Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-736/2018 19.04.2018 ALİ MƏHKƏMƏ 1(102)-736/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A Rİ “19” aprel 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx2018-cı il tarixli qərarından Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi E tərəfindən ve rilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.S.Qəhrəmanov) Məhkum (xx xxxxx 1965-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Socar “Neftqaztikinti” Trestinin 1 saylı tikinti quraşdırma bölümünün iş icraçısı vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə tikinti quraşdırma və texniki təhlükəsizlik sahəsində məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin müəssədə qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət məhkəmə tərkibi) Məhkum barəsində olan Pirallahı Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmündən Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi E tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2018-ci il tarixli qərarından məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətləri vermişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirl i bilinib məhkum edilmişdir ki, o, üzərinə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq, bu qaydaların pozulması hərəkətlərinə yol verərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma cinayətini törətmişdir. Belə ki, Məhkum Socar “Neftqaztikinti” Tresti ilə bağlanmış 27.08.2015-ci il tarixli, 3227 saylı əmək müqaviləsinə əsasən 1 saylı tikinti quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinin iş icraçısı vəzifəsində işləyərkən xx xx 2017-ci il tarixdə, saat 15 radələrində Xəzər dənizinin Bakı şəhəri, Pirallahı rayonu ərazisinə mənsub olan hissəsində yerləşən Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğusundan Çivanov qəsəbəsindəki “Q” saylı yataqxanaya elektrik xəttinin çəkilişi zamanı icra olunan işə dair tərtib edilmiş 22.02.2017-ci il tarixli, 22 №-li “İşdən öncə təlimatlandırma vərəqəsi”-ndə “PQ31”-dən “Q” korpusuna 4x185 kv.mm-lik kabelin əl ilə çəkilməsi üsulu nəzərdə tutulmasına (planlaşdırılmasına) baxmayaraq, şifahi göstərişi əsasında iş sahəsinə “XXXX” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı, səbətlə təchiz edilmiş, təyinatı yalnız insanların (işçilərin) hündürlüyə qaldırılması olmaqla, səbəti asılmış olan qolunun konstruktiv xüsusiyyətlərinə görə digər yükləmələrə və iş növlərinə, o cümlədən müxtəlif çəkili elektrik kabellərinin səbətdən asıb çəkilməsi üçün hesablanmayan avtomobilin gətirilməsi və təyinatdan kənar olaraq kabelin dartılıb çəkilməsi üçün dartıcı vasitə kimi istifadə edilməsi ilə 12.2.003-91 “İstehsalat prosesləri” Dövlət standartının 1.1 bəndinin və “İş icraçısının vəzifə təlimatı”-nın 1, 4 və 7 bəndlərinin tələblərini pozaraq istehsalatda hər hansı bədbəxt hadisənin baş verə biləcəyini əvvəlcədən görsə də, texnoloji prosesdə təhlükəsiz iş üsulunun və aparılma qaydasının düzgün seçilməməsi, iş sahəsində işlərin düzgün təşkili, təhlükəsiz aparılması və təhlükəsiz iş şəraitinin təmini üzrə planlaşdırılmış tədbirlərin yerinə yetirilməməsi səbəbindən, tabeçiliyində olmaqla şifahi tapşırığı ilə elektrik kabelini avtomobilin səbət hissəsinə bağlayaraq 4.9 metr hündürlükdəki su borularının üzərində dayanan 1 saylı tikinti quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyən X4 avtomobilin hərəkətə gətirilərək səbət hi ssəsinə bağlanmış kabeli 4-5 dəfə dartdıqdan sonra növbəti dəfə dartdığı vaxt kabelin bir hissəsinin sonuncunun ayaq nahiyəsinə dəyməsi nəticəsində onun müvazinətini itirməklə hündürlükdən beton daşların üzərinə yıxılaraq təpə nahiyəsinin hematoması, alının əzilmiş yarası, təpə nahiyəsinin alının, sağ diz oynağının, sağ baldırın sıyrıqları, alın sümüklərinin açıq, basılmış, qəlpəli sınıqları, sol əlin İİİ barmağının orta falanqasının qapalı sınığı, başın yumşaq toxumalarının iç səthində beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalarla nəticələnib ölümünə səbəb olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti almaqla hadisə yerində ölməsi ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan texniki təhlükəsizlik və ya əmək mühafizə sinin başqa qaydalarına riayət etmək vəzifəsi həvalə edildiyi halda, bu qaydaların pozulması hərəkətlərinə yol verərək əmək mühafizəsi qaydalarını pozma cinayətini törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr onun əməlini səmim etiraf edib peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməklə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və bununla əlaqədar hüquqi varisin ona qarşı şikayət və tələbinin olmamasını, şəxsiyyətini səciyyləndirən digər halları, o cümlədən məhkumluğunun olmamasını, müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almamış, qeyd olunan hallar onun barəsində şərti məhkum etmənin tətbiq edilməsinə əsas versələr də, ona az adlıqdan məhrum etmə və müəyyən vəzifə tutma növündə həddindən artıq ağır və ədalətsiz cəzalar təyin edilmişdir. Həmçinin, Məhkum kassasiya şikayətində xüsusilə ona istinad etmişdir ki, onun arvadı 2016-cı ildə vəfat etmişdir, ailəsinin onun əməyinə böyük ehtiyacı var. Lakin, onun məhkum edilməsi əvvəlki iş yerində qalmasına əngəl olmaqla onun ailəsinin maddi şəraitini daha da ağırlaşdırmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının dəyişdirilməsini, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 162.2-ci maddəsilə təyin olunmuş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi E Məhkumlə eyni məzmunlu kassasiya şikay əti verməklə ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barışdıqlarını qeyd etmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 162.2-ci maddəsilə təyin olunmuş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya insta nsiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi E kassasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə şərti məhkum edilməsi üçün əsasların olmasına baxmayaraq Məhkum həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə Məhkum təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkumun və zərərçəkmiş şəxsin hüququi varisinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm d ə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəz anı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayət Məcəlləsinin 59.1.12-cimaddəsinə əsasən (Azərbaycan Respublikasının xx xx 2017-ci il tarixli Qanununun redaksiyasında) zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi təqsirkarın cəzasını yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə (Azərbaycan Respublikasının xx xx 2017-ci il tarixli Qanununun redaksiyasında) Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcüd olduqda, cəzanı ağırl aşdıran hallar isə olmadıqda, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair birinci instans iya məhəməsinin hökmündən görünür ki, Məhkum üzərinə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq, bu qaydaların pozulması hərəkətlərinə yol verərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma cinayətini törətmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun məhkumluğunun olmaması, əməlini etiraf etməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, həmin hallara dair birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmış, lakin nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya in stansiyası məhkəməsi Məhkum barəsində şərti məhkum etmənin tətbiqini mümkün saymamış, ona azadlıqdan məhrum etmə növündə əsas cəzanın və müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə - əlavə cəzanın təyin edilməsini, cəzanın real olaraq çəkilməsini məqsədəmüvafiq hesab etmişlər. Məhkəmə kollegiyası birinci və apellaysiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticələrlə razılaşmır və hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Enun Məhkum qarşı şikayət və tələbinin olmaması onların barışıq əldə etməsi faktından irəli gəldiyindən, həmin hal da cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və kassasiya şikayətləri həll olunarkən nəzərə alınmalıdır. Belə ki, cinayət törədilən vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinin redaksiyası (cinayət-prosessual qanunun 106.6.1-ci maddəsi ilə birlikdə götürülməklə) təqsirkarla zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışığın əldə olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməyə yol vermirdi. Lakin, xx xx 2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xx 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 59-cu maddəsinə dəyişiklik edilmiş və bu normaya zərərçəkmiş şəxslə yanaşı onun yaxın qohumu olan hüquqi varisi ilə də barışığın əldə olunmasını cəzanı yüngülləşdirən hal kimi təsbit edən 59.1.12-ci maddə əlavə edilmişdir. Eyni zamanda, həmin qanunla Cinayət Məcəlləsinin 60.1-cı maddəsi də yeni redaksiyada verilmiş, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal bu maddədə sadalanan digər cəzanı yüngülləşdirən hallar kimi şəxsə (cəzanı ağırlaşdıran hallar olmadıqda,) təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəzanın son həddinin dördə üçündən çox olmamaq şərti ilə cəzanın təyin edilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi birinci instansiya məhkəməsin Məhkum cəza təyin edərkən nəzərə ala bilmədiyi, apellyasiya məhkəməsinin isə nəzərindən qaçırdığı halı (təqsirkarın zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini) cəzanı yüngülləşdirən hal kimi təsbit etməklə cinayət törədilən vaxt qüvvədə olan cinayət-hüquqi normalarla müqayisədə məhkumun vəziyyətini yaxşılaşdırmışdır. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkə t və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır. Odur ki, Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinin qüvvəsi geriyə şamil edilməklə Məhkum zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi Elvin Yusubov ilə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlı və kassasiya şikayətlərində irəli sürülmüş tələblərin əsaslı olduğunu göstərən hallar sırasında nəzərə alınmalıdır. Qanunvericinin qeyd olunan cəzanı yüngülləşdirən halı CM-in 60-cı maddəsində göstərilən cəzanı yüngülləşdirən hallarla bir yerdə xüsusilə (yəni, güzəştli qaydada cəzanın təyin edilməsini tələb e dən əsas kimi) qeyd etməsi ondan irəli gəlir ki, cinayətin törədilməsindən sonra belə davranış nümayiş etdirən təqsirləndirilən şəxslər (o cümlədən, Məhkum) törətdikləri cinayətin ictimai-təhlükəliliyini, xarakterini düzgün qiymətləndirir, onlarda öz əməllərinə tənqidi münasibət, cinayətin zərərli nəticələrini azaltmaq, aradan qaldırmaq, özünü zərərçəkmişin qohumları, cəmiyyət qarşısında məzəmət etmək kimi müsbət meyillər formalaşmış olur. İşin bu xüsusatları birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş Məhkum şəxsiyyətini səciyyələndirən (o cümlədən, ali təhsilli mütəxəssis olmaqla neft sənayesində işləməsi, məhkumluğunun olmaması, iki uşağının olması, arvadının 2016-cı ilin iyun ayında vəfat etməsi kimi məlumatlar), cəzasını yüngülləşdirən digər hall ar və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürüldükdə, Məhkum əlavə cəzanın təyin edilməsinə zərurətin olmadığını göstərir və onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah oluna biləcəyinə inam yaradırlar. Belə qənaəti formalaşdıran mühüm hal kimi məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, ibtidai istintaqda Məhkum barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı olmayan (başqa yerə getməmək haqqında iltizam) qətimkan tədbiri seçilmiş və o, bütöv icraat boyunca, o cümlədən birinci və apellyasiya instansiyası məhkəmələrində cinayət işinə baxıldığı dövrlərdə bu qətimkan tədbirinin şərtlərinə əməl etmiş, icraatı aparan orqanların çağırışı ilə vaxtlı-vaxtında gəlmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şəxsiyyətini səciyyələndirən məlumatlardan, cəzanı yüngülləşdir ən halların məcmusundan, cəzanı ağırlaşdıran halların olmamasından, cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən (o cümlədən, əməlin ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasından), habelə zərərçəkmiş şəxsin hüquqi varisinin də məhkumun mənafeyi naminə kassasiya şikayəti verməsi faktından çıxış edərək, baxılan işdə Məhkum müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi üçün əsasların olması haqqında nəticələrə gəlir. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəza ları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş əsas müəyyən olunduğundan, Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi En un kassasiya şikayətləri təmin olunmalı, əlavə cəzanın təyin edilməsinə dair müddəalar birinci instansiya məhkəməsinin hökmündən və hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməli, Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4 -cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi E nun kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Cinayət Məclləsinin 162.2-ci maddəsi ilə əlavə cəza olaraq 2 (iki) il müddətə tikinti quraşdırma və texniki təhlükəsizlik sahəsində məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsinə və onun dəyişdirilmədən saxlanılmasına dair müddəalar müvafiq olaraq birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından xaric edisin. Məhkum Cinayət Məclləsinin 162.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq olunsun. Sınaq müddətində Məhkum onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məl umat vermədən daimi yaşayış yerini dəyişməsin. Şərti məhkum edilmiş şəxs üzərində nəzarətin həyata keçirilməsi Məhkum yaşadığı yer üzrə Bakı şəhəri, Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-736/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-736/2018
19.04.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver