Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-739/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Zərərçəkmiş şəxs, Məhkum və müdafiəçisi-vəkil Müdafiəçi iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il hökmü ilə (sədrlik edən hakim: R.T.Əhmədov) Məhkum - xx xxxxxx 1979-cu ildə Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 qeydiyyatda olan, ünvan 2 evdə yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutul muş cinayətin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Cəzanın icrası müddətinin Məhkum qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Məhkum, xx xxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun yaşadığı ünvan 2 evin qarşısında bir dəfə qəsdən ayağı ilə onun sağ əlindən vuraraq, Zərərçəkmiş şəxs sağ əlin V daraq sümüyünün proksimal oynaq başının sınığı, sol budun qançırı xəsarətləri ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəs arətlər yetirmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilmədən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə, habelə cinayət işi üzrə topla nmış ziddiyyətli və mötəbər olmayan sübutlara əsaslanmaqla çıxarıldığına görə ləğv olunmalı və cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Hökmdən və qərardan görünür ki, Məhkum ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində verdiyi bütün ifadələrində, habelə apelyasiya baxışında verdiyi izahatında özünü ona edilmiş ittihamda təqsirli bilməyərək zərərçəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs nəinki ağır söyüşlərlə söyərək təhqir edib ona xəsarət yetirməmiş, əksinə Zərərçəkmiş şəxs arvadının və oğlunun köməkliyi ilə onu döyərək xəsarət yetirmişdir. O, x1 tərəfindən döyülməsi barədə elə həmin gün polisə ərizə ilə müraciət etmiş, eyni zamanda polisin göndərişi ilə ekspertizadan keçirilmişdir. İş üzrə ekspert tərəfindən verilən rəydə də onun alnın qaşarası hissəsində xəsarət in olması təsdiqini tapmışdır. İş materiallarında olan zərərçəkmişin ərizəsi, həmin ərizənin qeydiyyata alınma tarixi, zərəçəkmişin barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi, habelə zərərçəkmişin ifadələri ilə, onun arvadı və oğlunun şahid ifadələri arasında zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum tərəfindən vurulması anı barədə kəskin ziddiyyətlərin olmasına baxmayaraq birinci instansiya məhkəməsi bu ziddiyyətləri görməzdən gələrək Məhkum təqsirinin tam sübuta yetirlməsi barədə əsassız nəticəyə gəlmişdir. Məhkum təqsirsizliyini sübut edə biləcək həmin ziddiyyətli halları apelyasiya şikayətində işin materiallarına istinad etməklə göstərib, Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etsə də, məhkəmə baxışının qismən məhkəmə istintaqı ilə aparılmasını tələb etsə də, məhkə mə kollegiyası təqsirləndirilən şəxs Məhkum müdafiə hüququnu kobud surətdə pozub işin baxışının qismən məhkəmə istintaqı ilə aparılmasından imtina edərək ziddiyyətli sübutlar əsasında çıxarılmış əsassız və qanunsuz ittiham hökmünü qüvvəsində saxlamışdır. Bundan başqa zərərçəkmişin verdiyi izahat və ifadələrdən görünür ki, onunla Məhkum arasında mübahisə və dava-dalaş hündür hasara alınmış həyətinin çölündə küçədə olmuşdur. Məhkum onu təpiklə sağ əlinin üzərinə vuranda arvadı və oğlu həyətdə olmuşlar. Onlar x2 onu vurmasını görməmişlər, yalnız səs-küyə bayıra çıxanda onun x2 yaxasından, x2 da onun yaxasından tutub dartışmasını görmüş və onları aralamışlar. Bununla da mübahisə başa çatmışdır. Onlar bayıra çıxandan sonra x2 onu vurmamış, çıxıb getmişdir. Zərərçəkmiş şəxsin özünün, arvadının v ə oğlunun ilkin verdikləri izahatlarında göstərilənlər sözbəsöz sonradan onların adından yazılmış ifadələrinə köçürülmüşdür. Məhkəmə iclas protokolları da onların həmin ilkin izahatlarına uyğunlaşdırılmışdır. Məhkəmə nəzərə almamışdır ki, zərərçəkmiş və onun ailə üzvləri təqsirləndirilən şəxs Məhkumla uzun müddət qərəzli münasibətdə olmaqla ona qarşı dəfələrlə əsassız məhkəmə iddiaları qaldırmış, habelə onun barəsində dəfələrlə polis orqanlarına əsassız şikayətlər edərək onun hansı yolla olur-olsun cəzalandırılmasına cəhdlər etmişdir. Bu şəraitdə zərəçəkmişin guya Məhkum tərəfindən bir təpik zərbəsi ilə vurularaq həm sağ əlinin, həm də sol budunun xəsarətləndirihnəsi praktiki olaraq qeyri-mümkün olmaqla, sonradan zərərçəkmişin yalnız özünə məlum şəraitdə yetirilməsi nəticəsində alması da ha inandırıcıdır. Məhkum ilkin izahatından başlayaraq məhkəmədə verdiyi ifadəsində də zərərçəkmiş Zərərçəkmiş şəxslə qonşu olmasını, aralarında torpaqla bağlı daimi mübahisələrinin olması, x1ın onu tutdurmaq üçün dəfələrlə polisə, məhkəməyə şikayətlər verməsi, iddialar qaldırmasını bildirərək onun növbəti dəfə, yəni xx xxxxxx 2018-ci il tarixdə saat 11-12 radələrində evində olduğu vaxt x1ın ailəsi ilə birlikdə qonşuluğunda olan evinə gəlib, guya evinin divarına su axıtmasını bildirərək onu məhkəməyə verəcəyini deməsini, onun da bundan əsəbiləşərək x1ı həyətindən çölə çağırdığını onunla sözlə mübahisə edərkən x1ın arvadının gələrək onu arxadan tutmasını və bundan sonra x1ın onun bir neçə dəfə yumruqla bədəninin müxtəlif nahiyyələrinə, o cümlədən sifətinə vuraraq döyməsini və özünün onların əlindən çıxaraq polisə şikayət etməsini, həmçinin mübahisə zamanı x1ı vurmamasını göstərmişdir. O, x1ın sonradan hansı şəraitdə xəsarət almasını bilmədiyini qeyd etmişdir. Məhkəmə isə məhkəmə baxışı zamanı bu qeyd edilən halların heç birini araşdırmamış, ziddiyyətləri aradan qaldırmadan, mötəbər olmayan şahid ifadələri əsasında onun təqsirli olması nəticəsinə gəlmişdir. Halbuki məhkəmədə ifadə verən Nailə Mustafayeva zərəçəkmişin arvadı, İbrahim isə oğlu olduğu üçün onlar məhkəməyə düzgün ifadə verməmiş, onu şərləmişlər. Məhkəmədə ifadə verən X3 xx.xx.2018-ci il tarixdə anasını yoxlamaq üçün qardaşı x2gilə gəldiyini, səs-küuə çölə çıxanda x2la x1ın qapının ağzında dalaşmalarını, həmin vaxt özünün 6-7 metr məsafədə dayandığını, x1ın onu da şərləməməsi üçün yaxın getmədiyini, həmin vaxt x1ın x2u vurmasını və bundan sonra x1ın arvadının və oğlunun gəlib onları ayırmasını və x2 oradan çıxıb getməsini görməsini bildirmişdir. O, hadisədən sonra Polis Şöbəsinə müstəntiqin yanına getsə də, müstəntiqin onun ifadəsəni almaqdan imtina etməsini göstərmişdir. Məhkəmə isə x2 qardaşının bu ifadəsini nə üçün sübut kimi qəbul etməməsini, lakin zərərçəkmişin arvadı və oğlunun ifadəsini nə üçün sübut kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Bununla da, məhkəmə AR CPM-nin 145.3-cü maddəsinin tələblərini kobud surətdə pozaraq aradan qaldırıla bilməyən şübhələri təqsirləndirilən şəxsin zərərinə təfsir etmişdir. Məhkəmə tərəfindən həmçinin AR CPM-nin 349.3 maddəsinin tələbləri kobud surətdə pozulduğu üçün həmin hökm ləğv edilməlidir. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya insta nsiyası məhkəməsi qanunun bu tələblərini kobud surətdə pozaraq zərərçəkmiş və şahidlərin biri digərini təkzib edən, ittiham hökmünün çıxarılması üçün heç bir halda mötəbər sayıla bilməyən ifadələrini nə üçün mötəbər sübut kimi qəbul etməsini, eyni zamanda Məhkum və qardaşının verdiyi və işin materialları ilə təsdiq olunan ifadələrini nə üçün sübut kimi qəbul etməyərək rədd etdiklərini əsaslandıra bilməmişlər. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv edərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsinə xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətin in təmin edilməməsi barədə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məh kəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçinin kassasiya şikayətində zərərçəkmiş şəxsin Bakı şəhər Nizami RPİ-nin 25-ci PŞ-ə yazdığı ərizənin üzərində xx.xx.2018-ci il tarixdə yazılması və üzərinə xx.xx.2018-ci il tarixli dərkənar qoyulmasına baxmayaraq, xx.xx.2018-ci il tarixdə qeydə alınmasına istinad edərək həmin ərizənin tarixinin saxtalaşdırıldığını gös tərmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin həmin tarixdə polis şöbəsinə müraciət etməsi həm də onun müraciət etdiyi tibb müəsisəsinin polis şöbəsinin növbətçi hissəsinə xx.xx.2018-ci il tarixdə müraciət etməsi ilə təsdiq olunur. Bu barədə Nizami RPİ-nin 25-ci PB-nin növbətçi hissəsinin cinayət işinin materiallarında olan raportu ilə təsdiq edilir. Ona görə də zərərçəkmiş şəxsin ərizəsinin polis bölməsinə daxil olduqdan və üzərinə eyni tarixdə dərkənar qoyulduqdan 2 gün sonra qeydə alınması həmin ərizənin saxtalaşdırılması kimi qiymətləndirilməməlidir. Bu ərizənin qeydə alınmasında yol verilmiş texniki səhv kimi qiymətləndirilə bilər. Ona görə ki, zərərçəkmiş şəxsin az ağır xəsarət alması ilə bağlı faktın araşdırımasının xx.xx.2018-ci il tarixdə başlanm ası üçün onun ərizəsindən başqa əsaslar da olmuşdur. Göstərilənlərə əsasən zərərçəkmiş şəxsin polis orqanlarına vermiş olduğu ərizənin saxtalaşdırılması barədə kassasiya şikayətinin dəlili əsassız hesab edirlir. Kassasiya şikayətində göstərilmişdir ki, zərərçəkmiş şəxsin özünün, arvadının və oğlunun ilkin verdikləri izahatlarında göstərilənlər sözbəsöz sonradan onların adından yazılmış ifadələrinə köçürülmüşdür. Məhkəmə iclas protokolları da onların həmin ilkin izahatlarına uyğunlaşdırılmışdır. Məhkəmə nəzərə almamışdır ki, zərərçəkmiş və onun ailə üzvləri təqsirləndirilən şəxs Məhkumla uzun müddət qərəzli münasibətdə olmaqla ona qarşı dəfələrlə əsassız məhkəmə iddiaları qaldırmış, habelə onun barəsində dəfələrlə polis orqanlarına əsassız şikayətlər edərək onun hansı yolla olur-olsun cəzal andırılmasına cəhdlər etmişdir. Bu şəraitdə zərəçəkmişin guya Məhkum tərəfindən bir təpik zərbəsi ilə vurularaq həm sağ əlinin, həm də sol budunun xəsarətləndirilməsi praktiki olaraq qeyrimümkün olmaqla, sonradan zərərçəkmişin yalnız özünə məlum şəraitdə yetirilməsi nəticəsində alması daha inandırıcıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclası protokoluna zərərçəkmiş şəxsin özünün, arvadının və oğlunun ifadələrinin başqa məzmunda olması barədə qeyd verilməmişdir. Zərərçəkmiş şəxsin özünün, arvadının və oğlunun ilkin verdikləri izahatlarında göstərilənləri sonradan ibtidai istintaqda və məhkəmə iclasında ifadələrində təkrarlamaları həmin izahatların və ifadələrin həqiqiliyinə və mötəbərliyinə dəlalət edən hal kimi qəbul edilməlidir. Zərərçəkmiş şəxsin həm sağ əlinin, həm də sol bud unun hadisə baş verən zamanı xəsarətləndirilməsi, həm də bu xəsarətlərin önun özü tərəfindən yetirilməsinin mükünsüzlüyü məhkəmə-tibb ekspertizalarının rəyləri ilə təsdiq olunur. Həmin rəylərin həqiqiliyini şübhə altına almaqa cinayət işinin materiallarında hər hansı qanuni əsaslar mövcud deyil və kassasiya şikayətində də belə bir mötəbər əsas göstərilməmişdir. Kassasiya şikayətində göstərilən həmin xəsarətlərin “sonradan zərərçəkmişin yalnız özünə məlum şəraitdə yetirilməsi nəticəsində alması daha inandırıcıdır” mülahizəsi kassasiya şikayəti müəllifinin hər hansı sübuta əsaslanmayan subyektiv nəticəsidir. Ona görə də bu dəlil də təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxs Məhkum qardaşı x3 məhkəmə iclasındakı ifadəsini nə üçün sübut kimi qəbul etməməsini, lakin zərərçəkmişin arvadı və oğlunun ifadəsini nə üçün sübut kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə iclasında X3 göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə anasını yoxlamaq üçün qardaşı x2gilə gəldiyini, səs-küuə çölə çıxanda x2la x1ın qapının ağzında dalaşmalarını, həmin vaxt özünün 6-7 metr məsafədə dayandığını, x1ın onu da şərləməməsi üçün yaxın getmədiyini, həmin vaxt x1ın x2u vurmasını və bundan sonra x1ın arvadının və oğlunun gəlib onları ayırmasını və x2 oradan çıxıb getməsini görməsini bildirmişdir. O, hadisədən sonra Polis Şöbəsinə müstəntiqin yanına getsə də, müstəntiqin onun ifadəsəni almaqdan imtina etməsini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum qardaşı x3 hadisə zamanı orada olması və hadisəni müşah idə etməsi hər hansı başqa sübutla təsdiq olunmur. Təqsirləndirilən şəxsin özünün ifadələrində də bu barədə göstərilməmişdir. Məhkum məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, baş vermiş hadisə zamanı orada o, x1, x1ın həyat yoldaşı və oğlu olmuşlar. Belə olan halda Məhkum qardaşı x3 hadisə yerində olması və qardaşının qonşuları tərəfindən “döyülməsini müşahidə etməsi” barədə ifadəsinin cinayət işi üzrə həqiqi və mötəbər sübut kimi qiymətləndirilməsi barədə kassasiya şikayətinin dəlili də əsassız hesab edilir və təmin edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona elan edilmiş ittiham üzrə təqsirliliyini dair sübutların toplanması, tədqiqi, qiymətləndirilməsində və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və ye kun nəticəyə gəlməyə imkan vürən sübutların məcmusuna hökmdə istinad edilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə qismən məhkəmə istintaqı ilə baxılması və yeni sübutların tədqiqi üçün əsasların mövcudluğu müəyyən edilmdiyindən zərurət olmamış və apellyasiya məhkəmə kollegiyasının qərarı ilə düzgün olaraq birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-739/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-739/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver