Məhkəmə qərarları › İş №1(102)-743/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-743/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-743/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbayc an Respublikası CM-nin 181.2.5, 228.4 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2019-cu il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxx il tarixdə Masallı rayonunun Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanda yaşamış, CM-nin 181.2.5, 22 8.4 və 310-cu maddələri ilə təqsirli bilinərək, CM-nin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, CMnin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, məhkum 2018-ci ilin may-iyun aylarında naməlum mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğu olan qaz silahını əynindəki gödəkçənin cibində saxlamaqla, 19 sentyabr 2018-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlığında, Neapol küçəsi ilə N.Tusi küçəsinin kəsişməsində yerləşən Heydər Əliyev adına istirahət parkında əyləşib söhbət edən Şahid1 ilə Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncunu söhbət etmək adı ilə kənara çəkib ona özbaşına özünü vəzifəli şəxs kimi, yəni polis işçisi kimi təqdim edərək Zərərçəkmiş şəxs hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozaraq, sonuncunun ictimai qaydanı pozduğunu bildirib ondan pul tələb etmiş və vermədiyi təqdirdə polis bölməsinə aparmaqla hədələmiş, Zərərçəkmiş şəxs heç bir qanunsuz hərəkətlərə yol vermədiyini dedikdə, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə gödəkçəsinin cibində olan qaz silahını çıxardıb tətbiq edərək Zərərçəkmiş şəxs üzünə doğru istiqamətləndirib püskürtmək lə hədələmiş, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək sonuncudan pul tələb etmiş, Zərərçəkmiş şəxs özünü qaz silahından qorumaq üçün əlləri ilə üzünü tutduqda, Təqsirləndirilən şəxs yumruqla onu sifətindən vurub yerə yıxdıqdan sonra əpiklə də vuraraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin etdilməyən üst dodağın iç səthinin ağızın selikli qişasının səthi əzilmiş yarası, başın təpə niyəsinin və sol diz oynağı nahiyəsinin qançırları xəsarətləri yetirmiş və Zərərçəkmiş şəxs əynindəki şalvarın sağ yan cibində olan iki ədəd 50 (əlli) manatlıq əsginasları ələ keçirib talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 100 (yüz) manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Hökmdən məhkum məhkum və onun müdafiəçisi Quliyev Valeh İbiş oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 29 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2019-cu il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və ona CM-nin 228.4 və 310-cu maddələri ilə bəraət verilməsini, cinayət əməlinin CM-nin 181.2.5-ci maddəsindən CM-nin 180.2.4-cü maddəsinə tövsif edilməsi və bu maddə əsasında yüngül cəzanın təyin olunması haqqında qərar ın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan cinayət işi üzrə ibtidai araşdırma düzgün aparılmamış, həmçinin məhkəmələr də öz növbəsində əhəmiyyətli sübutlara düzgün qiymət verməyərək, cinayət qanunvericiliyinin tələlərini nəzərə almayaraq nəticədə onun barəsində adalətsiz hökm çıxartmış və qərar qəbul etmişlər. Məhkum bildirir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yalan və zidiyyətli ifadələr vermiş və məhkəmələr onun ifadələrinə əsaslanaraq düzgün nəticəyə gəlməmişlər. Həmçinin Təqsirləndirilən şəxs kassasiya şikayətində qeyd edir ki, onun üzərində olan qaz balonu, demək olar ki, boş olmuş, o, həmin qaz balonundan istifadə etməmiş və Zərərçəkmiş şəxs özünü vəzifəli şəxs kimi təqdim etməmi şdir. Məhkəmələrin istinad etdiyi sübutların, o cümlədən ekspertiza rəylərinin həqiqiliyi və qərəzsizliyi şübhə doğurduğundan məhkum hesab edir ki, ona CM-nin 228.4 və 310-cu maddələri ilə bəraət verilməli, törətdiyi əməl isə CM-nin 181.2.5-ci maddəsindən CM-nin 180.2.4-cü maddəsinə tövsif edilməli və bu maddə əsasında ona yüngül cəzanın təyin olunmalıdır. Belə ki, o, ilk dəfə cinayət törətmiş, onun himayəsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, zərər çəkmiş şəxsə dəymiş ziyan isə tam həcmdə ödənilib. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, məhkum Təqsirləndirilən şəxs həmin iclasda iştirak etmək arzusunu bildirməmiş və bu haqda məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə məhkəməyə naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və zərər çəkmiş şəxsin iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılı r. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum Məhkumun kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, həmçinin onun əməli CM-nin 180.2.4-ci maddəsi ilə - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayəti kimi tövsif edilməli olduğu halda, həmin əməl əsassız olaraq CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinay ət kimi qiymətləndirilmiş və ona həmin maddə ilə həddindən artıq ağır cəza təyin edilmişdr. Bununla da Məhkum öz kassasiya tələblərini CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci və məs uliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkumun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə, onun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanu nvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edə rək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdi rməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətl ərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini nəzərdə tutur və müvafiq orqanların, o cümlədən məhkəmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, cinayət məsuliyyətinə cəlb olunaraq cinayət törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərə və onların şəxsiyyətlərinə uyğun cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi və sair vəzifələri qoyur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar c inayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməs i yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CM-nin 3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə isə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o d eməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkumun barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrar ən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkumun təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçnin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkumun təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkumun ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən onların hazırki qərarda təsvirinə ehtiyac görmür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzəri nə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, Məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə ona hissəvi bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum qanunsuz olaraq qaz silahını əldə edib gəzdirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmiş və qaz silahını tətbiq etməklə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirməklə quldurluq etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cü mlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkumun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkumun əməllərinin CM-nin 181.2.5, 228.4 və 310-cu maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirən məhkum Məhkum kassasiya şikayət ində quldurluq əməlini törətmədiyini, soyuq silah olan qaz balonundan istifadə etmədiyini, qaz balonunun boş olaraq istifadəyə yararsız olmasını, zərər çəkmiş şəxsə yetirilmiş xəsarətlərin onun sağlamlığına heç bir təsir göstərmədiyini, pulun ələ keçirilməsini zərər çəkmiş şəxs ilk andan bilməsini və özünü vəzifəli şəxs kimi təqdim etmədiyini, buna görə ona CM-nin 228.4 və 310-cu maddələri ilə bəraət verilməli olmasını, törətdiyi əməlin isə CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş soyğunçuluq cinayət kimi qiymətləndirilməli olmasını iddia etsə də, iş üzrə məhkəmədə tam və obyektiv araşdırılmış sübutlar bu iddiaların əksinə olan nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bununla əlaqədar aşağıdakı sübutlara müraciət etməyi zəruri bilir. Belə ki İş üzrə zərərçəkm iş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs cinayət təqibinin bütün mərhələlərində, o cümlədən məhkəmə iclasında dindirilərkən ardıcıl və eyni cür ifadələr verərərk göstərmişdir ki, o, 19 sentyabr 2018-ci il tarixdə saat 19 radələrində nişanlısı ilə birlikdə işdən çıxıb Ukrayna dairəsi yaxınlığındakı H.Əliyev parkına gəlmiş və orada bir ağacın altında oturub söhbət edərkən saat 20 radələrində sonradan adının Məhkum olduğunu bildiyi şəxs onlara yaxınlaşıb ona bir dəqiqəlik kənara çəkilməyi təklif etmişdir. O, yerindən durub həmin oğlana yaxınlaşmış, sonuncu özünü polis əməkdaşı leytenant Məmmədov kimi ona təqdim edərək burada nə etdiklərini soruşmuşdur. O, söhbət etdiklərini bildirdikdə, məhkum parkın söhbət yeri olmadığını deyib, onunla mübahisə etməyə başlamışdır. O, qohumlarının polis əmə kdaşları olduğunu, buna görə də qanunlardan xəbəri olduğunu dedikdə, Məhkum onu özündən kənara itələyərək cibindən gözyaşardıcı qaz balonu çıxardıb onun üzünə tutmuş, o, ehtiyat edib qolunu gözünə tutduğu zaman məhkum yumruqla onun sifətindən bir dəfə vurmuşdur. Zərbənin təsirindən o, arxası üstə yerə yıxılmış, həmin oğlan 1-2 dəfə təpiklə onun başına vurmuş, həmçinin qaz balonunu tətbiq edəcəyi ilə hədələyib ondan pul tələb etmiş və onu polis bölməsinə aparmaqla qorxuzmuşdur. O, pul verməyəcəyini dedikdə, Təqsirləndirilən şəxs onun halsızlığından istifadə edib əlini cibinə salaraq zorla sağ cibində olan iki ədəd 50 manatlıq əsginasları götürmüşdür. Həmin vaxt X55 qışqıraraq oğlanı itələməyə cəhd etsə də, gücü çatmamışdır. Pulu götürdükdən sonra Təqsirləndirilən şəxs oradan qaçıb getmiş, b undan sonra o, ayağa qalxmış və X55ni evə yola salıb həmin yerə qayıtmışdır. Lakin ondan pul götürən oğlanı orada tapa bilməmiş, dostu Cavidə və qardaşı İlkinə zəng edib başına gələnləri bildirməklə onları H.Əliyev parkına çağırmışdır. Onlar gəldikdən sonra birlikdə ona qarşı cinayət əməllərini törətmiş şəxsi axtarsalar da, onu tapa bilməmiş və buna görə də hadisə barədə DİN-nin «102» xidmətinə zəng edib məlumat verərək eyni zamanda 35-ci polis bölməsinə gedib baş vermiş hadisə barədə ərizə yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərmişqdir ki, 19 sentyabr 2018-ci il tarixdə saat 20 radələrində nişanlısı Zərərçəkmiş şəxs ilə “Ukrayna” dairəsi yaxınlığındakı H.Əliyev parkına gəlmiş və orada bir ağacın altında oturub söhbət edərkən saat 20 radələrində bir nəfər tanım adığı oğlan onlara yaxınlaşmışdır. Həmin oğlan x66 kənara çəkmiş, o, üzünü çevirib onlardan bir qədər aralanaraq kənarda durmuş və birdən səs eşitdikdə baxarkən X56nin yerdə uzandığını, həmin oğlanın isə X56ni vurduğunu, əlində olan qaz balonunu X56nin üzünə tuşlayıb X56dən pul tələb etdiyini görmüşdür. Sonra tanımadığı, lakin istintaq vaxtı adının Məhkum olduğunu bildiyi həmin oğlan əlini salıb X56nin cibindən 2 ədəd 50 manatlıq əskinazları çıxardıb öz cibinə qoyaraq oradan uzaqlaşmışdır. Hadisə baş verən vaxt o, qışqıraraq həmin şəxsi X56dən kənarlaşdırmaq istəsə də, buna gücü çatmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, hadisə baş verən gün saat 22 radələrində evdə olduğu vaxt qardaşı X56 onun mobil telefonuna zəng vuraraq «Ukrayna» dairəsi yaxınlı ğındakı H.Əliyev parkına gəlməsini xahiş emişdir. O, həmin parka gəldikdə X56 nişanlısı X55 ilə oturub söhbət etdikləri vaxt bir nəfərin ona yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim edərək ondan pul istədiyini, pul vermədikdə həmin şəxsin qaz balonu çıxarıb X56yə hədə-qorxu gələrək vurub yerə yıxdığını və cibindən 100 manat pulunu götürüb getdiyini bildirmişdir. Bundan sonra onlar hadisə yerinə gələn Cavidanla birlikdə ətrafı gəzsələr də, həmin şəxsi tapa bilməmişlər. Buna görə də, X56 «102» xidmətinə zəng edib baş verənlər barədə polisə məlumat vermiş, həmçinin 35-ci Polis bölməsinə gedərək ərizə yazmışdır. Göründüyü kimi, həm bu ifadələrllə və onları tamamlayan digər sübutlarla – məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla Məhkumun kassasiya şikayətində irəli sürdüyü dəlillər tamamilə təkzib edilir və onun hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir edilmiş cinayət əməllərini törətməsi tamamilə təsdiq olunur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, zərər çəkmiş şəxsin və şahidlərin yuxarıda şərh olunan və biri-birinə uyğun olan ifadələri hər hansı təsir və təzyiq altında vermələri, ekspertiza rəyəlrinin qeyriobyektiv olması, digər sübutların qanunsuz yolla əldə edilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası vurğulayır ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenimunun 3 mart 2005-ci il tarixli qərarının 23cü bəndində aşağıdakılar izah edilir ki, soyğunçul uq cinayətində həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkm işə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin əməli CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanund a göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya sila h tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Özgə əmlakını talamaq məqsədilə zərərçəkmişi köməksiz vəziyyətə salmaq üçün onun iradəsinə zidd, yaxud aldatma yolu ilə orqanizminə güclü təsiredici, zəhərli və ya bihuşedici vasitələr yeridilməsi quldurluq kimi tövsif edilməlidir. Həmin məqsədlə zərərçəkmişin orqanizminə onun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan vasitələr, maddələr yeridilmişsə, o zam an əməl, nəticəsindən asılı olaraq, zor tətbiq etməklə törədilən soyğunçuluq kimi tövsif olunmalıdır. Qeyd edilən cinayətlər törədilərkən, tətbiq olunmuş vasitələrin, maddələrin təsirinin xüsusiyyəti və xarakteri, lazım gəldikdə müvafiq mütəxəssis və ya ekspert vasitəsilə müəyyən oluna bilər. Özgə əmlakını talamaq məqsədilə, insanın həyatı və ya sağlamlığı üçün təhlükə yaradan itlərdən və ya digər heyvanlardan istifadə edən, yaxud bu yolla zor tətbiq etmək hədəsindən istifadə edən şəxsin əməli, işin konkret hallarından asılı olaraq, CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası quldurluğun törədilməsi zamanı tətbiq edilmiş qaz balonundan istifadə etməməsini və həmin balonun boş olması ilə bağlı məhkumun kassasiya şikayətində göstərdiyi dəlilə cavab olaraq əvvəla qey d edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bütün ifadələrində ona qarşı edilmiş basqın zamanı onun pulunu ələ keçirmiş şəxs tərəfindən gözyaşardıcı qaz balonu çıxardıb onun üzünə tutmaqla, ona hədə qorxu gəlməsini, yumruqla onun sifətindən vurmasını, onu yerə yıxıb təpiklə vurmasını və pulu ələ keçirdikdən sonra hadisə yerindən qaçmasını göstərmişdir. Bu halların təhlili onu göstərir ki, Zərərçəkmiş şəxs ona qarşı qaz balonundan istifadə oluna biləcəyini və bunun onun həyat və sağlamlığı üçün təhlükə törədəcəyini dərk etmiş, Məhkum isə həqiqətən talama cinayətini maneəsiz törətməsi üçün həmin qaz balonundan istifadə edə biləcəyi bara zərər çəkmiş şəxsi hədələmişdir. Eyni zamanda iş materialları ilə Məhkumun istifadə etdiyi qaz balonunun yararlı olması da məhkəmə-kriminalistik ekspertizasnın 1 4 dekabr 2018-ci il tarixli 32682/32683 saylı rəyi ilə təsdiq olunur. Həmin rəyə əsasən, tədqiqata təqdim edilmiş, zavod üsulu ilə qablaşdırılmış, üzərində “Condor Spray GL 108 CS...0,5 qr/80 ml lndustria...Brasil” əmtəə göstəriciləri olan 1 ədəd aerozol tipli balonun içərisindəki maddənin tərkibi bibər qoxusuna bənzər sarımtıl rəngli yanar maddədən (o-xlorobenzilidenemalononitril), etil spirtindən və digər qaz qarışıqlarından ibarət olub, istifadəyə yararlıdır. Təqdiqata təqdim edilmiş bir ədəd predmet - zavod üsulu ilə istehsal edilmiş, göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğudur, qaz silahıdır. Məhkəmə-tibbi ekspertizasının 22 sentyabr 2018-ci il tarixli 896 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın iç səthinin ağızın selikli qişasının səthi əzilmiş yarası, başın təpə nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 19 sentyabr 2018-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün- özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur). Bu rəylərin təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, birincisi, ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, ikincisi, ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməm iş, üçüncüsü, rəylərin nəticələri digər sübutlarla da üst-üstə düşür. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin şübhə altına alınması üçün heç bir əsas yoxdur, Məhkumun istifadə etdiyi qaz balonu yararlı vəziyyətdə olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası bunlara dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri də əsaslı sayır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və i stintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, o cümlədən ekspertizalarının rəylərinə əsaslanaraq, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutları araşdırıb onlara verdikləri qiymətləndirmə əsasında Məhkumun cinayəti məhz ona elan olunmuş ittihamda göstərilmiş şəraitdə törətməsi barədə gəldikləri nəticəni əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və iş üzrə əlavə araşdırmanın aparılmasına heç bir əsas yoxdur. Məhkəmə kollegiyası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulmuş “basqın” əlamətinə dair təfsir verərək həmçinin onu qeyd etməyi zəruri bilir ki, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın həm əmlak ələ keçirilməzdən əvvəl, həm də əmlak digər üsullarla (məsələn, açıq və ya gizli talama, aldatma və ya etibardan sui-istifadə yolu ilə) ələ keçirildikdən sonra da baş verə bilər. Bu o deməkdir ki, təqsirkar özgə əmlakını oğurluq, soyğunçuluq, yaxud da dələduzluq yolu ilə ələ keçirdikdən sonra onu özündə saxlamaq məq sədilə əvvəlki niyyətindən kənar hərəkətlər etdikdə, yəni əmlak mülkiyyətçisinə və ya onun istifadəçisinə (zərər çəkmiş şəxsə) onun həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etdikdə və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi söylədikdə onun əməlləri artıq əmlakın ələ keçirilməsi ilə bağlı bundan əvvəl törətdiyi əməl kimi deyil, quldurluq əməli kimi qiymətləndirilməli və müəyyən edilmiş digər əlamətlərdən asılı olaraq CM-nin 181.1, 181.2 və 181.3-cü maddəsi ilə tövsif edilməlidir. Bu nəticə həmçinin ona görə hasil olur ki, basqın əlamətini quldurluq cinayətinin digər tərkib əlamətlərindən ayırmaq, yəni əmlakın ələ keçirməsini bir cür və istər bundan əvvəl, istərsə də bundan sonra edilmiş basqını başqa cür qiymətləndirmək mümkün deyil. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını milli və beynəlxalq qanunvericiliyin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bundan başqa, bu halların əsasına qoyulmuş mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutlardan Məhkumun hərəkətlərində silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilmiş quldurluq cinayətinin tərkibinin mövcud olması görünür. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr hökmdən verilmiş apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələ rinin Məhkumun törətdiyi əməlin CM-nin 181.2.5, 228.4 və 310-cu maddələri ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Buna görə məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkuma birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəza da apellyasiya qaydasında yoxlanılarkən məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməsi müəyyən edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Məhkumun törətdiyi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, şəxsiyyətini səciyyələndirən məlumatlardan, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsindən, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsindən, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasınıdan, himayəsində iki nəfər azyaşlı uşağın olmasınından, CM-nin 61-ci maddəsində cəzanı ağırlaşdıran halların olmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, məhkumun hökmlə CM-nin 181.2.5, 228.4 və 310-cu maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən etməsindən görünür ki, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, o cümlədən CM-nin olaraq 59, 61, 58.3-cü maddələrinin tələblərinə əməl etmiş və ona CM-nin 8-ci maddəsində nəzərə tutulmuş ədalət prinsipinə, CM-nin 41.2-ci maddəsində göstərilən cəzanın məqsədlərinə cavab verən, təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzanın aşağı hədlərində ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi haqda d övlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, məhkum Məhkumun kassasiya şikayəti təmin edilməməli və onun CM-nin 181.2.5, 228.4 və 310-cu maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5, 228.4 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 29 iyul 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar