Məhkəmə qərarları › İş №1(102)-745/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-745/2020

01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-745/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Alverdiyev Ramiz Xaliqverdi oğlu, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respubl ikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Paşayev Azər İslah oğlu (sədlrik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızındanibarət tərkibdə) 16 aprel 2019cu il tarixli hökmü ilə xx xxxxxxxx 1976-cı il tarixdə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” ya şayış sahəsi, 267 saylı uşaq bağçasında məskunlaşmış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cümaddələri ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə isə 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 03 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumedilməklə 06 il 06 ay müddətə a zadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Səfərov Rizvan Kamal oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2019-cu il tarixl hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 24 noyabr 2018-ci il tarixdə,saat 12 radələrində “Yol hərəkəti haqqında” Azərba ycan Respublikası Qanununun 37-cimaddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni alkoqolluiçkidən istifadə edilməsi nəticəsində orta dərəcəli sərxoş vəziyyətdə Əliyev YelmarGəray oğlunun adına olan etibarnamə ilə idarə etdiyi Mercedes Benz C-200 minikmarkalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin qanunun 4-cübəndinin tələblərini pozmaqla, yəni Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, EtibarBəkirli küçəsi ilə “Qartal heykəli” adlanan dairə istiqamətində, “Şir” heykəlininqarşısında yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, 70-80 km/saatsürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz ş ərait yaratmalı,öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyatvasitələrinə və başqa əmlaka zərər vurmamalı və relssiz nəqliyyat vasitəsini yalnızsol tərəfdən ötməyə icazə verildiyi halda bunları etməmiş, avtomobilini sağ səkiyəçıxardaraq orada dayanmış piyada Zərərçəkmiş şəxs1avtomobilinin qabaq sağ yan tərəfi ilə ehtiyatsızlıqdan vurmuş, sonra avtomobilininqabaq sol tərəfini onun solu ilə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3lqənbər oğlunun idarə etdiyi “Kia Sportage” minik markalı **-MZ-*** dövlətqeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə toqquşduraraq, “Yol hərəkətihaqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinintələblərini pozaraq, yol-nəqliyyat hadisəsi yerindən qaçmış, sonra isə qarşıda əkshərəkət zolağına çıxaraq avtomobilini Zərərçəkmiş şəxs2 Qaraçuxurqəsəbəsi istiqamətində idarə etdiyi “Hundai Accent” minik markalı **-MK-***dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə toqquşduraraq həminavtomobilin sağından ötüb keçmiş və “Qartal dairəsi” deyilən dairəyə daxil olaraqsola dönüb Köhnə Günəşli qəsəbəsi istiqamətində getmək istəyərkən idarəetməniitirib avtomobili yolun sağında yerləşən Qocayev İlqar Nağı oğluna məxsus olanobyektin taxta hasarına toqquşduraraq həmin obyektin həyətinə düşmüş və dərhalhadisə yerinə gələn Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsininYol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, onun həmin hərəkətləriehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 baş beyinə, qişalarına vəmədəciklərinə qansızma, sol baldır sümüklərinin aşağı 1/3 -nin açıq sınıqları, alın-təpə nahiyəsinin və ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, bədənin çoxsaylısınıqları, sıyrıqları və qançırları kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdəhəyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olanxəsarətlər almasına və həmin xəsarətlərlə birbaşa səbəbli əlaqədə olan 01 dekabr2018-ci il tarixdə, saat 06:30-da Kliniki Tibbi Mərkəzdə ölməsinə səbəb olmuş,həmçinin Zərərçəkmiş şəxs3 avtomobilinə 553 manat, RəhimzadəNail Arif oğlunun avtomobilinə isə 522 manat ziyan vurmaqla yol-nəqliyyathadisəsini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək məhkuma CM-nin 264-cü maddəsi ilə bəraət verilməsini və CM-nin 263-1.3-cü maddəsi ilə barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzasının şərti hesab edilməsi və ya daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən toplanılmış sübutlar, işin halları düzgün araşdırılmamış, barəsində ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, məhkum hadisə yerindən qaçmamış, buna baxmayaraq əsassız yerə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinmişdir. Bundan başqa, Məhkum ilk dəfə cinayət törətməsi, əməlindən qismən peşiman olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını, ailə başçısı olmasını, tüfeyli həyat tərzi sürməməsini, hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varis i və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, Ağdam rayonunun Ətyeməzli kəndindən məcburi köçkün olması, ailə üzvlərindən Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan şəxsin olması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, 267 saylı uşaq bağçasında ailəsi ilə məskunlaşması və ailənin yeganə qazanc gətirəni olması məhkəmələr tərəfindən yüngülləşdirici hallar siyahısında sadalanmış,lakin ona cəza təyin edilərkən nəzərə alınmamışdır. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ona həmin maddə ilə bəraət verilməsini və Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə isə ona təyin olunmuş cəza hissəsini dəyişdirməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanın sınaq müddəti ilə şərti hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddəd ən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildir ir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkumun özünü CM-nin 264-cü maddəsi ilə təqsirli bilməməsinə dair ifadələrinin müdafiə xarakterli olduğunu bildirərək, həmin ifadələrin məhkumun ifadəsi ilə yanası, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə öz təsdiqini tapdığını vurğulamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkumin CM-nin 264-cü maddəsiilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Müdafiəçinin kassasiya şikayətində mübahisələndirdiyi bir digər məsələ məhkuma təyin edilmiş cəzanın ağırlığı ilə bağlıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məh kum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlil ik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası işin hallarını, törə dilmiş cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini nəzərə alıb qeyd edir ki, Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onun barəsində şərti məhkum etmə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar