Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-736/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - X5 və X2 ibarət tərkibdə) 2 avqust 2021-ci il tarixli hökmü ilə xx.xx.1979-cu il tarixdə Cəlilabad şəhər Məlikqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 246 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 7 saylı evin, 110 saylı mənzilində yaşamış Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcının 28 may 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə) 15 dekabr 2021-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs və müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətləri təmin edilməmişdir. Zərərçəkmiş şəxslərin nümayəndələri ilə birlikdə verdikləri apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 07 (yeddi) il həddində müəyyən olunmuşdur. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəni külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalban gətirilməsində köməkli k edəcəyinə dair yalandan vəd verib bu adla Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi, 3 ünvanında yerləşən “Terass" çay evinin qarşısında 78.000 manat, xx.xx.2018-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında 25.000 manat, xx.xx.2018-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi, 3 ünvanında yerləşən “Terass" çay evinin qarşısında 26.000 manat, xx.xx.2018-ci il tarixdə saat 14 radələrində eyni adla həmin ünvanda 26.000 manat, xx.xx.2019-cu il tarixdə saat 16 radələrində eyni adla həmin ünvanda 25.000 manat və xx.xx.2019-cu il tarixdə saat 13:30 radələrində eyni adla həmin ünvanda 26.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan q əsdlə ələ keçirərək vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 206.000 manat olmaqla külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalban gətirilməsində köməklik edəcəyinə dair yalandan vəd verib bu adla Zərərçəkmiş şəxs2 xx.xx.2017-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 tanışı Şahid14 vasitəsilə 52.000 manat, xx.xx.2018-ci il tarixdə saat 20 radələrində həmin ünvanda eyni adla 52.000 manat, xx.xx.2018-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi, 3 ünvanında yerləşən “Terass” çay evinin qarşısında Şahid14 vasitəsilə 78.000 manat, xx.xx.2018-ci il tarixdə saat 12:30- da ünvan 3 ünvanda Şahid14 vasitəsilə 52.000 manat, ümumilikdə 234.000 manat pulunu və Zərərçəkmiş şəxs2 mülkiyyətində və ona məxsus olan tanışı Şahid14 adına rəsmləşdirilmiş “Hyundai Grandeur” markalı 2018-ci il buraxılışlı, ** SH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 60.000 manat pul qarşılığında alacağına dair yalan vəd verib bu adla xx.xx.2019-cu il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən “Çardaq” çay evinin qarşısında avtomobili TKazımovdan götürərək ələ keçirib xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı Notariat ofisində qeyd edilən avtomobilə dair Şahid14 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə alıb xx.xx.2019-cu il ta rixdə isə həmin avtomobili 54.400 manat pula Bakı şəhəri Xətai rayon Babək prospekti 34 ünvanında “357” avtosalonunda Şahid13 sataraq Zərərçəkmiş şəxs2 60.000 manat dəyərində, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 294.000 manat dəyərində pulunu ələ keçirdib vermiş olduğu vədlərə əməl etməyib ona külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi heç bir mötəbər sübutla təsdiq edilmir. Belə ki, Zərərçəkmiş şəxs1 hələ 2019-cu ildə qeyd edilən məsələlərlə bağlı müxtəlif dövlət orqanlarına, eləcə də Baş Prokurorluğuna şikayət ərizələri ilə müraciətlər etmiş, onun şikayətləri araşdırılaraq, Bakı şəhəri Nəsimi Rayo n Polis İdarəsi tərəfindən faktla bağlı cinayət işi başlanmasının rədd edilməsi barədə 2 dəfə qərar qəbul olunmuşdur. Cinayət işi başlanmasının rədd edilməsinin hüquqi əsası isə, tərəflər arasındakı münasibətlərin mülki xarakterli olduğu üçün, bu münasibətlərin mülki məhkəmə icraatı qaydasında həll edilməli olduğu olmuşdur. Zərərçəkmiş şəxs1 daha sonra ümumi qaydada Sumqayıt şəhərində hüquq mühafizə orqanlarına müraciət etmiş və şikayətində göstərmişdir ki, guya Məhkum verdiyi pulların 25 000 manat hissəsini 2019-cu ilin may ayının ortalarında ünvan 6 ünvanında vermişdir. Məhz onun şikayətində olan bu nüansa görə Sumqayıt Şəhər Prokurorluğu tərəfindən CM-in 178.2-ci maddəsi ilə fakta görə cinayət işi başlanaraq, araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Pr okurorluğuna göndərilmişdir. Nəsimi RPİ-də araşdırılan tədqiqat materiallarından və Zərərçəkmiş şəxs1 müxtəlif dövlət orqanlarına yazdığı şikayət ərizələrinin məzmunundan da aydın olur ki, o, Məhkum pulların hamısını Bakı şəhəri Nəsimi rayonu ərazisində verdiyini bildirmişdir. İş materiallarından da aydın olur ki, müdafiəçisi olduğu Məhkum ümumiyyətlə 2019-cu ilin may ayında Azərbaycan Respublikasının ərazisində olmamışdır. Bu isə Sumqayıt şəhər Prokurorluğu tərəfindən CM-in 178.2-ci maddəsi ilə fakta görə cinayət işi başlanmasının tamamilə qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir. Bundan başqa, iş materiallarında olan sübutların ümumi və qarşılıqlı təhlilindən aydın olur ki, gətiriləcək malların hər vaqonuna görə 26 000 manat ödənmişdir və bu ödəniş ən tezi 20 günlük fasilələrlə həyata keçirilmişdir. Bu isə, Zərərçəkmiş şəxs1 tərəfindən Məhkum xx.xx.2018- ci il tarixində 78 000 manat pul verilmədiyini bir daha təsdiq edir. Çünki, bundan cəmi 1 gün sonra, yəni xx.xx.2018-ci il tarixində həmin ayın partiyası üçün 25 000 manat pulun verildiyi qeyd edilir. Bir ay ərzində cəmi 1 partiya mala görə pul verildiyi halda, həm xx.xx.2018-ci il tarixdə, həm də cəmi 1 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə pul verilməsi tərəflər arasında olan razılığa uyğun deyil və tamamilə ziddiyyət təşkil edir. Eyni zamanda, aparılmış təhqiqat araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 tərəfindən Məhkum ümumilikdə 178 000 manat pul verilmiş, həmin pulun 38 000 manat hissəsi Zərərçəkmiş şəxs1 qaytarılmış, Məhkum Zərərçəkmiş şəxs1 cəmi 140 000 manat borcu qalmışdır. Zə rərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, Məhkum tanışı Şahid14 vasitəsilə ümumilikdə 294 000 manat pul vermiş, həmin pulun 166 600 manat hissəsini geri ala bilmiş, qalan 127 400 manat hissəsi isə Şahid14 vasitəsilə ona qaytarılmışdır. Nəticədə, Məhkum ona borcu qalmamışdır. Zərərçəkmiş şəxs2la Məhkum arasında olan biznes fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Zərərçəkmiş şəxs2 Məhkum Şahid14 vasitəsilə 234 000 manat pul vermişdir. Qalan 60 000 manat isə, Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Grandeo” markalı avtomobilin dəyəri kimi göstərilmişdir. Həmin avtomobil isə tərəflər arasında olan razılığa əsasən 50 000 manat dəyərində qiymətləndirilmiş və Məhkum avtomobilin dəyərini Zərərçəkmiş şəxs2 tam şəkildə ödəmişdir. Məhkəmə öz hökmündə Zərərçəkmiş şəxs2 bu izahatına olduğu kimi istinad etsə də, onun zərərçəkmiş statusuna xitam verməmiş, Məhkum tərəfindən ona qarşı təkrar dələduzluq əməli törədildiyini və 294 000 manat maddi zərər vurulduğunu əsas gətirərək, bu epizod üzrə də Məhkum ittiham hökmü çıxarmışdır. Halbuki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2, ona vurulmuş zərərin tam şəkildə ödənildiyini bildirmişdir. Lakin bu hal, məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşə baxan apeilyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayətinin qeyd edilən arqumentinə əsaslı hüquqi qiymət vermək əvəzinə, zərərçəkmiş şəxsin apellyasiya baxışı zamanı verdiyi izahatı əsas götürmüşdür. Belə ki, Zərərçəkmiş şəxs2 apellyasiya instansiyası məhkəməsində ifadə verərək, təqsirləndirilən şəxs Məhkum ona cəmi 166600 manat qaytardığını və 127400 manat hissəsi ni isə qaytarmadığını bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin bu ifadəsinə tənqidi yanaşmaq əvəzinə, onun məhz bu ifadəsini əsas götürməklə, təqsirləndirilən şəxs Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətini artırmışdır. Halbuki, iş üzrə aparılmış istintaq nəticəsində Məhkum Zərərçəkmiş şəxs2 olan borcunu tam şəkildə qaytardığı öz təsdiqini tapmışdır. Bundan başqa, ittiham hökmünün əsasını təşkil edən şahidlərin əksəriyyətinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, yalnız onların ibtidai istintaq zamanı verdikləri izahatlar elan olunmuşdur ki, bu da, işə birinci instansiya məhkəməsi tərəfindən qeyriobyektiv və qərəzli münasibət göstərildiyini bir daha təsdiq edir. İşə baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyd edilən arqumentlərinə də hüqu qi qiymət verməmişdir. Bütün bunlar, həm ibtidai istintaqın, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində araşdırmanın qeyri-obyektiv aparıldığını, müdafiəçisi olduğu Məhkum ittiham olunduğu CM-in 178.3.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyinin sübuta yetirilmədiyini bir daha təsdiq edir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, CM-in 178.3.2-ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyinə görə, müdafiəçisi olduğu Məhkum barəsində bəraət hökmü çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunma ması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kass asiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veri b-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və əməlində cinayət tərkibinin olmaması mübahisələndirilir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci madd əsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmu suna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir k i, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Kassasiya məhkəmə kollegiyası apel lyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 178.3.2-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlm iş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcun un və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs tərəfindən törədilən cinayət əməlinin mahiyyəti Məhkum guya Rusiya Federasiyasından vaqonlarda taxta-şalban gətirilməsi kimi bir fəaliy yətlə məşğul olması, bunun üçün lazımi xərclərin və taxta-şalbanın pulunun zərərçəkmiş şəxslər tərəfindən qabaqcadan ödənilməsi, həmin taxta-şalbanın satışından isə tərəflərin qazanc əldə edilməsi adı ilə zərərçəkmiş şəxsləri aldatması, arabir cüzi miqdarda (zərərçəkmiş şəxslərin taxta-şalban üçün verdikləri pulların miqdarına münasibətdə) pulların qazanc adı altında zərərçəkmiş şəxslərə verilməsi ilə zərərçəkmiş şəxslərin etibarını qazanması və yekun nəticədə həmin etibardan sui-istifadə edilməklə əmlaklarını ələ keçirməkdən ibarət olmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində məhkumun zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayət əməli törətməməsi, zərərçəkmiş şəxslərlə onun arasında mülki münasibətlərin mövcud olması qeyd edilsə də, müdafiə tərəfinin qeyd e dilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Belə ki, Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Məhkum tərəfindən ibtidai istintaq və məhkəmə istintaqı zaman ı taxta-şalbanın Azərbaycan Respublikasına gətirilməsinin öz adına həyata keçirildiyi bildirilsə də, müvafiq olaraq bu fəaliyyəti həyata keçirməsini təsdiq edə bilən sənədlər (xaricdə məhsul hazırlayan və göndərən şəxslərlə hər hansı müqavilə, həmin şəxslərə nağdlı və ya nağdsız ödənişlər, daşıma şirkətləri ilə müvafiq müqavilələr və ya daşımanı təsdiq edən qaimə və ya digər sənəd, gömrük sənədləri və s.) təqdim edilməmiş, apellyasiya baxışı zamanı isə sonuncu ümumiyyətlə başqa bir şəxsin adını qeyd etməklə faktiki olaraq həyata keçirmədiyi bir fəaliyyətə və cinayət nəticəsində vurulmuş ziyana sanki uğursuz bir ticarət fəaliyyətinin nəticəsi kimi don geyindirməyə çalışmışdır. Apellyasiya məhkəməsi bu hala iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin Məhkumla sonuncunun qeyd etdiyi kimi "işgüz ar” münasibətdə olduqları müddətdə RF-dən gətirilmiş taxta-şalbanı faktiki olaraq heç bir zaman görməmələrini, həmçinin Zərərçəkmiş şəxs1 Məhkum pul verdiyi zamanlarda Rusiya Federasiyanın Perm şəhərindən hansı növdə taxta-şalbanı gətirdiyini soruşaraq heç olmasa bir dəfə belə olsun ona həmin malları göstərməsini xahiş etdiyi zaman sonuncunun ona müxtəlif bəhanələr gətirərək malları ona göstərməməsini” bildirmələrini, Məhkum guya taxta-şalbanın RF-dən gətirdikdən sonra satıldığı bazarda işləyən şahidlərin ifadələrində "Məhkum belə bir fəaliyyətlə məşğul olmamasını, hətta özünə ehtiyac olduğu zaman digər şəxslərdən taxta-şalban aldığını” bildirmələrini, o cümlədən, iş materiallarında olan digər sübutlara həmin ifadələrlə qarşılıqlı şəkildə qiymət verərək hesab etmişdir ki, məhkum edilmiş şəxsin öz müdafiəsi üçün gətirdiyi və müdafiəçinin şikayətində qeyd etdiyi Məhkum Rusiya Federasiyanın Perm şəhərindən taxta-şalban gətirtməklə, satışını həyata keçirməsinə dair fəaliyyəti həqiqətdə mövcud olmamışdır. Göstərilənlərə dəlalət edən digər bir hal olaraq, həmçinin hazırki iş üzrə zərərçəkmiş şəxslər tərəfindən Məhkum verilən pulların mütəmadi olaraq artırılması, lakin sonuncu tərəfindən isə qazanc olaraq vəd edilmiş məbləğlərin bəzən buna mütənasib olaraq artırılmadan qaytarılması (yuxarıda qeyd edildiyi kimi qaytarılan pullar əslində zərərçəkmiş şəxslərin etibarını qazanmaq üçün atılmış addım olmuşdur), əksər hallarda isə hər hansı miqdarda pulun ümumiyyətlə qaytarılmaması xüsusatı da apellyasiya instansiyası məhkəməsi tərəfindən digər sübutların məcmusu halında tədqiqi zamanı mübahisəsiz şəkildə qəbul edilmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 münasibətdə vurulmuş ziyanın ödənməsini, Zərərçəkmiş şəxs1 münasibətdə isə qalmış məbləğin mülki xarakterli olmaqla borc olmasını qeyd etməklə, özlüyündə faktiki olaraq hər iki zərərçəkmiş şəxsə münasibətdə oxşar münasibətlər zəminində və anoloji üsullarla törədilmiş olan cinayət əməlləri üzrə müdafiə tərəfinin vurulmuş ziyanı ödədiklərini iddia etdikləri zərərçəkmiş şəxsə münasibətdə pul məbləğinin faktiki olaraq cinayətin hüquqi nəticəsi olan ziyan kimi qiymətləndirilməsi, digər zərərçəkmiş şəxsə münasibətdə isə qalıq pulun sadəcə mülki münasibətdən irəli gələn borc məbləğ olmasını qeyd etməsi özlüyündə müdafiə tərəfin hadisələrə obyektiv deyil, subyektiv yanaşma ilə qiymət verm əklə yaranmış vəziyyəti məhkum edilmiş şəxsin xeyrinə təsvir etməyə çalışmasına dəlalət edir. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə düzgün olaraq təqsirli bilinmişdir. Məhkum barə sində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud d eyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 15 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-736/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-736/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver