Məhkəmə qərarları › İş №1(102)-740/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-740/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-740/2021 16.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlqar Kamal oğlu Dəmirov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Yaqut Bəşir qızı Əliyevanın və məhkumun müdafiəçisi X7 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 01 oktyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Arif oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər – Nural Əliyev (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Məhəmməd Bağırovdan ibarət tərkibdə) 05 avqust 2020-ci il tarixli hökmü ilə xx xxxx 2001-ci ildə Bərdə rayonu, Zümürxaç kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Zümürxaç kəndində qeydiyyatda olmaqla, Bərdə şəhərində yerləşən Uşaq poliklinikasının həyətində məskunlaşmaqla yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 14 yanvar 2020-ci il tarixdə saat 22 radələrində Bərdə şəhəri, Heydər Əliyev prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Elektron Kitabxana”nın qarşısında tanışı X9 ilə təsadüfən görüşən zaman belə bir hal baş vermədiyi halda, guya X4 onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə gətirərək, heç bir əsaslı səbəb olmadan ictimai qayda və hamı tərəfindən qəbu l olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə və özünü ətrafdakılara qarşı qoymaqla üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab olunmayan cib bıçağı ilə X4 qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona mədənin, mədəaltı vəzinin yaralanması ilə qarnın sağ ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs X1 qəsdən ağır zərər vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər– Çingiz Məmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 01 oktyabr 2020-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi T.Nuriyev tərəfindən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı M.Rəhimov tərəfindən verilmiş apellyasiya protesti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Q.A.Rizvanov verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılsın. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini Dövlət ittihamçısı onunla əsaslandırır ki, Gəncə Apelyasiya Məhkəməsinin 01.10.2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışma təyin olunmalıdır. Belə ki. birinci instansiya məhkəməsi Məhkum əməlini tövsif edərkən belə nəticəyə gəlmişdir ki, o, zərərçəkmiş Rafiq Həsənova xuliqanlıq niyyəti ilə deyil, aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı, zərərçəkmişin Məhkum nalayiq sözlərlə söyməsinə görə ağır xəsarət yetirmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq qərarda onun möhkəmləndirilməsinə xidmət edən əsaslandırma apararaq qeyd etmişdir ki. Raqil X5rşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi sübuta yetirilməmiş, onun xuliqanlıq niyyətinin bu və digər formada mövcud olması müəyyən edilməmişdir. Məhkum əməlinin CM-in 126.2.4-cti maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunması hissəsində m əhkəmələrin gəldiyi nəticə mülahizə xarakteri daşıyır və işin faktiki hallarına uyğun deyildir. İşin hallarından görünür ki, təqsirləndirilən Məhkum ilə zərərçəkmiş Rafiq Həsənov əvvəllər bir-birini tanımış, aralarında hər hansı ədavət olmamışdır. 14 yanvar 2020-ci il tarixdə, axşam saatlarında Məhkum doğma dayısı X11 ilə birlikdə spirtli içki qəbul etmiş, saat 22 radələrində sərxoş vəziyyətdə evlərinə gedərkən təsadüfən R.Həsənovla qarşılaşıb söhbət etmişlər. Bu zaman Rakif kənarda dayanmış, söhbətin məzmununu bilməmiş, anidən Rafiqlə Raqil dalaşmış, sonuncu Rafiqi bıçaqlamışdır. İşin yuxarıda qeyd edilən halları təqsirləndirilən Məhkum. zərərçəkmiş Rafiq Həsənovun və hadisənin şahidi Rakif Alışaııovun ifadələri ilə təsdiq edilsə də. Məhkum törətdiyi cinayət əməlinin motivi nə ibtidai ist intaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Məhkəmə R.Alışanovla Məhkum ifadələrini əsas götürməklə işin hallarına uyğun olmayan yanlış nəticəyə gəlmiş və bu zaman onların qohumluq münasibətlərinin olmasını, hər ikisinin hadisə vaxtı sərxoş olmasını nəzərə almayıb. R.Alışanovun heç nəyi eşitməyib yalnız R.Həsənovun söyüş söyməsini eşitməsindən ibarət ifadəsini. Məhkum hadisəni xatırlamayıb yalnız R.Həsənovun söyüş söyməsini xatırlamasından ibarət ifadəsini qeyriobyektiv olmaqla Məhkum məsuliyyətini yüngülləşdirmək məqsədi ilə deyihnəsi qənaətinə gəlmək əvəzinə həmin ifadələri işin obyektiv halı kimi qəbul etmiş, bununla da. Məhkum əməlinə yanlış qiymət verməklə, CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1ci maddəsinə tövsif etmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifini əsassız olaraq əhəmiyyətli dərəcədə dəyişdirməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, həmçinin Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs Məhkum cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini cəzanı yüngülləşdirən hal kimi qəbul etməklə haqlı olmamışdır. Belə ki, Məhkum həmin cinayəti zərərçəkmişin hər hansı qanunsuz və ya əxlaqsız hərəkətləri nəticəsində deyil, əksinə, heç bir əsaslı səbəb olmadan törətmişdir. Bununla da, məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyin normalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxanda qeyd edilən qərarlarından irəli gələn mövqeyini və mövcud məhkəmə praktikasını nəzərə almamışdır. Məhkəmə kollegiyası işi n materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin və ona əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiy mət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini qərarda göstərmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin başlıca dəlili təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsindən həmin Məcəl lənin 126.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Kassasiya kollegiyası bununla əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə tövsif edərkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və cinayət işinin materiallarına istinad etdiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razlaşmışdır. Məhkəmələrin gəldiyi nəticəyə görə, işin materiallarında Məhkum zərərçəkmiş şəxs Rafiq Həsənova xuliqanlıq niyyəti ilə sağlamlığına ağır zərər vurmasına dəlalət edən heç bir sübut yoxdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəs i haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təctübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, «Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xudiqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə a raşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər rayonlararası Psixonevroloji Dispanserinin 13 fevral 2020-ci il tarixli 101 nömrəli ekspert rəyindən görünür ki, Məhkum qarışıq emosiya və davranış pozuntuları XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F.43.25 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək hərəkətlərini i darə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 mart 2020-ci il tarixli, 174 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, təqsirləndirilən şəxs İsazadə X2 qeydiyyatda olmaqla, Bərdə şəhərində yerləşən Uşaq poliklinikasının həyətində məskunlaşmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında Məhkum X8 qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi sübuta yetirilməmiş, onun xuliqanlıq niyyətinin bu və digər formada mövcud olması müəyyən edilməmişdir. Əksinə məhkəmə istintaqında müəyyən edilmişdir ki, 14 ya nvar 2020-ci il tarixdə saat 22:00 radələrində Bərdə şəhəri, Heydər Əliyev prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Elektron Kitabxana”nın qarşısında Məhkum X9 ilə təsadüfən qarşılaşmış və təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs X8 nə üçün Bakı şəhərində deyil Bərdə şəhərində işləməsini irad tutması səbəbindən sonuncular arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş Rafiq Həsənovun təqsirləndirilən Məhkum nalayiq sözlərlə söyməsi nəticəsində Məhkum əsəbiləşərək üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab olunmayan cib bıçağı ilə X4 qarın nahiyəyəsindən bir dəfə vuraraq ona mədənin, mədəaltı vəzinin yaralanması ilə qarnın sağ ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə ins an həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Belə olduğu halda Məhkum əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan həm birinci, həm də apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymətləndirilməsini düzgün həyata keçirmişlər. Odur ki, kassasiya protestinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv a raşdıraraq protestin və şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlillərin tutarlı bir faktlara söykənmədiklərinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola bilən Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 416.1.1–416.1.22-ci maddələrində nəzərdə tutulan pozuntuların hər hansı birini müəyyən etmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətlərinə münasibətdə qanuni və əsaslı olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi və göstərilən qərarın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kolleg iyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2020-ci il tarixli Məhkum haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar