Məhkəmə qərarları › İş №1(102)-738/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-738/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-738/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və onun etibarnamə üzrə nümayəndəsi X7, məhkumun müdafiəçisi-vəkil X8 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən və məruzəçi), A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Məhkum1 – xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 qey diyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum1 2017-ci ilin avqust ayının sonlarından 2018-ci ilin oktyabr ayının əvvəlinədək olan müddət ərzində ünvan 2-da onunla birlikdə yaşayan bacısı qızı, Amerika Birləşmiş Ştatlarının vətəndaşı, azyaşlı - 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar surətdə 14 yaşına çatmadığını bilə-bilə, mütəmadi olaraq dəfələrlə onun köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs əynində olan şalvarını və alt pa ltarını aşağı çəkərək, əlini onun xarici cinsiyyət orqanına sürtərək və əlilə döyəcləməklə xarici cinsiyyət üzvü olan sağ böyük dodağının sıyrıqları kimi xəsarətlər yetirərək təkrarən Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilmədən, apelyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu tarixli qərarından Məhkum1 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi X3 tərəfindən verilmiş kassasiya şikayətləri Azərba ycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.S.Seyfəliyev (sədrlik edən və məruzəçi), H.Q.Nəsibov və T.L.Kazımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkumun kassasiya şikayəti qismən təmin edilmiş, qərar ləğv edilərək cinayət işi apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və İ.M.Murqazovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Məhkum1 apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx xxx 2020-ci il tarixli qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2018-ci il tarixli ekspert rəyində zərərçəkmiş şəxsin bədənində müxtəlif sıyrıqların olduğunu və bu sıyrıqların müxtəlif şəraitdə əmələ gəlmə ehtimalının olduğunu, əmələ gəlmə müddətinin 3-4 gün əvvələ təsadüf etdiyini qeyd etmişdir. Lakin bildirmək istəyirəm ki, Zərərçəkmiş şəxs 09 oktyabr tarixində atasıgilə getmişdir. Həmin sıyrıqlarda atasıgildə olduğu müddətdə olmuşdur. Həmçinin qeyd etmək istərdim ki, uşağın atasının məqsədi evi əxlaqsız yuva kimi qələmə verib uşaqları anasız Amerikaya apararaq orada külli miqdarda təzminat almaq olmuşdur. Mən istər birinci instansiya da, istərsə də apelyasiya instans iyasında faktları ortaya qoysada fərdi vəkili olmadığı üçün məhkəmə kollegiyası tərəfindən heç bir sözünə əhəmiyyət verilməmişdir. Bakı Apelyasiya Məhkəməsi heç bir araşdırma aparmadan, şahid Nazilə İbadovanın ifadəsi alınmadan, nə uşaqlar, nə uşaqların anası məhkəmədə dindirilmədən qanunsuz qərar vermişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək barəsində əməlində cinayət tərkibi olmadığı üçün bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin qanuni nüma yəndəsinin və nümayəndəsinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları m üəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum1 kassasiya şikayətində göstərmişdir ki, Zərərçəkmiş şəxs 09 oktyabr tarixində atasıgilə getmişdir. Həmin sıyrıqlar da atasıgildə olduğu müddətdə olmuşdur. İstər birinci instansiyada, istərsə də apelyasiya instansiyasında faktları ortaya qoysada fərdi vəkili olmadığı üçün məhkəmə kollegiyası tərəfindən heç bir sözünə əhəmiyyət verilməmişdir. Ba kı Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan, şahid Nazilə İbadovanın ifadəsi alınmadan, nə uşaqlar, nə uşaqların anası məhkəmədə dindirilmədən qanunsuz qərar vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında azyaşlı şahid X12 və zərərçəkmiş şəxsin anası X13 ifadə vermişlər. Məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasında qanuni nümayəndəsi və məsləhətçi-psixoloqla iştirak etmiş Zərərçəkmiş şəxs azyaşlı olduğuna görə öz fikirlərini dəqiq, konkret ifadə edə bilmədiyi üçün, öz hərəkətləri ilə dayısı x3in şalvarını və alt paltarını aşağı çəkməsini qanuni nümayəndəsinə və məsləhətçi-psixoloqa göstərmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş həmin şəxslərin apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında təkrar dindirilməsi qanunver icilikdə məcburi hal kimi nəzərdə tutulmamışdır. Onların apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında təkrar dindirilməsinə əsas verə biləcək və qanunvericilikdə nəzərdə tutulmuş hallar kassasiya şikayətində göstərilməmişdir. Ona görə də, həmin şəxslərin apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında təkrar dindirilməli olduğu halda didirilməmələri barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadəsində Məhkum1 göstərmişdir ki, o, üç yaşı olan bacısı qızı x2 şalvarını və tumanını aşağı salmamış, bacısı oğlu x3 x2 şalvarını aşağı çəkəndə o, x3 əsəbləşmiş, x3da x2 yanından əlilə vurmuş, bu hadisə dəfələrlə təkrarlanmışdır. x3 x2 şalvarını aşağı çəkəndə o, h ər dəfə x2 danlamış, sonuncu dəfə təxminən iki həftə olardı ki, x3 yenə də x2 bu hərəkəti etmiş, o da x2n yanına tez-tez 2-3 dəfə əlilə sillə vurmuşdur. x3ağlayaraq anasının yanına getmiş, anası (bacısı) onun yanına gələrək niyə x3 sillə vurmağını soruşmuşdur. O da bacısı x4, oğlu x2 x2 şalvarını aşağı çəkdiyi üçün sillə ilə vurduğunu bildirmişdir. Bundan sonra bacısı x4 x2n üstünə qışqırmışdır. Sonuncu dəfə də x2n x2 etdiyi hərəkətə və x2 yanından vurduğu silləyə görə bacısının yanına gedərək x2 sillə ilə vurmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin məhkəmə iclasında bacısı oğlu x2n bacısı qızı x2 şalvarını aşağı çəkdiyini, bu hadisənin dəfələrlə təkrarlandığını göstərsə də kassasiya şikayətində Zərərçəkmiş şəxs 09 oktyabr tarixində atasıgilə getdiyini və həmin sıyrıqların da atasıgildə olduğu müddətdə yarandığını göstərmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, dayısı x3 onun bacısının hər dəfə şalvarını, tumanını aşağı çəkmişdir. Bundan sonra əlilə x2 bədəninə əl vurmuş, “lülüsünə” və “popasına” tez-tez əl vurmuşdur. O, dayısının hərəkətini görüb mamasına demiş və maması x3in evdən bayıra çıxmağını demişdir. O, dayısından qorxduğu üçün əvvəllər mamasına deməmişdir. Anası dayısına desəydi sora dayısı onu döyərmiş. Anası 1 dəfə dayısı x3 bacısı x2 şalvarını və alt paltarını çəkərək x2 arxa və qabaq hissələrinə əl vurmasını görmüşdür, dayısına demişdir ki, birdə belə eləsən səni bayıra atacam. Birinci instansiya məhkəməsi iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliy i Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli rəyində göstərilmişdir ki, X2nun fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. X2 psixi inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə ifadəsində göstərdiyi hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, x3in bir dayı kimi onun uşaqlarına qarşı münasibəti normal olmuş, onların evində qaldığı müddət x3 onun uşaqları ilə oynamışdır. x3 onun oğlu x2 döyməmiş, oğlu x3, qızı x2 şalvarını aşağı çəkməsinin o, şahidi olmamışdır. Məhkum1 ifadələrində göstərdiyi hallar cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib ol unmuşdur. Beləliklə kassasiya şikayətində göstərilən dəlillər birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv tədqiq edilmişdir. Məhkum1 elan edilmiş ittihamı təsdiq edən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə tam əməl edilmişdir. Məhkum1 kassasiya şikayətində göstərdiyi ona bəraət verilməsi barədə dəlillər əsassız hesab edilir və təmin edilməməlidir Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzr ə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kass

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar