Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-736/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum X9 və məhkumun müdafiəçisi X16 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2022-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elmin Rüstəmov (sədrlik edən və məruzəçi) Xəqani Səmədov və Nural Əliyev) xx.xx.2022-ci il tarixli, 1(100)-40/2022 nömrəli hökmü ilə xx xxx 1988-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum oğlu Azərbaycan Respublikası CM-in (bundan sonra CM-in) 29, 120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib, ona CM-in 29,120.2.1-ci maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.2.4 və 181.2.5-ci maddələri ilə 9 il 6 ay müddəti nə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.1-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 134-cü maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum oğluna 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun iş üzrə cəmi 8 ay 1 gün həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 15 il 9 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə h əmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum oğlu 2019-cu il oktyabr ayının 30-da saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs və X11 ilə birlikdə Tərtər şəhərində yerləşən “059” adlanan kafedə çay içərkən həmin çayxanaya gələn Tərtər şəhər sakini Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qardaşı, həmin vaxt həbsdə olan X3 və ərzaq göndərmək istədiyini bildirdikdə Məhkum heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə Zərərçəkmiş şəxs1la ucadan qışqırmaqla mübahisə edərək onun öyrədilərək üzərinə göndərdiyini bildirib, ictima i yer hesab edilən kafedə çoxsaylı insanların dairəsinin şuurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozmuş, bu hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs1 kafenin arxasına aparmaqla silah qismində istifadə etdiyi istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib üzərində gəzdirdiyi bıçaqla onu hədələyərək əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib vətəndaşlar üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər edib kafedə və ətrafda olan dinc sakinlərin rahatçılığını, həmçinin kafenin normal iş fəaliyyətini 10-15 dəqiqə ərzində po zmuşdur. Bundan başqa Məhkum oğlu 2019-cu il oktyabr ayının 30-da saat 19-20 radələrində tanışı Təqsirləndirilən şəxs və qonağı X11 ilə birlikdə Tərtər şəhərində yerləşən “059” adlanan kafedə çay içərkən həmin çayxanaya gələn Zərərçəkmiş şəxs1 onun həbsdə olan qardaşı X1 göstərməyi təklif etməsi ilə əlaqədar mübahisə etməsi, həmçinin həmin gün axşam saat 21 radələrində onun çağırışına əsasən Tərtər şəhərində yerləşən “Xan bağı” restoranına gələn Zərərçəkmiş şəxs1 onun və Təqsirləndirilən şəxs ünvanına nalayiq söyüşlər söyməsini və X7 döyüb xəsarət yetirməsi ilə əlaqədar qisas almaq məqsədilə Zərərçəkmiş şəxs1 cəzalandırmaq üçün Təqsirləndirilən şəxs ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşməklə Zərərçəkmiş şəxs1 öldürmək qərarına gəlmiş, bu məqsədl ə 2019-cu il dekabr ayının 5-də Gəncə şəhərində yerləşən avtomobil icarəyə verən şirkətdən X2 adına icarəyə götürdüyü və özünün idarə etdiyi Mersedes-Benz markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 09 dekabr 2019cu il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonunun Seydimli kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki iribuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş damın üzərindən əvvəlcədən gizlətdiyi odlu silahı götürərək silahlanmasını gözlədikdən sonra onunla görüşərək birlikdə Zərərçəkmiş şəxs1 axtararkən sonuncunu Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 5 №-li evinin qarşısında dayanmış vəziyyətdə olan özünə məxsus Vaz-2106 markalı avtomaşında olduğunu görüb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə na il olması üçün əlverişli mövqe seçməklə avtomaşını Zərərçəkmiş şəxs1 evindən təxminən 10-12 metr aralı məsafədə saxlamış, həmin vaxt avtomaşının sağ arxa oturacağında oturmuş Təqsirləndirilən şəxs avtomaşından düşərək ona tərəf gələn Zərərçəkmiş şəxs1 üzərinə gedərkən Məhkum idarə etdiyi Mersedes-Benz markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının şüşəsini aşağı endirməklə 2 dəfə “at-at” sözlərini işlədərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürməsi üçün çağırışlar etmiş, bu zaman Təqsirləndirilən şəxs, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı və üzərində gəzdirdiyi, zavod üsulu ilə istehsal olunmuş,16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “lüləaltı yatağının içərisindəki metal lövhənin və lüləaltı qarmağın üzərində “T1388666”, qəlibinin s əthinin üzərində isə “104020-61” nömrələri həkk olunmuş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ” B modelli, xarici çaxmaqlı, qoşalüləli, lüləsi və qundağı kustar üsulla Təqsirləndirilən şəxs tərəfindən 2018-ci ilin may ayının sonlarında dayısı Müşviq Şahmərdanovun yaşadığı Tərtər rayonunun Seydimli kəndindəki fərdi yaşayış evinin həyətində elektrik mişarla kəsilib qısaldılmaqla qanunsuz olaraq hazırladığı, ilkin təyinatı dəyişdirilmiş, atəşə yararlı odlu silah olan tüfənglə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə onun sifət nahiyyəsindən bir dəfə atəş açmaqla ona sifətin çoxsaylı didilmiş-cırılmış yaraları, hər iki periorbital nahiyyənin hemotoması, çənədə frontal dişlərin travmatik çıxığı, üz-alın nahiyəsində sümüklərdə və yumşaq toxumalarda arteferik, sağ göz almasının zədələnməsi ilə müşayiət olunan yetirildiyi anda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım göstərildiyindən Məhkum öz iradəsindən asılı olmayan səbəbdən Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etmək məqsədini başa çatdıra bilməmiş, yəni Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmişdir. Bundan başqa, Məhkum oğlu, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, 09 sentyabr 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olduğu X4 “CHERRY TİGGO” markalı 99-MO149 dövlət qeydiyyat nişanlı avtomobili almaq adı ilə ona avtomobili yoxlamaq üçün Gəncə şəhərindən Tərtər rayonuna gətirməsini təklif etmiş, 2020-ci ilin sentyabr a yının 10-da saat 03 radələrində Tərtər şəhəri, Ş.Qurbanov küçəsində Cəbrayıl Süleymanovla görüşərkən sonuncunun etibarnamə əsasında idarə etdiyi, X8 məxsus olan “CHERRY TİGGO” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən əldə edərək gəzdirdiyi, 1960-cı ildə zavod üsulu ilə istehsal olunmuş, 16 kalibrli, İJ-K modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, P95300 nömrəli, yivsiz (hamar), təklüləli, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılaraq ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab edilən istifadəyə yaralı ov tüfəngi ilə sonuncuya həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq edilməsi hədəsi ilə bağlı olan basqın edib av tomobili ələ keçirərək zərərçəkmiş şəxs X6 11000 (on bir min) manat maddi ziyan vurmaqla quldurluq etmiş, həmin vaxt hadisə yerində olmaqla Məhkum qeyd olunan hərəkətlərinə mane olmaq istəyən Zərərçəkmiş şəxs3 yaxın gələrsə atəş açacağını bildirib silahı ona tərəf tuşlamaqla real əsas nümayiş etdirib onu qəsdən öldürməklə hədələmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Elçin Xasməmmədov) 03 noyabr 2022-ci il tarixli, 1(104)-522/2022 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(100)-40/2022 saylı hökmü Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, hökmdən Məhkum CM-in 134 və 221.1-ci maddələri ilə cəza təyin edilməsinə dair müddəalar cinayət məsuliyyəti nə cəlbetmə müddəti keçməsi əsası ilə xaric edilmiş, hökmlə Məhkum CM-in 29,120.2.1-ci maddəsi ilə təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.2.4 və 181.2.5-ci maddələri ilə təyin edilmiş 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3cü maddəsinin tələbinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq ona 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun iş üzrə cəmi 8 ay 1 gün həbsdə saxlandığı müddət təyin olunan cəza müddətinə hesablanmaqla, üzərində qəti olaraq 14 il 9 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum oğlunun müdafiəçisi Qəhrəmanov Zabıl Köçəri oğlu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 29,120.2.1 və digər maddələri bağlı olan cinayət işi üzrə təqsirləndirilən şəxsin təqsiri sübuta yetmədiyindən onun barəsində CM-in 29,120.2.1, 134, 221.1 və 181.2.5-ci maddələri ilə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, təqsirləndirilən şəxsin əməlində CM-in 228.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə ittiham hökmü çıxardılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum oğlunun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkumun təqsirli bilin diyi CM-in 29,120.2.1-ci maddəsi ilə bağlı olan ittihamı sübuta yetirilməmişdir. Sözü gedən epizod üzrə təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilmədiyindən şəxsin barəsində CM-in 29,120.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Kassator qeyd edir ki, istintaq zamanı zərərçəkmiş şəxsin sonradan vermiş olduğu ifadəsinə istinad edilmiş, onun əvvəlki ifadəsi isə nəzərə alınmamışdır. O, əvvəlki ifadəsində təqsirləndirilən şəxsin hadisə yerində olmasını göstərməmişdir. Zərərçəkmiş şəxsin məhkəmə prosesində xəstəliyi ilə bağlı yadından çıxması ilə bağlı deməməsi barədə fikirlər əsaslı ola bilməz. Məhkəmə müdafiə tərəfinin xeyrinə olan sübutları nəzərə almamış yalnız zərərçəkmiş şəxsin heç bir fakta söykənməyən əksinə bir çox sübutlarla təkzib edilən və hətta özünün ilkin ifadəsi ilə təkz ib edilən ifadəsinə istinad etməsi anlaşılan deyildir. Kassator təqsirləndirilən şəxsin CM-in 181.2.5-ci maddəsi ilə bağlı olan ittiham üzrə qeyd edir ki, Məhkum beh verərək avtomobili almış, sonradan isə təqsirləndirilən şəxs avtomobili qüsuru ilə bağlı yoxlatdırmaq istəmiş və avtomobili götürüb aparmışdır. Avtomobili aparan zaman qeyd edilir ki, guya təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə zor tətbiqi hədəsi ilə avtomobil ələ keçirilmişdir. Bununla bağlı kassator qeyd edir ki, təqsirləndirilən şəxs avtomobili aparan zaman avtomobilin mülkiyyətçisinə heç bir həddə qorxu gəlməmişdir. Bundan başqa iş materiallarından və verilmiş ittihamdan görünür ki, hədə qorxu digər zərərçəkmiş şəxsə edilmişdir ki, bu da CM-in 134-cü maddəsi ilə ittiham irəli sürülməsinə gətirib çıxartmışdır. İttiham tərəfi özü-özlüyündə hədənin başqa şəxsə edilməsini təsdiq etmiş olmuşdur. Avtomobilin təqsirləndirilən şəxs tərəfindən aparılması özlüyündə zərərçəkmiş şəxsə zor tətbiq edilməsi ilə həyata keçirilməmişdir. Bundan başqa təqsirləndirilən şəxsin əməlində CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsi də yanlış olmuşdur. Həmin vaxt ictimai qayda pozulmamış və cəmiyyətə qarşı hər hansı bir hörmətsizlik edilməmiş, zərərçəkmiş şəxsə hər hansı bir zor tətbiq edilməsi baş verməmişdir. Lakin apellyasiya instansiyası təqsirləndirilən şəxsin təqsirsizliyi ilə bağlı irəli sürdüyü arqumentləri yoxlamaq üçün məhkəmə prosesinin qismən istintaq ilə aparılmasına dair müdafiə tərəfinin əsaslı yanaşmasını əsassız olaraq nəzərə almamışdır. Gəncə Apellyasiya Məhkəməsi hansı səbəbdən zərərçəkmiş ş əxsin sonradan vermiş olduğu ifadəsini nəzərə almasını digər ifadələri isə nəzərə almamasını hər hansı bir önəmli arqumnetlə əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum oğlunun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli elan edilmiş ittihamda göstərilən cinayətlərin tərkibini yaratmır. Lakin məhkəmələr işin hallarına və sübutlara əhəmiyyət verməyərək əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmışlar. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar mə hkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə h ər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X5, X12, şahidlər Şahid1, Şahid9, Şahid11, Şahid2, Şahid7, Şahid10, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid8 ifadələrini, məhkəmə tibbi ekspertizasının rəylərini və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum oğlunun Azərbaycan Respublikası CM-in 29,120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə məhkumun cinayətin törətməməsi barədə ifadəsi digər sübutlarla təkzib olduğundan həqiqətə uyğun olmayan və özünü müdafiə xarakter daşıyan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər sal ıb nəticəyə gəlir ki, həmin sübutlar Məhkum oğlunun elan edilmiş ittiham üzrə təqsirliyinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkum oğlunun təqsirini müəyyən edən sübutlar məhkəmələrin hökm və qərarında ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkum haqqında qərar qəbul edərkən onun cinayətin törədilməsində iştirakını istisna edən sübutların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarında məhkumun cinayətdə iştirakını istisna edən hər hansı bir sübut yoxdur. Həmin dəlil müdafiə tərəfinin apellyasiya şikayətində də göstərilmiş və apellyasiya baxışının predmeti olmuşdur. Apellyasiya məhkəməsi həmin dəlillə əlaqədar ətraflı araşdırma aparılmış və onun əsassız ol masına dair nəticəyə gələrək öz mövqeyini qərarda əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə iş materiallarına uyğun olduğundan razılaşır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). İş materiallarından görünür ki, Məhkum oğlunun Azərbaycan Respublikası CM-in 29,120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini tör ətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə-tibbi ekspertizalarının rəyləri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum oğlunun məhkəmədə verdiyi ifadəsini özünü müdafiə xarakterli hesab etməklə, işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmamasını qeyd etmiş, onun törətdiyi əməllər iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq bir inci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Müdafiəçi3 kassasiya şikayətini Məhkum oğlunun elan edilmiş ittihamda təqsirsiz olması, elan edilmiş ittiham üzrə nəzərdə tutulan cinayət əməllərini törətməməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müdafiəçinin kassasiya şikayətinin əsaslandırılması üçün qeyd etdiyi hallar iş materiallarındakı sübutlarda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum oğlunun əməlləri CM-in 29,120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birin ci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum oğlu barəsində Azərbaycan Respublikası CM-in 29,120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Mə hkum oğlunun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlillərindən digəri apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini öz qərarında göstərmiş, apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkə məsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkum oğluna cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismi ndə nəzərə almış, həmçinin, Məhkum oğlunun əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi cinayətlərin xüsusi təhlükəli residivinin olmasını və cinayətin odlu silahla törədilməsini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələblərinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Apellyasiya instansiyası məhkə məsi də öz növbəsində Azərbaycan Respublikası CM-nin 134 və 221.1-ci maddələri ilə cəza təyin edilməsinə dair müddəalar cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsası ilə Məhkum oğlu barəsindəki hökmdən xaric etmiş, birinci instansiya məhkəməsi tərəfindən ona Azərbaycan Respublikası CM-in 29,120.2.1-ci maddəsi ilə təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.2.4, 181.2.5-ci maddələri ilə təyin edilmiş 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq ona 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd olunmalıdır ki, Azərba ycan Respublikası CM-in 120.2.1-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, CM-181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmələr Məhkum oğluna cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini və cinayət qanununun yuxarıda qeyd edilən normalarının tələblərini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiya həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edi lmiş cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına və qanun tələblərinə uyğundur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum oğlu barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 4 19.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum oğlunun Azərbaycan Respublikası CM-in 29,120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-736/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-736/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver