Məhkəmə qərarları › İş №1(102)-744/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-744/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-744/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun və müdafiəçisi Əmiraslanova Zəribə Məmməd qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2014/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti və digər müdafiəçi Əmiraslanova Zəribə Məmməd qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXX tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, BX ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 09 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 181.2.1 və 181.2.5ci maddələri ilə təqsirləndirilməsinə dair ittiha m elan edilmişdir. 3. 31 oktyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə Məhkum 2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən birlikdə 08 iyun 2023-cü il tarixdə, saat 23:10-da Zərərçəkmiş şəxsin işlətdiyi X ünvanında yerləşən “Yıldızlar” aptekə üzlərində qara rəngli tibbi maska ilə daxil olaraq əvvəlcə qrup üzvü Məhkum 2 zərərçəkmiş şəxsdan pulların saxlanıldığı yeri soruşmuş, sonuncu pulların saxlanıldığı masanı göstərdikdə o, həmin masaya yaxınlaşıb orada açıq vəziyyətdə olan dəmir çemodanın içərisindən 173 manat məbləğində nağd pul vəsaitini götürmək istədiyi zaman zərərçəkmiş şəxs ona mane olmağa çalışdıqda qrup üzvü Məhkum 2 üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçağını çıxarıb həmin bıçağı silah qismində tətbiq edərək zərərçəkmiş sağ əlinə vurub sonuncuya sağ əlin arxa səthinin II barmağın proksimal falanqasının qançırından ibarət, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçun təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, o, 173 manat məbləğində pul vəsaitini çemodanın içərisindən götürüb ələ keçirdikdən sonra qrup üzvü Məhkum 2 ilə birlikdə apteki tərk edib əldə etdikl əri pulu öz aralarında bölməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsə 173 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-911/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Məhkum 2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya mə hkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkumun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu apellyasiya şikayəti verərək, hökmün Məhkuma dair hissədə ləğv edilməsini və onun törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilməklə barəsində azadlıqdan məhrumetmə növündə olmayan cəzaya məhkum edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir.

8. Hökmdən həmçinin Məhkum 2nun müdafiəçisi Ağayev Qabil Alıhüseyn oğlu eyni məzmunlu apellyasiya şikayəti verib, eyni nəticəli qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2014/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 1(101)-911/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkumun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayəti və digər müdafiəçisi Əmiraslanova Zəribə Məmməd qızı kassasiya şikayətinə əlavə vermişlər. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayəti və onunla eyni məzmunda olan əlavədə qeyd edilmişdir ki, Məhkum və Məhkum 2 tərəfindən bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirilməmiş, ümumiyyətlə bıçaq nümayiş etdirilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı hadisə anının videogörüntüləri tədqiq edilərkən məlum olmuşdur ki, məhkum edilmiş şəxslərin hər hansı birinin əlində bıçaq olduğu öz əksini tapmır. Video görüntü ilə sübut olunmadığı halda hər iki instansiya məhkəməsi əsassız olaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxsin geri çəkilməsinin səbəbini Məhkum 2 tərəfindən təsir vasitəsi kimi bıçaqdan, hansısa alətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Hadisənin iştirakçıları olmuş hər iki məhkum və zərərçəkmiş şəxs hər hansı bir alətdən istifadə edilmədiyini, Məhkum 2 zərərçəkmiş şəxsə geri çəkilməsini sözlə tələb etdiyini ifadələrində israrla bildirmişlər. İttihamın əsasını təşkil edən zərərçəkmiş şəxsin ifadəsindən göründüyü kimi, məhkum edilmiş şəxslər ona qarşı quldurluq cinayətini törətməmişlər. Lakin hər iki instansiya məhkəməsi zərərçəkmiş şəxslərin və məhkumların məhkəmə istintaqı zamanı verdiyi ifadəsini deyil, ibtidai araşdırma dövründə verdiyi ifadələrini əsas götürüb onlar barəsində ittiham hökmü çıxarmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə bağlı məhkəmə istintaqı zamanı dindirilmiş ekspert rəy üzrə xəsarətin iş materiallarına istinadən verdiyini, videogörüntünün ona təqdim edilmədiyini bildirmişdir. Eyni zamanda ekspert rəyi üzrə zərərçəkmiş şəxsin bədən səthində aşkar olunan xəsarətin özü tərəfindən yetirilməsi, eyni zamanda başqa şəraitdə yaranmasının mümkün olub-olmadığı aydınlaşdırılmamışdır. Bununla bağlı iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunmalı idi. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2014/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrdən həmin Məcəllənin 180.2.1-ci mad dəsinə tövsif edilməsi, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

12. Kassasiya şikayəti və ona əlavəyə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa s özlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsini n səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Kassasiya şikayəti və ona əlavədə Məhkumun törətdiyi cinayət əməlinin səhv tövsif edildiyi, nəticədə ona ağır cəza təyin edildiyi iddia edilmiş, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2014/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayə tin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilm əsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkumun əməlinin tövsifinin mübahisələndirilməsi üzrə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

24. Belə ki, Məhkumun müdafiəçisinin, eləcə də digər məhkum Məhkum 2nun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri onun və digər məhkum edilmiş şəxsin məhkəmə qarşısında verdikləri qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, aptekin müşahidə kameralarına baxış keçirilməsi haqqında protokol, baxış keçirmə və götürmə aparılması haqqında protokol, üzləşdirmə istintaq hərəkəti protokolu, ifadənin yerində yoxlanılması protokolu, əşyanın tanınmaya təqdim etmək haqqında protokol, digər istintaq və məhkəmə hərəkəti protokolları, məhkəmə-tibb ekspertizasının rəyi, maddi sübutlar, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyy ən edilmişdir.

25. Kassasiya şikayətində xüsusilə məhkəmələr tərəfindən məhkum edilmiş şəxslərin və zərərçəkmiş şəxsin məhkəmə qarşısında deyil, ibtidai istintaq dövründə verdikləri ifadələrinin sübut kimi qəbul edilməsinin əsassız olması, eləcə də ekspert rəyinin iş materiallarına istinadən verilməsi vurğulanmışdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış, məhkumların və zərərçəkmiş şəxsin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri digər sübutlarla müqayisəli tədqiq edilmiş, nəticədə məhkəmə hesab etmişdir ki, məhkumlar məhkəmədə fərqli ifadə verərək zərərçəkmiş şəxsə qarşı quldurluq cinayətini törətmədiyini bildirməklə, yalnız məsuliyyətdən yaxa qurtarmaq, əməllərinin daha yüngül maddəyə tövsif olunmasına nail olmaq məqsədini güdmüşlər. Həmçinin, zərərçəkmiş şəxsin ifadəsinə münasibətdə hesab olunmuşdur ki, zərərçəkmiş şəxs məhkumlarla barışdığından ibtidai istintaq dövründə verdiyi ifadələrini təkzib etmiş, sonunculara məsuliyyətdən kənar qalmaları üçün imkan yaradılmasına yönəlmiş qeyri-səmimi ifadə vermişdir.

27. Birinci instansiya məhkəməsinin həmin mövqeyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən araşdırılaraq, eyni əsaslarla düzgün hesab edilmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə məhkumların və zərərçəkmiş şəxsin məhkəmə qarşısında verdikləri ifadələrinin işin həqiqi hallarına uyğun olmadığı, cinayət təqibi üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi məqsədilə onların məhz ibtidai istintaq dövründə verdiyi ifadələrinin ittiham hökmünün çı xarılması üçün əsas götürülməsinə dair gəldikləri qənaətdə məhkəmələr tamamilə haqlı olmuşlar.

29. Məhkəmə-tibbi ekspertizasının rəyinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin rəyin tədqiqi ilə bağlı müdafiə tərəfinin vəsatəti əsasında rəyi vermiş ekspert Novruzov Məhəmməd Aydın oğlu məhkəmə iclasına dəvət olunaraq dindirilmiş və sonuncu öz ifadəsində zərərçəkmiş şəxsin tərəfindən müayinə edildiyini və rəydə qeyd edilmiş xəsarətin aşkar edildiyini təsdiq etmişdir.

30. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məh kumun hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməllərində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onların təqsirli bilinmələrini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tə dqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkumun cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

32. Yuxarıda göstərilənlərə əlavə olaraq məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 1 43-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

33. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2014/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun müdafiəçisi Məmm ədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti və digər müdafiəçi Əmiraslanova Zəribə Məmməd qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2014/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayəti və ona əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar