Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-737/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), X9 və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və məhkum X2 müdafiəçisi Bakı şəhəri 18 nömrəli Vəkil Bürosunun vəkili X6 iştirakları ilə 20 iyun 1994-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul o lmuş, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, R.Bağırov küçəsi, ev 3-də qeydiyyatda olmaqla orada yaşamış X2 məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)-510/2023 nömrəli 14 noyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi X10 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-280/2022 nömrəli 20 iyun 2022-ci nömrəli hökmü ilə (hakimlər: C.C.Nəbiyev (sədrlik edən), C.Ş.Səfərli və M.Şahid3) X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaç əkmə müddətinin başlanğıcı 16 sentyabr 2021-ci ildən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi X11 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər M.Ə.Bağırov (sədrlik edən), İ.H.Əhmədov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumun müdafiəçisi X11 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-790/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərarı ilə (hakimlər N.R.Mövsümov (sədrlik edən), Ə.C.Seyidov və T.L.Kazımov) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2022ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)510/2023 nömrəli 11 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər E.İ.Əliyev (sədrlik edən), İ.Q.Abdullayev və E.İ.Xasməmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, X2 cinayət əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X2 16 sentyabr 2021- ci il tarixdən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş və o, saxlanıldığı 17 nömrəli Cəzaçəkmə Müəssisəsindən dərhal həbsdən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-510/2023 nömrəli 11 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli qərarı ilə (hakimlər R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il 1(106)-510/2023 nömrəli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. X2 barəsində olan 1(106)-672/2024 nömr əli cinayət işi 11 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkumun müdafiəçisi X10 10 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(106)-510/2023 nömrəli qərarından kassasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-510/2023 nömrəli 14 noyabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti geri qaytarılmış və verilməmiş hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,883 çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 16 sentyabr 2021-ci ildə saat 19 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli şəhəri, Heydər Əliyev pr ospektində "Daş körpü” adlanan ərazisində saxlanılıb, İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın arxa sağ cibindən bir ədəd polietilen bükümün içərisində 2,883 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsi X2 narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-510/2023 nömrəli 11 dekabr 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegi yasının 14 may 2024-cü il tarixli qərarı ilə ləğv edilsə də, məhkumun müdafiəçisi sözügedən qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-863/2024 nömrəli 14 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayət müəllifi hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə qərar qəbul edərkən maddi və prosessual normaların tətbiqi zamanı yalnışlığa yol vermişdir. Apellyasiya qərarının mövcud olmaması kassasiya şikayətinin baxılmamış saxlanılması üçün əsas deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi T.Allahverdiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayəti vermiş şəxs verilmiş kassasiya şikayətində apellyasiya qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, aşağıda qeyd olunanlara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, mə hkəmə qərarlarından görünür ki, müdafiəçi Təyyar Abbaslı 10 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(106)-510/2023 nömrəli qərarından kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(106)-510/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(106)-510/2023 nömrəli qərarından dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(106)-510/2023 nömrəli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Müdafiəçi Təyyar Abbaslının kassasiya şikayəti verdiyi Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(106)-510/2023 nömrəli qərarı artıq mövcud olmamış (yəni ləğv edilmiş) və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Təyyar Abbaslı artıq mövcud olmayan, Ali Məhkəmə tərəfindən ləğv edilmiş və yeni apellyasiya məhkəmə baxışına təyin edilmiş iş üzrə qərardan kassasiya şikayəti vermişdir. Kassasiya kollegiyası qeyd edir ki, Təyyar Abbaslının kassasiya şikayəti verdiyi Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(106)-510/2023 nömrəli qərarı artıq qüvvədə olmadığından və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 may 2024-cü il tarixli qərarı ilə həmin qərar ləğv edildiyindən, Təyyar Abbaslı artıq mövcud olmayan, Ali Məhkəmə tərəfindən ləğv edilmiş və apellyasiya məhkəmə baxışına təyin edilmiş iş üzrə qərardan kassasiya şikayəti verdiyindən 10 iyul 2024-cü il tarixli kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayətinin verilməmiş hesab edilməsi və baxılmamış saxlanılması barədə apellyasiya məhkəməsinin qərarı ədalətlidir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkumun müdafiəçisi X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin 11(106)-510/2023 nömrəli 14 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-737/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-737/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver