Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-74/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun və müdafiəçisi-vəkil Cəfərova Xəyalə Teymur qızının iştirakları ilə, Bakı Ağır C inayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi-vəkil Cəfərova Xəyalə Teymur qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Səbuhi Sabir oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Azad Əli Ağa oğlu Məcidov və Zeynal Qurban oğlu Ağayev) xx xxxxxxxx 2018-ci İl tarixli hökmü ilə, Məhkum-xx xxx 1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası və təndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olmuş, məhkumluğu ödənilmiş, Ünvan 1 kəndində qeydiyyatda olan, Ünvan 2 küçəsində yaşamış, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 126.2.4-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən bu cəzalar qismən toplanmaqla qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xuliqanlıq niyyə ti ilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə asıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə özgənin əmlakının məhv edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Məhkum xx xxxxxx 2018-ci il tarixdə saat 23:00 radələrində Ünvan 3 gedən yolun kənarında yerləşən “x” adlı kafenin həyətində alkoqol sərxoşluğu vəziyyətində xuliqanlıq niyyəti ilə hadisədən az əvvəl kafenin qarşısında Zərərçəkmiş şəxs1 ilə toqquşduğundan mübahisə etmələrini bəhanə gətirərək əvvəlcədən üzərində olan bıçaq ilə Zərərçəkmiş şəxs1 yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının ön-bayır divarından dö ş boşluğuna keçən sol ağ ciyərin, diafraqmanın, böyük piyliyin yaralanmasına, sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna qanın və havanın yığılması) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetriməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Daha sonra Məhkum alkoqol sərxoşluğu vəziyyətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətcislik ifadə edən, silah qismində əşyadan istifadə etməklə özgənin əmlakının məhv edilməsi ilə müşayət edilən qərəzli hərəkətləri edib xx xxxxxx 2018-ci il tarixdə saat 23:15 radələrində Ünvan 3 gedən yolun kənarında yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “x” adlı kafedə heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq gös tərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış, əxlaq və mənəviyyat normalarına zidd hərkətlər edib kafenin normal fəaliyyətini pozaraq silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə kafenin masalarından bir neçəsini çevirmiş, masanın üzərində olan 5 ədəd boşqabı və 3 ədəd şüşə bakalları sındırmaqla özgənin əmlakını məhv edib, Zərərçəkmiş şəxs2 15 manat məbləğində maddi zərər vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkum müdafiəçisi-vəkil X9 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx x 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına qaytarılmasını, məhkumun müdafiəçisi-vəkil Cəfərova Xəyalə Teymur qızı isə kassasiya şikayətinə əlavə verərək həmin qərarın ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir Kassasiya şikayətlərinin dəlilləri: Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək göstərmişdir ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı psixi vəziyyətinin normal olması araşdırılmamışdır. Cinayət törədərkən içkili olmuş, hansı səbəbdən cinayət törətdiyini anlamamışdır. Psixi vəziyyəti yoxlanılmadığından Azərbaycan Respublikası CPM-nin 14.0.2-ci maddəsinin tələbi kobudcasına pozulmuşdur. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Müdafiəçisi-vəkil Cəfərova Xəyalə Teymur qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əgər Zərərçəkmiş şəxs1 tərəfindən döyülmüş, zərərçəkmiş şəxs onu yerə yıxaraq döymüş və onun sifət, ətraf orqanları zədə almışsa, o cümlədən zərərçəkmiş şəxsin də üzərində bıçaq aşkar olunursa burdan belə nəticəyə gəlmək olur ki, Məhkum zərərçəkmiş şəxsə qarşı törətdiyi əməllə zəruri müdafiə halında, özünü qorumuşdur. Çünki Məhkum zərərçəkmiş şəxsi hansı vəziyyətdə vurmasını heç kim görməmiş, heç kim şahid olmamışdır. Məhkum etirafedici ifadələr versə də o ibtidai istintaq zamanı tam anlaqlı olmamışdır. Hadis ə zamanı Zərərçəkmiş şəxs1 da Məhkum qarşı fiziki zor tətbiq etmiş, ona xəsarətlər yetrimiş, ona qarşı nalayiq ifadələr işlətmişdir. Onun da üzərində silah qismində bıçaq olmuşdur. Məhkum da qeyd olunan cinayəti törətməyə məcbur olmuşdur. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi-vəkil Cəfərova Xəyalə Teymur qızının, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Mə hkum kassasiya şikayətində göstərmişdir ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı psixi vəziyyətinin normal olması araşdırılmamışdır. Cinayət törədərkən içkili olmuş, hansı səbəbdən cinayət törətdiyini anlamamışdır. Psixi vəziyyəti yoxlanılmadığından Azərbaycan Respublikası CPM-nin 14.0.2-ci maddəsinin tələbi kobudcasına pozulmuşdur. Müdafiəçisi-vəkil Cəfərova Xəyalə Teymur qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əgər Zərərçəkmiş şəxs1 tərəfindən döyülmüş, zərərçəkmiş şəxs onu yerə yıxaraq döymüş və onun sifət, ətraf orqanları zədə almışsa, o cümlədən zərərçəkmiş şəxsin də üzərində bıçaq aşkar olunursa burdan belə nəticəyə gəlmək olur ki, Məhkum zərərçəkmiş şəxsə qarşı törətdiyi əməllə zəruri müdafiə halında özünü qorumuşdur. Çünki Məhkum zərərçəkmiş şəxsi hansı vəziyyətd ə vurmasını heç kim görməmiş, heç kim şahid olmamışdır. Məhkum etirafedici ifadələr versə də o ibtidai istintaq zamanı tam anlaqlı olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs1 da Məhkum qarşı fiziki zor tətbiq etmiş, ona xəsarətlər yetirmiş, ona qarşı nalayiq ifadələr işlətmişdir. Onun da üzərində silah qismində bıçaq olmuşdur. Məhkum da qeyd olunan cinayəti törətməyə məcbur olmuşdur. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə Sabunçu Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi polis kapitanı Ceyhun Cəlilovun xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkum xəsarət alması ilə əlaqədar şikayəti olmadığından həmin fakt üzrə Zərərçəkmiş şəxs1 barəsində cinayət təqibinə xitam verilsin. Məhkum ilə Zərərçəkmiş şəxs1 Ünvan 3 gedən yolun kənarında yerləşən “x” adlı kafenin hə yətində mübahisə etmələri faktında cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət təqibinə xitam verilsin. Zərərçəkmiş şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından barəsində həmin hissədə cinayət təqibinə xitam verilsin”. Müstəntiqin göstərilən qərarından müdafiə tərəfinin mənafeyinə uyğun şikayət və protest verilməmişdir və həmin qərar hazırda qanuni qüvvədədir. Azərbaycan Respublikası CPM-nin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Göstərilən prosessual hüquq normalarının məzmununa görə cinayət prosesini həyata keçirən orqanın-hazırkı iş üzrə müstəntiqin qüvvəyə minmiş, cinayət təqibini istisna edən qərarları bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Eləcə də Azərbaycan Respublikası CPM-nin 65.5-ci Məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata ke çirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər. Beləliklə də cinayət işi üzrə Zərərçəkmiş şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin və ya hər hansı başqa cinayətin tərkibi olması barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin materiallarında olan xx xxxxx 2018-ci il tarixli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən müəyyən edilmişdir ki, Məhkum hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hazırkı psixatik müayinənin nəticələrindən görünür ki, Məhkum həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. Göstərilən ekspertiza rəyi müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs Məhkum elan edilmiş, bu barədə tərtib edilmiş xx.xx.2018-ci il tarixli protokolda ekspertiza rəyinə heç bir şikayətləri, etirazaları və vəsatətləri olmaması barədə qeyd etməklə hər ikisi protokolu imzalamışlar. Beləliklə Məhkum cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi və onun anlaqlılığının yoxlanılmaması barədə kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilərək təmin edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyindən, bu hissədə qərar dəyişdirilməli və onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsfi edilməlidir. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə Məhkum elan edilmiş ittihamda göstərilmişdir ki, o, xx xxxxxx 2018-ci il tarixdə saat 23:15 radələrində Ünvan 3 gedən yolun kənarında yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “x” adlı kafedə heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış, əxlaq və mənəviyyat normalarına zidd hərkətlər edib kafenin normal fəaliyyətini pozaraq silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə kafenin masalarından bir neçəsini çevirmiş, masanın üzərində olan 5 ədəd boşqabı və 3 ədəd şüşə bakalları sındırmaqla özgənin əmlakını məhv edib, Zərərçəkmiş şəxs2 15 manat məbləğində maddi zərər vurmuşdur. Elan edilmiş ittihamın bu məzmunundan görünür ki, Məhkum xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirmə cinayət əməlini törətdikdən sonra əlində bıçaq kafeyə daxil olsa da, həmin alətlə heç kəsə zor tətbiq etməmiş və kafedə olan masasları çevirməklə və masanın üzərində olan 5 ədəd boşqabı və 3 ədəd şüşə bakalları sındırmaqla özgənin əmlakını məhv edərkən də həmin alətdən istifadə etməmişdir. Beləliklə də onun bu əməlləri Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tam əhatə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticə sində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli və bu qanun əsasında ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların digər pozulması halları, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsinin nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və qərar dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiy ası, Qərara aldı: Məhkum və müdafiəçisi-vəkil Cəfərova Xəyalə Teymur qızı tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilsin. Onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən 221.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən CM-nin 126.2.4-cü maddəsi ilə Məhkum təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə, azadlıqdan məhrum etmə cəzası CM-nin 221.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Qalan hissədə qərar dəyişdirilməsin, qalan hissədə kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-74/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-74/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver