Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-743/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə X, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum1 müdafiəçisi Hüseynov Zaur Elbrus oğlunun iştirak ları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 182.2.1 və 182.2.4-cü maddələri təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumlar Məhkum1, onun müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu, Məhkum2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi X tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Mikayılov Eldar Əli oğlu (sədrlik edən və məruzəçi), Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərk ibdə) Məhkum1, xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər Xətai Rayon Məhkəməsinin 1xx xxxx 2104-cü il tarixli hökmü ilə CM-nin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanlmaqla qəti olaraq cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 1 (bir) ayadək artırılmış, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 (üç) ay 18 (on səkkiz) günündən şərti olaraq vaxtından əvvəl azad edilmiş, “XXXX” adlanan sosial internet saytının təsisçisi və baş redaktoru, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, və Məhkum2, xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, “XXX" adlanan sosial internet saytının təsisçisi və baş direktoru işləmiş, Naxçıvan Muxtar Respublikası, ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hər birisi CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Məhk um1 onun iş üzrə ibtidai istintaq zamanı müvəqqəti saxlama yerində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş əsas cəzadan çıxılmaqla 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə, CM-nin 76.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş 3 (üç) ay 18 (on səkkiz) gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, əsas cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çə kməklə 5 (beş) il 3 (üç) ay müddətə, Məhkum2 isə onun müvəqqəti saxlama yerində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş əsas cəzadan çıxılmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmişlər. Belə ki, Məhkum2 və Məhkum1 zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəs i ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə tələb edib hədə-qorxu gəlmələrinə dair öz aralarında razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Məhkum2 və Məhkum1 2015-ci ilin iyun ayının ortalarında ünvan 3 ünvanda yerləşən «AAA» ailəvi istirahət mərkəzinə gedərək, həmin ailəvi istirahət mərkəzini icarə müqaviləsi əsasında işlədən Zərərçəkmiş şəxs jurnalist olduqlarını deyib «Antalya» ailəvi istirahət mərkəzinin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi haqqında müxtəlif xəbər portallarında yerləşdirəcəkləri, öz adamlarını göndərib orada gizli çəkilişlər aparacağı, müştərilər arasında söz-söhbətlər salacaqlarını bildirib haqqında rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək, bu kimi məlumatları yaymamaq üçün xeyli miqdarda əmla k əldə etmək məqsədi ilə 2015- ci ilin iyun ayından 2016-cı ilin may ayının sonuna kimi hər ay 400 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş və 2015-ci ilin iyun, iyul və avqust aylarının ortalarında hər dəfəsində 400 (dörd yüz) manat olmaqla üç dəfəyə 3 ay ərzində ünvan 3 ünvanda yerləşən «AAA» ailəvi istirahət mərkəzində Zərərçəkmiş şəxs ümumilikdə 1200 (bir min iki yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, bundan sonra onlar öz əməllərini davam etdidərək 2015-ci ilin sentyabr ayının ortalarında eyni ünvanda Zərərçəkmiş şəxs qalan dövrə aylıq 1000 manat pul verəcəyini hədə-qorxu ilə tələb etdikdə, sonuncu həmin tələbi yerinə yetirməkdən imtina etmiş və bu səbəbdən Məhkum2 baş direktoru olduğu yerləşdirməklə, ələ keçirmiş olduqları qeyd edilən məbləğ də daxil o lmaqla, ümumilikdə vahid niyyətlə əhatə edilən qəsdlə cəmi 10200 (on min iki yüz) manat xeyli miqdarda pulunu əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayaraq hədə-qorxu ilə tələb etmişlər. Hökmdən məhkumlar Məhkum1, Məhkum2 və onların müdafiəçiləri Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə Məhkum1 münasibətdə dəyişdirilərək onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 182.2.1 və 182.2.4-cü madd ələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündən əsas cəzanın müddəti 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinədək, CM-nin 76.3-cü maddəsinin tələblərinə uyğun olaraq CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş həmin növdə qəti cəzanın müddəti isə 2 (iki) il 3 (üç) ayadək azaldılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsi, Məhkum1 müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və Məhkum1 barəsində təqsirliliyi sübuta yetirilmədiyindən CM-nin 182.2.1 və 182.2.4-cü maddələri üzrə onun barəsində bəraətverici əsaslarla cinayət işinin icraatma xitam verilməsi, M əhkum2 kassasiya şikayəti verərək onun əməlində CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi X isə, hər birisi ayrılıqda kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin hökmün qüvvədə saxlanılması qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 28.4.1, 28.4.2, 28.5-ci maddələrinə istinad edərək bu maddələrin tələblərinin məhkəmələr tərəfindən pozulmasını, şahidlərin ziddiyyətli ifadə vermələrini və işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma o rqanı, həm də işə baxan məhkəmələr işin faktiki hallarına düzgün qiymət verməmiş, bu hallar tam, hərtərəfli və obyektiv yoxlanılmamış və şahidlərin ziddiyət təşkil edən ifadələrinə əsasən o, qanunsuz olaraq törətmədiyi əmələ görə ittiham olunaraq məhkum edilmişdir. Halbuki, Zərərçəkmiş şəxs işlətdiyi “AAA” restoranının həqiqətən əxlaqsızlıq yuvası kimi istifadə etməsi onda olan sübutlarla təsdiq olunmuş, bu haqda o, prokurorluq orqanlarına məlumat vermiş və sonuncu bu əməlləri törətdiyinə görə məhkum olunmuşdur. Kassasiya şikayətinin müəllifi Zərərçəkmiş şəxs heç vaxt hədə-qorxu ilə pul tələb etməməsini, buna baxmayaraq qanunsuz məhkum edilməsini bildirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kass asiya şikayətində təqsirsizlik prezumpsiyası prinsipinə, sübutların toplanması qaydalarına və sübut etməyə dair tələblər təsbit edilmiş CPM-nin 21, 28, 125 və 145-ci maddələrinə, bir sıra beynəlxalq müqavlələrə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edən, eyni zamanda hüquqlarını müdafiə etdiyi şəxs kimi, işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən Məhkum1 müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu kassasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü və həmin məhkəmənin nəticələri ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin qərarı ziddiyyətli sübutlara əsaslanmış, bu nəticələr ehtimal xarakteri daşıyır və Məhkum1 təqsirliliyinə dair iş üzrə əsaslı sübutlar mövcud olmasa da, məhkəmə baxışları yaranmış şübhələr onun ziyanına şərh edilmiş, nəticədə də o, törətmədiyi cinayətə görə qanunsuz olaraq məhkum olunmuşdur. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, apellyasiya instinasiya məhkəməsinin qərarında Məhkum1 jurnalist fəaliyyəti ilə əlaqədar Zərərçəkmiş şəxs məxsus obyektlər haqqında məlumat yaymış və həmin obyektlərin həmin şəxs tərəfindən ifarə olunması faktı öz təsdiqini tapmış, lakin bu hal Məhkum1 Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməsinə, yəni ittiham olunduğu cinayəti törətməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməzdi. Müdafiəçinin qənaətinə görə, Zərərçəkmiş şəxs Məhkum1 qisas almaq məqsədilə ona böhtan atmış və hüquqlarını müdafiə etdiyi şəxs qanuna müvafiq qaydada toplanmış və araşdırılmış sübutlara əsasən deyil, bu böhtan əsasında qanunsuz məhkum edilmişdir. Buna görə mü dafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum1 barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Sübutların toplanmasına, onlara qiymət verilməsinə dair cinayət-prosessual qanunvericiliyinin normalarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv yoxlanılmamış, şahidlərin ziddiyət təşkil edən və yalan ifadələrinə görə o, ittiham olunaraq məhkum edilmiş, ittiham hökmünün çıxarılması qaydaları və əsasları təsbit edilmiş qanunun tələblərinə əməl olunmamışdır. Kassator qeyd etmişdir ki, məhkəmə iclaslarında ittiham tərəfinin şahidləri yalan və zid diyyətli ifadələr verməklə yanaşı həm də onların həqiqətən də “Antalya” istirahət mərkəzinin işçiləri olması haqda sənəd təqdim etməmiş və bununla bağlı müdafiə tərəfinin tələbləri cavabsız qalmışdır. Həqiqətdə o, heç vaxt Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməsə birinci instansiya məhkəməsi onun təqsirsizliyinə dəlalət edən sübutları lazımi qaydada araşdırmadan və nəzərə almadan onun barəsində qanunsuz və əsassız ittiham hökmü çıxartmış, apellyasiya instansiyası məhkəməsi isə düzgün olmayaraq onun apellyasiya şikayətini təmin etməyərək həmin hökmü qüvvəsində saxlamışdır. Göstərilənlərə əsasən Məhkum2 onun barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs k assasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum1 dəfələrlə məhkəmə istintaqı zamanı onu bağışlamasını xahiş edərək əməlindən peşman olduğunu bildirdiyi üçün ona inanaraq Bakı Apellyasiya Məhkəməsində yazılı şəkildə Məhkum1 bağışladığını, ondan şikayətçi olmadığını qeyd etmişdir. Lakin sonradan Məhkum1 Ali Məhkəməyə göndərdiyi kassasiya şikayətində yalan olan və həqiqətə uyğun olmayan müraciətini oxuduqdan sonra o, fikrini dəyişmiş və hesab edir ki, məhkumun kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsi və onun barəsində yazılanlar böhtan xarakteri daşıyır və buna görə də apellyasiya instansiyası məhkəməsi əsassız olaraq ona təyin edilmiş cəzaları yüngülləşdirmişdir. Eyni mövqedən çıxış edən Zərərçəkmiş şəxs nümayəndəsi X kassasiya şikayətində əlavə olaraq onu qeyd etmişdir ki, Məhkum1 barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün heç bir əsasın olmamasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi tam qanunsuz olaraq adı çəkilən məhkumun haqqında həmin maddəni tətbiq edərək ona təyin edilmiş cəzanı yüngülləşdirmişdir, baxmayaraq ki, o, törətdiyi əməli etiraf etməyərək səmimi peşmançılıq çəkməsini bildirməmiş və zərərçəkmişə vurulmuş zərəri ödəməmişdir. Şərh olunanlara əsaslanaraq zərərçəkmiş və onun nümayəndəsi, hər birisi ayrı-ayrılıqda apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanun la kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan biri ni, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində ka ssasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edi lən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməs i və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda şərh edilmiş tələblərinə əsaslanaraq kassasiya şikayətlərini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla, iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarına əsasən məhkəmələrin müəyyən etdikləri faktiki hallar ondan ibarətdir ki, Məhkum2 və Məhkum1 zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə xeyli miqdarda əm lak əldə etmək məqsədi ilə tələb edib hədə-qorxu gəlmələrinə dair öz aralarında razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Məhkum2 və Məhkum1 2015-ci ilin iyun ayının ortalarında ünvan 3 ünvanda yerləşən «AAA» ailəvi istirahət mərkəzinə gedərək, həmin ailəvi istirahət mərkəzini icarə müqaviləsi əsasında işlədən Zərərçəkmiş şəxs jurnalist olduqlarını deyib «AAA» ailəvi istirahət mərkəzinin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi haqqında müxtəlif xəbər portallarında yerləşdirəcəkləri, öz adamlarını göndərib orada gizli çəkilişlər aparacağı, müştərilər arasında söz-söhbətlər salacaqlarını bildirib haqqında rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək, bu kimi məlumatları yaymamaq üçün xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə 20 15-ci ilin iyun ayından 2016-cı ilin may ayının sonuna kimi hər ay 400 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş və 2015-ci ilin iyun, iyul və avqust aylarının ortalarında hər dəfəsində 400 (dörd yüz) manat olmaqla üç dəfəyə 3 ay ərzində ünvan 3 ünvanda yerləşən «AAA» ailəvi istirahət mərkəzində Zərərçəkmiş şəxs ümumilikdə 1200 (bir min iki yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, bundan sonra onlar öz əməllərini davam etdidərək 2015-ci ilin sentyabr ayının ortalarında eyni ünvanda Zərərçəkmiş şəxs qalan dövrə aylıq 1000 manat pul verəcəyini hədə-qorxu ilə tələb etdikdə, sonuncu həmin tələbi yerinə yetirməkdən imtina etmiş və bu səbəbdən Məhkum2 baş direktoru olduğu «XXX» adlanan sosial internet saytının xx xxxxxxxx 2015-ci il tarixli xəbər portalında «Bir çox əxlaqsızlıq yuvalar sahibi, Antalya Mehman», xx xxxxxxxx 2015-ci il tarixli xəbər portalında «XX» massaj salonu yoxsa əxlaqsızlıq yuvası», xx xxxxxxx 2015-ci il tarixli xəbər portalında «XX» massaj salonu yoxsa intim xidmət», xx xxxxxx 2015-ci il tarixli xəbər portalında «MTN massaj salonlarında və otellərdə iş adamlarını bu şəxslərlə şantaj edib», xx xxxxxx 2015-ci il tarixli xəbər portalında «İntim xidmətlər kralı Antalya Mehman və Şirin qardaşlıqlarının gizli çəkiliş biznesi davam edir», xx xxxxxx 2015-ci il tarixli xəbər portalında «Əxlaqsızlıq yuvalarında şantaj edilənlər», xx xxxxxx 2016-cı il tarixli xəbər portalında «Bakıdakı massaj salonları kimlərə məxsusdur», xx xxxx 2016-cı il tarixli xəbər portalında «XXX» qadın ticarətinin mərkəzinə çevrilir», xx xxxx 2016-cı il tarixli xəbər portalında «XXX» Antalyadakı ehtiraslı sərgüzəştlərini Bakı şəhərində də təltib etdi», Məhkum1 isə təsisçi və baş redaktor olduğu «XXX» adlanan sosial internet saytının xx xxxxxx 2015-ci il tarixli xəbər portalında «Aqva» massaj salonu yoxsa intim xidmət», xx xxxxxx 2015-ci il tarixli xəbər portalında «Aşağıda qeyd olunan əxlaqsızlıq yuvalarının sahibləri jurnalisti şantaj etməyə müvəffəq olmuşlar», xx xxxx 2016-cı il tarixli xəbər portalında «Diqqət! Bu əxlaqsızlıq yuvalarında əcnəbi vətəndaşların və yaşı 18-ə çatmayan xanımların cinsi istismarı» başlıqlı məqalələr yerləşdirməklə, ələ keçirmiş olduqları qeyd edilən məbləğ də daxil olmaqla, ümumilikdə vahid niyyətlə əhatə edilən qəsdlə cəmi 10200 (on min iki yüz) manat xeyli miqdarda pulunu əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqın da rüsvayedici məlumatlar yayaraq hədə-qorxu ilə tələb etmişlər. İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında Məhkum1 və Məhkum2 özlərini onlara elan olunmuş ittiham üzrə yuxarıda şərh edilən əməlləri törətməkdə təqsirli bilməsələr də, onların həmin əməlləri törətmələri zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər A1, A2, A3 ifadələri, cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən, məhkumların və Məhkum1 müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu kassasiya şikayə tlərində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin dindirilmələri və onların ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmələr Məhkum1 və Məhkum2 təqsirli olmaları hissəsində yekun məhkəmə aktlarnın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Araşdırılmış sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəm ə kollegiyası onların təkrarən sadalamağa ehtiyac görmür və eyni zamanda məhkumların və Müdafiəçi kassasiya şikayətlərində irəli sürülmüş dəlillərlə bağlı cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normalarına da müraciət etməyi zəruri sayır. CPM-nin 28.5-ci maddəsinin tələbi ondan ibarətdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlə rin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsu lların tətbiqi nəticəsində alındıqda. CPM-nin 146.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Əvvəla məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət işinin materialları ilə istər ibtida i araşdırma zamanı sübutların toplanması, istərsə də həmin sübutların məhkəmə iclaslarında tədqiq edilməsi zamanı CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntulara yol verilməsi müəyyən edilmir. Digər tərəfdən, CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkə mə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ittiham edildikləri cinayətin törədilməsinə dair onların təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, istər Məhkum1 və Məhkum2, istərsə də zərərçəkmiş Zərərç əkmiş şəxs və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr verməsi, onların dindirilmələri zamanı hüquqlarının pozulması müəyyən edilməmiş, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri iş üzrə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq məhkumların ifadələrini özünümüdafiə xarakterli ifdələr kimi qiymətləndirib qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına zərərçəkmişin və şahidlərin ifadələrini, habelə araşdırılmış başqa sübutları qoymuşlar. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məhkumlara böhtan atması, şahidlərin isə onun diktəsi ilə ifadələr verməsi də iş materialları ilə təsdiq olunmur və buna görə, bununla bağlı S.Ə.Məmmədovun, Məhkum2 və Müdafiəçi Z.E.Hüseynovun kassasiya şikayətlərində göstərdikləri dəlilləri əsaslı sayıla bilməz. Məhkumlar Məhkum1 və Məhkum2 cinayət əməllərinin CM-nin 182.2.1 və 182.2.4cü maddəsi ilə tövsif edilməsi məsələsi ilə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə müraciət etməyi zəruri bilərək qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında vurğulanmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsir ləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmənin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2011-ci il tarixli qərarında isə aşağıdakılar göstərilmişdir: “Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyəti m üəyyən edilmişdir. Həmin maddəyə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərək ətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törənən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldü yü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsir karın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilə r. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədəqorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədəqorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatlar ın rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv v ə subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədəqorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Bununla yanaşı, cinayət qanunvericiliyində hədə-qorxu ilə tələb etmə cinayətinin bir neçə tövsifedici əlamətləri nəzərdə tutulmuşdur. Belə tövsifedici əlamətlərdən biri də bu əməlin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsidir (Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi). Qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin y aranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının hər birinin (Cinayət Məcəlləsinin 182.2.1-182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş hədə-qorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün Cinayət Məcəlləsinin 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması mütləq şərtdir. Belə olan halda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranmasının ziyanın real mövcud olması ilə şərtləndirilməsi, həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğun gəlmir.” Həm qanunvericiliyin tələblərindən, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək, məhkəmə kollegyiası iş materiallarına əsasən müəyyən edir ki, Məhkum1 və Məhkum2 2016-cı ilin iyun ayında Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə ondan hər ay 400 manat məbləğində olmaqla pul verməsini tələb etmiş və almış, həmin ilin sentyabrında isə ona eyni şəkildə hədə-qorxu gəlməklə bundan sonra 400 manat deyil, 1000 manat verməsini tələb etdikdə və Zərərçəkmiş şəxs bununla razılaşmadıqda, «XXXX» adlanan sosial internet saytının xx xxxxxxxx 2015 -ci il tarixli xəbər portalında «Bir çox əxlaqsızlıq yuvalar sahibi, XXX», xx xxxxxxxx 2015-ci il tarixli xəbər portalında «XX» massaj salonu yoxsa əxlaqsızlıq yuvası», xx xxxxxxx 2015-ci il tarixli xəbər portalında «Aqva» massaj salonu yoxsa intim xidmət», xx xxxxxx 2015-ci il tarixli xəbər portalında «XXX massaj salonlarında və otellərdə iş adamlarını bu şəxslərlə şantaj edib», xx xxxxxx 2015-ci il tarixli xəbər portalında «İntim xidmətlər kralı Antalya Mehman və Şirin qardaşlıqlarının gizli çəkiliş biznesi davam edir», xx xxxxxx 2015-ci il tarixli xəbər portalında «Əxlaqsızlıq yuvalarında şantaj edilənlər», xx xxxxxx 2016-cı il tarixli xəbər portalında «Bakıdakı massaj salonları kimlərə məxsusdur», xx xxxx 2016-cı il tarixli xəbər portalında «XX» qadın ticarətinin mərkəzinə çevrilir», x x xxxx 2016-cı il tarixli xəbər portalında «Antalya Mehman» Antalyadakı ehtiraslı sərgüzəştlərini Bakı şəhərində də təltib etdi», Məhkum1 isə təsisçi və baş redaktor olduğu «XXX» adlanan sosial internet saytının xx xxxxxx 2015-ci il tarixli xəbər portalında «XX» massaj salonu yoxsa intim xidmət», xx xxxxxx 2015-ci il tarixli xəbər portalında «Aşağıda qeyd olunan əxlaqsızlıq yuvalarının sahibləri jurnalisti şantaj etməyə müvəffəq olmuşlar», xx xxxx 2016-cı il tarixli xəbər portalında «Diqqət! Bu əxlaqsızlıq yuvalarında əcnəbi vətəndaşların və yaşı 18-ə çatmayan xanımların cinsi istismarı» başlıqlı məqalələr dərc etmiş, yəni öz hədəqorxularını faktiki reallaşdırmışlar. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsaslanaraq bu nəticəyə gəlir ki, məhkumlar Məhkum1 və Məhkum2, hər birisinin əməlləri CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, onların və Müdafiəçi Z.E.Hüseynovun kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan bu şikayətlərin hər hansı qaydada (tam və ya qismən) təmin edilməsi mümkün deyil. Buna görə, məhkəmə kollegiyası onların kassasiya şikayətlərinin təmin edilməsi haqda məhkumların və müdafiəçinin, həmin şikaytlərin təmin edilməməsi barədə isə dövlət ittihamçısının və zərər çəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumlar Məhkum1, Məhkum2 və Müdafiəçi Z.E.Hüseynovun kassasiya şikayətləri təmin edilməməli və həmin şikayətlərə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı m addəsində nəzərdə tutulmuş, o cümlədən məhkumların barəsindəki cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən həmin qərar qeyd edilən şikyətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi X kassasiya şikayətləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, onlar həmin şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona həm təqsirli bilindiyi həm CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə, həm də hökmlərin məcmusu üzrə təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə razı olmadıqlarını bildiririr və bunu CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntu kimi qiymətləndirib həmin pozuntuya görə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edi lməsini xahiş edirlər. Göstərilən şikayətlərin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 tərəfindən qabaqcadan əlbir olmuş bir qrup şəklində və zərər çəkmiş şəxsin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə hədəqorxu ilə tələb etmə cinayətinin törədilməsi, onun A1 birlikdə Zərərçəkmiş şəxs real olaraq 1200 (min iki) yüz manat məbləğində maddi zərər vurması barədə nəticəyə gələrək onun həmin əməlinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə tövsif edilməsi və vurulmuş zərərin məhkumlar tərəfindən müştərək qaydada ödənilməsi barədə zərərçəkmişin mülki iddiasının təmin edilməsi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarına əsa sən, Məhkum1 və onun müdafiəçisinin apellyasiya şikayətlərində ona bu maddələrlə və hökmlərin məcmusu üzrə təyin olunmuş cəzaların ağır olması mübahisələndirilməyərək həmin cəzaların onun barəsində yüngülləşdirilməsi haqqında tələb irəli sürülməsə də, məhkəmə Məhkum1 CMnin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə və hökmlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının müddətlərinin endirilməli olması qənaətinə gəlmiş və bu qənaətini onunla əsaslandırlmışdır ki, əvvəllər məhkum olunmuş və məhkumuluğu ödənilməmiş adı çəkilən şəxsin hərəkətlərində CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hal müəyyən edilsə də, onun ailə vəziyyəti ağırdır, himayəsində xəstə anası və bir azyaşlı uşağı var, o, müsbət xasi yyətləndirilir, ailədə yeganə qazanc gətirən şəxsdir və cəzanı yüngülləşdirən bu hallar, habelə təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri, maddi və sosial vəziyyəti birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Lakin, birinci instansiyya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, həmin məhkəmə Məhkum1 cəza təyin edərkən CM-nin 8, 41.2, 58.3, 61.1.1 və 64-cü maddələrinə istinad etmiş və faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən eyni hallardan (Məhkum1 ailədə yeganə qazanc gətirən şəxs olması və anasının xəstə olması hallarından başqa) çıxış etmiş, ona CM-nin 182.2.1 və 182.2.4cü maddələri ilə sanksiyasının aşağı həddində, sonra isə hökmlərin məcmusu üzrə əvvəlki və yeni hökmlə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum1 barəsində cəza tədbirinin seçilməsi hissəsində əsaslı olub-olmaması məsələsini yoxlayarkən ilk növbədə aşağıda göstərilən maddi hüquq normalarının tələblərinə müraciət etməyi lazım bilir. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materialları ilə müəyyən edilir ki, Məhkum1 əvvəllər Xətai Rayon Məhkəməsinin 1xx xxxx 2104-cü il tarixli hökmü ilə CM-nin 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulmuş qəsdən cinayətləri törətməkdə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq cəzasını ü mümi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 1 (bir) ayadək artırılmış, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 (üç) ay 18 (on səkkiz) günündən şərti olaraq vaxtından əvvəl azad edilmiş, bu müddət ərzində isə yenidən qəsdən cinayət (CMnin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş) əməli törətmişdir. Buna görə məhkəmələr düzgün olaraq adı çəkilən məhkumun hərəkətlərində cinayətlərin residivini müəyyən etmiş və bu hal ı, CM-nin 61.1.1-ci maddəsində göstərildiyi kimi, cəzanı ağırlaşdıran hal kimi qiymətləndirmişlər. CM-nin 65.2-ci maddəsində isə təsbit edilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 76.6.3-cü maddəsinin tələblərindən görünür ki, cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş məhkum cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhz işin göstərilən hallarına və cinayət qanunvericiliyinin məhz bu tələblərinə əsaslanaraq Məhkum1 onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin yarısından az olmayan müddətə cəza təyin edərək onun cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv etmiş və CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza müəyyən etmişdir. Apellysiya instansiyası məhkəməsinin Məhkum1 təyin edilmiş cəzanı yüngülləşdirərkən istintad etdiyi CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət qanunvericiliyinin bu tələbləri ilə bağlı məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanaraq qeyd edir ki, Məhkum1 cinayət təqibi dövründə heç vaxt ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsini etiraf etməmiş, iştirakçılıqla törətdiyi cinayətin açılmasına və həmin cinayətin digər iştirakçısının ifşa edilməsinə kömək göstərməmiş, istər cinayətin törədilməsi zamanı, istərsə də bundan sonra onun əməlinin ictimai təhlükələliyini əhəmiyyətli dərəcədə azaldan, o cümlədən zərər çəkmiş şəxsə vurlumuş zərərin ödənilməsi və ya aradan qaldırılmasına yönələn heç bir hərəkət etməmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi əsasən məhkumun ailə vəziyyətinə aid olan halları sadalamaqla məhz həmin hallara əsaslanaraq C.Ə.Məmədovun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməli olması haqda nəticəyə gələrkən bu halların onun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini hansı dərəcədə azaltmasını, nəyə görə bu halları cəzanı yüngülləşdirən məhz müstəsna hal hesab edilməsini təfsir edə bilməmişdir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Ali Məhkəmə tərəfindən aşağı instansiya məhkəmlərinə dəfələrlə tövsiyə edilmişdir ki, həmin maddəni tətbiq etməzdən əvvəl məhkəmələr bütün hallarda cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə almalı, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı elə halları müəyyən etməlidilər ki, bu hallar müstəsna xarakter daşımış olsun, digər tərəfdən isə iştirakçılıqla cinayət törətmiş təqsirləndirilən şəxs cinayətin açılmasına və həmin cinayətin digər iştirakçılarının ifşa edilməsinə kömək etmiş olsun, habelə onun həm cinayətin törədilməsi zamanı, həm də bundan sonraki hərəkətləri cinayətin ic timai təhlükəliliyini əhəmiyyətli dərəcə azaltsın. Hazırki işin materiallarından və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə yalnız qanunun tələblərinə əsaslanan bu tövsiyələrə də uyğun heç bir hal müəyyən etməmiş və qanunun tələb etdiyi qaydada Məhkum1 barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və nəticədə ona təyin olunmuş cəzaların yüngülləşdirilməsini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, CM-nin 65.3-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəs ində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Bu tələbdən belə nəticə hasil olur ki, hərəkətlərində cinayətin residivi, təhlükəli residivi və ya xüsusilə təhlükəli residivi, digər tərəfdən isə iş üzrə CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində göstərilən qaydaları nəzərə almadan cəza təyin edir və bu halda məhkəmənin hökmündə və ya qərarında CM-nin 62-ci maddəsinə deyil, CM-nin 65.3-cü maddəsinə istinad olunur. xx xxxxxx 2020-ci il tarixli qərardan isə görünür ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin bu tələbinə də əməl etməmiş və yalnız CM-nin 62-ci maddəsinə istinad etməklə Məhkum1 CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə təyin edilmiş cəzanı yüngülləşdirmişdir. CPM-n in 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi A1 kassasiya şikayətlərinin dəlilləri ilə razılaşaraq və həmin şikayətlərin təmin edilməsi barədə zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və dövlət ittihamçısının, göstərilən şikayətlərin təmin edilməməsi barədə isə məhkumların və Müdafiəçi Z.E.Hüseynovun çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmişin və onun nümayəndəsinin kassasiya təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Məhkum1 barəsində CM- nin 62-ci maddəsi tətbiq edilməklə həm təqsirli bilindiyi CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə, həm də CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsi hissəsində ləğv edlməli və iş həmin hissədə yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2.1 və 419.10.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumlar Məhkum1, Məhkum2 və Müdafiəçi kassasiya şikayətləri təmin edilməsin və həmin şikayətlərə münasibətdə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2 020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi A1 kassasiya şikayətləri təmin edilsin və həmin şikayətlərə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Məhkum1 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə həm təqsirli bilindiyi CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə, həm də CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-743/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-743/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver