Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-746/2019 12.06.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 746/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "12" iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçilər – fərdi fəaliyyət göstərən vəkillər Bayramov Bəhruz Front oğlu və Mehdiyev Fəxrəddin Məhəddin oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.12, 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 315.2, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28.214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3, 315.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarından məhkum Məhkum2nun müdafiəçisi Namazlı Fariz Mübariz oğlu və məhkum Məhkum1nun müdafi əçisi Bayramov Bəhruz Front oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Əfqan Niyətulla oğlu, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə) xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.12, 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 315.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bil inərək, CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.12-ci maddəsi ilə 14 il müddətə, CM-nin 28,214.2.1, 28,214.2.3-cü maddəsi ilə 10 il müddətə, CM-nin 214-2-ci maddəsi ilə 03 il müddətə, CM-nin 220.2-ci maddəsi ilə 02 il müddətə, CM-nin 228.3-cü maddəsi ilə 06 il müddətə, CM-nin 278-ci maddəsi ilə 12 il müddətə, CM-nin 279.1-ci maddəsi ilə 04 il müddətə, CM-nin 281.2-ci maddəsi ilə 06 il müddətə, CM-nin 283.2.3-cü maddəsi ilə 03 il müddətə, CM-nin 315.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı tutularaq həbsdə saxlandığı (12 yan var 2016-cı il tarixdən 20 dekabr 2016-cı il tarixədək olan) 11 ay 08 gün müddət cəza çəkmə müddətinə hesablanaraq həmin cəzadan çıxılmaqla qəti olaraq, cəzasının ilk 03 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, 14 il 22 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Məhkum1na Azərbaycan Respublikası CM-nin 228.4, 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməmişdir. xx xxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228. 3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 28,214.2.1, 28,214.2.3-cü maddəsi ilə 10 il müddətə, CM-nin 214-2-ci maddəsi ilə 03 il müddətə, CM-nin 220.2-ci maddəsi ilə 02 il müddətə, CM-nin 228.3-cü maddəsi ilə 05 il müddətə, CM-nin 233-cü maddəsi ilə 02 il müddətə, CM-nin 278-ci maddəsi ilə 12 il müddətə, CM-nin 279.1-ci maddəsi ilə 04 il müddətə, CM-nin 281.2-ci maddəsi ilə 05 il müddətə, CM-nin 283.2.3-cü maddəsi ilə 04 il müddətə, CM-nin 315.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, 14 il müddətə azadlıqdan mə hrum etmə cəzasına məhkum edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Məhkum2na CM-nin 228.4-cü maddəsi ilə cəza təyin edilməmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ciil tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2015-ci ilin əvvəllərində Bakı şəhərində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə olunan dini dövlət qurulmasına yönələn hərəkətlər etmək məqsədi ilə Bakı şəhəri və Respublikanın digər bölgələrindən tərəfdarlar toplanılmaqla X1nun rəhbərliyi ilə müvafiq qaydada rəsmi dövlət qeydiyyatına alınmadan təsis edilmiş «Müsəlman Birliyi Hərəkatı» İctimai Birliyi adlanan quruma həmin hərəkat adı altında özü ilə eyni radikal dini baxışları bölüşən X2, X3, X4, X5, X6, X7, X8, X9, X10, X11, X12, X13, X14, X15, X16, X17, X18, X19, X20, X21, X22, X23, X24, X25, Məhkum2, X26, X27, X28, X29, X30, X31, X32, X70, X33, X34, X35, X36, X37, X38, X39, X40, X41, X42, X43, X44 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib cinayətlərin təşkilatlanmış şəkildə törədilməsinin təmin edilməsi üçün X1un rəhbərliyi ilə vəzifə bölgüsünün aparılmasında, Ünvan 10 ünvanda ofis kirayələnməklə, hərəkatın şöbə və bölmələri yaradılaraq X22nun ictimaiyyətlə əlaqələr, özünün mətbuat katibi, X23nun maliyyə, X25nun təsərrüfat, X29 elm və mədəniyyət şöbəsinə, Məhkum2nun bədən tərbiyəsi və idman, X45 qadınlarla iş, X46nun gənclər, X26nun ilahiyyət bölməsinə rəhbər, X24nun şəbəkələr üzrə, X28nun Bakı şəhəri üzrə, X30nun cənub bölgəsi üzrə koordinator təyin edilməsində, “Müsəlman Birliyi Hərəkatı” adlı qanunsuz quruma üzv olan şəxslərdən üzvlük haqqı, eləcə də özləri tərəfindən hazırlanaraq ayrı-ayrı məscidlərdə və ictimai yerlərdə qoyulan qutulara ianə adı ilə yığılan pul məbləğlərinin toplanılıb mütəşəkkil dəstənin maliyyələşdirilməsində, X1 tərəfindən keçirilən qanunsuz yığıncaqlarda Respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarının müzakirəsinin aparılmasında, hərəkatın üzvlərinə, eləcə də Bakı şəhərindən və Respublikanın müxtəlif bölgələrindən topladıqları tərəfdarlarına hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə açıq çağırış və əhaliyə belə məzmunlu çıxışlarının yazıldığı elektron formatlı disklərin, “Müsəlman Birliyi hərəkatının sədri X1in MÜRACİƏTİ!” adlı kitabçalarının paylanılmasında, habelə kütləvi informasiya vasitəsi olan internetin imkanlarından istifadə olunmaqla aşkar surətdə insanların dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən mənsub olduqları qanunsuz qurumun xeyrinə qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış və digər hərəkətlərlə terrorçuluq aktlarının törədilməsinə hazırlıq işlərinin aparılmasında iştirak etmiş, həmçinin məqsədlərinə nail olmaq üçün dəstə üzvləri X3, X7 və qeyrilərinin vasitəsilə qanunsuz olaraq əldə edilib saxlanılan, daşınan və gəzdirilən istifadəyə yararlı yivli odlu silah, soyuq silah, döyüş sursatı, partlayıcı qurğu və maddələrdən qrup üzvləri X2 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah, X20 01 ədəd soyuq silah hesab edilən ov bıçağı, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X1901 ədəd əldəqayırma üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcıs ı, X18 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X17 01 ədəd kustar üsulla şaşka formasında hazırlanmış soyuq silah, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X16 01 ədəd soyuq silah hesab edilən kombinə edilmiş kastet-bıçaq, 01 ədəd «RQD-5» tipli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X15 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X14 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd soyuq silah hesab edilən ov bıçağı, X13 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd kustar üsulla hazırlanmış soyuq silah hesab ed ilən nunçaku, X12 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd soyuq silah hesab edilən süngü-bıçağı, X1101 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, kustar üsulla hazırlanmış soyuq silah hesab edilən nunçaku, X10 «Tokarev» («TT») konstruksiyalı «PV 2553» №-li tapança, 02 ədəd 7,62 mm kalibrli patron, X9 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 30 ədəd 5,45 mm kalibrli patron, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulla istehsal edilmiş sandıqça, X8 «Tokarev» («TT») konstruksiyalı «PB 5372» №-li tapança, 02 ədəd 7,62 mm kalibrli patron, X7 «AKM» konstruksiyalı «AP 821» №-li avtomat, 08 ədəd 7,62 mm kalibrli patron, 01 ədəd kustar üsulla hazırlanmış, soyuq si lah hesab edilən nunçaku, X4 «AKMS» konstruksiyalı 151796 №-li avtomat, 19 ədəd 7,62 mm kalibrli patron, 01 ədəd «RQ-42» tipli əl qumbarası, X6 «AK-74» konstruksiyalı 4586148 №li avtomat, 13 ədəd 5,45 mm kalibrli patron, X3 «AKS-74U» konstruksiyalı nömrəsi silinmiş avtomat, 23 ədəd 5,45 mm kalibrli patron, X33 «AKS-74» konstruksiyalı 5457434 №-li avtomat, 12 ədəd 7,62 mm kalibrli, 13 ədəd 5,45 mm kalibrli patron, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd “UZRQM” qumbara alışdırıcısı, X5 «Makarov» («PM») konstruksiyalı «İL 4551» №-li tapança, 02 ədəd 9 mm kalibrli patron, X22 «Makarov» («PM») konstruksiyalı «QP 0346» №-li tapança, 08 ədəd 9 mm kalibrli patron, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd “UZRQM” qumbara alışdırıcısı, X23 16 mm kalibrli funksional təyinatını iti rərək lüləsi və qundağı kəsilmiş ov tüfəngi (obrez), 01 ədəd «F1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X24 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X25 01 ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən ov bıçağı, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah, X26 01 ədəd «RQ-42» tipli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd trotil şaşkası, X27 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X28 01 ədəd «RQD-5» əl qumbarası, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, 22 ədəd 7,62 mm kalibrli patron, X29 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X70 01 ədəd «F-1 » tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X40 «AKM» modelli «AEZ4628» №-li avtomatik tüfəng, 21 ədəd 7,62 mm kalibrli patron, 01 ədəd soyuq silah hesab edilən ov bıçağı, X35 02 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd trotil şaşkası, X31 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «RQD-5» tipli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, X36 «Tokarev» (“TT”) konstruksiyalı «ƏQ 3771» №-li tapança, 08 ədəd 7,62 mm kalibrli patron, X37 19 ədəd 7,62x54 mm kalibrli patron, 02 ədəd «RQD-5» tipli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, X43 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 10 ədəd 7,62 mm kalibrli patron, X38 02 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 əd əd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd qumbara qoruyucusu, 02 ədəd 5,45 mm kalibrli patron, X41 03 ədəd «RQD-5» tipli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd «RQN» əl qumbarası, 01 ədəd «UZD» qumbara alışdırıcısı, X39 02 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «RQD-5» tipli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 46 ədəd 5,45 mm kalibrli patron, 12 ədəd 7,62 mm kalibrli avtomat patronu, 18 ədəd 7,62 mm kalibrli tapança-pulemyotlara aid patronlar, 01 ədəd 7,65 mm kalibrli tapança patronu, X32 02 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, 04 ədəd trotil şaşkası, «Naqan» sistemli 7,62 mm kalibrli revolver, X44 10 ədəd 7,62x39 mm kalibrli patron, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırı cısı, X30 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd “UZRQM” qumbara alışdırıcısı, 02 ədəd trotil şaşkası, X42 01 ədəd «RQ-42» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd trotil şaşkası, onun yaşadığı Ünvan 15 ünvanda saxlanılan 14075006 №-li “AKMS” modelli “Kalaşnikov” konstruksiyalı 7,62 mm kalibrli avtomat, 05 ədəd 5,6 mm kalibrli və 65 ədəd 7,62 mm kalibrli patronlar, 03 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «RQD5» tipli əl qumbarası, 04 ədəd “UZRQM” qumbara alışdırıcısı, 09 ədəd trotil şaşkası, partladıcı qurğuların partlaması üçün istifadə edilən 05 ədəd «KD», 05 ədəd isə «GD» tipli elektro-detonator, 01 ədəd partlayıcı qurğunun hissəsi hesab edilən, uzunluğu 09 metr kapsul detonatorların alışdırıcısı olan, “OŞA” tipli odkeçirici qaytan, 07 ədəd partladıcı qurğuların partlaması üçün istifadə edilən «KD» tipli kapsul-detonator, 01 ədəd hərbi artilleriya mərmilərinin emitasiyası üçün nəzərdə tutulmuş elektropartlayıcı paket, 03 ədəd əldəqayırma üsulla hazırlanmış, trotillə təchiz edilmiş partlayıcı qurğu, 01 ədəd əldəqayırma üsulla hazırlanmış, trotillə təçhiz edilmiş, partlayıcı qurğunun hissəsi, 01 ədəd metal borunun içərisində partlayıcı maddə olan trotil, 10 ədəd “Molotov kokteli” adlandırılan yandırıcı qurğu, 1080 ədəd 5,45 mm kalibrli, 700 ədəd 7,62 mm kalibrli patronlar ilə silahlanmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı qrup yaradılmasında iştirak etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeyd edilən mütəşəkkil dəstə tərəfindən din pərdəsi altında həmin cinayətlə rin törədilməsinə hazırlıq görülməsi və bu məqsədlə onların bir qrupunun ona məxsus Ünvan 15 ünvanına sığınmaqla cinayətkar fəaliyyəti davam etdirməsi barədə əldə edilmiş məlumatlarla əlaqədar 26 noyabr 2015-ci il tarixdə saat 13 radələrində qanunla müəyyən edilmiş qaydada xüsusi əməliyyat tədbirləri keçirilərkən orada olan X1un göstərişləri əsasında o və silahlı qrupun üzvləri X2, X3, X4, X5, X6, X8, X7, X9, X10, X11, X12, X13, X14, X15, X16, X17, X18, X19, X20, X21 və qeyriləri xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq edib silahlı müqavimət göstərərək onların həyatdan qəsdən məhrum edilməsi məqsədi ilə avtomat, tapança silahlardan atəşlər açmış və əl qumbarası atıb partlatmış, nəticədə qrup üzvü X3 nun «AKS-74U» konstruksiyalı nömrəsi silinmiş avtomatdan açdığı atəşlə, X4nun atdığı əl qumbarasının partlaması ilə iki şəxs, yəni polis əməkdaşları X47na sağ budun ön-içəri səthinin orta 1/3 hissəsində odlu silah-qəlpə yarası, sol budun ön içəri səthinin orta 1/3 hissəsində bir ədəd yumşaq toxumaların və budun iri arteriya və vena damarlarının zədələnməsi ilə müşayiət olunan, ölümünə sol və sağ budların odlu silah zədələnmələri nəticəsində inkişaf edən kəskin qanitirmə səbəb olan kor odlu silah-güllə yarası ilə sağlamlığa ağır zərər vuran, X48na isə sağ budun ön-içəri səthinin orta 1/3 hissəsində dəri, dərialtı piy təbəqəsi və budun üçbaşlı əzələsinin və həmin nahiyyədəki qan damarlarının zədələnməsinə, qarının ön divarının qarın boşluğuna keçərək peritonu, piyliyi, qara ciyəri və qarnı n arxa divarının yumşaq toxumalarının zədələnməsinə və ölümünə daxili üzvlərin zədələnməsi nəticəsində inkişaf edən kəskin qanitirmə səbəb olan odlu silah-qəlpə yaraları ilə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirilərək xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, ümumi təhlükəli üsulla, dini ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürülmüş, digər polis əməkdaşları X49, X50, X51, X52, X53, X54, X55, X56, X57, X58, X59, X60, X61, X62, X63, X64, X65, X66nun xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ümumi təhlükəli üsulla qəsdən öldürməkdən ibarət niyyətləri öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdırılmayaraq onların qəsdən öldürülməsinə cəhd edilmiş, müvafiq tədbirlər nəticəsində silahlı qrupun davamlı atəşlərinin qarşısı alınmaqla və mütəşəkkil silahlı dəstə zərərsizləşdirilməklə, onlardan qeyd edilən 13 ədəd odlu, 14 ədəd soyuq silahlar, döyüş sursatları olan 47 ədəd əl qumbarası, 2111 ədəd patron, 41 ədəd giliz, 23 ədəd partlayıcı maddə və qurğular, 07 ədəd kapsuldetonator, 01 ədəd elektropartlayıcı paket, 01 ədəd partlayıcı qurğunun hissəsi, 10 ədəd “Molotov kokteli” adlı yandırıcı qurğu, eləcə də çoxsaylı çağırış kitabçaları və CD formatlı disk və elektron informasiya daşıyıcıları aşkarlanaraq götürülmüşdür. Bundan başqa, Məhkum1 05.09.2012-ci il tarixdə Ədliyyə Nazirliyinin Mətbu nəşirlərin reyestrinə daxil edilmiş “Azad News” adlı beynəlxalq içtimai, siyasi hüquq qəzetin «Ekspres-servis» şirkətində nəşrini həyata keçirmək məqsədilə təsisçisi X67nun adından onun guya qəzetin baş redaktoru təyin edilməsinə dair X22 tərəfindən qanunsuz saxta əmr hazırlanıb imza və «Qasımov X.S. 10.07.2015» yazıları icra edilməklə qəzetin baş redaktoru kimi hüquq və vəzifələr verən həmin əmri o, «Ekspres-servis» şirkətinə təqdim edərək istifadə etmiş və “Azad News” qəzetinin baş redaktoru kimi şirkət ilə 17 iyul 2015-ci il tarixli müqavilə bağlamaqla qəzetin çapına nail olmuşdur. Həmin hökmlə həmçinin Məhkum2 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2015ci ilin əvvəllərində Bakı şəhərində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə olunan dini dövlət qurulmasına yönələn hərəkətlər etmək məqsədi ilə Bakı şəhəri və Respublikanın digər bölgələrindən tərəfdarlar toplanılmaqla X1nun rəhbərliyi ilə müvafiq qaydada rəsmi dövlət qeyd iyyatına alınmadan təsis edilmiş «Müsəlman Birliyi Hərəkatı» İctimai Birliyi adlanan quruma həmin hərəkat adı altında özü ilə eyni radikal dini baxışları bölüşən Məhkum1, X22, X29, X3, X4, X5, X6, X7, X8, X10, X11, X12, X13, X14, X15, X16, X17, X18, X19, X20, X21, X2, X9, X25, X24, X26, X27, X28, X23, X30, X31, X32, X70, X33, X34, X35, X36, X37, X38, X39, X40, X41, X42, X43, X44 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib cinayətlərin təşkilatlanmış şəkildə törədilməsinin təmin edilməsi üçün X1un rəhbərliyi ilə vəzifə bölgüsünün aparılmasında, Ünvan 10 ünvanda ofis kirayələnməklə, hərəkatın şöbə və bölmələri yaradılaraq onun bədən tərbiyəsi və idman, X25 təsərrüfat, X22nun ictimaiyyətlə əlaqələr, X29 elm və mədəniyyət, Məhkum1 mətbuat katibi, X23nun maliyyə, X45 qadınlarla iş, X46nun gə nclər şöbəsinə, X26nun ilahiyyət bölməsinə rəhbər, X24nun şəbəkələr üzrə, X28nun Bakı şəhəri üzrə, X30nun cənub bölgəsi üzrə koordinator təyin edilməsində, “Müsəlman Birliyi Hərəkatı” adlı qanunsuz quruma üzv olan şəxslərdən üzvlük haqqı, eləcə də özləri tərəfindən hazırlanaraq ayrı-ayrı məscidlərdə və ictimai yerlərdə qoyulan qutulara ianə adı ilə yığılan pul məbləğlərinin toplanılıb mütəşəkkil dəstənin maliyyələşdirilməsində, X1 tərəfindən keçirilən qanunsuz yığıncaqlarda Respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarının müzakirəsinin aparılmasında, hərəkatın üzvlərinə, eləcə də Bakı şəhərindən və Respublikanın müxtəlif bölgələrindən topladıqları tərəfdarlarına hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, Azərbaycan Respub likasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə açıq çağırış və əhaliyə belə məzmunlu çıxışlarının yazıldığı elektron formatlı disklərin, “Müsəlman Birliyi hərəkatının sədri X1 MÜRACİƏTİ!” adlı kitabçalarının paylanılmasında, habelə kütləvi informasiya vasitəsi olan internetin imkanlarından istifadə olunmaqla aşkar surətdə insanların dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən mənsub olduqları qanunsuz qurumun xeyrinə qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış və digər hərəkətlərlə terrorçuluq aktlarının törədilməsinə hazırlıq işlərinin aparılmasında iştirak etmiş, həmçinin məqsədlərinə nail olmaq üçün istintaqa məlum olmayan vaxtda və mənbədən dəstə üzvləri X3, X7 və qeyrilərinin vasitəsilə qanunsuz olaraq əldə edilib saxlanılan, daşınan və gəzdirilən istifadəyə yararlı yivli odlu silah, soyuq silah, döyüş sursatı, partlayıcı qurğu və maddələrdən X22 «Makarov» («PM») konstruksiyalı «QP 0346» №-li tapança, 08 ədəd 9 mm kalibrli patron, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd “UZRQM” qumbara alışdırıcısı, X25 01 ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən ov bıçağı, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah, X29 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X23 16 mm kalibrli funksional təyinatını itirərək lüləsi və qundağı kəsilmiş ov tüfəngi (obrez), 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X9 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 30 ədəd 5,45 mm kalibrli patron, 30 ədəd 5,45 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqça, X8 «Tokarev» («TT») konstruksiyalı «PB 5372» №-li tapança, 02 ədəd 7,62 mm kalibrli patron, X7 «AKM» konstruksiyalı «AR 821» №-li avtomat, 08 ədəd 7,62 mm kalibrli patron, 01 ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən nunçaku, X4 «AKMS» konstruksiyalı 151796 №-li avtomat, 19 ədəd 7,62 mm kalibrli patron, 01 ədəd «RQ-42» tipli əl qumbarası, X6 «AK-74» konstruk siyalı 4586148 №-li avtomat, 13 ədəd 5,45 mm kalibrli patron, X3 «AKS-74U» konstruksiyalı nömrəsi silinmiş avtomat, 23 ədəd 5,45 mm kalibrli patron, X33 «AKC-74» konstruksiyalı 5457434 №-li avtomat, 12 ədəd 7,62 mm kalibrli, 13 ədəd 5,45 mm kalibrli patron, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd “UZRQM” qumbara alışdırıcısı, X5 «Makarov» («PM») konstruksiyalı «İL 4551» №-li tapança, 02 ədəd 9 mm kalibrli patron, X10 «Tokarev» («TT») konstruksiyalı «PV 2553» №-li tapança, 02 ədəd 7,62 mm kalibrli patron, X1101 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, kustar üsulla hazırlanmış soyuq silah hesab edilən nunçaku, X1901 ədəd əldəqayırma üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQ M» qumbara alışdırıcısı, X24 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» alışdırıcısı, X26 01 ədəd «RQ-42» tipli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd trotil şaşkası, X27 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X28 01 ədəd «RQD-5» əl qumbarası, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 2 ədəd «UZRQM» qumbara alışdırıcısı, 22 ədəd 7,62 mm kalibrli patron, X12 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd soyuq silah hesab edilən süngü-bıçağı, X13 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd kustar üsulla hazırlanmış soyuq silah hesab edilən nunçaku, X14 01 ədəd «F1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 0 1 ədəd soyuq silah hesab edilən ov bıçağı, X2 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah, X15 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X70 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X40 «AKM» modelli «AEZ4628» №-li avtomatik tüfəng, 21 ədəd 7,62 mm kalibrli patron, 01 ədəd soyuq silah hesab edilən ov bıçağı, X35 02 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd trotil şaşkası, X31 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «RQD-5» tipli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, X36 «Tokarev» (“TT”) konstruksiyalı «ƏQ 3771» №-li tapança, 08 ədəd 7,62 mm kalibrli patron, X17 01 ədəd kustar üsulla şaşka formasında hazırlanmış soyuq silah, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X18 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X20 01 ədəd soyuq silah hesab edilən ov bıçağı, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X37 19 ədəd 7,62x54 mm kalibrli patron, 02 ədəd «RQD-5» tipli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, X43 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 10 ədəd 7,62 mm kalibrli patron, X38 02 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd qumbara qoruyucusu, 02 ədə d 5,45 mm kalibrli patron, X41 03 ədəd «RQD-5» tipli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd «RQN» əl qumbarası, 01 ədəd «UZD» qumbara alışdırıcısı, X39 02 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «RQD-5» tipli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 46 ədəd 5,45 mm kalibrli patron, 12 ədəd 7,62 mm kalibrli avtomat patronu, 18 ədəd 7,62 mm kalibrli tapança-pulemyotlara aid patronlar, 01 ədəd 7,65 mm kalibrli tapança patronu, X32 02 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 02 ədəd «UZRQM» qumbara alışdırıcısı, 04 ədəd trotil şaşkası, «Naqan» sistemli 7,62 mm kalibrli revolver, Əli Şahbazov 10 ədəd 7,62x39 mm kalibrli patron, 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X16 01 ədəd soyuq silah hesab edilən kombinə edilm iş kastet-bıçaq, 01 ədəd «RQD-5» tipli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, X30 01 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd “UZRQM” qumbara alışdırıcısı, 02 ədəd trotil şaşkası, X42 01 ədəd «RQ-42» tipli qəlpəli əl qumbarası, 01 ədəd «UZRQM» qumbara alışdırıcısı, 01 ədəd trotil şaşkası, Məhkum1 yaşadığı Ünvan 15 ünvanda saxlanılan 14075006 №-li “AKMS” modelli “Kalaşnikov” konstruksiyalı 7,62 mm kalibrli avtomat, 05 ədəd 5,6 mm kalibrli və 65 ədəd 7,62 mm kalibrli patronlar, 03 ədəd «F-1» tipli qəlpəli əl qumbarası, 01 ədəd «RQD-5» tipli əl qumbarası, 04 ədəd “UZRQM” qumbara alışdırıcısı, 09 ədəd trotil şaşkası, partladıcı qurğuların partlaması üçün istifadə edilən 05 ədəd «KD», 05 ədəd isə «GD» tipli elektro-detonator, 01 ədəd partlayıcı qurğunun hissəsi hesab edilən, uzunluğu 09 metr kapsul detonatorların alışdırıcısı olan, “OŞA” tipli odkeçirici qaytan, 07 ədəd partladıcı qurğuların partlaması üçün istifadə edilən «KD» tipli kapsul-detonator, 01 ədəd hərbi artilleriya mərmilərinin emitasiyası üçün nəzərdə tutulmuş, elektropartlayıcı paket, 03 ədəd əldəqayırma üsulla hazırlanmış, trotillə təçhiz edilmiş, partlayıcı qurğu, 01 ədəd əldəqayırma üsulla hazırlanmış, trotillə təçhiz edilmiş, partlayıcı qurğunun hissəsi, 01 ədəd metal borunun içərisində partlayıcı maddə olan trotil, 10 ədəd “Molotov kokteli” adlandırılan yandırıcı qurğu, 1080 ədəd 5,45 mm kalibrli, 700 ədəd 7,62 mm kalibrli patronlar ilə silahlanmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı qrup yaradılmasında iştirak etmiş, Azərbaycan Respublikası Daxili İşl ər Nazirliyində qeyd edilən mütəşəkkil dəstə tərəfindən din pərdəsi altında həmin cinayətlərin törədilməsinə hazırlıq görülməsi və bu məqsədlə onların bir qrupunun dəstə üzvü Məhkum1a məxsus Ünvan 15 ünvanına sığınmaqla cinayətkar fəaliyyəti davam etdirməsi barədə əldə edilmiş məlumatlarla əlaqədar 26 noyabr 2015-ci il tarixdə mütəşəkkil dəstənin bir qrup üzvlərinin zərərsizləşdirilməsi, növbəti tarixlərdə isə bütövlükdə həmin dəstənin cinayətkar fəaliyyətinə son qoyulması istiqamətində qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri və Respublikanın digər bölgələrində keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində, eləcə də digər dəstə üzvlərindən ümumilikdə qeyd edilən 13 ədəd odlu, 12 ədəd soyuq silahlar, döyüş sursatları olan 47 ədəd əl qumbarası, 2111 ədəd patron, 41 ədəd giliz, 23 ədə d partlayıcı maddə və qurğular, 07 ədəd kapsuldetonator, 01 ədəd elektropartlayıcı paket, 01 ədəd partlayıcı qurğunun hissəsi, 10 ədəd “Molotov kokteli” adlı yandırıcı qurğu, həmçinin çoxsaylı çağırış kitabçaları, CD formatlı disk və digər elektron informasiya daşıyıcıları, 03 dekabr 2015-ci il tarixdə isə onun yaşadığı ünvandan “Müsəlman Birliyi hərəkatının sədri X1 MÜRACİƏTİ!” adlı kitabçaları aşkarlanaraq götürülmüşdür. Bundan başqa, Məhkum2 “Müsəlman Birliyi” Hərəkatının bədən tərbiyəsi və idman şöbəsinin rəhbəri kimi fəaliyyət göstərərkən 05 noyabr 2015-ci il tarixdə saat 21 radələrində üzv olduğu hərəkatın sədr müavini-İçtimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri X22nun törətdiyi xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavi mət göstərmə cinayət əməllərinə görə saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon polis idarəsinə (RPİ) gətirildikdən sonra sonuncunun azad olunmasını tələb etmək üçün hərəkatın üzvü X7, X25 ilə birlikdə polis idarəsinin qarşısına toplaşmaq barədə çağırışlar edərək “Facebook” internet sosial şəbəkəsində hərəkat üzvləri “hər kəs sabunçu polis idarəsinin qarşısına gəlir” şərhlərindən sonra həmin gün saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu Sülh küçəsində yerləşən Sabunçu RPİ-nin qarşısına gələrək orada hərəkatın 40-50 nəfər tərəfdaşına qoşulub onunla birgə öz fəallığı ilə seçilən X68, X69, X71, X72, X73, X74 ilə bir qrup şəxs halında X25 və X7 təşkilatçılığı ilə X22un dərhal buraxılması tələbinə dair şüarlar səsləndirib, Sülh küçəsində Sabunçu rayon polis idarəsinin inzibati binasına yaxın laşaraq nəqliyyatın hərəkətini dayandırmış, polis idarəsinin və ətrafda yerləşən dövlət və özəl müəssisə, təşkilatların, mağaza və ictimai iaşə obyektlərinin normal fəaliyyətini və ictimai qaydanı kobud surətdə pozmuş, xidməti geyim formasında ictimai asayişi qorumaq və onların qanuna zidd əməllərinin qarşısını almaq üzrə vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının səsgücləndirici ilə dağılışmaq barədə qanuni tələblərinə tabe olmayıb əl-qol hərəkətləri ilə nümayişkəranə şəkildə etirazını bildirib, onlara həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərək yerdən götürdükləri daş, dəmir, taxta parçaları və əllərinə keçən digər əşyalarla, həmçinin yumruq və təpiklə vurub Sabunçu RPİ-nin 15-ci polis bölməsinin cinayət axtarış ü zrə kiçik inspektoru X75 sol diz oynağının sıyrığı, Sabunçu RPİ-nin 12-ci polis bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru X76na sol diz oynağının sıyrığı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri, Sabunçu RPİ-nin post patrul xidməti (PPX) bölüyünün polis nəfəri, polis serjantı X77na alın nahiyyəsinin əzilmiş yarası, hər iki göz yuvası ətrafı nahiyyələrinin dərialtı hematomaları, Sabunçu RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik inspektoru X78na ənsə nahiyyəsinin əzilmiş yarası və sağ bayır topuğun sıyrığı, Sabunçu RPİ-nin PPX bölüyünün komandiri, polis kapitanı X79 sağ əlin əzilmiş yarası kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirilmiş, Sabunçu rayon polis idarəsinin PPX bölüyünün polis nəfərləri, polis serjantı X80, polis serjantı X81, polis serjantı X82, polis serjantı X83, polis serjantı X84, polis serjantı X85 və polis serjantı X86na xidməti istifadə üçün təhkim olunmaqla hadisə vaxtı üzərilərində olmuş 1 ədəd “Motorolla MTR 850” markalı radiorabitə vasitəsi, 7 ədəd qoruyucu qalxan, 7 ədəd gözlüklü dəbilqə sındırılmaqla istifadəyə yararsız hala salınmasına, 8 ədəd əl qandalı, 5 ədəd rezin dəyənək, 3 ədəd “CS” markalı qaz balonunun itirilməsinə, nəticədə dövlətə 1651,92 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Hökmdən məhkumlar Məhkum1nun və Məhkum2nun müdafiəçisi Namazlı Fariz Mübariz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Bayramov Əmir Novruz oğlu, hakimlər Qasımo v Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 26 sentyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarından məhkumların müdafiəçiləri kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə məhkumlar Məhkum1 və Məhkum2 barələrində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçilər Bayramov Bəhruz Front oğlu və Namazlı Fariz Mübariz oğlu kassasiya şikayətində məhkumlar Məhkum1un və Məhkum2un “Müsəlman Birliyi Hərəkatı”nın, guya, mütəşəkkil silahlı dəstə, onların cinayətkar n iyyətləri, bu niyyətlərə terrorçuluq yolu ilə nail olmağı nəzərdə tutması, bu istiqamətdə qanunsuz olaraq, çoxlu sayda odlu və soyuq silahlar, döyüş sursatı, partlayıcı qurğu və maddələr əldə etmə, X1un ayrı-ayrı məscidlərdə və başqa yerlərdə etdiyi çıxışlarda hakimiyyətin qanuni tələblərinə tabe olmamağa, dini nifrət və düşmənçiliyin salınmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsi, terror aktlarının törədilməsi və terrorçuluğa zəruri hazırlıq işlərinin görülməsi, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan güc və silahlı birləşmələr və qruplar yaratmaq, eləcə də, onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı, silahla, partlayıcı maddələrlə təchiz etmə, haki miyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmama və ya kütləvi iğtişaşa, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar, eyni zamanda qəsdən adam öldürmə və digər cinayətləri törətməkdə təqsirli bilinib məhkum edildiklərini, “Müsəlman Birliyi Hərəkatı”nın Nizamnaməsinin iş materiallarında olduğunu, həmin Nizamnanənin 1.2-ci bəndinə əsasən, hərəkatın öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həmçinin öz Nizamnaməsi əsasında qurduğunu, hərəkatın məqsədləri sırasına gənclərin müstəqil fikir sahibləri olmasının, ictimai proseslərdə gənclərin fəal iştirakını təmin etmək və onların ictimai həyatına təsirini artırmağın, gənclərin öz hüquqlarını bilməsinin və onları müdafiə etməsinin, da ha sərbəst və məsuliyyətli gənclərin formalaşdırılmasının, qloballaşan dünyanın müasir standartlarına gənclərin uyğunlaşmasının, gənclərin mədəni, elmi, əxlaqi, mənəvi və digər qeyri-maddi tələblərinin təmin edilməsinə yardımçı olmağın aid olduğunu, yəni Nizamnamədə faktiki olaraq, hər hansı dövlət çevrilişinə, dini hakimiyyət qurulmasına, dövlətin konstitusiya quruluşunun dəyişdirilməsinə işarə edən bir halın nəzərdə tutulmadığını, bu iş üzrə ittihamı təsdiq edən sübutların, demək olar ki, yox dərəcəsində olduğunu, istintaq orqanı tərəfindən təqdim olunmuş saxta sübutların da onun kassasiya şikayətində qeyd etdiyi hallarla təkzib olunduğunu, hadisədən qabaq X1un dəfələrlə keçmiş MTN-nə və Yasamal RPİ-nə dəvət olunduğunu və getdiyini, bu cür ağır əməliyyat həyata keçirilsə də, heç bir vide o çəkilişin aparılmadığını, bu əməliyyatın aparılmasına heç bir ehtiyac olmadığını, çünki istər X1un, istərsə də “Müsəlman Birliyi Hərəkatı”nın digər üzvlərinin dövlət orqanlarının çağırışına getdiklərini, “X1 müraciəti” adlı kitabçanın ilk cümləsində “Vəfalı dostlarım!. Vaxt Hüseyn aşiqlərinin yumruq tək birləşmək vaxtıdır...” yazıldığını, X1un dini əqidəcə şiə məzhəbinə qulluq etdiyini və Peyğəmbər nəvəsi Hüseynin qatı tərəfdarı olduğunu, onu özünə mənəvi lider hesab etdiyini və aşırı hörmətlə yanaşdığını nəzərə alaraq, belə bir adamın, tanınmış ilahiyyatçının İmam Hüseynə sadəcə “Hüseyn” deyə müraciət etməsinin ağlabatan görünmədiyini, kitabçanın 3-cü səhifəsində “...Nardaranda baş verənlər..., Elçin Qasımlıya, Elman Ağazadəyə... edilən zülümlər... bu hökumətin İslam düşməni olduğunun... bariz nümunəsidir” yazıldığını, Nardaranda hadisələrin 26 noyabr 2015-ci il tarixdə baş verdiyini, həmin şəxslərin bir çoxunun tutulmadığını, təqdim olunan kitabçada həmin şəxslərin adlarının çəkildiyini, qeyd olunan kitabçanın sonradan saxta sübutlarla və saxta çapla cinayət işinin materiallarına əlavə edildiyini, Məhkum2a verilən CM-nin 233 və 315.2-ci maddələri ilə verilən ittihamla bağlı arqumentlərə gəldikdə isə 05 noyabr 2015-ci il tarixdə Sabunçu RPİ-nin qarşısında baş verən hadisə zamanı Məhkum2un İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub ona 15 gün inzibati həbs verildiyini, sonradan Sabunçu rayon prokurorunun şikayəti əsasında qanunsuz olaraq, Sabunçu rayon məhkəməsinin qərarının ləğv olunduğunu və materialların cinayət işinin başlanmas ı üçün aidiyyatı üzrə göndərildiyini, Avropa İnsan Hüquqları Konvensiyasının 7 saylı protokolunun 4-cü maddəsinə görə heç kəsin hər hansı dövlətin qanunlarına və cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar mühakimə edilməsinin və ya cəzalandırıla bilməsinin mümkünsüzlüyünü, təqsirləndirilən şəxslərə münasibətdə təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı arqumentlərə gəldikdə Konstitusiyanın 63-cü maddəsinə əsasən, heç kəsin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirli bilinməsinə yol verilmədiyini, lakin DİN-nin və Baş Prokurorluğun artıq 01 dekabr 2015-ci il tarixdə həmin şəxsləri cinayətkar hesab etmələri ilə bağlı bəyanat yaydıqlarını, bu nun isə təqsirsizlik prezumpsiyasının pozulması olduğunu, keçirilmiş əməliyyat tədbiri zamanı qanunun bir sıra tələblərinin pozulduğunu, həmin pozuntuların kassasiya şikayətində əsaslandırılmış şəkildə göstərildiyini, cinayət işinin materiallarına əsasən, BMCMİ-nin 21 əməkdaşının iştirak etdiklərini, lakin həmin idarənin rəisi Seyfulla Əzimovun 19 dekabr 2016-cı il tarixli məktubunda əməliyyat tədbiri zamanı 18 nəfər əməkdaşın iştirak etməsini qeyd etdiyini, bundan başqa, “əməliyyat axtarış tədbirlərinin keçirilməsi və maddi sübutların götürülməsi barədə” protokolun qanunsuz olduğunu, hadisə yerində protokolun tərtib olunması üçün şərait olmaması əsas gətirilərək, protokolun 3-4 saat sonra imzalandığını, bunun da qanunsuz olduğunu, ölmüş polis əməkdaşları ilə bağlı keçirilmiş ekspertiza rə ylərinə gəldikdə isə həmin rəylərə əsasən, guya, polis əməkdaşlarının həyətin ortasında qumbara qəlpələrinin təsiri nəticəsində həlak olduqlarını, amma həyətdə, evin divarında, girişdə darvazada hər hansı qumbara qəlpəsinin olmadığını, əgər həyətdə qumbara atılmış olsaydı, qəlpələrin evə ziyan vurmalı olduğunu, evin tavanını və yaxud darvazanı zədələməli olduğunu, belə bir hal mövcud olmadığından onlar polis əməkdaşlarının qumbara qəlpələrinin təsirindən həlak olmadıqlarını hesab etdiklərini, bununla da, verilmiş tibbi ekspertiza rəylərinin saxta olduqlarını, bundan başqa, X1un, guya, çıxışlarının olduğunu, həmin çıxışlarda, guya, dövlət quruluşunu, konstitusiyanı dəyişməyə, dini hakimiyyətin qurulmasına çağırışlar olduğunu, lakin belə bir halın olmadığını, istintaq orqanının hansı əsaslar a görə bu cür sübutları əldə etməsinin və belə bir nəticəyə gəlməsinin aydın olmadığını, işin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı verilmiş 13 vəsatətin heç birinin təmin olunmadığını, həmçinin məhkum Məhkum1un bədəninin 80 faizinin işləmədiyini, ona saxlanıldığı Müalicə Müəssisəsində heç kimin qulluq göstərə bilmədiyini, məhkəmənin qərar qəbul edərkən, bu nüansı da nəzərə almadıqlarını, həmçinin birinci instansiyası məhkəməsində məhkum Məhkum1nun bütün ittihamları rədd etdiyini və özünü təqsirli bilmədiyini, eləcə də, digər məhkəmə instansiyalarında həmin möqvedə qaldığını, birinci instansiyası məhkəməsində müdafiə tərəfinin məhkum Məhkum1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdiyini, apellyasiya instansiyası məhkəməsində də məhkum Məhkum1 barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinin xahiş olunduğunu, kassasiya şikayətində də onların məhkum Məhkum1 barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinin xahiş etdiklərini, hüquqlarını müdafiə etdiyi məhkum Məhkum1a CM-nin 22 maddəsi ilə ittiham verildiyini, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona CM-nin 228.4, 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilmədiyini, cinayət qanununa əsasən, cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsinin cinayət hesab edildiyini, lakin iş üzrə mötəbər sübutların olmadığını, birinci və apellyasiya instansiyası məhkəməsinin qərarlarında yalnız ümumi sözlərdən istifadə olunduğunu, sübutların konkret olmalı olduğunu, bütün epizodlarda məhkum Məhkum1un mütəşəkkil dəstənin üzvü kimi təqdim olunduğunu, Konstitusiya Məhkəməsinin Plenumunun mütəşəkkil dəstə anlayışının şərh olunması barədə qərarının olduğunu, həmin qərarda mütəşəkkil dəstənin əlamətlərinin sadalandığını, məhkum Məhkum1un xəstəliyinə gəldikdə isə sonuncunun onurğa sütununun işləmədiyini, Nardaran əməliyyatları zamanı onun onurğa sütununa iki ədəd güllənin dəydiyini, məhkəmə-tibbi ekspertizasının rəyində də göründüyü kimi həmin şəxsin sağlamlıq vəziyyətinin çox ağır olduğunu, hökm elan olunduqdan sonra məhkum Məhkum1un Müalicə Müəssisəsində saxlanıldığını, cinayət-qanunvericiliyində hümanist maddələrin olduğunu, lakin onların tətbiqində problemlərin olduğunu, CM-nin 78.2-ci maddəsinə əsasən, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxsin məhkəmənin qə rarı ilə cəza çəkməkdən azad edilə bildiyini, Konstitusiya Məhkəməsinin də həmin maddənin şərh edilməsi ilə bağlı qərarının olduğunu, CPM-nin 511.1ci maddəsinə əsasən, məhkumun cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda, cəzaçəkmə yeri üzrə birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarına müvafiq olaraq həkim komissiyasının rəyi əsasında həmin şəxsi cəza çəkməkdən azad edə bildiyini, həmin məcəllənin 511.2-ci maddəsinə əsasən, məhkumun cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzaçəkmə müəssisəsi müdriyyətinin təqdimatı əsasında baxıldığını, məhkum Məhkum1un sağlamlıq vəziyyəti ağır olduğundan cəzaçəkmə müəssisəsinin şəxsin cəza çəkməkdən azad edilməsi ilə bağlı məhkəməyə təqdimat ve rmək səlahiyyətinin olduğunu, lakin bu prosesin baş vermədiyini bildirib, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə məhkumlar barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçilər Bayramov Bəhruz Front oğlu və Mehdiyev Fəxrəddin Məhəddin oğlunun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə gö rünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından (hökmdən və apellyasiya məhkəməsinin qərarından) görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla məhkəmə qərarlarında göstərilmişdir. Məhkum1 və Məhkum2nun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum1nun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.12, 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 3 15.2, 320.1 və 320.2-ci maddələri ilə, Məhkum2nun əməlləri ilə isə Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddlərlə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məhkəmənin əsaslandığı sübutlar sadalanmaqla aşağıdakılar qeyd olunmuşdur: “... hər iki təqsirləndirilən şəxs Məhkum1 nun və Məhkum2nun polisə müqavimət göstərməməsi, konstitusiya quruluşunu zorla dəyişdirmək fikirlərinin olmaması, Məhkum2nun 05 noyabr 2015-ci il tarixdə heç bir münaqişədə iştirak etməməsi, evindən aşkar edilmiş “Müsalman Birliyi Hərəkatı”nın sədri X1 müraciəti kitabçalarının ona məxsus olmaması, X1in siyasi baxımdan fikirləri ilə razı olmaması, “Müslaman Birliyi Hərakatı”nda fəaliyyəti sadəcə gəncləri sağlam ruhda böyütməsi niyyəti olması barədə olan ifadələrini məhkəmə ittihamı təkzib edən sübut qismində qəbul etmir, onların bu ifadələri hökmün-təsviri-əsaslandırıcı hissəsində şərh edilən sübutların məcmusu ilə tam təkzib olunur. Verilmiş apellyasiya şikayətində Məhkum1na və Məhkum2na bəraət verilməsi xahiş edilsə də, şikayətin məzmunudan göründüyü kimi Məhkum1na Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.12, 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 315.2, 320.1 və 320.2-ci maddələri ilə, Məhkum2na isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə verilmiş ittiham üzrə onların əməllərində cinayət tərkibinin olmaması və ya həmin cinayətlərin törədilməsində təqsirliliklərinin sübuta yetirilməməsi və ya yaxud onların həmin cinayətlərə aidiyyatlarının olmaması əsaslandırılmamış, bir sözlə onların cinayət əməllərini istisna edən konkret sübutlar göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə xarakterli, məhkum olunmuş şəxslər Məhkum1nun və Məhkum2nun cinayət məsuliyyətindən və cəzadan yayındırmağa yönəlmiş cəhdlər kimi qiymətləndirir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Məhkum1nun və Məhkum2nun barələrində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, onlara təqsirli bilinib məhkum olunduqları maddələr üzrə bəraət verilə bilməz. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Məhkum1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.12, 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 315.2, 320.1 və 320.2-ci maddələri ilə, Məhkum2nun isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış sübutlarla kifayət qədər sübuta yetirilməklə, düzgün, qanuni və əsaslı olara q müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və kassasiya şikayətinin apellyasiya şikayətində göstər ilənlərə uyğun dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar Məhkum1 və Məhkum2nun təqsirlərinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 və Məhkum2nun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələrin gəldikləri Məhkum1 və Məhkum2nun təqsirliklərinin sübuta yetirilməsi və əməllərinin tövsifinə dair nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində məhkumlara verilmiş ittihamda göstərilən hərəkətlər cinayətin mütəşəkkil dəstədə törədilməsi qənaətinə gəlməyə əsas vermədiyi iddia edilir, bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına istinad edilməklə mütəşəkkil dəstənin əlamətlərinin olmadığı bildirilir. Şikayətin bu dəlili iş materiallarına uyğun deyildir. Qanunda nəzərdə tutulmuş qaydada toplanılmaqla yoxlanılmış, tədqiq edilmiş və qiymətləndirilmiş sübutların kassasiya şikayətinin həmin dəlili baxımından təhlili göstərir ki, Məhkum1 və Məhkum2nun cinayətləri məhz mütəşəkkil dəstə tərkibində törətmələri sübuta yetirilmişdir (mütəşəkkil dəstənin bütün əlamətləri mövcuddur). Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CM-nin 34.3-cü maddəsinin müddəalarına əsaslanır. Həmin normada göstərilmişdir ki, bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Sübutları bir daha ətraflı təhlil etmiş məhkəmə kollegiyasının qənaətinə görə cinayətlərin məhz sabit qrup tərkibində törədilməsi (Məhkum1 və Məhkum2 tərəfindən) barədə nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəl illəri də buna əsas vermir. Kassasiya şikayətində “Müsəlman Birliyi Hərəkatı” İctimai Birliyin yaradılmasının məqsədləri, vəzifələri, fəaliyyət formaları göstərilmişdir. Məhkəmə kollegiyası şikayətin bunlara dair dəlilləri baxımından sübutları təhlil edərək cinayətlərin məhz bu hərəkatın adı altında Məhkum1 və Məhkum2nun qeyriləri ilə mütəşəkkil dəstədə birləşib cinayət törətmələrini (bunun müvafiq sübutlarla təsdiq olunduğunu) nəzərə alaraq hesab edir ki, “Müsəlman Birliyi Hərəkatı” İctimai Birliyin yaradılmasının məqsədlərinə, vəzifələrinə və fəaliyyət formalarına dair şikayətin dəlilləri müdafiə tərəfinin həmin İctimai Birliyə üzv olmuş şəxslərin ittihamda göstərilən cinayətləri (o cümlədən mütəşəkkil dəstə tərkibində) törətməmələrinə dair iddiasını heç cür əsaslandırmır, ittihamda göst ərilən cinayətlərin törədilməsinə dair nəticəni (Məhkum1 və Məhkum2 tərəfindən) təkzib edən amil kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə “X1in çıxışları ilə bağlı arqumentlər” başlığı altında kassasiya şikayətində göstərilənlərə də cinayətlərin törədildiyini təsdiq edən sübutlarda olan məlumatlar baxımından yanaşılmalıdır. Kassasiya şikayətinin bunlara dair dəlillərinin iş materiallarının birlikdə təhlili birmənalı olaraq göstərir ki, həmin dəlillər cinayətlərin törədildiyinə dair ittiham tərəfinin mövqeyinin əsassız olduğuna dəlalət edən amil kimi qiymətləndirilə bilməz. Məhkəmələr də haqlı olaraq belə nəticəyə gəlmişlər. Kassasiya şikayətində iddia edilir ki, “... 05 noyabr 2015-ci ildə Sabunçu RPİ-nin qarşısında baş verən hadisə zamanı Məhkum2 İnzibati Xətala r Məcəlləsinin 310-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub və ona Sabunçu rayon məhkəməsinin 06 noyabr 2015-ci il tarixli qərarı ilə 15 gün inzibati həbs verilmişdir. Sonradan Sabunçu rayon prokurorunun şikayəti əsasında (prosessual müddət pozulmaqla) Sabunçu rayon məhkəməsinin qərarı ləğv olunmuş və materiallar cinayət işinin başlanması üçün aidiyyəti üzrə göndərilmişdir. Göründüyü kimi, Məhkum2 əvvəlcə inzibati məsuliyyətə, sonradan eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilib. Bu isə Avropa İnsan Hüquqları konvensiyasına 7 saylı protokolun 4-cü maddəsinin pozuntusudur. Həmin maddəyə görə, Heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayətprosesual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsi ndə cinayət qaydasında təkrar mühakimə edilə və ya cəzalandırıla bilməz. Bundan əvvəlki bəndin müddəaları, əgər yeni və ya təzədən ortaya çıxmış hallar barəsində məlumatlar varsa və ya əgər əvvəlki araşdırma zamanı işin nəticəsinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, müvafiq dövlətin qanunlarına və cinayət-prosessual normalarına uyğun olaraq, işə təkrar baxılmasına mane olmur. Konvensiyanın 15-ci maddəsinə əsaslanaraq bu maddənin müddəalarından kənara çıxmağa yol verilmir”. Təqsirləndirilən şəxsə münasibətdə inzibati proses zamanı o İXM-in 310.1 -ci maddəsinə əsasən “polisin qanuni tələblərinə tabe olmamaqda” təqsirli bilinib. Sonrakı cinayət prosesində o, “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi” cinayətləri üzrə ittiham edilib. Bu pozuntular bir sıra elementler baxımından fərqlənsə də, bütün bu xətaların mərkəzi elementləri arasında müəyyən üst-üstə düşmə var: onların hamısının əsasında ictimai qaydanın pozulması və ictimai qaydanı qoruyan dövlət məmurlarının qanuni tələblərinə tabe olmama və ya müqavimət durmuşdur. Buna görə, elə situasiyalar ola bilər ki, hansısa hərəkət həm İXM-in 310.1 -ci maddəsi, həm də Cinayət məcəlləsinin normalarına (xüsusən 220, 221.2.2,0 315.1 və 315.2-ci maddələri) əsasən qanun pozuntusu hesab edilə bilər. Avropa Məhkəməsinin Sergey Zolotukhin RF-na qarşı işi üzrə qərarda mövqeyi belə olub ki, 7-ci protokolun 4-cü maddəsi eyni və ya əsasən eyni faktlardan doğan ikinci “pozuntu” üzrə istintaq aparmaq və ya məhkəmə keçirmək qadağandır (§§ 78-82)...”. Məhkəmə kollegiyasının qənaətinə görə şikayətin bu dəlili də əsassızdır. İş ma teriallarından görünür ki, Məhkum2 İXM-nin 310-cu maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş və materiallar cinayət işi başlanılması üçün aidiyyəti üzrə göndərilmişdir (kassasiya şikayətinin özündə də həmin qərarın ləğv edilməsi göstərilmişdir). Yəni, 05 noyabr 2015-ci il tarixində baş vermiş hadisə ilə bağlı cinayət təqibi başlanarkan Məhkum2nun bu hadisələrlə bağlı inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar artıq mövcud olmamış və İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası yuxarıda göstərilən müddəasının pozulması barədə fikir söylənilə bilməz (apellyasiya məhkəməsinin qərarı da şikayətdə istinad edilən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrüb əsi ilə heç bir ziddiyyət təşkil etmir). Şikayətdə müxtəlif dövlət qurumlarının “Müsəlman Birliyi Hərəkatı” İctimai Birliyinin fəaliyyəti və bunlarla bağlı hadisələr barədə bəyanat verilməsinə istinad edilərək təqsirsizlik prezumpsiyasının pozulması iddia edilir. Məhkəmə kollegiyası həmin bəyanatların məzmununa şikayətin dəlillərini nəzərə almaqla və təqsirsizlik prezumpsiyası prinsipi ilə bağlı məsələləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbləri, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cu bəndinin müddəaları (bu tələblərə və müddəalara kassasiya şikayətində də istinad edilmişdir) və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinin tələbləri baxımından qiymət verərək Məhkum1 və Məhkum2na müna sibətdə təqsirsizlik prezumpsiyası prinsipinə riayət olunduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İnsan Hüquqları və Əsas Azad lıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Müxtəlif dövlət qurumlarının və vəzifəli şəxslərin müvafiq hadisələr barədə özlərinin səlahiyyətləri daxilində ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə verdikləri bəyanatların məzmunu yuxarıda göstərilən normaların tələbləri baxımından bir daha təhlil edildikdə müəyyən olunmuşdur ki, həmin bəyanatlarda Mə hkum1 və Məhkum2nun hərəkətləri (o cümlədən ittihamda göstərilən) barədə hər hansı bir fikir əks etdirilməmiş, onların cinayət törətmələri, bunda təqsirli olmaları, təqsirləri sübuta yetirildiyi, cinayətdə təqsirli sayılmaları göstərilməmişdir. Belə olan halda mübahisəsizdir ki, həmin bəyanatlar Məhkum1 və Məhkum2nun təqsirsizlik prezumpsiyası hüququnu pozan amillər kimi qiymətləndirilə bilməz və yuxarıda göstərilən normaların pozulduğu barədə fikir söyləməyə əsas vermir. Odur ki, həmin məhkumlara münasibətdə təqsirsizlik prezumpsiyası prinsipinə tam riayət olunmuşdur. Kassasiya şikayətində əməliyyat axtarış tədbirlərinin keçirilməsi və maddi sübutların götürülməsi protokollarının qanun pozuntusu ilə tərtib olunduğu iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad olunur. Həmin dəl illərin biri kimi şikayətdə göstərilmişdir ki, “... protokolda polis əməkdaşları X47 və X48in aldıqları xəsarətlərdən öldüyü qeyd edilir. Halbuki, hər iki polis əməkdaşı ilə bağlı müvafiq olaraq 142 və 143 saylı meyitin ekspertiza rəylərində (X47la bağlı rəy saat 2100-dan 2300-dək, X48lə bağlı rəy saat 1900-dan 2100-dək) birinci halda ölümün meyitin müayinəsindən 5-7 saat əvvəl baş verdiyi, ikinci halda isə ölümün meyitin müayinəsindən 4-6 saat əvvəl baş verdiyi əksini tapıb. Bu isə o deməkdir ki, polislərin ölüm faktı protokolun tərtib edilməsindən sonra baş vermişdir. Belə olan halda həmin ölüm faktlarının protokolda əksini tapması sual doğurur...”. Şikayətin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, ekspert rəyindən göründüyü kimi, polis əməkdaşlarının ölümlərinin baş verməsinin vax tı dəqiq deyil, müəyyən vaxt intervalında (vaxt kəsiyində) göstərilmişdir. Mübahisəsizdir ki, ölümün baş verməsi ilə meyitin müayinəsi arasında 6 saatdan bir qədər çox vaxt keçmədiyi barədə qəti fikir söylənilə bilməz, hətta bu cür fikir söylənilərsə belə, protokoldan göründüyü kimi, baxış 1355-də başa çatmış (protokolun tərtibi isə 1520-də başa çatmış), ekspert rəyinə görə isə polis əməkdaşının ölümü saat 1300 radələrində də baş verə bilərdi (göründüyü kimi, bu məsələlərdə heç bir uyğunsuzluq yoxdur). Digər tərəfdən, həm hadisə yerinə baxış protokolu, həm də ekspert rəyləri iş üçün eyni mahiyyət daşıyan sübutlardır. Azərbaycan Respublikası CPM-nin 33.3-cü maddəsinə görə cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikas ı CPM-nin 33.4-cü maddəsində göstərilmişdir ki, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə görə ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Bu normaların tələbləri baxımından çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəylərində göstərilənlər şikayətdə istinad edilən protokolların qanun pozuntusu ilə tərtib olunması barədə fikir söyləməyə əsas vermir. Məhkəmə koll egiyası belə qənaətə gələrkən həm də ona əsaslanır ki, şikayətdə istinad edilən ekspert rəyləri və protokolda göstərilən məlumatlar arasında onların mötəbərliyinə şübhə yaradan ziddiyyətlər mövcud deyildir. Məhkəmə kollegiyası şikayətin baxış protokolu ilə bağlı digər dəlillərini də əsassız sayır və qeyd edir ki, onun qanunu pozuntusu ilə tərtib edilməsi və Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsində göstərilən halların mövcud olduğu barədə fikir söylənilə bilməz. Müdafiə tərəfinin vəsatətlərinin təmin edilmədiyinə dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, məhkəmə iclas protokolarından göründüyü kimi, müdafiə tərəfinin bütün vəsatətlərinə qanunla nəzərdə tutulmuş qaydada müzakirələr aparılmaqla baxılmış, onlar üzrə müvafiq qərarlar qəbul edilmişdir. Həmin qərarların da qanuniliyini şübhə altına almağa əsas yoxdur. Odur ki, bu məsələdə də məhkəmələr tərəfindən müvafiq normalara riayət edilmiş və qanun pozuntusuna yol verilməmişdir. Şikayətdə həm də iddia edilir ki, “... Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərarı yuxarıda qeyd edilən dəlillərə əsasən qanunsuz və əsassız olmaqla, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmır, təqsirləndirilən şəxslərə istinad edilən əməllərin onlar tərəfindən törədilməsini təsdiq edən hər hansı sübut yoxdur və bu ittihamlar hər hansı faktla sübuta yetirilmir...”. Kassasiya şikayətinin bu dəlili də iş materiallarına uyğun deyildir. İş materiallarından göründüyü kimi, apellyasiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanılmış, yoxlanılmış, tədqiq edilərək qiymətləndirilm iş sübutlara əsaslanmış, sübutların hansına və nə səbəbdən üstünlük verdiyini qərarda göstərmiş, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onları cavablandırmış, iş üzrə mövqeyini işin hallarına və qanunun tələblərinə istinad edərək cavablandırmışdır. Kassasiya şikayətində Məhkum1 və Məhkum2na bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilməd ikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının müddəalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə ziddiyyət təşkil etmir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2na cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların ailələrinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum1 və Məhkum2nun islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Cəza təyini məsələsi ilə əlaqədar olaraq həm də qeyd edilməlidir ki, apellyasiya məhkəməsi bu məsələdə də mövqeyini qərarında işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin q ərarında bunlarla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası həmçinin məhkum olunmuş şəxslərin hər birinə təyin edilmiş cəza məsələsini də müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə onlara təqsirli bilinib məhkum olunduqları maddələrlə ayrı-ayrılıqda və cinayətlərin məcmusu üzrə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə c əza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhə miyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin 10-cu cildinin 163, 170-172-cı vərəqlərində olan tələbnamə və hökmdən görünür ki, Məhkum1 əvvəllər Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 14.05.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq 07.05.2013-cü il tarixli Amnistiya haqqında qərarın 1.1-ci bəndinə əsasən 14.05 2013-cü ildə həbsdən azad olunmuşdur. Onun bu hökm üzrə olan məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə müvafiq olaraq ödənilmədən hazırki cinayət əməlini törətdiyindən Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən barəsində cinayətin residivi yaranır ki, bu halda da cəza təyini zamanı Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum1na və Məhkum2na cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, hər ikisinin himayəsində azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi, Məhkum1nun əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi, Məhkum2na münasibətdə isə cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə kollegiyası, yuxarıda şərh olunanları və cinayət qa nununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Məhkum1nun və Məhkum2nun həmin hökmdəki ittiham üzrə törətmiş olduqları cinayət əməllərinin hüquqi tövsifi məsələsi düzgün həll edilməklə, onların hər birinə təyin edilmiş cəzanın növü və miqdarı şəxsiyyətlərinə, törətmiş olduqları cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə onlara cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 18.1, 41.2, 56, 58, 59, 61 və 65.2-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, onlara həmin hökmlə təqsirli bilinib məhkum olunduqları cinayət qanununun maddələrinin sanksiyaları həddində həm ayrı-ayrıılıqda, həm də cinayətlərin məcmusu üzrə, cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi cəza təyini məsələsi üzrə mövqeyini də kifayət qədər ətraflı şərh etməklə əsaslandırmışdır. Bu mövqey işin hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, apellyasiya məhkəməsinin cəza təyini məsələsi ilə bağlı mövqeyinin də qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəs ində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.12, 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 315.2, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28.214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3, 315.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik Seyfəliyev Hakimlər: Nəsibov edən: Əli Hafiz Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-746/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-746/2019
12.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver