Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-739/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2 023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Nural Əliyev və Roman Ələkbərli) 19 oktyabr 2022-ci il tarixli 1(100)-204/2022 nömrəli hökmü ilə xx xxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 4-cü döngə, ev 9B-də qeydiyyatda olmaqla Kəpəz rayonu, Atabəylər prospekti ev 19-da yaşamış, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 4-cü döngə, ev 9B-də qeydiyyatda olmaqla Kəpəz rayonu, Atabəylər prospekti ev 19da yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.4 və 2 21.3-cü maddələri ilə təqsirli bilinib ona CM-in 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2021-ci tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəx slər üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib silah qismində istifadə edilən əşyadan istifadə etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 25 iyul 2021-ci il tarixdə saat 22 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətində ictimai yer olan Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində yerləşən “Şahzadə” şadlıq sarayının qarşısında dayanan taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-21099” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu yaşadığı mənzilinə aparmamasını bəhanə edərək avtomobildən düşürüb “Şahzadə” Şadlıq Sarayının kənarına apararaq mübahisəsini davam etdirib cəmiyyətdə insanlar arasında bərqərar ol muş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər şəxslər üzərində özünün üstünlüyünü isbat edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək onu nalayiq ifadələrlə söyüb təhqir etməklə cibindən çıxardığı və silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağı nümayiş etdirməklə xuliqanlıq etmiş, bundan sonra qeyd olunan əməllərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niy yətilə qarın nahiyəsinə bıçaqla qəsdən bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan qarın nahiyəsinin ön səthində bir ədəd daxilə keçən nazik bağırsağı zədələyən deşilmiş– kəsilmiş yara ilə müşayiət olunan xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əlizamin Abdullayev (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Rafiq Cəfərov) 06 mart 2023-cü il tarixli, 1(104)-72/2023 nömrəli qərarı ilə Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ve rilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-204/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibatdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qərarından Məhkum kassasiya şikayəti verərək onun əməlinin Azərbaycan Respublikası CM-in 126.1 və 221.1-ci maddələri ilə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o özünü Azərbaycan Respublikasının CM-in 126.1 və 221.1-ci maddələri ilə təqsirli bilmiş və əməlindən peşman olduğunu qeyd etmişdir. Hansı ki, həm ibtidai istintaq və birinci instansiya məhkəməsi araşdırması zamanı baş verən hadisədən sonra zərərçəkmiş şəxsi xəstəxanaya çatdırmağı, polisə könüllü təslim olması, cinayətin xarakteri, onun verdiyi səmimi ifadələrinin zərərçəkmiş şəxs tərəfindən təsdiqlənməsi, ilk gündən ona qarşı heç bir şikayət və tələbinin olmaması, məhkəmə instansiyaları tərəfindən nəzərə alınmamış və ibtidai istintaq tərəfindən edilmiş qərəzli tövsif heç bir dəyişiklik olmamışdır. O, həmçinin CM-in 126.2.4-cü maddəsi ilə yanaşı CM-nin 221.3-cü maddəsi ilə ittiham olunmuşdur, hansı ki, 3 nəfər tanış şəxsin bir-birinə zarafat etməsi və səhvən baş verən hadisənin heç cürə xuliqanlıq kimi qiymətləndirmək qanunamüvafiq deyil. Bu hadisə baş verməmişdən öncə onlar, yəni zərərçəkmiş şəxs və digər tanışı və o, bir yerdə söhbət etmişlər. Söhbət əsasında 3-cü şəxs zarafatyana xoşagəlməz söz işlətmiş və o, üzərində gəzdirdiyi cib bıçağı ilə onu vuraraq zarafat etmişdir. Aralarında olan zərərçəkmiş şəxs onun bu hərəkətini doğru sayaraq qəfildən araya girmiş, o, qəfildən ona xəsarət yetirmişdir. Məhkəmə icraatlarında çıxış edən zərərçəkən tərəf bu hadisənin təsadüfən baş verməsini və ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. O, ailəlidir, himayəsində 11,13,14 yaşlarında övladları, 69 yaşlı qoca ata və anası var. Uşaqlar xəstədirlər, o ailədə tək qazanc gətirən şəxsdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya ka ssasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 126.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətmiş, məhkəmələr tərəfindən onun əməlinin CM-in 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 126-cı maddəsindən görünür ki, qəsdən sağlamlığa ağır zərə r vurmaya görə cinayət məsuliyyəti 126.1-ci maddə ilə nəzərdə tutulmuşdur. Həmin əməlin xuliqanlıq niyyəti ilə törətməsi CMin 126.2.4-cü maddəsi ilə tövsif olunur. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, həmin sübutlarla Məhkum ona qarşı irəli sürülmüş ittihamda təsvir edilmiş şəraitdə və hallarda, yəni hər hansı bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması sübuta yetirilmişdir. Məhkum elan olunmuş ittiham üzrə özünün təqsirli bilməsə də, onun qeyd olunan əməli məhz hökmün təsviri hissəsində qeyd edilmiş şəraitdə və qaydada törətməsi ibti dai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə tam təsdiq edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İşdən göründüyü kimi, həm Məhkum, həm də Zərərçə kmiş şəxs1 ifadələrində göstərmişlər ki, hadisədən qabaq onların arasında heç bir mübahisə olmamış, məhkumun zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması sonuncunun onunla tanışı Zamin Əliyevin arasında girib onları aralamaq istəməsi ilə əlaqədar, yəni hər hansı bir əsaslı səbəb olmadan olmuşdur. Cinayət işin materialları ilə müəyyən edilmişdir ki, məhkumla zərərçəkmiş şəxsin arasında dava-dalaşın, yaxud mübahisə olmamış, Məhkum Zərərçəkmiş şəxs1 bıçaqla hansı bir əsaslı səbəb olmadan vurmuş, məhkum tərəfindən bu əməli ictimai qaydaya və zərərçəkmiş şəxsin şəxsiyyətinə əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, məhkum öz əməlləri ilə ictimai qaydanı kobud surətdə pozmuşdur. Belə olan halda məhkəmələr Məhkum Zərərçəkm iş şəxs1 bıçaqla vuraraq ağır dərəcəli xəsarət yetirməsi əsaslı olaraq həm silah qismində istifadə olunan əşyadan istifadə edilməklə xuliqanlıq, həm xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurma kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini m əhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Məhkum Azərbaycan Respublikası CM-i n 126.2.4 və 221.3-cü maddələri ilə ittiham verilmiş, birinci instansiya məhkəməsi də onu həmin maddələrlə təqsirli bilməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq düzgün olaraq birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxsin əməlinin tövsifini müəyyən edərkən cinayət qanunun normalarına riayət etmişlər və təqsirləndirilən şəxsin əməlinin CM-in 126.1 və 221.1-ci maddələrinə tövsif olunması üçün heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Yuxa rıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2023-cü il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum barəsindəki 06 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-739/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-739/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver