Məhkəmə qərarları › İş №1(102)-745/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-745/2019

21.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-745/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2017-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4,181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2017-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər A.K.Orucovun sədrliyi ilə, M.A.Bayramov və R.V.Salmanovdan ibarət tərkibdə) 15 fevral 2017-ci il tarixli hökmü ilə (həmin hökmdəki yanlışlığın aradan qaldırılması barədə 17.02.2017-ci il tarixli qərar nəzərə alınmaqla) xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 evdə yaşamış Təqsirləndirilən şəxs A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4,181.2.5 və 234.1 -ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181,2.3. 181.2.4, 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, cəzasının əvvəli 05 fevral 2016-cı il tarixdən hesablanmış, b arəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bayramov Әmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Qasımov Әflatun İbrahim oğlu və X17 oğlundan ibarət tərkibdə) 08 avqust 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilmə sini xahiş etmişdir. İşin halları: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxslə təkrar olaraq quldurluq törətmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamışdır. Belə ki, X8 tanışları Təqsirləndirilən şəxs və X13 ilə tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə ilə qabaqcadan əlbir olub bir qrup şəxslə əvvəlcədən razılaşdıqları kimi 20.01.2016-cı ildə saat 02.00 radələrində ünvan 3 ünvanda yerləşən X10 və arvadı X6 yaşadıqları fərdi evin həyətinə hasarı aşaraq düşub üzlərinin görsənməməsi üçün yun papaqdan düzəltdikləri maskaları geyinib ev sahiblərinin yatmasını gözləyib həyətin işıqlarını elektrik şitindən söndür üb mətbəxin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olmuş, X2 ev sahiblərinin əl və ayaqlarını bağlamaq üçün evin mətbəxindəki ipi kəlbətinlə kəsmiş X1 isə dəhlizdəki telofon naqilini qırıb birlikdə yataq otağına daxil olandan sonra Təqsirləndirilən şəxs çarpayıda uzanmış vəziyyətdə olan X3yataqdan durmaması və müqavimət göstərə bilməməsi üçün ayaqlarından tutmuş, X2 silah qismində özündə olan məişət bıçağını tətbiq edib X3boğazına dirəmiş, həm də bıçağı onun arvadı X4ya nümayiş etdirməklə hücuma məruz qoyduqları X3və X4nın həyatı və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələməklə bağlı basqın edərək X1ə hər iki saidin səthi və sağ əlin birinci barmağının dərin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, X1 isə X4nın əllə rindən ağzından tutub pul və qızıl-zinət əşyalarını tələb edəndə X4nın qorxaraq verdiyi 650 manatı, 480 manat 84 qəpik təşkil edən 300 ABŞ dollarını, qiyməti 3000 manat təşkil edən üzərində üç ədəd brilliant qaşları olan bir cüt sırğa və üzük dəstini, bir ədəd 1500 manat qiymətində «paxlava» formalı 34 ədəd brilliant qaşları olan üzüyü, 1 ədəd «fantaziya» adlanan üzərində xırda brilliant qaşları olan qiyməti 300 manat təşkil edən üzüyü, 1 ədəd qırmızı qaşlı 750 əyyarlı 150 manat qiymətində qızıl üzüyü, qiyməti 055 ***-**-** nömrəsi ilə birlikdə 156 manat olan «Nokia» markalı mobil telefonu ələ keçirməklə və zərərçəkmişlər X1 və X4ya xeyli miqdarda - cəmi 6236 manat 84 qəpik ziyan vurmaqla qəsdən quldurluq törədib zərərçəkmişlərin əl və ayaqlarını əvvəlcədən hazırladıqları iplə və telefon k abeli ilə bağlayıb hadisə yerindən qaçmışlar. Bundan başqa, X8 tamah və özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 22 yanvar 2016-cı ildə saat 23.00 radələrində ünvan 4 X3 məxsus 27 nömrəli evin qarşısına gələrək əvvəlcədən razılışdıqları kimi darvaza qapısından həyətə daxil olandan sonra, X1 üzünün görsənməməsi üçün yun papaqdan hazırladığı maskanı geyinib həyətdə gözləmiş, Təqsirləndirilən şəxs isə qapını döyərək ev sahibi X3 icarəyə mənzil götürmək üçün gəldiyi barədə yalan məlumat verib X5nın qapını açmasına və onun yaşayış sahəsinə buraxılmasına nail olduqdan sonra X1la yaşayış sahəsinə qanunsuz daxil olaraq X1şqırmaması üçün əli ilə ağzından tutaraq yerə yıxmış, belinə oturub başını döşəməyə vurub ona alt dod aqda qansızma, sağ bel nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirib zor tətbiq edib, hücuma məruz qoyduqları X5nın həyatı və sağlamlığı üçün real təhlükə yaratmaqla bağlı basqın edərək pul, qızıl tələb edib X5nın əynindəki xalatının cibindən 50 manatı götürmüş, Təqsirləndirilən şəxs isə evdəki qabın içindən 2 manatı, ***-***-**-** nömrəsi ilə birlikdə qiyməti 20 manat olan «Nokia» markalı mobil telefonu, hər binin qiyməti 7 manat olan 2 ədəd ətirləri, qiyməti 30 manat olan qadın paltarını və qiyməti 25 manat olan qadın koftasını talayıb zərərçəkmiş X5ya 141 manat ziyan vuraraq qəsdən təkrar quldurluq törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, 3 fevral 2016-cı ildə saat 14 radələrində Zabrat qəsəbəsi ərazisində istintaqla müəyyən olmamış şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,169 qram narkotik vasitə kustar üsulla tiryəkdən hazırlanmış heroin əldə edib özündə saxlamış və 4 fevral 2016-cı ildə saat 21 radələrində Sabunçu RPİ 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə yaşadığı ünvan 4 ünvanda müəyyən edilərək polis bölməsinə gətirilmiş, orada üstünə baxış keçirilərkən şalvarının sağ arxa cibində siqaret qutusunun gümüşü kağızına bükülmüş 0,169 qram heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin halları düzgün qiymətləndirilməmişdir, cinayət əməli törədilən zaman üzərlərində biçaq və ya hansısa silah qismində istifadə olunan ə şya olmamışdır, zərərçəkmiş şəxslərə heç bir zor tətbiq edilməmişdir. Bundan başqa məhkum qeyd etmişdir ki, tutularkən üzərində narkotik vasitə olmamış, ibtidai istintaq zamanı verdiyi ifadəni işgəncə və təzyiq altında vermişdir Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin heç bir şikayət və etirazlarının olmadığını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə təyin edilmiş cəzasının yüngülləşdirilməsini və həmin məcəllənin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövl ət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya inst ansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində Azərbaycan Respublikası CMnin 181-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Mə hkəməyə qədər icraat zamanı məhkum Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, iki ilə yaxındır narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə heroini 3 fevral 2016-cı ildə saat 13-14 radələrində Zabrat qəsəbəsində 75 saylı orta məktəbin yanında tanımadığı şəxsdən bir bükümdə 10 manata almış, aldıqdan sonra istifadə etməmişdir. Sahid-polis əməkdaşı X7 ifadəsində göstərmişdir ki, 2016-cı ilin 20 və 23-də xidmət etdiyi ərazidə yəni, Balaxanı qəsəbə ərazisində maska geyinmiş bir qrup şəxsin iki sakinin evinə basqın edərək əmlaklarını talaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin cinayətlərin açılması istiqamətində əməliyyat-axyarış tədbirləri keçirilməyə başlanılmış və cinayətlərin Balaxanı qəsəbə sakini X1 təşkil etdiyi cinayət qrupu tərəfindən törədilməsinə dair məlumatlar daxil olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, cinayətlərin törədilməsində X1un tanışları Zabrat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs, X2 və Balaxanı qəsəbə sakini X4 iştirak etmişlər. Keçirilmiş əməliyyat tədbiri nəticəsində X1, Təqsirləndirilən şəxs, X2 və X4 saxlanılmışdır. Onların hər birinin üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman onların üstündən narkotik vasitəyə oxşar maddələr aşkar edilmişdir. X2 ifadəsində göstərmişdir ki, 4 fevral 2016-cı ildə şəxsi işləri ilə əlaqədar Sabunçu qəsəbəsində 12-ci PB-nin inzibati binasının qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq saxlanılmış şəxsin üstünə baxış keçirilməsində hal-şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. Saxlanılan Təqsirləndirilən şəxs ona təqdim edilmişdir. Təqsirl əndirilən şəxs üstünə baxış keçirilərkən şalvarının cibindən siqaret qutusunun gümüşü kağızından bükülü aşkar edilmişdir. Bükülü açılarkən içərisində toz halında maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs cibində aşkar olunmuş maddənin heroin olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən maddə qablaşdırılmışdır. Cinayət işinin 1-ci cildinin 67-70 vərəqələrində olan məhkəmə kimyəvi ekspertizasının 2628 nömrəli 4 fevral 2016-cı il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş maddənin təmiz çəkisi 0,169 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 113-120-ci vərəqlərində olan Məhkəmə-narkoloji ekspertizaların 722, 723, 725 və 739 nömrəli rəylərindən görünür ki, məhkum Təqsirləndirilən şəxs, X2 və digərlərində narkomaniya xəstəliyi aşkar edilmiş, onların məcburi müalicəyə ehtiyacları olması müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsir sübuta yetirilmişdir. Məhkumun kassasiya şikayəti həmçinin Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə təyin olunmuş cəzanın ağırlığı barədədir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci madd əsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfındən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhə miyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir Bakı Ağır Cinayətlər Məhkəməsi 15 fevral 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, onun əvvəllər məhkum olunmaması, əməlini qismən etiraf etməsini, səmimi peşimançılığını bildirməsi, müsbət xasiyyətlənməsi və himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayə t əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmiş və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası C inayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5 və 234.1-ci maddələri ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Kassasiya şikayəti əsassız olduğundan təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2017ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-n in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5 və 234.1-ci maddələri ilə və qeyrilərinin məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2017-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxsna aid hissədə dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar