Məhkəmə qərarları › İş №1(102)-746/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-746/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-746/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi) Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Səfərov Ramin Behbud oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsin in 23 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1985-ci il ta rixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ailəli olmaqla sonradan boşanmış, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 04 aprel 2020-ci il tarixdə uzun müddətli ailə həyatı olan arvadı X11 ilə boşanmaq ərəfəsində olması ilə bağlı aralarında yaranmış narazılıqlara görə mobil telefon vasitəsilə onun anası X12 zəng edib təhqiredici ifadələr işlətməsindən hiddətlənərək ailə-məişət münasib ətləri zəminində qisas alıb qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə öz cinayətkar niyyətini həyata keçirmək üçün Gəncə şəhəri, Əhməd Cəlil küçəsində yerləşən “Azər” adlı yanacaq doldurma məntəqəsindən plastik qab içərisində 0,5 litr həcmdə “A92” markalı benzini alıb üzərində götürərək, həmin gün saat 21-22 radələrində X4nın yaşadığı evinə gəlmiş, sonuncunun qonşuluğunda olan xalası X7 ünvan 3 saylı mənzilində olmasını bilib, oraya gedərək həmin evin qonaq otağında X4 ilə qarşılaşıb “sən qudurmusan ki, anamı təhqir eləyirsən” sözlərini deməklə onunla eyni otaqda olan X7nın yanında əvvəlcədən qərarlaşdırdığı niyyətini, yəni xüsusi amansızlıq və ümumi təhlükəli üsulla yandırıb, öldürməklə həyatdan məhrum etmək üçün əldə edib üzərində gətirdiyi tez alışan neft məhsulu olan benzini arvadın ın üzərinə töküb, cibindən alışqanı çıxarıb onu yandırmaq istəyən zaman sonuncu yaxınlıqda yerləşən elektrik qızdırıcıdan alışaraq yanmış, arvadının ölməsini arzuladığından üzərində yanan alovun söndürlüməsinin qarşısını almaq üçün əlləri ilə onu tutaraq otaqdakı şkafa doğru sıxmış, lakin zərərçəkmiş şəxsin üzərində olan alovun onun üzərinə sıcramasına görə əli və kurtkası yanmağa başladığı üçün sağlamlığa qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən sol bud, hər iki əl barmaqlarının II-III termiki yanıq xəsarətlər alaraq ağrılara dözə bilməməsi, eləcə də hadisə yerində olan qohumu X7nın ona müdaxilə etməsinə görə X4nı buraxmağa məcbur olub hadisə yerindən uzaqlaşmış, qısa müddətdən sonra arvadının yanaraq ölməsinə əmin olmaq üçün təkrar hadisə yerinə qayı dan zaman həmin yerə qışqırıq səsinə gəlmiş az yaşlı doğma qızı Xnın gözü qarşısında xüsusi amansızlıqla arvadını öldürmək üçün “Sən yanmadın, sən ölmədin” sözlərini deməklə üzərinə hücum edən zaman Xnın onu aralaşdırmasına görə oradan uzaqlaşmış, X4ya vaxtında müdaxiləsi edilməsi nəticəsində üzərində olan yanğının söndürülməsinə, qısa müddət ərzində Gəncə şəhər 3 saylı təcili tibbi yardım xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən sağ bazu, sağ said, sağ bud, sağ ayaq pəncəsinin termiki yanıq xəsarətləri yetirməklə ümumi təhlükəli üsulla həyatdan məhrum etməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan göstərilən səbəblərdən niyyətini başa çatdıra bilməyə rək zərərçəkmiş şəxs X4 qəsdən xüsusi amansızlıq və ümumi təhlükəli üsulla öldürməklə həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən Məhkum müdafiəçisi Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 10 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Məhkum apellyasiya instansiyası məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarından 25 iyul 2022-ci il tarixdə kassasiya şikayəti vermiş və eyni zamanda bu qərardan kassasiya şikayətinin verilməsi üçün buraxdığı müddətin bərpasına dair vəs atətlə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə) 14 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarından 29 avqust 2023-cü il tarixdə Məhkum kassasiya şikayəti vermiş və eyni zamanda bu qərardan kassasiya şikayətinin verilməsi üçün buraxdığı müddətin bərpasına dair vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Cəfər ov Rafiq Musa oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 16 oktyabr 2023-cü il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının Konstitusiyasının və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq onun kassasiya şikayəti vermək üçün buraxılmış müddəti bərpa etməmişdir. Belə ki, törətdiyi cinayəti səmimi etiraf etməsini, cəzasının bir qismini çəkməsini, ailə vəziyyətini nəzərə alaraq ona təyin olunmuş cəza müddətinin azaldılması üçün kassasiya şikayətinin verilməsinə şərait yaradılmasını və bu səbəbdən də kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti buraxdığından həmin müddətin bərpa olumasını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərərçəkmiş şəxs X4 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs X4nın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə k assasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələ rinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən sax lanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu hüquq həmçinin cinayət-prosessual qanunvericiliyində də öz əksini tapmış və Azərbaycan Respublikasında üçpilləli məhkəmə sisteminin yaradılması və fəaliyyət göstərməsi nəzərə alınaraq hər bir məhkum olunmuş şəxsin onun barəsindəki ittiham hökmündən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinn hökm və ya qərarından isə - kassasiya şikayəti vermək hüququna malik olması müəyyən edilmişdir. Belə ki, CPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tut ulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. CPM-nin 35.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. CPM-nin 35.3-cü maddəsinin tədəbinə görə isə, məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. CPM-nin 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə icraatının sonsuz davam etməsinin qarşısının alınması, digər tərəfdən isə cinayət mühakimə icraatında hüquqi müəyyənlik prinsipinin də təmin edilməsi üçün qanunverici aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və ya kassasiya şikayətlərinin (protestlərinin) verilməsi üçün müxtəlif müddətlər müəyyən etmişdir. Ümumilikdə, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətl ərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Eyni zamanda hər bir məhkum olunmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici apellyasiya və ya kassasiya şikayətinin (protestinin) verilməsi üçün müxtəlif müddətlərlə yanaşı həmin müddətlər üzrlü səbəblərdən buraxıldığı hall arda bu müddətlərin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu haqda müraciətlər olduqda isə məhkəmənin vəzifəsi müddətin həqiqətən qanunvericilikdə göstərilən üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq, yəni müddətlərin bərpa edilməsini xahiş edən proses iştirakçısının irəli sürdüyü dəlilləri təsdiq və ya təkzib edən sübutları araşdırmaq və yalnız bundan sonra belə müraciətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir. Belə araşdırma aparılmadan istər müddətin bərpa edilməsi, istərsə də müddətn bərpa edilməsindən imtina olunması haqqında qəbul edilmiş qərar isə əsaslı və qanuni sayıla bilməz. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası əvvəla apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestini n verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, 15 iyul 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərar ın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarına” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. CPM-nin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. CPM-nin 4 11-ci maddəsinin tələblərinə görə, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarı eyni tarixdə poçt vasitəsi ilə Məhkum cəza çəkdiyi 2 saylı İstintaq Təcridxanasına göndərilmiş, o, həmin qərarın surətini 20 oktyabr 2022-ci il tarixdə qəbzə imza etməklə qəbul etmiş, məhkum tərəfindən həmin qərardan verilmiş kassasiya şikayəti isə cəzaçəkmə müəssisə sinin 07 sentyabr 2023-cü il tarixli göndəriş məktubu ilə, yəni qərarın alındığı vaxtdan 10 ay 17 gün sonra göndərilməklə, 20 sentyabr 2023-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçirilmişdir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Məhkum tərəfindən 14 oktyabr 2022-ci il tarixli qərardan kassasiya şikayəti həmin şikayətin verilməsi üçün müəyyən olunmuş müddət ötürülməklə, yəni qərarı qəbzə imza etməklə aldıqdan 10 ay 17 gün sonra verilmiş, lakin həmin müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkum kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair 20 sentyabr 2023-cü il tarixli vəsatətində göstərilən müddəti buraxmasının səbəbini isə cəza çəkdiyi müəssisəyə köçürüldükdən s onra məhkəməyə etiraz olaraq 2022-ci ilin sonlarında aclıq elan edərək yemək qəbulundan imtina etməsi, həmin müddətdə səhhətinin olduqca pisləşməsi, həmçinin ailə üzvlərinin zərər çəkmiş şəxslə barışıq əldə etmək üzrə olmaları ilə əsaslandırmış və bu səbəblərdən kassasiya şikayəti verə bilməməsini həmin hallarla əlaqələndirərək başqa hər hansı bir üzrlü səbəbə istinad etməmişdir. Halbuki, 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinay ət işinin materiallarından görünür ki, sonuncu məhkəmə aktlarının, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunda nəzərdə tutulmuş müddətlərdə ona verilməsinə baxmayaraq, Məhkum CPM-nin 410.1.1-ci maddəsində nəzərdə tutulmuş 01 (bir) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə yuxarıda göstərilən səbəblərlə izah etmişdir. CPM-nin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikay əti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən Məhkum tərəfindən verilmiş vəsatətdən məhkum barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun və ya məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum 14 oktyabr 2022-ci il tarixli qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamış və onun apellyasiya instansiyası məhkəməsinin həmin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, sonradan öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum 16 oktyabr 2023-cü il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi R.B.Səfərovun v ə kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, bu qərardan Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar