silahı gəzdirməsi və sonuncunun müxtəlif növ cinayət əməlləri törətməsi (qərarda həmin halı özünəməxsus “vərdiş” əmələ gəlməsi və hər dəfə belə cinayətlərin törədilməsinin bu vərdişin dayanıqlılığına dəlalət etməsi kimi göstərmiş), habelə cinayətin xarakteri və i ctimai təhlükəlilik dərəcəsi, sosial ədalətin bərpası, cəzanın xəbərdaredici rolunun təmin edilməsi kimi dəlillərlə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin Məhkum cəzasının artırılması ilə bağlı hasil etdiyi nəticəyə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bütün hüquqi nəticələrin ləğv edilməsi o deməkdir ki, şəxsin ödənilmiş və ya yaxud götürülmüş məhkumluğuna hüquqi nəticələr doğuran, o cümlədən cəzanın müəyyənləşdirilməsini şərtləndirən hal kimi istinad etmək olmaz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 50-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Göründüyü kimi apellyasiya məhkəməsi Məhkumluğunun ödənilməsi təkzib olunmadığı vəziyyətdə Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin tələblərinə və Ali Məhkəmənin yuxarıda adı çəkilən plenum qərarında əks olunmuş hüquqi mövqeyinə zidd olaraq, Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzan ın ağırlaşdırılması ilə bağlı qənaətini birbaşa onun əvvəlki (ödənilmiş) məhkumluğu ilə əlaqələndirmişdir (faktiki olaraq Məhkum şəxsiyyətini xarakterizə edən hal qismində dəyərləndirmiş) ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin istinad etdiyi həmin əsas yolverilməz olmaqla, təqsirkara münasibətdə cəzanın sərtləşdirilməsini şərtləndirən hal kimi çıxış edə bilməz. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun (və ya kifayət qədər nəzərə alınmasın), yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin t örətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Apellyasiya məhkəməsinin qərarına diqqət etdikdə görünür ki, işə baxan məhkəmə kollegiyasının bu məsələlərlə bağlı heç bir tutarlı dəlil irəli sürmədən və hər hansı əsaslandırma aparmadan Məhkum təyin edilmiş cəzanın müddətinin artırılması ilə bağlı nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsində təsbit edilən cinayətin obyektini və obyektiv cəhətini xarakterizə edən hallar istinad etməklə Məhkum təyin edilmiş cəzanın müddətinin artırılmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən xüsusiyyətlər CM-in 228.1-ci maddəsinin sanksiyası müəyyən olunarkən qanunverici tərəfindən zatən nəzərə alınmış və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki azadlıqdan məhrum etmə cəzası, hətta ondan da yüngül – islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsi mümkün görülmüşdür. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cəza təyini məsələsinə verdiyi bu cür qiymətləndirmə ilə (faktiki isə - qiymətləndirməməsi) razılaşmır və belə qənaətə gəlir ki, apellyasiya protesti əsasında Məhkum təyin olunmuş cəzanın ağırlaşdıran məhkəmə kollegiyası işin obyektiv hallarından deyil daha çox özünün müəyyən etdiyi subyektiv baxışlarından çıxış etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsasl ı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegi yası qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan, həmç inin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gələn nəticəni, həmçinin cəzanın tətbiq edilməsi məsələlərinin həllində vahid məhkəmə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ağırlaşdırdığı 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 58.3, 59-cu maddələrinin tələblərinə cavab verən, ədalət prinsipi ilə (CM, maddə 8) uzlaşan cəza kimi qəbul edilə bilməz. Belə olan halda Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyası daxilində azaldılmalı və bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxı şlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməli Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 04 dekabr 2024-cü il tarixli, 1(106)-1030/2024 nömrəli qərarı dəyişdirilərək sonuncuya həmin qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 1(106)-1030/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar