Məhkəmə qərarları › İş №1(102)-744/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-744/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-744/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X7 və onun müdafiəçisi, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Feyzullayev Xəyal Yusif oğlunun iştirakları ilə xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də baş direktoru n müşaviri işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli hökmü ilə (hakim Rə şad Məmmədov) X5 – əməlində Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: X5 Azərbaycan Respublikası CM-in 213.2.2-ci mad dəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, istintaq orqanının qənaətinə görə o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Lənkəran rayonu, Liman qəsəbəsi olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra MMC) (VÖEN:**********) özünü direktorun müşaviri vəzifəsinə təyin etdirib, MMC-nin faktiki rəhbəri olarkən, həmin cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 92, 98, 103.1, 104, 105.1, 130.1, 130.2, 149, 150, 151, 153, 154, 159, 161, 166, 173, 174, 175, 177, 178, 196, 197, 198, 201 və 202-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına cari bəyannamələr təqdim edib ödəməməklə, təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə külli miqdar təşkil edən 208.491,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi "xxxx" MMC-nin adından 2017-ci il üzrə balıq və ət məhsulla rının satışını həyata keçirib, həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində gəlirini 1.408.752,98 manat, xərcini 1.173.960,81 manat, əldə etdiyi mənfəətini 234.742,17 manat və ödəməli mənfəət vergisini 46.958,44 manat göstərməli olduğu halda, həmin il üzrə gəlirini 1.248.808,08 manat, xərcini 1.238.343,73 manat, əldə etdiyi mənfəətini 10.464,35 manat və ödəməli mənfəət vergisini 2.092,87 manat göstərərək, cəmi 44.865,56 manat mənfəət vergisini, habelə, cəmiyyətin adından 2017-ci ilin sentyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyəni 4.252,42 manat, ƏDV-ni 765,44 manat, əvəzləşdirilən ƏDV-ni 18.418,27 manat və büdcədən istənilən ƏDV-ni 17.652,83 manat göstərməli olduğu halda, dövriyyəni 4.252,42 manat, ƏDV-ni 765,44 manat, əvəzləşdirilən ƏDV-ni 19.020,53 manat və büdcədən istənilən ƏDV-ni 18.255,09 manat göstərərək, 602,26 manat ƏDV-ni, eyni zamanda 2017-ci ilin dekabr ayı üzrə ƏDV tutulan dövriyyəni 276.553,6 manat, ƏDV-ni 49.779,65 manat, əvəzləşdirilən ƏDV-ni 27.906,08 manat və ödənilməli ƏDV-ni 21.873,57 manat göstərməli olduğu halda, dövriyyəni 116.608,7 manat, ƏDV-ni 20.989,57 manat, əvəzləşdirilən ƏDV-ni 27.906,08 manat və büdcədən istənilən ƏDV-ni 6.916,51 manat göstərərək, 28.790,08 manat ƏDV-ni, bundan başqa 2018-ci ilin sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəni 774.643,1 manat, ƏDV-ni 139.435,76 manat, əvəzləşdirilən ƏDV-ni 9.192,34 manat və ödənilməli ƏDV-ni 13.0243,42 manat göstərməli olduğu halda, dövriyyəni 28.900,0 manat, ƏDV-ni 5.202,0 manat, əvəzləşdirilən ƏDV-ni 9.192,34 manat və büdcədən istənilən ƏDV-ni 3.990,34 manat göstərərək, 134.233,76 manat, cəmi 163.626,10 manat ƏDV-ni, ümumilikdə isə külli miqdar təşkil edən 208.491,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsun ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirliliyi, yəni külli miqdar təşkil edən 208.491,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı, mülki iddiaçının nümayəndəsinin ifadəsi, şahid ifadələri, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, eləcə də sair mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, aşağı instansiya məhkəmələri 20 may 2022-ci il tarixli, 9/8514-9/8588 saylı və xx.xx.2022-ci il tarixli, 9/5925-9/5809 saylı ekspert rəylərini əsas götürərək, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə fəaliyyəti üzrə xx.xx.2020-ci tarixə 37.305,22 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməməsi qənaətinə gəlmişlər. Halbuki, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2021 saylı ekspertiza rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən "xxxx" MMC-nin fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməli vergi borcu 208.491,66 manat məbləğində müəyyən olunur, o cümlədən 2017-ci il üzrə mənfəət vergisi 44.865,56 manat, ƏDV üzrə 29.392,34 manat, 2018-ci il üzrə ƏDV 134.2 23,76 manat məbləğində göstərilmişdir. Dövlət ittihamçısının fikrincə, xx.xx.2022-ci il tarixli, 9/85149/8588 saylı və xx.xx.2022-ci il tarixli, 9/5925-9/5809 saylı ekspert rəyləri tam əsassızdır: Belə ki, iş materiallarında olan bu rəylərin nəticə hissəsində göstərilmişdir ki, ”MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Yəni, həmin rəydən Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində bazar qiymətlərinə təsir edə bilən amillərin nəzərə alınması görünmür”. Halbuki, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş rəydə müəyyən olunmuş bazar qiymətlərinin hansı mənbələr dən alınması və hansı təhlil əsasında bu qiymətlərin müəyyən edilməsi birbaşa olaraq rəyin 5-ci bəndi sayılan “Aparılmış Hesablamalar" bəndində ətraflı şəkildə əks olunmuşdur. Belə ki, ekspert sözügedən rəyin 5-ci bəndində qeyd edir ki, ekspert qoyulan sualı cavablandırmaq məqsədi ilə yerli bazarda satış məqsədi' ilə idxal edilən qida məhsullarının qiymətləri ilə tanış olduqdan sonra əldə etdiyi məlumatları təhlil edib, müqavilədə nəzərdə tutulmuş təyinat üzrə qiymətləndirməni həyata keçirmişdir. Hesablama prosesində qiymətləndirici aparılan tədqiqatlar, sorğular, internet səhifələrindəki rəsmi məlumatlara və "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehlak malları üzrə apardığı monitorinq məlumatlarına əsaslanaraq reallıqları daha düzgün və daha dəqiqliklə əks etdirəcəyi qənaət inə gəlmişdir. Qeyd edilən dövr ərzində idxal olunmuş qida məhsullarının satış qiyməti haqqında bütün məlumatlar "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehlak malları üzrə apardığı aylıq araşdırmalara və bununla bərabər Azərbaycan Respublikasının bir neçə şəbəkə marketlərindəki qiymətlərə əsaslanmışdır. Digər tərəfdən malların bazar qiyməti müəyyən edilərkən bazar qiymətlərinə təsir edə biləcək amillərin təqdim ediləcək ekspert rəyində mütləq göstərilməli məlumatlar olması və ya sözügedən amillərin veriləcək rəydə sadalanmalı olması qanunvericilikdə imperativ göstəriş kimi nəzərdə tutulmamışdır. Məhkəmə istintaqı zamanı verilmiş rəylərdə də ekspertlər tərəfindən bazar qiyməti müəyyən edilərkən bazar qiymətlərinə təsir edə biləcək amillər göstərilməmişdir. Ekspertlər "xxxx" MM C-nin verdiyi rəyin əsassız olmasını sübut etməyə çalışmış və özləri tərəfindən verilmiş rəylərdəki nöqsanları qeyd etməmişlər. Ekspertlər tərəfindən bazar qiymətləri müəyyənləşdirilərkən Vergi Məcəlləsinin 14.6.1.1-14.6.1.8-ci maddələrinin tələblərinə əsasən qiymətlərə təsir edən amillərin nəzərə alınıb-alınmadığı müəyyən deyil və rəylərdə bu barədə hər hansı xüsusata rast gəlinmir. Belə olan halda, heç bir mənbəyə istinad edilmədən və Vergi Məcəlləsinin müddəalarının tələbləri pozulmaqla verilmiş ekspertiza rəyi əsaslı ola bilməz. Məhkəmələr tərəfindən belə rəyin mötəbər sübut kimi qiymətləndirilməsi əsaslı ola bilməz. Bundan başqa, ekspertlər tərəfindən bazar qiymətləri müəyyən edilərkən konkret olaraq hansı mənbədən istifadə edilməklə bazar qiymətlərinin müəyyən edilməsi qeyrimüəyyəndi r. Ancaq, "xxxx" MMC-nin verdiyi rəydə mənbələr daha dəqiq qeyd edilmiş, həmçinin xx.xx.1998-ci il tarixli “Qiymətləndirmə Fəaliyyəti haqqında Qanunun” tələblərinə riayət edilməklə malların bazar qiyməti müəyyən edilmişdir. Ekspertlər həmçinin göstərmişlər ki, “Vergi Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tətbiq edilir. Əks hal sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir. Ekspertiza tədqiqatında müəssisə tərəfindən təqdim edilmiş balıq məhsulları ayrı-ayrı hüquqi şəxslərə ciddi uçot blankı olan qaimə-fakturalar əsasında təqdim edilmişdir. Halbuki, səyyar vergi yoxlaması zamanı müəssisənin mühas ibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Vergi Məcəlləsinin 14.6.6-cı və 14.2-ci maddələrinin tələblərinə ziddir. Ekspertin bu şəkildə qiymətləndirmə aparması, tərəflərin təqdim etdiyi qiymətləri bazar qiyməti kimi qəbul etməsi hüquqazidd olmaqla yanaşı, tətbiq etdiyi hüquq norması da anlaşılan olmamaqla qeyri-müəyyəndir. Vergi Məcəlləsinin 14.2-ci maddəsində aydın ifadə olunmuşdur ki, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Həmin maddənin ikinci cümləsində qeyd edilir ki, əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1 Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül t apan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Aşkar görünür ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsinin birinci cümləsində ifadə olunan “bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa” şərti daha sonrakı bəndlərdə və ya hissələrdə cavabını tapmışdır. Müəyyən olunmuş hallar bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması halları olmaqla işin faktiki halları baxımından idxal əməliyyatının olması və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməsi hüquqi imkan yaradır ki, bazar qiymətləri müəyyən edilsin. Vergi Məcəlləsinin 14.2-ci maddəsinin ikinci cümləsinin, həm də 14.6.6-cı maddəsinin tətbiqi zəruri olmuşdur. Belə ki, sonuncu maddənin ikinci cümləsində deyilir ki, “Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir”. Göründüyü kimi ekspert rəyi ilə əks hal sübut olunmuşdur. Həmçinin, Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Beləliklə, bir daha təsdiq olunur ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 14.2-ci və 14.6.6-cı maddələrinin tətbiqində səhvə yol verilməmiş, hüquq normaları düzgün tətbiq edilmişdir. Ekspert rəyində əlavə olaraq qeyd olunur ki, Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri (qaimə-fakturalar, elektron vergi hesab -fakturalar, əmək haqqı və ona bərabər tutulan ödəmələr, sosial sığorta haqları, bank xərcləri, yük gömrük bəyannamələri və s.) müəssisə üzrə aparılmış ma liyyətəsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2017-ci ildə ümumi gəlirin əldə olunması ilə bağlı xərcləri də özündə əks etdirir. İşdə məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən kifayət qədər əsaslar olduğu təqdirdə imtina edilməmiş, tərəf olaraq mülki iddiaçının hüquqlarının pozulması ilə nəticələnə biləcək şəkildə rəy verilmişdir. X7 tərəfindən törədilmiş cinayət hadisəsində külli miqdarda vergidən yayınma cinayətinin bütün zəruri əlamətləri mövcud olsa da, məhkəmə bu mövcudluğu istisna edərək əsassız olaraq bəraət hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi də Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinin tələblərini pozaraq iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmayaraq əsassız olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı, Bakı şəhər Lokal Gəlirlər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai istintaq zamanı təsdiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin adından (VÖEN: **********) vergi orqanına təqdim olunmuş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, 2017-ci il üzrə 44.865,56 manat mənfəət vergisini, 2017-ci il üzrə 29.392,34 manat və 2018-ci il üzrə 134.233,76 manat ə lavə dəyər vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 208.491,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Məhkəmə tərəfindən qanunun tələb etdiyi şəkildə araşdırmanın aparılmaması nəticədə ədalətli olmayan məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Ədalətlilik prinsipinin pozulması məhkəmə araşdırmasının lazımi şəkildə aparılmasını birmənalı şəkildə şübhə altına qoyur və istisna edir. Məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı təqdim olunan ekspert rəyləri ilə bağlı bildirilir ki, sözügedən cinayət təqibi zamanı üç sayda ekspert rəyi təqdim edilmişdir ki, bu rəylərdən biri məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq zamanı təqdim edilmiş, digər iki rəy isə məhkəmə icraatı, məhkəmə istintaqı zamanı təqdim edilmişdir. İş mater iallarında olan ilkin məhkəmə-mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2021 saylı rəyi ilə bağlı bildiririk ki, məhkəmə sözügedən rəyi qiymətləndirərkən ilkin ekspertizanın rəyini qeyri-mötəbər hesab etmək üçün digər rəylərə münasibətdə qiymətləndirməmişdir. Mülki iddiaçının fikrincə, işin məhkəmə baxışı zamanı təyin olunmuş qərarlar əsasında alınmış 20 may 2022-ci il tarixli, 9/85149/8588 saylı və 18 noyabr 2022-ci il tarixli, 9/5925-9/5809 saylı ekspert rəyləri tam əsassızdır: Belə ki, ekspertlər rəydə qeyd edirlər ki, ”MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Yəni, h əmin rəydə Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində bazar qiymətlərinə təsir edən bilən amillərin nəzərə alınması görünmür”. Qeyd olunan dəlillə əlaqədar olaraq bildirilir ki, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş rəydə müəyyən olunmuş bazar qiymətlərinin hansı mənbələrdən alınması və hansı təhlil əsasında bu qiymətlərin müəyyən edilməsi birbaşa olaraq rəyin 5-ci bəndi sayılan “Aparılmış Hesablamalar” bəndində ətraflı şəkildə əks olunmuşdur. Belə ki, ekspert sözügedən rəyin 5-ci bəndində qeyd edir ki, “Ekspert qoyulan sualı cavablandırmaq məqsədi ilə yerli bazarda satış məqsədi ilə idxal edilən qida məhsullarının qiymətləri ilə tanış olduqdan sonra əldə etdiyi məlumatları təhlil edib, müqavilədə nəzərdə tutulmuş təyinat üzrə qiymətləndirməni həyata keçirm işdir. Hesablama prosesində qiymətləndirici aparılan tədqiqatlar, sorğular, internet səhifələrindəki rəsmi məlumatlara və "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehlak malları üzrə apardığı monitorinq məlumatlarına əsaslanaraq reallıqları daha düzgün və daha dəqiqliklə əks etdirəcəyini düşünərək, bu yanaşmanın tətbiqinə önəm vermişdir. Göstərilən dövr ərzində idxal olunmuş qida məhsullarının satış qiyməti haqqında bütün məlumatlar "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehlak malları üzrə apardığı aylıq araşdırmalara və bununla bərabər Azərbaycan Respublikasının bir neçə şəbəkə marketlərindəki qiymətlərə əsaslanmışdır”. Digər tərəfdən malların bazar qiyməti müəyyən edilərkən bazar qiymətlərinə təsir edə biləcək amillərin təqdim ediləcək ekspert rəyində mütləq gö stərilməli məlumatlar olması və ya sözügedən amillərin veriləcək rəydə sadalanmalı olması qanunvericilikdə imperativ göstəriş kimi nəzərdə tutulmamışdır. Məhkəmə istintaqı zamanı verilmiş rəylərdə də ekspertlər tərəfindən bazar qiyməti müəyyən edilərkən bazar qiymətlərinə təsir edə biləcək amillər göstərilməmişdir. Halbuki, bunu nöqsan kimi rəylərində qeyd edərək "xxxx" MMCnin verdiyi rəyin əsassız olmasını sübut etməyə çalışan ekspertlər özləri də verdikləri rəylərdə nöqsan kimi qeyd etdiyi halları əks etdirməmişlər. Göründüyü kimi ekspertlər tərəfindən bazar qiymətləri müəyyənləşdirilərkən Vergi Məcəlləsinin 14.6.1.1-.14.6.1.8-ci maddələrinin tələblərinə əsasən qiymətlərə təsir edən amillərin nəzərə alınıb-alınmadığı müəyyən deyil və rəylərdə bu barədə hər hansı xüsusata rast gəlinmir. B elə olan halda, heç bir mənbəyə istinad edilmədən və Vergi Məcəlləsinin müddəalarının tələbləri pozulmaqla, eləcə də milli və beynəlxalq standartların tələblərinə cavab verməyən qiymətləndirilmənin aparılması ilə verilmiş ekspertiza rəyi əsaslı ola bilməz və məhkəmələr tərəfindən belə rəyin mötəbər sübut kimi qiymətləndirilməsi tam əsassızdır. Bundan başqa, ekspertlər tərəfindən bazar qiymətləri müəyyən edilərkən konkret olaraq hansı mənbədən istifadə edilməklə bazar qiymətlərinin müəyyən edilməsi qeyrimüəyyəndir. Halbuki, "xxxx" MMC-nin verdiyi rəydə mənbələr daha dəqiq qeyd edilmiş, həmçinin xx.xx.1998-ci il tarixli “Qiymətləndirmə Fəaliyyəti haqqında Qanunun” tələblərinə riayət edilməklə malların bazar qiyməti müəyyən edilmişdir. Lakin məhkəmə istintaqı zamanı verilmiş rəylərdə bunlar g örünmür. Həmin rəyləri daha çox təqsirləndirilən şəxsin vəziyyətinin yüngülləşdirilməsinə imkan verən qeyri-obyektiv rəylər kimi xarakterizə etmək olar. Ekspert qarşısında qoyulmuş suallar üzrə heç bir tədqiqat aparmadan sadəcə vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannaməsi üzrə verdiyi məlumatları tərtib etdiyi rəyə köçürərək xərclər yaratmış və ümumi qaydada vergilərin hesablanmasının müəyyən edilməsi fikrini formalaşdırmağa çalışmışdır. Ekspertin xərc kimi qeyd etdiyi rəqəmləri konkret təsdiq edən xərc sənədləri iş materiallarında mövcud deyildir. Təsdiqini tapan xərc sənədləri barədə məlumatlar yuxarıda qeyd edilmişdir. Lakin xərc sənədləri qeyd olunduğu kimi tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış və bu baxımdan yoxlayıcı tərəfi ndən qanunvericiliyə uyğun olaraq mənfəətin müəyyən olunması üçün şərti rentabellik norması tətbiq edilmişdir. Həmçinin ekspert rəyində qeyd edilir ki, “Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri müəssisə üzrə aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını özündə əks etdirir. Barəsində etiraz verdikləri ekspert rəyi üzrə ciddi tədqiqat aparılmadığı və ekspertə təqdim olunmuş tədqiqat materialları tədqiq olunmadığından iş materiallarında mövcud olan məlumatları belə ekspert mövcud olmamış kimi təqdim edərək gəldiyi yanlış nəticəni təhrif olunmuş şəkildə əsaslandırmağa çalışmışdır. Belə olan halda barəsində etiraz təqdim edilmiş ekspert rəyinin mötəbər sübut kimi qəbul edilərək qiymətləndirilməsi ciddi prosessual pozuntudur. Yuxarıda qeyd olunan işin faktiki hallarını və həmin hallara tətbiq olunacaq beynəlxalq hüquq normalarını və milli qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirlər ki, bəraət hökmü ləğv edilməli və mülki iddianın tam təmin edilməsi və həmin məbləğin təqsirləndirilən şəxslərdən tutulması ilə nəticələn ittiham hökmü çıxarılmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs A.Sultanovun və müdafiəçi X.Feyzullayevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin s əlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində A.Sultanova əsassız olaraq bəraət verilməsi mübahisələndirilir və işin apelyasiya instansiya məhkəməsində təkrar baxışa təyin edilməsini xahiş edilir. Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 213.2-ci maddəsinə görə “Eyni əməllər: 213.2.2. külli miqdarda törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinə görə “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması əd alətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il t arixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nət icələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olm ası haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən, protestdə və şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində və kassasiya şikayətində irəli sürülən dəlillər, apellyasiya protestinin və apelyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Məhkəmə kollegiyası mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: İbtidai istintaq orqanı tərəfindən X7 CM-in 213.2.2-ci maddəsi ilə - külli miqdarda vergiləri, yəni 208.491,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda təqsirləndirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X5 ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın əsasını "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə və həmin mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2021 saylı ekspertiza rəyi təşkil edir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə hüququ ünvanı Lənkəran rayonu, Liman şəhəri və direktoru X7 olan "xxxx" MMC-də 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli qərara əsasən idarənin əməkdaşı HŞahid1 tərəfindən səyyar verdi yoxlaması həyata keçirilmiş, yoxlama xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etmişdir. Vergi orqanının xx.xx.2019-cu il tarixli qərarı ilə, iş üzrə ekspertiza təyin edilmiş ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. Səyyar vergi yoxlaması "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən "xxxx" MMC tərəfindən 163.626,10 manat məbləğində ƏDV-nin azaldılması və 44865,56 manat məbləğində mənfəət vergisinin azaldılması faktı müəyyən etmiş və yoxlamanın yekunu olaraq **********170941 saylı xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-də (VÖEN:**********) vergi orqanına təqdim olunmuş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilməklə və bəyannamə təqdim edilməməklə, 2017-ci i l üzrə 44865,56 manat mənfəət vergisi, 2017-ci il üzrə 29392,34 manat və 2018-ci il üzrə 134233,76 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 208491,66 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai araşdırılması aparılmışdır. İbtidai istintaq orqanının xx.xx.2020-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə N azirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2021 saylı ekspertiza rəyinə əsasən iş materiallarında olan sənədlərə əsasən "xxxx" MMC-nin fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməli vergi borcu - mənfəət vergisi 2017-ci il üzrə 44.865,56 manat, ƏDV 2017-ci il üzrə 29392,34 manat, ƏDV 2018-ci il üzrə 134.223,76 manat olmaqla 208.491,66 manat məbləğində müəyyən edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/2539 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Həmçinin, qeyd edilir ki, xərc sənədləri təqdim olunmuş iş materiallarında mövcuddur. Həmin sənədlərin rekivizitləri iş materiallarında olan ilkin mühasibat sənədlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8514-9/8588 saylı ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Azərbaycan Res publikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5925-9/5809 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 398.884,56 manat məbləğində idxal əməliyyatları həyata keçirilmişdir ki, həmin mallara görə ödənilən ƏDV-nin məbləği 71.799,22 manat məbləğində müəyyən edilir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2021 saylı rəyində qeyd olunur ki, yoxlama zamanı malların məxclərini təsdiq edən sənədlər tam olmadığından "xxxx" MMC-nin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfind ən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Yəni həmin rəydə VM-nin 14.6.1. maddəsində bazar qiymətlərinə təsir edə bilən amillərin nəzərə alınması görünmür. Halbuki, Vergi Məcəlləsinin 14.6.1.4. və 14.6.1.6-ci maddələrinin tələblərinə müvafiq olaraq malların təqdim edildiyi yer, keyfiyyəti və digər istehlak göstəricilərinin səviyyəsi və qiymətlərə təsir edə bilən digər şərtlər ekspert tərəfindən nəzərə alınmalı idi. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə rəyində ekspert qeyd edir ki, Vergi Məcəlləsinin 14.1. maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Eyni zama nda Vergi Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tətbiq edilir.Əks hal sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir. Ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, müəssisə tərəfindən təqdim edilmiş balıq məhsulları ayrı-ayrı hüquqi şəxslərə ciddi uçot blankı olan qaimə-fakturalar əsasında təqdim edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş qiymətl ər əsas götürülərək vergilərin hesablanması Vergi Məcəlləsinin 14.6.6. və14.2. maddələrinin tələblərinə ziddir. Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlaması zamanı müəssisənin təqdim etdiyi malların tətbiq etdiyi qiymətlərdən fərqli qiymətlərlə təqdim olunması sübuta yetirilməsi faktı öz əksini tapmamışdır. Həmçinin ekspertizaya təqdim olunmuş mülki iş materiallarından da belə bir faktların sübuta yetirilməsi görünmür. Bundan başqa qeyd edilir ki, hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi ekspert qarşısında yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-nin çeşidlər üzrə malların hərəkəti barədə cədvəldə mal qalığı kimi göstərilmiş malların çeşidi, ölçüsü və miqdarı ilə "xxxx" MMC Konsaltinq və Qiymətlən dirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların çeşidi, ölçüsü və miqdarı ilə eynilik təşkil edirmi, iş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların (məhsulların) real bazar (satış) qiyməti nə qədər təşkil edir, iş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspet Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların (məhsulların) müəyyənləşdirilmiş real bazar (satış) qiyməti ilə satılması nəticəsində ödənilməli olan ƏDV məbləği nə qədər təşkil edir, yuxanda qeyd olunan suallar üzrə tədqiqatın nəticələri nəzərə alınmaqla səyyar vergi yoxlaması aktı ilə "xxxx" MMC-yə hesablanmış mənfəət vergisi və əlavə deyər vergisi düzgün hesablanmışdırmı, əgər mənfəət vergisi və əlavə dəyər vergisi düzgün hesablanmamışdırsa yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-nin mənfəət vergisi və əlavə dəyər vergisi nə qədər müəyyən olunur sualları qoyulmuşdur. Qeyd edilir ki, malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kodirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd ol unan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, iş materiallarında göstərilən malların orta bazar dəyəri təxminən cədvəldəki kimi müəyyən edilir. Cədvəl məlumatlarından göründüyü kimi, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün olmamışdır. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün olmaması halı müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8514-9/8588 saylı ekspert rəyi, dövlə t ittihamçısının vəsatəti əsasında təyin edilmiş təkrar kompleks məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5925-9/5809 saylı rəyi ilə də təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin qeyd olunan rəylərində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri yuxarıda qeyd edilmiş sübutlar əsasında belə bir nəticəyə gəlmişlər ki, həmin sübutlar X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Belə ki, aşağı instansiya məhkəmələr i ”MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəyin qəbul edilməməsi onunla əsaslandırılmışlar ki, "MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Halbuki, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş rəydə müəyyən olunmuş bazar qiymətlərinin hansı mənbələrdən alınması və hansı təhlil əsasında bu qiymətlərin müəyyən edilməsi birbaşa olaraq rəyin 5-ci bəndi sayılan “Aparılmış Hesablamalar" bəndində ətraflı şəkildə əks olunmuşdur. Belə ki, ekspert sözügedən rəyin 5-ci bəndində qeyd edir ki, ekspert qoyulan sualı cavablandırmaq məqsədi ilə yerli bazard a satış məqsədi ilə idxal edilən qida məhsullarının qiymətləri ilə tanış olduqdan sonra əldə etdiyi məlumatları təhlil edib, müqavilədə nəzərdə tutulmuş təyinat üzrə qiymətləndirməni düzgün həyata keçirmişdir. Bundan başqa, bildirilir ki, vergi ödəyicisinin 2017-ci il üzrə müəyyən edilən 1408752.98 manat gəlirinə şərti rentabellik norması tətbiq edilməklə cəmiyyətin mənfəəti və mənfəət vergisinin nə qədər olması təqdim edilmiş iş materiallarında olan Səyyar vergi yoxlamasının nəticələri haqqında tətbiq olunmuş 27 dekabr 2019-cu il tarixli 8-ci səhifəsində göstərilmişdir. Bundan başqa, bildirilir ki, təkrar kompleks məhkəmə-mühasibat və məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə təqdim edilmiş 18 noyabr 2022-ci il tarixli 9/5925-9/5809 saylı rəylə müəyyən olunmuş ƏDV üzrə dövriyyə və əvəzləşdi rilən ƏDV məhkəməəmtəəşünaslıq ekspertizası üzrə müəyyən edilmiş malların bazar qiyməti, həmçinin təqdim edilmiş iş materiallarında olan sənədlər və Vergi Məcəlləsinin tələblərinə əsasən müəyyən edilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, müdafiə tərəfinin ”MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəyini mübahisələndirilməsinə dair etirazı olmuş və etirazı onunla əsaslandırmışdır ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin üçüncü yarımbəndinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətn aməsi almış şəxs olmalı olduğu halda ”MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəyi vermiş ekspertin belə bir şəhadətnaməsi olmamışdır. Belə ki, ittiham tərəfinin mötəbər sübut kimi qəbul etdiyi "xxxx" MMC tərəfindən verilmiş Ekspert Rəyini tərtib etmiş ekspert X6 qanunvericiliyin tələblərə cavab vermədiyi, ona özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda, o, Ekspert Rəyi hesab edilən sənəd hazırlamış və bu sənədi ekspert kimi imzalamışdır. X4 özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi, onun “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında ”Qanunun 11-ci maddəsinin tələblərinə cavab verən ekspert səlahiyyəti olmadığı halda, onun tərtib etdiyi sənədin Ekspert Rəyi kimi qəbul olunması qanuna ziddir və yolverilməz olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Ədliyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli rəylərinin mötəbərliliyi başqa hər hansı bir sübuta istinad olunmadan, yalnız məhz mötəbər olmayan "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyinin məlumatları əsasında şübhə altına alınmışdır. Bununla belə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş xx.xx.2020-ci il tarixli, 9/2021 saylı məhkəmə-mühasıbatlıq ekspertizası rəyinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin ekspertiza rəyi iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmayaraq və qoyulmuş sual üzrə əsaslandırılmış və obyektiv rəy verməyərək, ancaq səyyar yoxlama aktında göstərilənlərə və "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən verildiyi üçün mötəbər sübut qismində qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri ibtidai istintaq zamanı əldə olunmuş mütəxəssis rəyi və ekspert rəylərinin ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməməsi barədə gəldiyi qənaət cinayət və cinayət prosessual qanunvericiliyin normalarına uyğun olmuş, məhkəmə istintaqı zamanı keçirilmiş xx.xx.2021-ci il tarixli 9/2539 saylı, xx.xx.2022-ci il tarixli, 9/8514-9/8588 saylı, xx.xx.2022ci il tarixli, 9/5925-95809 saylı təkrar və komission məhkəmə-mühasibatlıq ekspertiza rəylərini iş üzrə düzgün nəticəyə gəlinməsi üçün kifayət etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, "xxxx" MMC-nin yaranmış olduğu vergi borcunun cinayət t ərkibi yaranmadığı halda, vergi borcları üzrə vergiləri ödəməkdən yayınmağa görə X5 ittiham verilməsi qanuna uyğun deyildir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv bax ılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcə llənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya p rotestinin və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onların təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. X7 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar