Məhkəmə qərarları › İş №1(102)-744/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-744/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-744/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Kazımov Tahir Lələkişi оğlu, Ali Məhkəməyə daхil оlmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından şikayət vermiş şəxs Şahid tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Verilmiş kassasiya şikayətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(042)-53/2019 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respubl ikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qeyd olunan qərardan iş üzrə şikayət vermiş şəxs (şahid) Şahid apelyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Məhkum azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və onun zərərçəkmiş şəxsin hüquqi varis i kimi tanınmasını xahiş etmişdir. İşə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası xx xxxxxx 2020-ci il tarixli qərarı ilə şikayət vermiş şəxs (şahid) Şahid tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan Şahid tərəfindən kassasiya şikayəti verilmişdir. Lakin, kassasiya şikayəti cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, kassasiya şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə edilməmişdir. Kassasiya şikayətindən görünür ki, şikayət vermiş şəxs (şahid) Şahid tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imzalanmış kassasiya şikayəti xx xxxx 2020-ci il tarixdə Ali Məhkəməyə daxil olmuşdur. Belə ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıld ığı gündən 01 (bir) ay 04 (dörd) gün sonra verilmiş, bununla da kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmışdır. Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 391.3 və 520.7-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qəraralarından (apellyasiya instansiyası məhkəməsinin ilkin baxış və hökmün icrası qaydasında olan qərarlardan) – onların çıxarıldığı vaxtdan 1 (bir) ay müddətində kassasiya şikayəti və ya kassasiya protestinin verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən vaxt ərzində Şahid tərəfindən kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 411.1-ci maddəsinin tələblərinə görə isə, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün m üddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər kassasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası CPM-nin 415 və 418.3-cü maddələrinin tələbinə əsasən hərəkətsiz saхlanılmış və göstərilən çatışmazlığın aradan qaldırılması üçün 20 (on) gün vaхt verilmişdir. Göstərilən müddət ərzində qeyd olunan çatışmazlıq aradan qaldırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 418.4-cü maddəsinə əsasən təyin edilmiş müddət ərzində bu tələblər (CPM-nin 415-ci maddəsində göstərilən) yer inə yetirilmədikdə, kassasiya instansiyası məhkəməsi hakiminin qərarı əsasında kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab olunur və baxılmamış saxlanılır. Qeyd оlunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 418.4-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından şikayət vermiş şəxs Şahid tərəfindən verilmiş kassasiya şikayəti baxılmamış saxlanılsın. Kassasiya şikayəti Şahid qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar