Məhkəmə qərarları › İş №1(102)-743/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-743/2019

14.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-743/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cu maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə (Hakimlər N.A. Kərimov (sədrlik edən), R.A.Allahverdiyeva və T.X.Nəsrullayeva) xx xxxx 1990-cı ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olub ünvan 2 yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 04 fevral 2017-ci ildən hesablanmışdır. Hökmdən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə) 05 oktyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2017-ci il tarixli qərarından məhkum Təq sirləndirilən şəxs kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2017-ci il tarixdə Cəlilabad rayonu, Közbulaq kəndində satış məqsədi ilə qanunsuz olaraq, başqa mənbədən tiryəkdən kustar üsulla hazırlanmış təmiz çəkisi 510 qram - külli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq, Bakı şəhərinə daşımışdır. Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 04 fevral 2017-ci il tarixdə, saat 18-30 radələrində ünvan 3 yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısında saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada onu n üzərinə keçirilən baxış zamanı əynindəki gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan torbada həmin heroin aşkar edilərək, götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını qanunsuz, əsassız və ədalətsiz olduğunu bildirmiş, barəsində cəza təyin edilərkən ağırlaşdırıcı halların olmadığını, yetərincə yüngülləşdirici halların olduğu nəzərə alınmadan cəza təyin edildiyini qeyd etmişdir. Məhkum təcridxana və cəzaçəkmə müəssisəsində olduğu dövrdə islah olduğunu, ailəsinin və övladlarının ona maddi və mənəvi cəhətdən ehtiyaclarının olmasını göstərərək barəsində ədalətli qərar qəbul edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesa b edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri təyin edilmiş cəzanın ağırlığı barədədir. Cinayət işinin materiallarından görünür ki, məhkum H.İmanovin törətdiyi cinayət əməlini onun özünün ibtidai istintaq və məhkəmədə verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və cinayət işinin digər halları ilə kifayət qədər sübuta yetirilmişdi r. Əməlini qismən etiraf edilməsi cəzanı yüngülləşdirən hal kimi Cinayət Məcəlləsində nəzərdə tutulmamışdır. Apellyasiya Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli qərarından görünür ki, məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını, məhkumun şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmaması, əvvəllər məhkum olunmamasını, gənc olması kimi halları, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi əməlin sanksiyası hüdudlarında təyin edilmiş cəzanı yüngülləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlil ik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənlərə əsasən mə hkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2017ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar