Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-740/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.N.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və F.A.Qəribovdan ibarət tərkibdə) 30 avqust 2017-ci il tarixli hökmü ilə 18 may 1995-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Hərbi Məhkəməsinin 05 may 2014-cü il tarixli hökmünə əsasən CM-nin 332.2.1, 332.2.2, 332.2.3 və 182.1-ci maddələri ilə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissə sindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış; Məhkum1 Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-in 127.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə, CM-in 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 29 oktyabr 2016-cı il tarixdən hesablanmış, xx xxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində an adan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, fərdi yaşayış evində yaşamış; Məhkum2 Azərbaycan Respublikası CM-in 126.2.1. 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə 6 (altı) il müddətə, CM-in 127.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 29 oktyabr 2016-cı il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X6, X12 və X13 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 məhkum edilmişdir ona görə ki, o, tanışı X6 ilə bir qrup şəxs halında 03.11.2013-cü il tarixdə, saat 22:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində X7 onlara toxunmasını bəhanə edərək ətrafdakılara etinasızlıq göstərməklə, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək əli ilə X9un sifət nahiyəsinə bir neçə zərbə endirmiş, həmin zərbənin təsirindən X9 yerə yıxıldıqda, Məhkum1 onun qarın nahiyəsinə iki-üç dəfə təpiklə zərbə vurub ona hər iki dizin ön səthinin 7 ədəd sıyrıqları, sol bud-çanaq oynağının qançırı kimi sağlamlığa zərər vurmayan, başın, alt dodağın sol yarısının əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, burun sümüklərinin tam yerdəyişən burunla tənəffüsü pozan sınığı, burunun əzilmiş yarası, hər iki gözaltı nahiyəsinin qançırı ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa, o, təkrarən qardaşı X12, eləcə də tanışları X6, X13 və Məhkum2 ilə bir qrup şəxs halında 25.05.2015-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisindəki futbol meydançasında X14 və X8 həmin gün bir neçə saat əvvə l şəhərdə rastlaşarkən onlara salam verməmələrini bəhanə edib, nalayiq ifadələr işlədərək, ətrafda toplaşmış insanlara əhəmiyyət verməyib, onların rahatlığını pozaraq, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, X5 daşla X10un başından vuraraq, yerə yıxdıqdan sonra X8 silah qismində istifadə etdiyi bıçaqla bir neçə dəfə X10un bədənin müxtəlif nahiyələrinə vurmuş, həmin vaxt onlara mane olmağa çalışan X21 əllərindən tutaraq digər adları çəkilən şəxslərdən X10u bıçaqla vurmalarını tələb etmiş, bundan sonra əvvəlcə X20 və X11, daha sonra X8 silah qismində istifadə etdiyi bıçaqla bir neçə dəfə zərbə vu rmuş, Məhkum1 isə X10un müqavimət göstərdiyini görərək döyüş fəndi ilə onu qaldırıb yerə çırpdıqdan sonra yerdən qalxan X27 təkrarən vurmaq cəhdi sonuncunun müqavimət göstərməsi səbəbindən uğursuz alındığından, Məhkum2 arxa tərəfindən yaxınlaşaraq, X10u bıçaqla iki dəfə vurmuş, X12 qardaşı X10u taksi kimi fəaliyyət göstərən X13 adlı şəxsin idarə etdiyi avtomobilə əyləşdirdikdən sonra X10un onların ünvanına nalayiq ifadə işlətməsinə cavab olaraq, Məhkum2 və X14 avtomobilin salonunda da bıçaqla X10u vuraraq ona sağ saidin yuxarı 1/3- nin arxa səthinin, sağ bazunun yuxarı 1/3-nin arxa səthinin, sol əlin ovuc səthinin İİ əl-daraq sümüyü proyeksiyasının, sağ budun aşağı və yuxarı 1/3-nin arxa səthlərinin, sağ budun orta 1/3- nin ön-bayır səthinin, sağ diz oynağının ön səthinin, sağ baldırın o rta 1/3-nin iç səthinin, sol budun orta 1/3-nin ön səthinin, sol budun yuxarı 1/3-nin arxa səthinin 2 ədəd, sol budun aşağı 1/3-nin arxa səthinin yaralarından ibarət sağlamlığına qəsdən yüngül zərər vurmaya aid olan, X10a isə sağ gicgah nahiyəsinin hematoması, sol bazunun və sol budun qançırları kimi sağlamlığa zərərvurmayan, başın təpə nahiyəsinin 01 ədəd, sol bud çanaq oynağının və sol sağrının yaraları, sağ gicgah nahiyəsinin hematoması, sol bazunun orta 1/3-nin, sağ budun aşağı 1/3-nin qançırları ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13.12.2015-ci il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 saylı orta məktəbin yaxınlığında heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə o, X3 müqavimət göstərməməsi üçün qəfil tutaraq saxlamasından istifadə edən Məhkum1 Babək Allahverdiyevin sifət nahiyəsinə əli ilə bir dəfə zərbə vurduqdan sonra hərəkətlərini davam etdirərək onun sifət nahiyəsindən vurmuş, daha sonra üstündə gəzdirdiyi bıçaqla iki dəfə qarın nahiyəsinə, bir dəfə çiyin nahiyəsinə vuraraq ona qarının sol yarısının daxilə keçən və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, qarının sağ yarısının ön divarının daxilə keçməyən, sol bazunun yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zə rər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan başqa, o, 25.07.2016-cı il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 32ci məhəllədə, "xxxx" ticarət mərkəzi ilə üzbəüz yerləşən qızıl məmulatları mağazasının qarşısında heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla orada olan şəxslərə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ətrafda toplaşmış insanlara əhəmiyyət verməyib, onların rahatlığını pozaraq, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək özü ilə gətirdiyi və silah qismində istifadə etdiyi dəmir boru ilə X4 baş nahiyəsinin sağ tərəfinə b ir dəfə qəsdən vuraraq ona sağ almacıq sümüyünün və alt çənənin tac çıxıntısının yerini dəyişmiş sınıqlarından ibarət alt çənənin kəsici dişlərinin ön səthinin damağın yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid olan bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, təkrarən, tanışları X13, Məhkum2 və X5 ilə bir qrup şəxs halında 25.10.2016-cı il tarixdə, gecə saat 00:30 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllə, 20/29 saylı yaşayış binasının həyətində nalayiq ifadələr işlədərək ətrafda toplaşmış insanlara əhəmiyyət verməyib onların rahatlığını pozaraq, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək X18, onun qardaşları X19 və X16 ilə dini mövzuda mübahisə edərkən heç bir əsaslı səbəb olmadan Məhkum1 əli ilə X18in sifət nahiyəsinə bir dəfə zərbə vurmuş, X18in özünü itirməsindən istifadə edərək Məhkum1 döyüş fəndi işlətməklə onu yerə yıxmış, X21 isə müqavimətini qırmaq üçün Məhkum2 tutub saxladığı X22i döş qəfəsinin sağ hissəsindən üzərində gəzdirdiyi bıçaqla vurmuş. X29 əl və ayaqla zərbələr vurmuş, Məhkum2 isə almış olduğu zərbələrdən yerə yıxılmış X18ə, X23ə və X22ə əllə və ayaqla zərbələr vurmaqda davam edərək X18ə sol əng sümüyünün maksilyar sinusun ön divarının sınığı, sol gözaltı nahiyənin qançırı ilə nəticələnən zərərçəkm iş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa az ağır, X22ə döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd boşluğa keçən kəsilmiş-deşilmiş yarası, hemotoraks, hemoragik şok 3-cü dərəcə kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına təkrarən ağır zərərvurmaya aid olan xəsarət yetirməklə, təkrarən xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 məhkum edilmişdir ona görə ki, o, tanışları Məhkum1, sonuncunun qardaşı X12, eləcə də X6 və X13 ilə bir qrup şəxs halında 25.05.2015-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən futbol meydançasında X14 və X8 həmin gün bir neçə saat əvvəl şəhərdə rastlaşarkən onlara salam verməmələ rini bəhanə edib nalayiq ifadələr işlədərək, ətrafda toplaşmış insanlara əhəmiyyət verməyib, onların rahatlığını pozaraq, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş. X5 daşla X10un başından vuraraq yerə yıxdıqdan sonra X8 silah qismində istifadə etdiyi bıçaqla bir neçə dəfə X10un bədənin müxtəlif nahiyələrinə vurmuş, həmin vaxt onlara mane olmağa çalışan X21 əllərindən tutaraq, digər adları çəkilən şəxslərdən X10u bıçaqla vurmalarını tələb etmiş, bundan sonra əvvəlcə X20 və X11, daha sonra X8 silah qismində istifadə etdiyi bıçaqla bir neçə dəfə zərbə vurmuş, Məhkum1 isə X10un müqavimət göstərdiyini görüb onu qaldırıb yerə çırpdıqdan sonra yerdən qalxan X27 təkrarən vurmaq cəhdi sonuncunun müqavimət göstərməsi səbəbindən uğursuz alındığından, Məhkum2 arxa tərəfindən yaxınlaşaraq X10u bıçaqla iki dəfə vurmuş. X12 qardaşı X10u taksi kimi fəaliyyət göstərənX13 adlı şəxsin idarə etdiyi avtomobilə əyləşdirdikdən sonra X10un onların ünvanına nalayiq ifadə işlətməsinə cavab olaraq, Məhkum2 və X14 avtomobilin salonunda da bıçaqla X10u vuraraq ona sağ saıdin yuxarı 1/3-nin arxa səthinin, sağ bazunun yuxarı 1/3-nin arxa səthinin, sol əlin ovuc səthinin 11 əl-daraq sümüyü proyeksiyasının, sağ budun aşağı və yuxarı 1/3-nin arxa səthlərinin, sağ budun orta 1/3-nin ön-bayır səthinin, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin iç səthinin, sol budun orta 1/3-nin ön səthinin, sol budun yuxarı 1/3-nin arxa səthinin 2 ədəd, sol budun aşağı 1/3-nin arxa səthinin yaralarından ibarət sağlamlığına qəsdən yüngül zərər vurmaya aid olan. X10a isə sağ gicgah nahiyəsinin hematoması, sol bazunun və sol budun qançırları kimi sağlamlığa zərər vurmayan, başın təpə nahiyəsinin 01 ədəd, sol bud çanaq oynağının və sol sağrının yaraları, sağ gicgah nahiyəsinin hematoması, sol bazunun orta 1/3-nin, sağ budun aşağı 1/3-nin qançırları ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, təkrarən, tanışları Məhkum1, X13 və X5 ilə bir qrup şəxs halında 25.10.2016-cı il tarixdə gecə saat 00:30 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllə, 20/29 saylı yaşayış binasının həyətində nalayiq ifadələr işlətməklə ətrafda toplaşm ış insanlara əhəmiyyət verməyib onların rahatlığını pozaraq, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, X18, onun qardaşları X19 və X16 ilə dini mövzuda mübahisə edərkən heç bir əsaslı səbəb olmadan Məhkum1 əli ilə X18in sifət nahiyəsinə bir dəfə zərbə vurmuş, Məhkum1 döyüş fəndi işlətməklə onu yerə yıxmış, X21 isə müqavimətini qırmaq üçün Məhkum2 tutub saxladığı X22i döş qəfəsinin sağ hissəsindən üzərində gəzdirdiyi bıçaqla vurmuş. X8 isə X23ə əl və ayaqla zərbələr vurmuş. Məhkum2 isə almış olduğu zərbələrdən yerə yıxılmış X18ə, X23ə və X22ə əllə və ayaqla zərbələr vurmaqda davam edərək X18ə sol əng sümüyünün maksilyar sinusun ön divarının sınığı, sol gözaltı nahiyənin qançırı ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa az ağır, X22ə döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd boşluğa keçən kəsilmiş-deşilmiş yarası, hemotoraks, hemoragik şok 3-cü dərəcə kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid olan xəsarət yetirməklə təkrarən xuliqanlıq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər V.C.Cəfərov (sədrlik edən və məruzəçi), E.M.Əhmədov və F.G.Zeynallıdan ibarət tərkibdə) 03 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2018-ci il tarixli hökmü məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmiş, Məhkum2 verilmiş ittihamdan CM-in 126.2.1 və 126.2.4-cü maddələri xaric edilmiş, ona CM-in 127.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ilə endirilmiş, həmin cəza CM-in 127.2.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası CM-i n 66.3-cli maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya şikayətləri qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum1 verdiyi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və təyin olunmuş cəzasının yüngülləşdirilməsi barəsində qərar çıxarılmasını, dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu verdiyi kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar çıxarılmasını xahiş edirlər. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum1 onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ədalətsizdır. Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu onunla əsaslandırır ki, apelyasiya məhkəməsinin qərarı ilə Məhkum2 ümumi ittihamından CM-in 126.2.1 və 126.2.4-cü maddələrinin xaric edilməsi əsassızdır. Belə ki, həm ibtidai istintaq, həm birinci instansiya və həm də apelyasiya instansiyasında Məhkum2 və iş üzrə digər təqsirləndirilən şəxslərin ifadələri ilə zərərçəkmiş şəxslər X18 və X22 epizodu üzrə (CM-in 126.2.1 və 126.2.4) əməli tam sübuta yetirilmişdir. İş materiallarında olan sübutlardan aydın görünür ki, Məhkum2 zərərçəkmiş şəxs X22ə ağır xəsarət yetirən X21ə bilavasitə kömək etmiş, zərərçə kmiş şəxsin qolundan tutub onun müqavimətini qırmaqla onun ağır xəsarət almasına şərait yaratmışdır. Məhkum2 hadisə zamanı etdiyi hərəkətlər Ali Məhkəmənin plenum qərarının mövqeyindən çıxış edilsə onu CM-nin 126.1-ci maddəsinin obyektiv tərəfini bir qrup şəxslə halında icra edən şəxsə çevirməsi aydın olar. Belə olan halda Məhkum2 həmin maddə irəli sürülmüş ittihamın ümumi ittihamdan xaric edilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya protesti təmin olunmamalı, qərar dəyişdirilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiya sı Məhkum1 və Məhkum2 əməlinə dair apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum1 əməlləri Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya protestinin başlıca dəlili Məhkum2 verilmiş ittihamdan Azərbaycan Resp ublikası CM-in 126.2.1 və 126.2.4-cü maddələrinin xaric edilməsinin əsassız olmasıdır. İşdən görünür ki, Məhkum2 CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, təkrarən, tanışları Məhkum1, X13 və X5 ilə bir qrup şəxs halında 25.10.2016-cı il tarixdə gecə saat 00:30 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllə, 20/29 saylı yaşayış binasının həyətində nalayiq ifadələr işlətməklə ətrafda toplaşmış insanlara əhəmiyyət verməyib onların rahatlığını pozaraq, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, X18, onun qardaşları X19 və X16 ilə dini mövzuda mübahisə edərkən heç bir əs aslı səbəb olmadan Məhkum1 əli ilə X18in sifət nahiyəsinə bir dəfə zərbə vurmuş, Məhkum1 döyüş fəndi işlətməklə onu yerə yıxmış, X21 isə müqavimətini qırmaq üçün Məhkum2 tutub saxladığı X22i döş qəfəsinin sağ hissəsindən üzərində gəzdirdiyi bıçaqla vurmuş, X8 isə X23ə əl və ayaqla zərbələr vurmuş, Məhkum2 isə almış olduğu zərbələrdən yerə yıxılmış X18ə, X23ə və X22ə əllə və ayaqla zərbələr vurmaqda davam edərək X18ə sol əng sümüyünün maksilyar sinusun ön divarının sınığı, sol gözaltı nahiyənin qançırı ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa az ağır, X22ə döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd boşluğa keçən kəsilmiş-deşilmiş yarası, hemotoraks, hemoragik şok 3-cü d ərəcə kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid olan xəsarət yetirməklə təkrarən xuliqanlıq etmişdir. İttihamdan göründüyü kimi Məhkum2 CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə ittiham verilməsinə səbəb onun zərərçəkmiş şəxs X22in müqavimətini qırmaq üçün tutub saxlamaqla X21 tərəfindən X22in döş qəfəsinin sağ hissəsindən üzərində gəzdirdiyi bıçaqla vurmasına şərait yaratmış olmasıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum2 bu əmələ görə verilmiş ittihamla razılaşmamış və hesab etmişdir ki, Məhkum2 zərərçəkmiş şəxs X25i tutub saxlaması sübuta yetirilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən iş üzrə dindirilmiş Məhkum2 və digər məhkumların ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə və işin digər sənədlərinə əsaslanmışdır. Belə ki, zərərçəkmiş şəxs X25 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, tanımadığı şəxslərdən biri, arxadan gələrək ona iki dəfə sağ tərəfdən döş hissəsinə bıçaqla vurmuşdur, o huşunu itirərək yerə yıxılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı da zərərçəkmiş şəxs X25 eyni məzmunda ifadə vermişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində əlavə olaraq bildirmişdir ki, onu heç kim arxadan tutmamış, onları kimin vurduğunu bilməmişdir. Digər zərərçəkmiş şəxslər X23 və X18in ifadələrindən görünür ki, X22in bıçaqla vurulması zamanı onun kiminsə tutmasını görməmişlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanılmış sübutların araşdırılmasında hər hansı bir kobu d qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verərək Məhkum2 CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə verilmiş ittihamın sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya protestinin bu barədəki dəlili əsassızdır. Məhkum1 kassasiya şikayətinin başlıca dəlili ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəth üquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd edib ona qəti olaraq səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi Məhkum1 himayəsində xəstə anasının olmasını, onun qeyd olunan iş üzrə qardaşının da həbs olunmasını, qeydiyyatda və yaşadığı yer (yataqxana üzrə) üzrə heç bir şikayətin daxil olmamasını nəzərə alıb ona təyin olunmuş cəzanın müddətini endirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən təqsir ləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza Məhkum1 törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, məhkəmə Məhkum1 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nə zərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətinin və dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin və protestin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarının Məhkum1 və Məhkum2 dair hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2ə dair hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum1 kassasiy a şikayəti və dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-740/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-740/2019
21.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver