Məhkəmə qərarları › İş №1(102)-741/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-741/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-741/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2022-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əfqan Hacıyev (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Əli Məmmədov) 18 fevral 2022-ci il tarixli 1(101)397/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 1988-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-in təsisçisi və direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ŞTQ-də yerləşən fərdi yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,178.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilin ərək, 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18 may 2021-ci il tarixdən hazırki tarixədək tutularaq həbsdə saxlanıldığı 9 (doqquz) ay müddət CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə məhkəmə təqsirləndirilən şəxs Məhkum əməllərində Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsini ümumi ittihamdan xaric etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli, 336 saylı Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə tanıdığı "xxxx" MMC-in təsisçisi və direktoru Şahid1 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına ica zə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin yanvar ayında cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Amırfathıgargarı Farzadın Azərbaycan Respublikası ərazisinə daxil olmasına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid1 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün özünün qeyd edilən Qərargahda yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Amırfathıgargarı Farzadın xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikası ərazisinə daxil olmasına rəsmi qaydada icazə verilməsinə görə 500 (beş yüz) ABŞ dolları, hə min dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla cinayətdən xəbərsiz Şahid2 vasitəsilə bildirərək, Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən “AMAY” ticarət mərkəzinin yaxınlığında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə Haddad Ahrezaya məxsus 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini alaraq ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Re spublikasının Nazirlər Kabinetinin xx.xx.2020- ci il tarixli 336 №-li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid3 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin fevral ayında Hindistan Respublikasının vətəndaşı Singht Sohanın Azərbaycan Respublikası ərazisinə daxil olmasına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfində n icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid3 özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək, həmin məsələnin müsbət həlli üçün özünün qeyd edilən Qərargahda yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Singht Sohanın xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikası ərazisinə daxil olmasına rəsmi qaydada icazə verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid3 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin fevral ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Həzi Asla nov” stansiyasının yaxınlığında razılaşdırılmış maddi nemət olan 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitinin 300 (üç yüz) manat məbləğində olan hissəsini şəxsən Şahid3 alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib, bundan sonra Singht Sohanın Azərbaycan Respublikası ərazisinə daxil olmasına icazə verilməsindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən imtina olunması səbəbindən Şahid3 qalan pul vəsaitini vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini sonuncudan almağa nail olmayaraq, Şahid3 məxsus 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitini təkrarən dələduzluq yolu il ə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020- ci il tarixli 336 №-li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, tanışı X3 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin f evral ayında Azərbaycan Respublikası ərazisinə daxil olmasına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş İran İslam Respublikasının vətəndaşı X3 özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün özünün qeyd edilən Qərargahda yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Arash Shahmohammadinin Azərbaycan Respublikası ərazisinə daxil olmasına rəsmi qaydada icazə verilməsinə görə 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Arash Shahmohammadinin razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2 4 fevral 2021 -ci il tarixdə Arash Shahmohammadinin cinayətdən xəbərsiz işçisi Şahid7 tərəfindən ünvan 3 ünvanında yerləşən “MilliÖn" elektron ödəmə sistemindən istifadə edilməklə razılaşdırılmış maddi nemət olan 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitinin Arash Shahmohammadiyə məxsus 510 (beş yüz on) manat məbləğində olan hissəsinin özünün adına köçürülməsinə nail olaraq, həmin pul vəsaitini Bakı şəhəri ərazisində müəyyən edilməyən yerdə bankomatdan çıxarmaqla ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etmiş, Arash Shahmohammadinin əvvəlcədən razılaşdıqları kimi İran İslam Respublikasından birbaşa quru sərhədindən keçməklə deyil, Türkiyə Respublikası vasitəsilə hava yolu ilə gələ bilməsinə Azərbayc an Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qanuni əsaslarla müraciət üzrə rəsmi qaydada icazə verilməsi səbəbindən Arash Shahmohammadi ilə razılaşdıqları pul vəsaiti üzrə qalan 340 (üç yüz qırx) manat məbləğdə pul vəsaiti sonuncu tərəfindən verilmədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini sonuncudan almağa nail olmayaraq, Arash Shahmohammadiyə məxsus 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Naz irlər Kabinetinin xx.xx.2020- ci il tarixli 336 №-li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid4 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin mart ayında Türkiyə Respublikasının vətəndaşı Ergün Bekirin Azərbaycan Respublikası ərazisinə daxil olmasına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində k öməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid4 özü barəsində formalaşdırdığı inam və etibardan sui istifadə edərək, həmin məsələnin müsbət həlli üçün Ergün Bekirin Azərbaycan Respublikası ərazisinə daxil olmasına rəsmi qaydada icazə verilməsinə görə 300 (üç yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 510 (beş yüz on) manat məbləğdə pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid4 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında cinayətdən xəbərsiz ortaq tanışları Şahid5 vasitəsilə Şahid4 məxsus maddi nemət olan 300 (üç yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsinə əsasən 510 (beş yüz on) manat məblə ğdə pul vəsaitini alaraq ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 336 №-li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş- çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid4 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına ic azə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin mart ayında Türkiyə Respublikasının vətəndaşları Soysal İbrahim və Battaloğlu Haydarın Azərbaycan Respublikası ərazisinə daxil olmalarına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid4 özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək, həmin məsələnin müsbət həlli üçün Soysal İbrahim və Battaloğlu Haydarın Azərbaycan Respublikası ərazisinə daxil olmalarına rəsmi qaydada icazə verilməsinə görə 700 (yeddi yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.190 (bir min bir yüz doxsan) manat məbləğdə pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid4 razılı ğını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında cinayətdən xəbərsiz ortaq tanışları Şahid5 vasitəsilə Şahid4 məxsus maddi nemət olan 700 (yeddi yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsinə əsasən 1.190 (bir min bir yüz doxsan) manat məbləğdə pul vəsaitini alaraq ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakım ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020- ci il tarixli 336 saylı Qərarının 1.1.1- ci bəndinə əsasən, yük daşıma ları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə tanıdığı bir ailənin üzvləri olan İran İslam Respublikasının vətəndaşları X11, X8, X12 və X9 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, 2021-ci ilin aprel ayında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə Azərbaycan Respublikası ərazisinə daxil olmalarına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməkl ik göstərilməsi ilə bağlı müraciət etmiş X11, X8, X12 və X9 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, sonuncuların Azərbaycan Respublikası ərazisinə daxil olmalarına rəsmi qaydada icazə verilməsinə görə 800 (səkkiz yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.360 (bir min üç yüz altmış) manat məbləğdə pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla cinayətdən xəbərsiz Şahid2 vasitəsilə bildirərək, X6 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən “AMAY” ticarət mərkəzinin 7-ci mərtəbəsinin 8 saylı otağında cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə razılaşdırılmış X7 məxsus 800 (səkkiz yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.360 (bir min üç yüz altmış) manat məbləğdə pul vəsaitinin 400 (dörd yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 680 (altı yüz səksən) manat məbləğdə olan hissəsini alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib təkrarən dələduzluq etmiş, bundan sonra X11, X8, X12 və X10 Azərbaycan Respublikası ərazisinə daxil olmalarına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən rəsmi qaydada icazə verilməsindən imtina olunması səbəbindən Meysam Moradı qalan pul vəsaitini vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini almağa nail olmayaraq, X7 məxsus 800 (səkkiz yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi İlə 1.360 (bir min üç yüz altmış) manat məbləğdə pul vəsa itini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzov) 26 avqust 2022-ci il tarixli 1(103)-783/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 1(101)-397/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti və Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı4 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protesti nin dəlilləri: Dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr Məhkum elan edilmiş ittihamdan qanunsuz və əsassız olaraq CM-nin 32.4,312.2-ci maddəsi xaric edilmiş, məhkəmələrin cəza təyini ilə bağlı mövqeyi əsaslı olmamış, cəza təyininə təsir göstərən hallarla bağlı sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş, bununla əlaqədar məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum vəzifəli ş əxs olmamış, ona müraciət etmiş şəxslərə özünü Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxsi, eləcə də bu qismdə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsi kimi səlahiyyətli şəxs kimi təqdim etməmişdir. Əksinə, icazəni tanışı olan Qərargahda işləyən vəzifəli şəxslərin vasitəsi ilə onlara rüşvət qismində veriləcək pul müqabilində həll edə biləcəyini bildirmişdir. Məhkum ifadələrində xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gəlmələrinə icazə alınması üçün aldığı pul vəsaitlərinin onlara etdiyi köməklik qarşılığında xidmət haqqı kimi aldığını göstərsə də, iş üzrə şahid ifadələri ilə müəyyən olunur ki, Məhkum ona müraciət etmiş şəxslərə Azə rbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda işləməklə tanışları olan vəzifəli şəxslərinin vasitəsi ilə, yəni onlara müxtəlif məbləğlərdə pulların rüşvət qismində verilməsi müqabilində xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsini təşkil edəcəyini vəd verməklə etibardan sui-istifadə etmə və aldatma onlardan aldığı pul vəsaitlərini ələ keçirərək dələduzluq etmiş, eyni zamanda qeyd olunan şəxsləri faktiki olaraq rüşvət verməyə təhrik etmişdir. Göründüyü kimi, məhkəmələr şahidlərin ifadələrini və cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan iş üçün əhəmiyyətli sayılan sənədlərə bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qi ymət verməmişlər, nəticədə təqsirləndirilən şəxs Məhkum elan edilən ittihamdan CM-in 32.4, 312.2-ci maddəsi xaric edilərək o, yalnız həmin Məcəllənin 29,178.2.2 və 178.2.-ci maddələrini törətməkdə təqsirli bilinmişdir. İş üzrə 18 noyabr 2021-ci il tarixli qərarla Şahid1, Şahid2, Şahid3, X5, Şahid7, Şahid4 və Şahid5 rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiklərindən sonuncular zərərçəkmiş şəxs qismində tanınmadan barələrində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən rədd edilmişdir. Belə olan halda məhkəmələrin bu halı CM-in 59.1.13-cü maddəsinə əsaslanaraq Məhkum cəzasını yüngülləşdirici hal kimi nəzərə almaqda səhvə yol vermişdir. Məhkum elan edilmiş ittihamdan xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə ağır cinayətlər kateqoriyasına aid olan CM-in 32.4,312.2-ci maddəsini xaric edilməklə və az ağır cinayətlər kateqoriyasına aid olan CM-in 29,178.2.2 və 178.2.2-ci maddələrini törətməkdə təqsirli bilinib, Məhkum onun faktiki olaraq törətmiş olduğu cinayətlərin ağırlığına, ictimai təhlükəliliyinə və xarakterinə görə uyğun olmayan həddə daha yüngül cəza sayılan azadlığın məhdudlaşdırılması cəzası təyin etməsi və bununla da təqsirləndirilən şəxslərin islah olunacağı qənaətinə gəlməsi sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkum həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından ədalətli sayıla bilməz. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum ona müraciət etmiş şəxslərin əmlakını ələ keçirtməyə yönəlmiş dələduzluq hərəkətlərinin üsulu q ismində aldatma və etibardan sui-istifadə etməsi və vətəndaşı vəzifəli şəxsə qanunsuz hərəkətlərin edilməsi üçün rüşvət verməyə təhrik etməsi əsas rol oynayır. Məhkəmələrin təqsirləndirilən şəxs Məhkum elan edilmiş ittihamdan CM-nin 32.4,312.2-ci maddəsini xaric etməklə onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə əhəmiyyət vermədən yüngül cəza sayılan azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmələri anlaşılan deyildir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərə findən Məhkum ittihamdan Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsinin xaric olunmasının qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 312.2ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə kimi hərəkətlərdə ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum bir neçə şəxslərə karantin dövründə Azərbaycan Respublikası ərazisinə onların istədiyi şəx slərin daxil olmasına rəsmi qaydada icazə alınması üçün pul vəsaitlərinin rüşvət qismində verilməsi zəruri olduğunu bildirməklə onları aldadıb, 2021-ci ilin yanvar-aprel aylarında həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzluq etmiş və qeyd olunan şəxsləri vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmişdir. Bu hərəkətlərin rüşvət verməyə təhrik etmə cinayətinin tərkibini yaratması barədə qənaətini isə ibtidai istintaq orqanı ilk növbədə onunla izah etmişdir ki, həmin hərəkətlər CM-in 312.2-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmiş, rüşvət vermə cinayətinin obyektinə zərər dəymişdir. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi CM-in 32.4,312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafey i əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyrikommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmişləri aldadaraq, xarici ölkə vətəndaşlarına karantin vaxtı Azərbaycan Respublikası ərazisinə keçm əyə icazə almaqdan ötrü müvafiq vəzifəli şəxslərə çatdırmaq adı ilə onlardan pul alıb ələ keçirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilmişdir ki, bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarı rəhbər tutulmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarının təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Psev dovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 731.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş z iyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum ittihamından Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsinin xaric edilməsi və onun əməlinin Həmin Məcəllənin 29,178.2.2 və 178.2.2-ci maddələri ilə tövsif edilməsi cinayət işi üzrə toplanmış sübutlar əsasında müəyyən edilmiş hallara, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenumlarının yuxarıda göstərilən qərarlarına tam uyğun gəlir. Məhkəmə kollegiyasın ın qənaətinə görə həm birinci həm də apellyasiya instansiyası məhkəmələri cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə əməldə cinayət tərkibinin olmamasını düzgün qiymətləndirmiş, Məhkum əməlində cinayət tərkibi olmaması əsası ilə CM-in 32.2,312.2-ci maddəsini ümumi ittihamdan xaric etmiş və bunu kifayət qədər əsaslandırmışdır. Ona görə də məhkəmə kollegiyası məhkumun əməlinin tövsifinə aid kassasiya protestinin dəlillərini əsaslı hesab etmir. Kassasiya protestinin digər dəlili isə Məhkum yüngül cəza təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı dır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi nin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısı nı almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Məhkum himayəsində azyaşlı uşağının olmasını, dələduzluq cinayətin nəticəsində vurulmuş maddi ziyanın tamamilə ödənilməsini və ilk dəfə cinayət əməli törətməsi onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 29,178.2.2 və 178.2.2-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə аzаdlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Məhkumun ittihamından CM-in 32.2,312.2-ci maddəsinin xaric edilməsi ilə əlaqədar və Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenumlarının yuxarıda göstərilən qərarl arında verilmiş izahlara əsasən məhkəmə kollegiyası məhkəmələrin Məhkum cəza təyin edərkən Azərbaycan Respublikasının CM-in 59.1.13-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallın (ziyanın tamamilə ödənilməsi) nəzərə almaqda səhvə yol verməsinə dair kassasiya protestinin dəlili əsaslı hesab etmir. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları düzgün nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin cəzanın yüngül olması barədə dəlilləri ilə razılaşmır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kolleg iyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar