Məhkəmə qərarları › İş №1(102)-741/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-741/2019

21.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-741/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, nümayəndə X4 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Sadıqov Zülfüqar Əhməd oğlu) xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsi rli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışıdır. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 21 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs cavabdeh olaraq 4472 (dörd min dörd yüz yetmiş iki) ABŞ dolları məbləğində və 2858 (iki min səkkiz yüz əlli səkkiz) manat məbləğində pul vəsaitlərinin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 sentyabr 2016-cı il tarixli 2(010)-7960/2016 saylı qətnaməsini üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddətdə icr a etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin Məhkəmənin 06 mart 2017-ci il tarixli 3(010)-145/2017 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə və bundan sonra icra üçün yeni müddət təyin olunaraq cinayət məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr heç bir əsas olmadan Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin etmişlər. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilm əsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcə llənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş və məhkəmə qərarından kassasiya protesti verilməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngüllüyündən verdiyi apellyasiya şikayətinin təmin edilmədiyindən apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışlar. Birinci instansiya məhkəməsi CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Göstərilən maddi hüquq normalarının mənasına görə cəzanın əsas məqsədi məhkumların islah edilməsidir. Hazırkı cinayət işinə münasibətdə və məhkuma yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə zərərçəkmiş şəxsin kassasiya şikayətini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinin mənasına görə məhkəmə cəzanın məqsədinə nail olmaq üçün ilk növbədə ən yüngül cəzanı seçməli və əgər həmin cəza ilə cəzanın məqsədinə nail olunması üçün konkret əsaslar olmadıqda bu zaman məhkəmə hökmdə bunun səbəblərini göstərməklə maddənin sanksiyasında nəzərdə tutulmuş növbəti daha ağır cəza növünü təyin etməsini əsaslandırmalıdır. CM-nin 306.1-ci maddəsinin sanksiyasında beş cəza növü - ardıcıl olaraq cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Yalnız birinci instansiyası məhkəməsinin qətnaməsini icra et mədiyinə görə təqsirləndirilən şəxsə sanksiyada nəzərdə tutulmuş bir neçə alternativ cəzadan ən ağırının, yəni azadlıqdan məhrum etmə cəzasının seçilməsi qanunun tələbinə uyğun hesab edilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Göstərilənlərə əsasən, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməs i və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar