Məhkəmə qərarları › İş №1(102)-740/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-740/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-740/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum1 müdafiəçisi Müdafiəçi8 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi7 və Məhkum1 müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaş ı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 2-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış və Məhkum2, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 3-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, yeni yaşayış massivi döngə 11-də olan fərdi yaşayış evində yaşamış, hər birisi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ayrı-ayrılıqda 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 206.3.2-ci maddəsi onlara elan edilmiş ittihamdan xaric edilmişdir. İşin halları: Məhkəmənin həmin hökmünə əsasən, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışlar. Belə ki, Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum2 ilə əvvəlcədən razılaşaraq cinayət əlaqəsinə girməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, istintaqa məlum olmayan vaxtda külli miqdarda 1248,53 qram çəkidə narkotik vasitə heroini, külli miqdar 443.274 qram çəkidə psixotrop maddə metamfetamini, 52,733 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək və 5,699 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən satış məqsədi ilə qanunsuz əldə edib psixotrop maddə metamfetaminin külli miqdarda 5,214 qram hissəsini 2 ədəd bükümdə ayıraraq qanunsuz olaraq üzərində, narkotik vasitə 52,733 qram çəkidə tiryəki 01 ədəd bükümdə, narkotik vasitə heroinin 583,530 qram hissəsini 15 ədəd bükümdə və psixotrop maddə metamfetaminin 146,478 qram hissəsini 15 ədəd bükümdə ayıraraq idarə etdiyi "Mercedes Benz” markalı **-OE-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində saxlamaqla Bakı şəhəri Nərimanov rayonu İ.Abışov küçəsi 16 ünvanının qarşısına daşımış, narkotik vasitə heroinin 665 qram hissəsini 01 ədəd bükümdə, psixotrop maddə metamfetaminin 288,688 qram hissəsini 04 ədəd bükümdə ayırıb yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi ev 4 mənzil 194 ünvanına daşımaqla saxlamış, psixotrop maddə metamfetaminin 2,894 qram hissəsini və narkotik vasitə 5.699 qram çə kidə qurudulmuş marixuananı satıb əldə olunacaq pulu aralarında bölmək məqsədilə qrupun digər üzvü Məhkum2 vermiş, sonuncu qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri idarə etdiyi "Hundai Elantra” markalı **-XO-*** dövlət nömrə nişanlı avtomobildə saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımışdır. Məhkum1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 20 iyun 2020-ci ildə saat 16:45-də, ünvan 4 ünvanın qarşısında idarə etdiyi “Mersedes Benz” markalı **-OE-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən, saxlanılaraq baş idarənin inzib ati binasına gətirilmiş, orada saat 18:00-dan onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd yaşıl rəngli şalvarın sol orta yan cibindən satış məqsədilə qanunsuz əldə edib saxladığı 02 ədəd bükümdə təmiz çəkiləri 4,982 qram və 0,232 qram, ümumi çəkisi 5,214 qram psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Keçirilən əməliyyat-axtarış tədbirinin davamı olaraq, həmin tarixdə saat 19:00-dan etibarən idarə etdiyi "Mercedes Benz” markalı **-OE-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 15 ədəd bükümdə, təmiz çəkiləri 95,236 qram, 2,029 qram, 0,939 qram, 0,973 qram, 0,445 qram, 1,962 qram, 4,880 qram, 5,048 qram, 5,027 qram, 5,036 qram, 4,935 qram, 4,985 qram, 5,005 qram, 4,838 qram və 5,140 qram olan, cəmi 146,478 qram çəkidə psixotrop maddə metamfetamin, 15 ədəd bükümdə təmiz çəkiləri 144,728 qram, 2,586 qram, 4,780 qram, 10,060 qram, 10,126 qram, 9,005 qram, 19,234 qram, 14,929 qram, 22,280 qram, 18,186 qram, 49,702 qram, 40,081 qram, 50,020 qram, 35,003 qram və 152,810 qram, ümümilikdə 583,530 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə xalis çəkisi 52,733 qram narkotik vasitə tiryək, üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd gümüşü qaşıq və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Keçirilən əməliyyat-axtarış tədbirinin davamı olaraq, həmin tarixdə saat 21:00-dan etibarən Məhkum1 yaşadığı ünvan 5 ünvana özünün razılığı və iştirakı ilə baxış keçirilərkən, yataq otağında olan dolabın içindən satış məqsədilə qanunsuz əldə edib saxladığı bir ədəd ağ rəngli polietilen torbanın içində 04 ədəd bükümdə təmiz çəkiləri 9,510 qram, 6,505 qram, 39,463 qram və 233,210 qram, ümumi təmiz çəkisi 288,688 qram psixotrop maddə metamfetamin, bir ədəd ağ rəngli polietilen torbanın içindəki sellofanda 665 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan sonra, Məhkum1 məlumatı əsasında əməliyyat axtarış tədbirinin davamı kimi Məhkum2 21 iyun 2020-ci il tarixdə saat 01:00-da, ünvan 6 ünvanının qarşısında idarə etdiyi "Hundai Elantra” markalı 10-XƏ-330 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, saxlanılaraq Baş idarənin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 02:40-dan onun idarə etdiyi "Hundai Elantra” markalı həmin avtomobilə baxış keçirilərkən, avtomobilin sürətlər qutusunun qarşısından satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 5,192 qram olan narkotik vasitə qurudulmuş marixuana, avtomobilin eynək qoyulması üçün nəzərdə tutulan yerdən siqaret qutusunun içində olan 03 ədəd papiroslarda, tütün və təmiz çəkiləri 0,221 qram, 0,172 qram və 0,114 qram olmaqla, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, sürətlər qutusunun arxa hissəsindən 01 ədəd bükümdə təmiz çəkisi 2,894 qram psixotrop maddə metamfetamin, avtomobilin arxa oturacağından üzərində psixotrop maddə metamfetaminin izləri olan 02 ədəd şüşə borucuq aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum1 müdafiəçisi Müdafiəçi4, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasə n işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 05 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi7 kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsə təqsirli bilindiyi maddə əsasında həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini, Məhkum1 müdafiəçisi Müdafiəçi8 isə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin icraatına hüquqlarını mü dafiə etdiyi şəxsə aid hisədə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi7 hazırki iş üzrə işin faktiki hallarına, cəza təyini ilə bağlı cinyayət qanunvericiliyinin bir sıra normalarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına istinad edərək kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinn (bundan sonra mətndə CPM-nin) 416.1.21-ci maddəsində nəzərdə tutulan pozuntuya yol vermiş, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən bir sıra halları nəzərə almamışdır. İş üzrə toplanmış sübutlara əsasən, Məhkum2 əvvəllər məhkum o lunmamış, evli olmaqla himayəsində azyaşlı uşağı var, yaşadığı yer üzrə müsbət xarakterizə edilir və həbs olunana qədər fərdi əməklə məşğul olmuşdur, ondan aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni o, öz istifadəsi üçün əldə etmişdir. Müdafiəçinin qənaətinə görə, məhkəmələr bütün bu halları nəzərlərindən qaçıraraq Məhkum2 çox sərt cəza təyin edilməsini məqsədə müvafiq hesab etmişlər. Qeyd olunanlara əsaslanaraq Müdafiəçi7 Məhkum2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. İş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir sıra sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, sübutların toplanmasına, araşdırılmasına və qiymətləndirilməsinə dair CPM-nin bir maddələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən Müdafiəçi8 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 barəsindəki cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmiş, işə baxan məhkəmələr əlavə sübut əldə etməmiş, iş üzrə toplanmış sübutları isə CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və nəticədə Məhkum1 barəsində qanunsuz məhkəmə aktları qəbul olunmuşdur. Belə ki, Məhkum1 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş və ifadəsində polis əməkdaşlarının təsiri və fiziki təzyiqi nəticəsində məcbur otaraq etirafedici ifadələr vermişdir. Cinayət işində olan sənədlər polis əməkdaşları tərəfindən saxtalaşdırılmış, X3 evində axtarış aparılarkən onun razılığı alınmamış, belə istinaq hərəkətinin aparılmasına o, icazə verməmiş, ondan icazəsi soruşulmamış və həmin axtarış zamanı sanitar qovşağında saxlanılaraq evində nə baş verdiyini, o cümlədən, narkotik vasitələrin aşkar olduğunu görməmiş, axtarışın nəticələri barədə ona heç bir sənədə imza etdirilməmişdir, Şahid1 isə axtarış zamanı X3 evdə olmadığı barədə məhkəmədə yalan ifadə vermişdir. Müdafiəçi həmçinin bildirir ki, iş üzrə dindirilmiş başqa şahidlər də yalan və ziddiyyətli ifadələr vermiş, lakin məhkəmələr digər sübutlarla yanaşı bu ifadələrə də qanuna müvafiq qaydada qiymət verməmişlər. Qeyd olunanlara əsaslanaraq Müdafiəçi8 apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin icraatına Məhkum1 aid olan hissədə bəraətverici əsaslarla xitam verilməsi haqqında qə rar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkumlar Məhkum1 və Məhkum2 məhkəmə iclasında iştirak etmək istəmələrini bildirməmiş və bu barədə ərizələrlə məhkəməyə müraciət etməmiş, Məhkum2 müdafiəçisi Müdafiəçi7 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkumlar Məhkum1, Məhkum2 və sonuncunun müdafiəçisi Müdafiəçi7 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 41 9.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum2 07 aprel 2023-cü il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən Məhkum1 08 aprel 2023-cü il il tarixli ərizələri da xil olmuşdur. Ərizələrində onlar, hər birisi ayrı-ayrılıqda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirərək həmin şikayətlərin geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Məhkum2 ərizəsi 02 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 10 aprel 2023-cü il tarixli 3-16-17/18/2-992/2023 saylı, Məhkum1 ərizəsi isə Müalicə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 08 aprel 2023-cü il tarixli 3-16-17/36/2-767/2023 saylı məktublarla müşaiyət edilmişdir. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 ərizələri ilə bağlı qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəm əsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə isə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 ərizələrini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmrano vun və Məhkum1 müdafiəçisi Müdafiəçi8 çıxışlarını dinləyərək və qanunvericiliyin yuxarıdakı tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi7 və Məhkum1 müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmalı, kassasiya şikayətləri üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum2 və Məhkum1 ərizələri təmin edilsin. Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi7 və Məhkum1 müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın və kassasiya şikayətləri üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar