Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-743/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə 20 aprel 1998-ci ildə Culfa rayonunun Xanəgah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, mühafizəçi, məhkum olunmamış, Culfa rayonu Xanəgah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3-cü maddələri məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)-863/2024 nömrəli 1 noyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lerik Rayon Məhkəməsinin (sədrlik edən Y.S.Zeynalov) 1(048)-43/2024 nömrəli 16 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin 12 mart 2024-cü il tarixli 1-1(097)-49/2024 nömrəli hökmü ilə təyin edilmiş 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə 1 (bir) günə 8 (səkkiz) saat hesabı ilə hesablanmaqla 1 (bir) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və Məhkum qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin 15 aprel 2024-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həm in hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin (sədrlik edən: E.İ.Əliyev, hakimlər Y.X.Həşimov, İ.H.Əhmədov) 1(106)-863/2024 nömrəli 1 noyabr 2024-cü il tarixli qərarı ilə Lerik Rayon Məhkəməsinin 1(048)-43/2024 nömrəli 16 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 14 aprel 2024-cü il tarixdə Lerik şəhər sakini Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmi ş və həmin gün, saat 23 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus evin mətbəxinin pəncərəsini Təqsirləndirilən şəxs özü ilə apardığı vintaçan alətlə sıxıb açdıqdan sonra evə daxil olub evin otaqlarını tam axtarıb əşyaları səliqəsiz hala salaraq evdə qiymətli əşya və pul tapmadığı halda evdə olan müsiqi alətləri 1 ədəd elektrogitaranı, 1 ədəd sazı, 3 ədəd 50 qramlıq və 1 litrlik şüşədə olan viski içkisini, 5 ədəd flaşkartı, nasaz vəziyyətdə olan 01 ədəd «Samsung» və 1 ədəd «Sony» markalı mobil telefon cihazlarını, 1 ədəd suvenir qələmi və həyətyanı sahədə qapısı açıq tövlədən kömürlə işləyən 1 ədəd samavarı, 1 ədəd «LG» markalı plazma televizoru və 1 ədəd kompüter monitorunu oğurlamışdır. Evdən oğurladığı televizoru və kompüter dəstinin monitorunu gələcəkdə sata bilməyəcə yini düşünüb televizoru həyətdə atıb sındırmaqla yararsız hala salmış, kompüter dəstinin 130 manat dəyərində olan montiorunu isə evin girişində saxlayıb digər əşyaları, yəni 1 ədəd elektrogitaranı, 1 ədəd sazı, 3 ədəd 50 qramlıq və 1 litrlik şüşədə olan “viski” içkisini, 5 ədəd flaşkartı, nasaz vəziyyətdə olan 1 ədəd «Samsung» və 1 ədəd «Sony» markalı mobil telefon cihazlarını, 1 ədəd suvenir qələmi və həyətyanı sahədə qapısı açıq tövlədən kömürlə işləyən 1 ədəd samavarı oğurlayıb həyətdən çıxararaq aparmaqla zərər çəkmiş şəxsə ümumilikdə 2345 manat məbləğində ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-863/2024 nömrəli 1 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsini və məhkum a azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət müəllifi hesab edir ki, məhkəmələr Məhkum azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edərkən onu xarakterizə edən bütün halları, xüsusən də Məhkum həqiqi hərbi xidmətdə olduğu zaman 2023-cü ilin sentyabr ayında aparılmış antiterror əməliyyatlarında yaxından iştirak etdiyini, törədilmiş cinayət hadisəsi nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ona aid hissəsini tam halda ödənildiyini, zərər çəkmiş şəxsin onun barəsində şikayət və tələbinin olmadığını, bununla bağlı məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə ilə müraciət etdiyini, Məhkum anasının ağır və sağalmaz xəstəliyə düçar olduğunu və s. bu kimi məsuliyyətini yüngülləşdirən halların mövcud old uğunu nəzərə almamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi4, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgün lüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayəti vermiş şəxs verilmiş kassasiya şikayətində Məhkuma aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Azərb aycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 177.2.1-cü maddəsinə görə eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, CM-in 177.2.3-cü maddəsində eyni əməli yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə məsuliyyət nəzərdə tutmuş və bu əməllər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bi lər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvə l cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcə si və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli o laraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngüllə şdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə ə sasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hök mdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən onun vurulmuş ziyanın onun üzərinə düşən hissəsini ödəməsi və gənc olması yüngülləşdirən hal kimi qiymətləndirmiş, CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması isə müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də verilmiş apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləş dirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətində məhkumun cəzasının yüngülləşdirilməsi üçün göstərilən hallar artıq məhkəmələr tərəfindən cəza təyin edilərkən nəzərə alınmşdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövc udluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməkl ə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin 1 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-863/2024 nömrəli 1 noyabr 2024-cü il tarixli qərarı kassasiya
Məhkəmə qərarları › İş №1(102)-743/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-743/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver