Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-738/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı Şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Məmmədov Oruc Qulamalı oğlunun iştirakları ilə Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 178.3.2, 296.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2012-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Məmmədov Oruc Qulamalı oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2012-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 296.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 178.3.2-ci maddəsi ilə 10 (on) il müddətə, CM-nin 296.2-ci maddəsi ilə 04 (dörd) il müddə tə, CM-nin 310-cu maddəsi ilə 02 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2012-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmdən qanunla müəyyən olunmuş müddət ərzində kassasiya şikayəti verilməmiş, yalnız 12 noyabr 2020-ci il tarixdə Məhkum və müdafiəçisi Oruc Məmmədov birgə kassasiya şikayəti, Məhkum isə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Vəsatətə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.M.Abdulov, hakimlər Ə.S.Seyfəliyev və Q.X.Babayevdən ibarət tərkibdə) 28 dekabr 2020-ci il tarixli qərarı ilə Məhkumun kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Məmmədov Oruc Qulamalı oğlu ilə birlikdə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi ilə birgə verilmiş kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qərarı prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən ləğv edilməli və işin yenidən baxılaraq obyektiv qərar qəbul edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, o, 30 iyul 2020-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl cəza çəkməkdən azad edilmiş, həbsdən azad olduqdan sonra əsassız yerə cinayət məsuliyyətinə cəlb edilərək 9 ildən artıq bir müddət ərzində cəza çəkməyi ona çox ağır gəlmişdir. Belə ki, o, heç bir kəsə qarşı dələduzluq etmədiyi və başqa bir cinayət törətmədiyi halda ona ağır cəza təyin edilmişdir. Cəza çəkərkən uzun müddət ona təyin edilən əsassız cəzanın təsiri altında şok vəziyyətində olmuş, bir neçə il müxtəlif xəstəliklərdən əziyyət çəkmiş dir. Bununla yanaşı onun maddi cəhətdən müdafiəçi ilə müqavilə bağlamaq imkanı olmamışdır. Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2012-ci il tarixli qərarından qanunla nəzərdə tutulan müddətdə kassasiya şikayəti verə bilməmişdir. Ona görə də, azadlığa çıxdıqdan sonra həmin qərardan kassasiya şikayəti vermiş, lakin kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək təmin edilməsi barədə verdiyi vəsatət Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instan siyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2012-ci il tarixli qərarı qəbul edilərkən qüvvədə olan Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 18 ay müddətində verilə bilər. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı 03 oktyabr 2012-ci il tarixdə çıxar ıldığı halda, kassasiya şikayəti məhkum tərəfindən 12 noyabr 2020-ci il tarixdə verilmişdir (apellyasiya instansiyası məhkəməsinin hökmünün çıxarıldığı gündən 08 il 01 aydan çox vaxt keçmişdir). Məhkəmə kollegiyası bu şikayətlə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız iki halda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması və ya həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi hallarında bərpa oluna bilər. Vəsatətdə məhkumun səhhəti ilə əlaqədar vaxtında kassasiya şikayəti verə bilməməsinə istinad edilsə də, vəsatətə məhkumun uzun müddətli ağır xəstəliyə düçar olmasını və xəstəliyin onun vaxtında şikayət vermə imkanından məhrum etməsini təsdiq edən hər hansı bir sübut əlavə olunmamışdır. Məhkəmə kollegiyası qeyd edilən halı, apellyasiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş məhkumun və onun müdafiəçisinin yuxarıda göstərilən müddətdə kassasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğu ndan Məhkumun müdafiəçisi Məmmədov Oruc Qulamalı oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkumun müdafiəçisi Məmmədov Oruc Qulamalı oğlu ilə birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 296.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Mə hkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2012-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2020-ci il tarixli qərarı Məhkumun müdafiəçisi Məmmədov Oruc Qulamalı oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-738/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-738/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver