Məhkəmə qərarları › İş №1(102)-742/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-742/2019

21.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-742/2019 21.05.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-742/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 21 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs in nümayəndəsi X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Elman İsayev) 24 oktyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxx 1999-cu il tarixdə Rusiya Federasiyasının Komi Respublikasının Uxta şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmlə, mülki cavabdeh - Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 892 (səkkiz yüz doxsan iki) manat, mənəvi ziyana görə 300 (üç yüz) manat və iddianın verilməsi ilə bağlı 30 (otuz) manat dövlət rüsumu məbləğində, cəmi 1222 (bir min iki yüz iyirmi iki) manat pulun tutularaq mülki iddiaçı - Zərərçəkmiş şəxs ödənilməsi təmin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X7 məhkum olunmuşdur ona görə ki, o, 20 noyabr 2017-ci il tarixdə saat 18:50 radələrində ünvan 2 ünvanda yerləşən "xxxx" kafesinin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək heç bir səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, sonra onun üzərində zor tətbiq edərək əli ilə çənə nahiyəsindən itələyərək, sonra əl və təpiklə döyərək sonuncuya çənə, ənsə nahiyyələrinin sıyrıqları, alın nahiyyəsinin qançır-şişkinliyi, sol bazu nahiyyəsinin qançırı, alt dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarası, üst çənədə soldan İ dişin sınığı, həmin dişin diş ətinə qansızma - dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əflatun Qasımov (sədrlik edən və məruzəçi), Əmir Bayramov və Namiq Məmmədovdan ibarət tərkibdə) 21 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə qazancın dan dövlət nəfinə 20 faiz tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilmiş, mənəvi ziyana mülki cavabdeh - məhkum Təqsirləndirilən şəxs tutulmalı məbləğ 1000 (min) manat həcmində müəyyən edilmiş, Zərərçəkmiş şəxs və nümayəndəsi X3 apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından narazı qalan zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilsin və məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilsin və mülki iddia tam həcmdə təmin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassızdır. Bel ə ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs yüngül cəza təyin etmiş, həmçinin onun mülki iddiası tam təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə peşman olmaq əvəzinə törətdiyi cinayət əməlini gizlətməklə nəinki zərərçəkmiş şəxs kimi onu, eyni zamanda məhkəməni aldatmağa cəhd etmişdir. Burun əməliyyatının aparılması üçün 2.000-4.000 manat tələb olunur. Məhkəməyə təqdim edilmiş qəbzlərdən əlavə xeyli miqdarda pul xərclənsə də qəbzləri saxlamadıqları və qəbzləri almadıqkarı üçün onları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Zərərçəkmiş şəxs kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai- təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyət i, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcə sinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi, əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almaqla, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) a y müddətinə islah işləri cəzasına məhkum etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngül olması qənaətinə gələrək hökmü dəyişdirmiş, məhkum Təqsirləndirilən şəxs CMnin 221.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasını təyin etmişdir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddənin sanksiyasında üç cəza növü, yəni min manatdan üç min manatadək miqdarda cərimə, bir ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də maddənin sanksiyasında ağırlığına görə ikinci olan islah işləri cəzasının ən yuxarı həddində cəza təyin etmişdir. Belə cəzanı heç də yüngül hesab etmək olmaz. Odur ki, zərərçəkmiş şəxsin kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş iddianın qismən təmin edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmçinin, Cinayət Prosessual Məcəlləsinin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilm iş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət- Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. İşin materiallarından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsini verərək, baş vermiş hadisə ilə bağlı dəymiş maddi ziyana görə 3662 manat və mənəvi ziyana görə 10.000 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının qərarı ilə isə mülki iddia qismən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İşdən görünür ki, zərərçəkmiş şəxs iddia tələbinin əsası kimi məhkəməyə 892 manat məbləğində maddi ziyanla bağlı sənəd təqdim etmiş, məhkəmələr də maddi ziyanı həmin həcmdə təmin etmişdir. Mülki iddiaçı iddia ərizəsində ona 3662 manat dəyərində ziyan dəydiyini göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr maddi ziyanla bağlı mülki iddianı qismən təmin etmədə haqlı olmuşlar. İddiaçının mənəvi ziyanla bağlı dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, “şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir”. “İnsan Hüquqlarının və Əsas Az adlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşdən görünür ki, zərərçəkmiş şəxs məhkumun əməli nəticəsində ona yetirilən mənəvi ziyanın həcmini 10.000 manat məbləğində olmasını iddia etmiş, apellyasiya instansiyası məhkəməsi isə mənəvi ziyanı 1000 manat həcmində təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mənəvi ziyanın məbləğini müəyyən edərkən həm mülki və mülki prosessual qanunvericiliyinin tələ blərini, həm də Ali Məhkəmənin Plenumunun Qərarının tövsiyyələrini düzgün nəzərə almışdır. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri də əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 21 yanvar 2019-cu il tarixli qərarının zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 21 yanvar 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar