Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-739/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2024-cü il tarixli, 1(106)-644/20234 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 nömrəli h ökmü ilə (sədrlik edən hakim E.İ.Əliyev, hakimlər C.C.Nəbiyev və A.H.Hacıyevdən ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.1, 120.2.3 və 120.2.10-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 18 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2017-ci il tarixdən hesablanmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərarı ilə (hakim C.C.Nəbiyev) məhkum Təqsirləndirilən şəxs 18 yanvar 2018-ci il tarixli hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2024-cü il tar ixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim P.V.Hacıyev, hakimlər İ.H.Əhmədov və H.X.Bəhmənovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə apellyasiya şikayətini hansı müddətdə vermək hüququ qeyd olunsa da, onun hüququ sava dı olmadığı üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, qeyd olunan səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Həbsdə saxlanıla n məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci ins tansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Cinayət işinin materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin hazırlıq iclasına və məhkəmə baxışına dair protokollardakı məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları həm hazırlıq iclasında, həm də məhkəmə baxışında ona izah edilmiş və o, bütün hallarda hüquqlarının ona aydın olduğunu məhkəməyə bildirmişdir. Həmçinin, hökmdən apellyasiya şikayəti vermək hüququ və müddət i Təqsirləndirilən şəxs ayrıca olaraq - hökmün elan edilməsindən sonra və ona təqdim edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli ittiham hökmünün surətindəki qeyd vasitəsi ilə izah edilmişdir. Birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Təqsirləndirilən şəxs müdafiəçinin – X3 hüquqi yardımı ilə təmin olunmuşdur. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 saylı hökmünün surəti 22 yanvar 2018-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs imza etdirilməklə təqdim olunmuşdur. Məhkum yalnız 10 iyun 2020-ci il tarixdə, yəni hökmün surəti Təqsirləndirilən şəxs təqdim edildiyi gündən 2 il 4 ay 18 gündən sonra hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunda n əzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmış və həmin vəsatətini apellyasiya şikayəti ilə birlikdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə ünvanlamışdır. Məhkumun hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun – birbaşa və yaxud müdafiəçisi vasitəsi ilə Azərbaycan Respublikası CPM-in 384.2-c i maddəsinin tələb etdiyi prosessual müddət daxilində hökmü apellyasiya qaydasında mübahisələndirməməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 06 iyul 2020-ci il və 22 iyul 2024-cü il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair məhkum Təqsirləndirilən şəxs vəsatətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2024-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtl əndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 22 iyul 2024-cü il tarixli, 1(106)644/20234 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqs irləndirilən şəxs barəsində olan 22 iyul 2024-cü il tarixli, 1(106)-644/20234 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-739/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-739/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver