Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-74/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə,, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Resp ublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), R.Ə.Sadıxov və F.A.Qəribovdan ibarət tərkibdə) 07 sentyabr 2011-ci il tarixli hökmü ilə 06 iyul 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, dul, işləməyən, əvvəllər məhkum olunmamış, ünva n 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, həbsdə saxlandığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 05 may 2011-ci il tarixdən hesablanması, CM-nin 93.1.4-cü maddəsinə müvafiq olaraq Məhkum narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən), Q.F.Məmmədov və A.K.Abdinbəyovdan ibarət tərkibdə) məhkumun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi, məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə olunması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər E.E.Rəhimov (sədrlik edən və məruzəçi), F.A.Qasımov və K.H.Əkbərov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-c i il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayəti vermə müddətini üzürlü səbəbdən ötürdüyünü qeyd edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini və kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Re spublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, 18 (on səkkiz) ay müddətində verilir (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kass asiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə q əbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hü ququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddəti 23 iyun 2013-cü il tarixdə bitmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, kassasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də apellyasiya instansiya məhkəməsi qərardan kassasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 18 ay müddətində kassasiya şikayəti vermək hüququ olmuş, lakin həmin müddəti üzrsüz səbəbdən buraxmaqla kassasiya şikayəti verildiyindən və iş materialları ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunm adığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-74/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-74/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver