Məhkəmə qərarları › İş №1(102)-740/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-740/2020

01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-740/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru x4, məhkum Məmmədova (Hümmətova) Zeynəb Süleyman qızının iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü ilə Məmmədova (Hümmətova) Zeynəb Süleyman qızının Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim x13) 19 noyabr 2019-cu il tarixli hökmü ilə xx xxxx 1981-ci ildə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, Bakı şəhəri, Xəzər rayonu, Bınə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Məmmədova (Hümmətova) Zeynəb Süleyman qızı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 30.08.2019-cu il tarixdən 31.08.2019-cu il tarixədək saxlandığı bir gün bir günə iki gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə, mülki iddia qismən təmin edilmiş və təqsirləndirilən şəxs və mülki cavabdeh Məmmədova (Hümmətova) Zeynəb Süleyman qızından dəymiş ziyana görə 6000 manat, itirilmiş qazanca görə 1500 manat, mənəvi ziyanla bağlı 500 manat olmaqla, cəmi 8000 manat məbləğində pul tutularaq x6 ödənilməsi müəyyən edilmişdir. Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: x8 (sədrlik edən və məruzəçi), x11 və x7 ibarət tərkibdə) məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixl hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə, Məmmədova (Hümmətova) Zeynəb Süleyman qızı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məmmədova (Hümmətova) Zeynəb Süleyman qızı 2014-cü ilin mart ayında tanışı x1 yaşadığı ünvan 2 ünv anında 9000 manat dəyərində müxtəlif qızıl-zinət əşyaları, ətirlər və kosmetik mallar alıb sataraq, pulunu hissə-hissəödəyəcəyini vəd etmiş, razılaşdıqları kimi həmin malların bir qisminin pulunu, yəni 3000 manat ödəsə də, 6000 manat dəyərində qızıl-zinət əşyaları, ətirlər və kosmetik malların pulunu ödəməyərək, Züleyxa Qurbanovaya qarşı dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə Züleyxa Qurbanovaya məxsus 6000 (altı min) manat dəyərində əmlakını ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2020-ci il tarixli qərarından məhkum Məmmədova (Hümmətova) Zeynəb Süleyman qızı kassasiya şikayəti verərək ona bəraət verilməsini, zərərçəkmiş şəxs x2 şikayəti verər ək məhkuma azadlıqdan məhrutemə ilə bağlı cəza təyin edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdirlər. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq orqanı tərəfindən barəsində əsassız, yalan ittiham irəli sürülmüş, məhkəmələr tərəfindən toplanılmış sübutlar, işin halları düzgün araşdırılmamış, barəsində ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, ibtidai istintaqda heç bir dəlil sübut olmadan, zərərçəkmiş adlandırılan şəxsin şikayəti əsas götürülmüş, zərərçəkmiş şəxsdən hər hansı bir qızıl-zinət əşyaları alınmasına heç bir sübut olmamasına baxmayaraq, özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun etibarından sui-istifadə edərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilmişdir. Qeyd olunanların nəzərə alınmasını, ba rəsində olan məhkəmə hökmünün və qərarının ləğv edilərək ona bəraət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki. apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar ədalətsizdir, təqsirləndirilən şəxs barəsində çox yüngül cəza təyin etmiş, onu azadlıqdan məhrum etməmiş, mülki iddianın məbləğini azaldaraq qanunsuz və qərəzli qərar çıxarmışdır. Zərərçəkmiş şəxs qeyd olunanları əsas göstərərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14.02.2020-ci il tarixli qərarının ləğv edilməsi, Məmmədova (Hümmətova) Zeynəb Süleyman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək onun azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, mülki cavabdeh Məmmədova (Hümmətova) Zeynəb Süleyman qı zından 6.000 manat məbləğində pulun, 10.000 manat məbləğində maddi zərərin və 5.000 manat məbləğində mənəvi zərərin alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidi r. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübu tların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respubl ikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Zeynəb Məmmədova (Hümmətova) CM-nin 178.2.4-cü maddəsiilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası məhkumun özünü təqsirli bilməməsinə dair ifadələrinin müd afiə xarakterli olduğunu bildirərək, həmin ifadələrin zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə, iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını vurğulamışdır. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək məhkuma yüngül cəza təyin olunmasını mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, məhkumun əməlinə və şəxsiyyətinə uyğun olan qanun i və ədalətli cəza təyin etmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər zərərçəkmiş şəxsin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məmmədova (Hümmətova) Zeynəb Süleyman qızının müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məmmədova (Hümmətova) Z eynəb Süleyman qızının Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar