Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-746/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qrarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: N.H.Mehdiyev) Məhkum - xx xxxxxx 1960-cı il tarixdə Gürcüstan Respublikası Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Korrupsiya” ilə mübarizə “İlqar” ictimai-siyasi hüquq jurnalının redaktoru işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Xatınlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutul muş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkum üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilərək, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Məhkum x x xxxxxxx 2018-ci il tarixdə saat 14:00 radələrində ictimai yer hesab edilən ünvan 2 ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə əmlakın məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan həmin ünvanda “xxxx” MMC-yə məxsus mənzildə tikinti-təmir işləri aparan ustalardan tikinti-təmir işlərini dayandırmalarını tələb edərək tikinti-təmir işlərini özbaşına dayandrımaqla MMCnin ustalarının normal iş rejimini pozmaqla mənzildə təmir işləri aparan usta Zərərçəkmiş şəxs2 məxsus 150 manat dəyərində “Zenit” markalı odun doğrayan elektrik mişarını qəsdən binanın 2-ci mərtəbəsindən binanın həyətinə atmaqla məhv etmiş, mənzildə aparılan təmir işlərini dayandırdığına görə onun bu hərəkətlərinə irad bildirən və ictimai qaydanın pozulmasının qarşısını alan “xxxx” MMC-nin meneceri Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sonuncunu qəsdən əli və ayaqları ilə vuraraq ona sol qabırğa qövsü nahiyəsinin, sağ baldırın qançırları, sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əziyi və hematoması xəsarətləri ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər yetirməklə xuliqanliq etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə b axan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkum apelyasiya şikayətində əməlinin düzgün olaraq tövsif edilmədiyini bildirsədə, məhkəmə kollegiyası apelyasiya şikayətində əməlin tövsifi ilə bağlı məsələnin araşdırılmasını zəruri hesab etməmişdir. Bundan başqa apelyasiya şikayətində MMC ilə binanın sakinləri arasında araşdırılan mülki işdə iştirak etdiyini, məhkəmə qətnaməsi ilə MMC-nin iddiası təmin edilmədiyini qeyd etmiş, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, məhkəmə qərarı olmadan mənzillərin sökülməsi özbaşınalıqdır. Lakin o, buna əhəmiyyət vermədiyinə və söküntünün davam etdirilməsinə dair göstəriş verdiyindən aralarında mübahisə və dava- dalaş baş vermişdir. Həmçinin, məhkəmə kollegiyası “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında ” AR Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarına da əhəmiyyət verməmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünü və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarını ləğv edərək AR CM-nin 221-ci maddəsi ilə məhkum edilməyi ə sassız olduğundan ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilm iş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində Məhkum göstərmişdir ki, apelyasiya şikayətində əməlinin düzgün olaraq tövsif edilmədiyini bildirsə də, məhkəmə kollegiyası ape lyasiya şikayətində əməlin tövsifi ilə bağlı məsələnin araşdırılmasını zəruri hesab etməmişdir. Bundan başqa apelyasiya şikayətində MMC ilə binanın sakinləri arasında araşdırılan mülki işdə iştirak etdiyini, məhkəmə qətnaməsi ilə MMC-nin iddiası təmin edilmədiyini qeyd etmiş, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, məhkəmə qərarı olmadan mənzillərin sökülməsi özbaşınalıqdır. Lakin o, buna əhəmiyyət vermədiyinə və söküntünün davam etdirilməsinə dair göstəriş verdiyindən aralarında mübahisə və dava- dalaş baş vermişdir. Həmçinin, məhkəmə kollegiyası “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında ” AR Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarına da əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Xatınlı kəndində rəsmi qeydiyyatda olmasına baxmayaraq, ünvan 1 ünanında yaşayır. ünvan 3 ünvanında yaşayan işçisi X7 onun mərhum dostu Rüstəm Kərimovun oğludur və o, sonuncu vəfat etdikdən sonra onun ailəsinə qayğı göstərir. “xxxx” MMC tikinti şirkəti tərəfindən ünvan 4 ünvanında yerləşən binada təmir-tikinti işləri aparılan zaman x2 yaşadığı mənzilin işıq və kanalizasiya sisteminə zərər vurulmuş, həmçinin binanın sakinlərinin bir qismi köçürülmüşdür. Buna görə də o, ünvan 5 ünvanında yerləşən binanın sakinlərinin köçürülməsi ilə bağlı o, “xxxx” MMC tikinti şirkəti barəsində Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və hal-hazırda mülki iş üzrə məhkəmə baxışı davam edir. Birinci instansiya məhkəməsinin ittihamı təsdiq edən sübutlar kimi istinad etdiyi şa hid ifadələri və digər sübutlarla Məhkum öz ifadəsində göstərdiyi kimi ona heç bir aidiyyəti olmayan, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 2014-cü il tarixli 158 nömrəli Sərəncamı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Nizami rayonu, ünvan 2 küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1,2848 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmiş sahədə aparılan işlərə müdaxilə edərək, ustalardan tikinti-təmir işlərini dayandırmalarını tələb edərək tikinti-təmir işlərini özbaşına dayandırmaqla MMC-nin ustalarının normal iş rejimini pozmaqla mənzildə təmir işləri aparan usta Zərərçəkmiş şəxs2 məxsus 150 manat dəyərində “Zenit” markalı o dun doğrayan elektrik mişarını qəsdən binanın 2-ci mərtəbəsindən binanın həyətinə atmaqla məhv etmiş, mənzildə aparılan təmir işlərini dayandırdığına görə onun bu hərəkətlərinə irad bildirən və ictimai qaydanın pozulmasının qarşısını alan “xxxx” MMC-nin meneceri Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sonuncunu qəsdən əli və ayaqları ilə vuraraq ona sol qabırğa qövsü nahiyəsinin, sağ baldırın qançırları, sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əziyi və hematoması xəsarətləri ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurması təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, həmin bi nanın 3 nömrəli mənzilinin sakini kimi özünü təqdim edən Məhkum şirkətə yaxınlaşaraq öz mənzilinin alınması ilə əlaqədar olaraq onunla bir neçə dəfə söhbət etmiş, eyni zamanda Məhkum şirkətin digər fəaliyyəti ilə maraqlanmışdır. O, menecer olaraq Məhkum ona verdiyi sualları həmişə cavablandırmışdır, Məhkumla söhbət zamanı İlqar ondan mənzilinin alınması ilə əlaqədar olaraq şirkətdən 300000 manat pul istədikdə İlqara cavab olaraq şirkət tərəfindən bu məbləğdə pulun ona verilməyəcəyini, əgər bina sökülərsə həmin mənzilin kvadrat metrindən artıq 20 faiz təmirli mənzil verə biləcəyini izah etmişdir. Onun bu sözü İlqarı qane etməmiş və İlqar cavab olaraq istədiyi pulu ondan alacağını deyib ofisdən çıxıb getmişdir. xx xxxxxxx 2018-ci il tarixdə saat 14 radələrində o, Məhkumla binanın 2-ci mərtəb əsində təmir aparılan mənzillərə qalxaraq mənzillərdə təmir işlərinin aparılmasının hər hansı bir maneəçilik yaratmadığını, eyni zamanda mənzildən çıxan zibillərin təmizlənməsinin dərhal həyata keçirildiyini Məhkum izah etmişdir.Bu zaman İlqar istədiyi pulu ona verməyəcəyi təqdirdə onu və şirkəti müflis edəcəyi ilə hədələyərək ustaya aid mənzildə olan “Zenit” markalı elektrik mişarını və digər təmir alətlərini ikinci mərtəbədən yerə atmışdır. Bu zəmində onların aralarında sözlə mübahisələri yaranmış və İlqardan ustaların təmir alətlərini yerə atmasına ona kimin icazə verməsini soruşduqda İlqar onun üvanına qarşı nalayiq küçə söyüşləri deyib onu təhqir etmiş və bədən nahiyəsinin sol böyrünə təpiklə və bədəninin müxtəlif nahiyələrinə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Məhkum onu döydü yünü görən ustalardan x4, x5 və ora gələn polis əməkdaşları Məhkum ondan aralamaq istəsələr də İlqar polis əməkdaşlarının yanında yenidən onun bədən nahiyəsinə təpiklə vurmağa davam etdikdə polis əməkdaşları İlqarın qolundan tutaraq onları aralayıb Polis Şöbəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi bu hallar digər Zərərçəkmiş şəxs2, şahidlər X8, X2, X4, X5 və X4 ifadələrilə də təsdiq edilmişdir. Məhkum cinayət əməli həm də məhkəmə-tibb ekspertizalarının rəyləri və digər sənədlərlə təsdiq edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarında şərh edilmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxun ulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki t əsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsiz lik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə sübut edilmiş Məhkum hərəkətlərində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin göstərilən qərarında şərh edilən xuliqanlıq cinayətinin əlamətlə ri mövcud olmuş və məhkəmə cinayət işi üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları üzrə yoxlayaraq düzgün nəticəyə gəlmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya də yişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-746/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-746/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver