Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-737/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 1 81.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.V.Salmanov (sədrlik edən) S.H.Hacıyev və E.Ə.Mikayılovdan ibarət tərkibdə) 27 avqust 2020-ci il tarixli hökmü ilə xx xxxxxxx 1990-cı ildə Füzuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tut ulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 01 avqust 2019-cu il tarixdən hesablanması Ağcabədi rayonu Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssi səsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 31 iyul 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə) Məhkum Məhəmmədli oğlunun müdafiəçisi Müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum təqsirli bilinmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma mər uz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib quldurluq etmişdir. Belə ki, Məhkum Bakı şəhəri, yerləşən lombarda daxil olub, həmin qeyri-yaşayış sahəsini icarə əsasında işlətmiş Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını silah qismində istifadə edilən əşya tətbiq edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən istintaqla müəyyən edilməsi mümkün olmayan tapança silahı ilə silahlanıb, habelə tanınmamaq və cinayətkar niyyətlərini pərdələməklə fəhlə görünüşünü yaratmaqdan ötrü dəbilqələr, qısaqol fəhlə gödəkçələri, əlcəklər və aspiratorlar əldə edib 29 iyul 2019-cu il tarixdə saat 11 radələrində lombardın qarşısına gəldikdən sonra basqına məruz qalacaq Zərərçəkmiş şəxs kənardan müşahidəyə götürməklə, onun lombarda daxil olduğunu görüb, cinayətkar niyyətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxsla birgə başlarına dəbilqə, əyinlərinə qısaqol fəhlə gödəkçəsi, əllərinə əlcəklər, üzlərinə isə aspiratorlar taxıb lombarda daxil olaraq, su borularını təmir edəcəkləri görüntüsü yaradaraq Zərərçəkmiş şəxs həqiqi niyyətlərindən yayındırdıqdan sonra Məhkum hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özündə olan silah qismində istifadə etdiyi tapança silahının qundağı ilə onun baş nahiyyəsindən bir neçə dəfə z ərəbələr vurub ona baş beyin silkələnməsi, sağ qaş qövsü nahiyyənin və sağ gözyuvası ətrafı nahiyyənin hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, başın təpə və ənsə nahiyyəsinin, sol üst göz qapağının, sağ əlin arxa səthinin qançırları, sağ gözaltı nahiyyənin və boyunun aşağı 1/3 hissəsinin ön səthinin, hər iki saidin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, ardınca Zərərçəkmiş şəxs qışqıraraq kənar şəxsləri köməyə çağırdığını görüb, əli ilə onun ağızını tutaraq silahla vuracağı ilə hədələyib müqavimətini qırmaqla, onun boynundakı dəyəri 2100 manat olan bir ədəd qızıl boyunbağını, qulaqlarındakı dəyəri 1500 manat olan bir cüt qızı l sırğaları, dəyəri 20000 manat olan bir ədəd 200 qram çəkidə, üzərində 14 karatlıq brilliant qaşlar olan «Chopart» markalı qol saatını, həmin zaman qrupun digər üzvü Təqsirləndirilən şəxs lombardda olan Zərərçəkmiş şəxs məxsus 10000 manat nağd pulu, dəyəri 5 manat, balansında 25 manat danışıq limiti olan 051 *** ** ** saylı və dəyəri 6 manat, balansında danışıq limiti olmayan 070 *** ** ** saylı mobil nömrə kartları altında istifadə olunan 1750 manat dəyərində bir ədəd «Samsug» markalı «S7» modelli mobil telefon aparatını, içərisində 54 manat nağd pul olan 3 manat dəyərində qara rəngli cüzdanı və qiyməti 220 manat olan bir ədəd DVR qurğusunu ələ keçirib, Təqsirləndirilən şəxsla birgə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 35663 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, yerləşən lombarda daxil olub, həmin qeyri-yaşayış sahəsini icarə əsasında işlətmiş Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını silah qismində istifadə edilən əşya tətbiq edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə ələ keçirmək barədə tanışı Məhkum ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən istintaqla müəyyən edilməsi mümkün olmayan tapança silahı ilə silahlanıb, habelə tanınmamaq və cinayətkar niyyətlərini pərdələməklə fəhlə görünüşünü yaratmaqdan ötrü dəbilqələr, qısaqol fəhlə gödəkçələri, əlcəklər və aspiratorlar əldə edib 29 iyul 2019-cu il tarixdə saat 11 radələrində lombardın qarşısına gəldikdən sonra basqına məruz qalacaq Zərərçəkmiş şəxs kənardan müşahidəyə götürməklə, onun lombarda daxil olduğunu görüb, cinayətkar niyyətin həyata keçirilməsi üçün Məhkumlə birgə başlarına dəbilqə, əyinlərinə qısaqol fəhlə gödəkçəsi, əllərinə əlcəklər, üzlərinə isə aspiratorlar taxıb lombarda daxil olaraq, su borularını təmir edəcəkləri görüntüsü yaradaraq Zərərçəkmiş şəxs həqiqi niyyətl ərindən yayındırdıqdan sonra qrup üzvü Məhkum hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özündə olan silah qismində istifadə etdiyi tapança silahının qundağı ilə onun baş nahiyyəsindən bir neçə dəfə zərəbələr vurub ona baş beyin silkələnməsi, sağ qaş qövsü nahiyyənin və sağ gözyuvası ətrafı nahiyyənin hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, başın təpə və ənsə nahiyyəsinin, sol üst göz qapağının, sağ əlin arxa səthinin qançırları, sağ gözaltı nahiyyənin və boyunun aşağı 1/3 hissəsinin ön səthinin, hər iki saidin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, ardınca Zərərçəkmiş şə xs qışqıraraq kənar şəxsləri köməyə çağırdığını görüb, əli ilə onun ağızını tutaraq silahla vuracağı ilə hədələyib müqavimətini qırmaqla, onun boynundakı dəyəri 2100 manat olan bir ədəd qızıl boyunbağını, qulaqlarındakı dəyəri 1500 manat olan bir cüt qızıl sırğaları, dəyəri 20000 manat olan bir ədəd 200 qram çəkidə, üzərində 14 karatlıq brilliant qaşlar olan «Chopart» markalı qol saatını, həmin zaman o özü isə lombardda olan Zərərçəkmiş şəxs məxsus 10000 manat nağd pulu, dəyəri 5 manat, balansında 25 manat danışıq limiti olan 051 *** ** ** saylı və dəyəri 6 manat, balansında danışıq limiti olmayan 070 *** ** ** saylı mobil nömrə kartları altında istifadə olunan 1750 manat dəyərində bir ədəd «Samsug» markalı «S7» modelli mobil telefon aparatını, içərisində 54 manat nağd pul olan 3 manat dəy ərində qara rəngli cüzdanı və qiyməti 220 manat olan bir ədəd DVR qurğusunu ələ keçirib, Məhkumlə birgə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 35663 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarından məhkumlar ayrı-ayrılıqda kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, istər ilkin instansiya məhkəməsinin qərarından, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarından açıq-aydın görünür ki, ədalətli məhkəmə araşdırması təmin edilməmiş, iş üzrə yüngülləşdirici hallar və ən əsası əməlin istintaq orqanı tərəfindən cinayət məcəlləsi üzrə düzgün tövsif olunmaması faktı nəzərə alınmamış və beləliklə də iş üzrə ləğvi mümkün olan ədalətli və qanunsuz qərar qəbul edilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk dəfə cinayət əməli törətmişdir, əməlindən səmimi şəkildə çox peşmandır. Digər tərəfdən zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir və onun notarial qaydada təsdiq edilmiş, məhkəməyə ünvanlanmış ərizəsindən də məlum olur ki, barəsində şikayətçi deyil, heç bir iddia və tələbi yoxdur. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin barəsində qəbul edilmiş hökmü qüvvədə saxlamasını məhkəmənin heç də ədalətli yanaşması hesab etmək olmaz. Məhkum kassasiya şikayətində göstərmişdir ki, cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla məhkəmə təqsirləndirilən şəxs haqqında müvafiq maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər. Bu da onu deməyə əsas verir ki, hazırkı iş üzrə cəzanı yüngülləşdirən qeyd olunan hallar və müvafiq qanunvericilik aktları nəzərə alınmaqla barəmdə 8 (səkkiz) ildən daha aşağı cəza müddəti təyin etmək, bununla da kassasiya qaydasında iş üzrə yeni qərar qəbul etmək mümkündür. Yuxarda qeyd olunanlarla yanaşı, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs 08 dekabr 2019-cu il tarixli ərizəsini, səmimi peşmançılığını, ilk dəfə məhkum olunmasını, gəncliyini və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq, Azərbaycan Respublikasının CM-in 62-ci maddəsini tətbiqi ilə Bakı Apellyasiya Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarını ləğv edərək, barəsində 8 (səkkiz) ildən daha aşağı mümkün olan cəza müddətinin təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində məhkəmələr tərəfindən hüquqlarının və cinayət prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyini vurğulayaraq qeyd etmişdir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadələr təhrif olunaraq istintaq orqanının maraqlarına uyğun nəticəyə gəlinmişdir. Həm Məhkum həm də zərərçəkmiş şəxsin ifadəsindən də görünür ki, cinayətin təşkili və törədilməsində onun rolunu 10 il müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırlması ağır və ədalətsizdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın miqdarı qəsdlə və məqsədli formada şişirdilmişdir. Məhkum Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınmasını, kassasiya şikayətinin təmin olunmasını və barəsində ədalətli qərar qəbul edilməsi üçün qərarın ləğv edilməsi və işin yenidən Apellyasiya b axışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələl ər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayət in tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şə xsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum və Təqsirləndirilən şəxs törətdikləri cinayət əməli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrin in tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci instansiya məhkəməsindəki ifadəsində Məhkum özünü qismən təqsirli bilərək göstərmişdir ki, “o və M2 heç bir yerdə işləmədikləri üçün birgə pul qazanmaq üsulları barədə düşünmüş, təxminən iki il bundan əvvəl Babək prospektində yerləşən «Accessbank»ın arxasındakı binanın alt hissəsində fəaliyyət göstərən lombarda tanışı vasitəsilə b ir ədəd qızıldan olan qadın qolbağını girov qoyub təxminən 325 manat pul götürüb sonradan pulu qaytara bilmədiyi üçün girov qoyduğu qızıl qolbağın batması ona çox pis təsir etdiyindən təxminən 25 iyul 2019-cu il tarixdə M2yə həmin lombarda girib pul-qızıl aparmağı təklif etmiş, lombardı işlədən qadının onlara müqavimət göstərəcəyi təqdirdə onu vuracaqları barədə M2ni təlimatlandırmış, M2 onun bu təklifi ilə razılaşmış, 29 iyul 2019-cu il tarixdə səhər 09 radələrində M2 ilə «Nargilə» dairəsinin yaxınlığında görüşüb taksi ilə Məhəmməd Hadi küçəsində yerləşən «KTV» şirkətinin qarşısına gəlmiş, taksi sürücüsünə gediş haqqını özü vermiş, sonra onlar binaların arası ilə gəzə-gəzə lombardın qarşısına gəlmiş, lombard həmin vaxt bağlı olduğundan ətraflı müşahidə edərkən lombardın giriş qapısının yu xarı hissəsində bir ədəd videomüşahidə kamerasının quraşdırıldığını görmüş, həmin vaxt M2yə lombarda girmək üçün «8-ci km» bazarına gedib özlərinə fəhlə paltarı almağı təklif etmiş, lombarda su idarəsinin əməkdaşı kimi daxil olmağı planlaşdırmış, M2 bu plana etiraz etməmiş, sonra onlar «Katv»nin yanına qayıdıb yolun əks tərəfinə keçmiş və «Ordubad» kafesinin yanında bir taksiyə minib «8-ci km» bazarına gəlmişlər. Bazarda yerləşən tikinti materiallarının satışı mağazasına gələrək oradan iki ədəd sarı rəngdə olan dəbilqə (kaska), iki ədəd sarı rəngdə olan qısaqol fəhlə gödəkçəsi, bir cüt sarı rəngdə olan əlcək, iki ədəd ağ rəngdə olan aspirator (rezin tutacaqlı) və bir ədəd qara rəngli metrə (3 metr uzunluğunda), həmçinin, bir ədəd boru ağızlığı (dirsək) almış, həmin boru ağızlığını almaqda məqsədiboru təmir etmək görünüşünü yaratmaq olmuş, özündə də bir cüt qırmızı rəngli əlcək olmuş, sonra onlar bazarın yanında bir taksiyə minib «KTV»nin yanına gəlmişlər, o, taksi kimi üzərində Gürcüstan Respublikasına aid olan dövlət qeydiyyat nişanlı avtomobilləri xüsusilə seçmişdir ki, nömrə tanınma kameralarına düşməsinlər, izi itirmək üçün o, taksi sürücüsündən «KTV»nin arxa tərəfində yerləşən bir binanın həyətinə sürməyi demiş, sürücü dediyi yerə onları gətirəndən sonra o, sürücüyə gediş haqqını ödəmiş, sonra onlar taksidən düşüb iz itirmək üçün binanın giriş blokuna daxil olmuş, taksi gedəndən sonra blokda bazardan aldıqları paltarları geyinib çölə çıxmışlar, sifətləri görsənməsin deyə aspirator taxmış, əl-barmaq izi qoymamaq üçün əlcəkləri geyinmiş, o, özündə olan ağqırmızı rəngli əlcəkləri, M2 isə onun bazardan aldığı sarı rəngdə olan əlcəkləri geyinmiş, sonra onlar binaların arası ilə lombarda tərəf getmiş, əlində bir ədəd qəhvəyi rəngli sellofan torba var olmuş, həmin torbanın içində bir ədəd boru ağızlığı, bir ədəd plastik boşqab və bir ədəd dəftər var olmuş, həmin əşyalar ona görünüş yaratmaq üçün lazım olmuş, məsələn, dəftər ona lazım olanda çıxardıb güya qeydiyyat apardığını göstərmək üçün lazım olmuş, lombarda çatanda lombardın bağlı olduğunu görmüş, lombardın yanında bərbərxananı görüb ora yaxınlaşmış, orada işləyən bərbərə yalandan olaraq binanın zirzəmisinə suyun axıdıldığını demiş həmin suyu çəkmək istədiklərini, binanın zirzəmisinə girişin harada olduğunu soruşmuş, bərbər onları binanın tininə gətirmiş, zirzəminin giriş qapısını göstərmiş, o, bərbərin yanında M2yə yalandan gedib onlara məxsus təmir alətlərini götürüb qayıtmağını tapşırmış, daha sonra onlar oradan uzaqlaşıb getmişlər, onlar vaxt öldürmək üçün «KTV»nin arxa tərəfində yerləşən binanın həyətinə gəlmiş, bir az orada oturub gözləmiş, təxminən bir saatdan sonra yenidən lombardın fəaliyyət göstərdiyi məhəlləyə gəlmiş, saat 11 radələrində lombardın açıq olduğunu görmüş, lombardın yanında binanın giriş blokunda dayanıb gözləmişlər, o, lombardı işlədən bir qadının otağın pəncərəsi önündə dayanıb həyətə baxdığını, sonra qadının mobil telefonla danışa-danışa pəncərədən çəkilib iş masasına tərəf getdiyini müşahidə etmiş, bunu görən kimi lombarda daxil olmuş, M2 də onun arxasıyca gəlmiş, o lombardı işlədən qadına binanın zirzəmisinə suyun axdığını və lombardda olan su borularına baxma q istədiyini bildirmiş, qadın etiraz etməmiş, bundan sonra M2 sanitar qovşağının qapısını açıb içəri keçmiş, o, isə otaqda qalmış, M2 bir az sanitar qovşağında eşələnib qadını çağıraraq ona gəlib su borularına baxmağı demiş, həmin vaxt həqiqətən də su borularından yerə su axmaqda imiş, qadın ayağa qalxıb sanitar qovşağına keçmiş, M2nin arxasında dayanmış, o, özü isə sanitar qovşağının giriş qapısının yanında dayanmış, həmin vaxt o, qadından sakit səslə «pul var?» deyə soruşmuş, qadın onun səsini eşitməmiş, qadın M2 ilə söhbət edən zaman yan tərəfdən qadının sol sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, qadın karığmış, həmin vaxt bir dəfə sillə ilə qadının sifətindən, sonra isə bir dəfə də yumruqla onun sifətindən vurmuş, zərbədən qadın M2nin üstünə yıxılmış, M2 qadını ayağa qaldıranda M2y ə otağa keçib masanın siyirtməsini axtarmağı demış, M2 otaqdan çıxandan sonra o, qadının boynundan boyunbağını dartıb qoparmış, sonra isə qadına qulağındakı sırğanı çıxardıb ona verməsini demiş, qadının qulağındakı sırğaların digər tayının yerə düşdüyünü eşitmiş, qadın sağ qulağındakı sırğanı çıxardıb ona uzatmış, onun bijüteriya olduğunu demiş, lakin o, qadına qulaq asmayıb sırğanı ondan götürmüş, qadının sağ əlindəki barmağında olan üzüyü çıxartmaq istəsə də bunu edə bilməmiş, qadının sol qolunda isə sadə bir saat varmış, o həmin saatı götürməmiş, həmin vaxt M2yə otaqda olan DVR aparatını da götürməyi demiş, M2 otağı yoxlayıb heç nə tapmadığını bildirmiş və DVR aparatını götürüb otaqdan çıxmış, bundan sonra o, qadına «sakit ol, mən çıxandan sonra sən də çıxarsan» deyib çıxışa tərəf getmi ş, çıxışda isə həmin qadına «sən kafirsən» deyib getmiş, bunu özünün namaz qılması və sələmə pul verənlərə çox pis baxması ilə izah etmiş, lombarddan çıxandan sonra binaların arası ilə bir məktəbə tərəf qaçmış, həmin məktəbin yaxınlığında olan zibil qutularından birinə yaxınlaşıb başındakı dəbilqəni, əlcəklərini, əynindəki qısaqol fəhlə gödəkçəsini və sifətindəki aspiratoru çıxardıb zibilliyə tullamış, sonra isə «KTV»yə tərəf getmiş, yolda bir kafenin yaxınlığında taksiyə minib «Həzi Aslanov» metrostansiyasının yaxınlığına gəlmiş, orada başqa bir taksiyə minib M2nin Nobel prospektindəki «Megastore» supermarketinin yaxınlığındakı kirayədə yaşadığı evə gəlmiş, daha əvvəl həmin evdə bir dəfə olmuş, M2yə lombardda qadından götürdüyü bir ədəd boyunbağını və bir ədəd sırğanı satıb əldə edəcəyi pulu onunla yarıbayarı böləcəyini demiş, M2 etiraz etməmiş, M2 ona rayona gedəcəyini demiş, O da M2yə Xudat şəhərinə tanışının yanına gedəcəyini bildirmiş, elə həmin gün də Xudata getmişdir. Üstündə və ya əlində tapança olmayıb. 10.000 manat pul götürməmişdir. Zərərçəkmiş şəxs yalan ifadə verir. İş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində məhkum Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Məhkum ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2012-ci ildən Bakı şəhəri,yerləşən binanın alt hissəsində sahəsi 6 kvadrat metr olan qeyri-yaşayış sahəsini icarəyə götürüb oranı lombard kimi tək işlədirmiş, işçisi olmamış, lombardın aylıq pul d övriyyəsi təxminən 25000 manat olmuş, lombard bazar günü istisna olmaqla hər gün işləyirmiş, lombardı bir qayda olaraq saat 10:00-da açırmış və 18:00-da bağlayırmış. O, 29 iyul 20l9-cu il tarixdə saat 10:30-da lombarda gəlmiş, otağa daxil olan kimi əl çantasını iş masamın üzərinə qoymuş və elektrik çaydanı qoşmuş, təxminən 4-5 dəqiqədən sonra otağa iki nəfər şəxs daxil olmuş, həmin şəxslərin əynində sarı-yaşılımtıl rəngli fəhlə iş geyimi - uniforma, başlarında həmin rəngdə olan dəbilqə, əllərində qırmızı-qara rəngli əlcəklər, üzlərində isə burun üçün aspiratorlar olmuş, həmin şəxslərdən biri dolu bədən quruluşlu, digəri isə uca boy arıq bədən quruluşlu olmuş, dolu bədən quruluşlu oğlanın əlində qara rəngli sellofan bükülü olmuş, uca boy oğlanın əlindəki əşyanı xatırlamır. Dolu bədən qurulu şlu oğlan binanın zirzəmisinə suyun axıdıldığını və həmin suyu təmizləmək üçün gəldiklərini bildirmiş, O, həmin şəxslərlə söhbət edə-edə əl çantasından özü ilə gətirdiyi 10000 manat pulu, bir ədəd brilyant üzüyü qutusu ilə birlikdə və içərisində 54 manat pul olan cüzdanını çıxardıb iş masasının siyirtməsinə qoymuş, dolu bədən quruluşlu şəxs otağında olan sanitar qovşağındakı su xətlərinə baxmaq istədiklərini demiş, O, isə buna etiraz etmədikdən sonra uca boy arıq bədən quruluşlu şəxs sanitar qovşağına keçmiş, orada bir az eşələndikdən sonra dolu bədən quruluşlu oğlan ona sanitar qovşağına gələn su xəttini göstərərək həmin xəttin nəm olduğunu və zirzəmiyə suyun məhz buradan axıdıldığını demiş, O, isə sanitar qovşağına keçərək həmin su borusunu göstərib onun bir az nəm olduğunu və həmin boru dan zirzəmiyə suyun axıdılmadığını bildirdikdən sonra həmin iki nəfər lombarddan çıxmış, təxminən 10-15 dəqiqədən sonra yenidən lombarda qayıtmışlar. O, həmin vaxt özünə çay süzürmüş. Dolu bədən quruluşlu oğlan ona lombardın sanitar qovşağından zirzəmiyə suyun axdığını bildirmiş, uca boy oğlan isə sanitar qovşağına keçib orada eşələnməyə başlamış, hətta həmin vaxt sanitar qovşağında olan bankaların səsini eşitmiş, dolu bədən quruluşlu oğlanın isə otaqda dayanıb sanitar qovşağına baxdığını müşahidə etmiş, uca boy oğlan təxminən 10 dəqiqə sanitar qovşağında eşələnmiş, sonra dolu bədən quruluşlu oğlan ona «Z1 xanım, gəlin baxın borudan necə su axır» deyə müraciət etmiş, uca boy oğlan isə həmin vaxt sanitar qovşağından çıxmış, O, yerindən qalxıb sanitar qovşağına keçmiş, dolu bədən quruluşlu o ğlan da onun arxasıyca gəlmiş, O, əyilib su borusuna baxmaq istəyəndə arxasında dayanan dolu bədən quruluşlu oğlan qəflətən görmədiyi küt əşya ilə onun başından vurmuş, zərbədən O, müvazinətimi itirib yerə yıxılmış və qışqırmağa başlamış, dolu bədən quruluşlu oğlan həmin vaxt onun saçından tutub başını qaldırmış və onu bir az yerlə sürümüş, həmin vaxt o, dolu bədən quruluşlu oğlanın sağ əlində qəhvəyi rəngdə olan bir tapanca görmüş, həmin oğlan tapancanın tutacağı ilə onun başına, sifətinə, kürəyinə zərbələr endirməyə başlamış və üstünə qışqıraraq «sus öldürərəm, səsin çıxmasın, öldürərəm səni» deyə hədələmiş, həmçinin həmin oğlan onu «bilmirsən, faizə pul vermək haramdır?!» deyə məzəmmət etmişdir. Həmin oğlan onu vura-vura otaqda dayanan uca boy arıq bədən quruluşlu oğlana masanın siyirtm əsində olan pulları, qızılları və lombardda quraşdırılmış videomüşahidə kameralarının «DVR» aparatını götürüb qaçmağı tapşırmış, dolu bədən quruluşlu oğlan ona zərbələr yetirərkən qolundan açılıb yerə düşən «Chopart» markalı qol saatını götürmüş, sonra onun boyunbağısını və sırğalarını dartıb götürmüş, ondan lombardda başqa nələrin olduğunu soruşmuş, O isə and içərək lombardda başqa dəyərli bir şeyin olmadığını bildirmiş, həmin oğlan sakitləşməyərək ona əlindəki tapançanın tutacağı ilə zərbələr vurmağa davam etmiş, zərbələrdən O, huşunu itirmiş, təxminən iki-üç dəqiqədən sonra özünə gələndə otaqda heç kimin olmadığını, çölə çıxanda isə binanın qarşısında bir neçə şəxsin toplaşdığını görmüş, «tutun onları, tutun» deyə qışqırmış, çöldə dayanan uşaqlar isə lombarda basqın etmiş şəxslərin 64 saylı orta məktəb istiqamətində qaçdıqlarını demiş, sonra O, lombarda qayıtmış, oğlumn zəng etmək üçün «Samsung» markalı «S7» model mobil telefonunu axtarmış, lakin mobil telefonu tapa bilməmiş, telefonu iş masasının üstünə qoyduğunu xatırlamış, lombarda basqın edən şəxslərin həmin mobil telefonu da götürdüyünü başa düşmüş, həmçinin, siyirtmənin içində saxladığı 10000 manat pulun, bir ədəd brilyant üzüyün yerində olmadığını, üzük qabının isə yerdə olduğunu görmüş, sonra lombardda olan şəhər telefonundan DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Lombarda basqın etmiş şəxslər lombardda olan iş masasının siyirtməsindən ona məxsus 10000 manat pulu, qiyməti 750 manat olan bir ədəd brilyant üzüyü, qiyməti 2100 manat olan bir ədəd qızıl boyunbağını, qiyməti 1 500 manat olan bir cüt qızıl sırğanı, qiyməti 20000 manat olan bir ədəd «Chopart» markalı qol saatını (200 qram ağ qızıldan və 14 karat brilyantdan ibarətdir), qiyməti 1750 manat olan «Samsug» markalı «S7» modelli mobil telefonumu, içərisində 54 manat pul olan qara rəngli cüzdanını və qiyməti 220 manat olan bir ədəd «DVR» aparatını ələ keçirmiş, mobil telefonunda qiyməti 5 manat, balansında 25 manat danışıq limiti olan 051 *** ** ** və qiyməti 6 manat, balansında danışıq limiti olmayan 070 *** ** ** saylı mobil nömrələr olmuş, cüzdanın qiyməti isə 3 manat olmuşdur. Ona qarşı dəymiş ziyan Məhkum tərəfindən qismən ödənilmişdir. Hazırda Məhkum ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs qarşı isə şikayətçidir və qanunla müvafiq qaydada ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla məhkumlar Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası təyin olunmuş cəzanın ağırlığı və barələrində daha yüngül cəza təyin edilməsinə dair kassasiya şikayətinin dəlillərini də nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır, təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şə xsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayə tin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 27 avqust 2020-ci il tarixli hökmü ilə Məhkumlaracəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı qismən ödəməsini Məhkum cəzasını yüngülləşdirən hallar kimi əsas götürmüş, məhkum Təqsirləndirilən şə xs cəzasını yüngülləşdirən hallar, habelə, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hər iki məhkumun cəzasını ağırlaşdıran halların olmadığını qeyd etmişdir. Apellyasiya məhkəməsi cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, birinci instansiya məhkəməsinin hökmünü dəyişməməklə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-737/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-737/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver