Məhkəmə qərarları › İş №1(102)-743/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-743/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-743/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3- cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: X8, hakimlər X4 və X1 ibarət tərkibdə) 23 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi şdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qərarı ilə Məhkum1 Astara rayon Məhkəməsinin 04 avqust 2015-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 07 (yeddi) ay 24 (iyirmi dörd) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum1 əvvəlki hökm üzrə çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum1 üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum1 cəzasını ciddi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Məhkum1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X12 oğlunun sədrliyi və məruzəsi, X6 və X3 ibarət tərkibdə) 2 iyun 2021-ci il tarixli qərarı ilə məhkumlar: Məhkum2 və Məhkum1, habelə Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayət Məhkəməsinin Məhkum2 və Məhkum1 barəsində olan 23 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmə dən saxlanılmışdır. 22 sentyabr 2022-ci il tarixdə Məhkum1 kassasiya şikayəti ilə yanaşı, ötürülmüş prosessual müddətinin bərpasına dair həmin tarixli vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, məhkəmə qərarından hansı müddətdə şikayət verməli olduğunu bilmədiyini göstərməklə, buraxılmış müddətinin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X12 oğlunun sədrliyi və məruzəsi, X6 və X3 ibarət tərkibdə) 1 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpasına dair Məhkum1 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətind ə kassasiya şikayətinin müddətinin qismən ötürülməsini nəzərə alaraq kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş ş əxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun məhkum tərəfindən məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçin in müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkum Bakı Apellyasiya Məhkəməsinin qərarından hansı müddətdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə biləcəyi barədə hər hansı məlumatının olmamasını göstərsə də, Məhkum1 Bakı Apellyasiya Məhkəməsinin bütün məhkəmə iclaslarında iştirak etmiş, qərar elan olunarkən, ona hansı müddətdə kassasiya şikayəti vermə hüququnun olması izah edilmiş, eyni zamanda Məhkum1 müdafiəçi ilə təmin edilmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə göstərilənlər buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul oluna bil məz. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini,, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar əlavə etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklər əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1- 1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Həmçinin həmin Məcəllənin 410.1-1-ci maddəsinin məzmunundan aydın olur ki, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyi Məhkum1 mübahisələndirdiyi qərardan kassasiya şikayəti verilmə müddətini 12 ay nəzərdə tutmuş və bu müddət həmin qərarın ona rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən Məhkum1 Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının qərarını 03 iyun 2021-ci il tarixdə qəbzə imza etməklə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 2 iyun 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum1 tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənli k prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayə t prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bu ndan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi də zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qald ırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müə yyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X9rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar