Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-747/2019 23.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)747-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 23 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2018-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli hökmü ilə (hakimlər: X6 (sədrlik edən) X1 və X4 ibarət tərkibdə) Təqsirləndirilən şəxs – xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, **************************** qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 126.2.3 və 126.2.4cü maddələri ilə 06 (altı) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2017-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor t ətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, bıçaqdan silah qismində istifadə edib, xuliqanlıq niyyəti ilə həmin vaxtı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi B.Bağırov küçəsində itlə gəzən X8 və qardaşı X9 itin hürməsini bəhanə kimi gətirərək əvvəlcə özündə olan təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə xüsusi amansızlıqla sonuncunun gözü qarşısında qardaşı M6 bir dəfə döş qəfəsinin sol yarısına və bir dəfə sol sağrı nahiyəsinə qəsdən vuraraq ona döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edərək diafraqmanın yaralanmasına səbəb olan bir ədəd, sol sağrı nahiyəsinin bir ədəd, cəmi iki ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət yetirildiyi anda insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuş, həmin vaxt ictimai qaydanın qorunmasının qarşısını alaraq Təqsirləndirilən şəxs sakitləşdirmək istəyən M6 qardaşı E6 həmin təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə bir dəfə döş qəfəsinin sol yarısına və bir dəfə qarının ön divarına qəsdən vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd, qarının ön divarının daxilə nüfuz etməyən bir ədəd, cəmi iki ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə) 27 aprel 2018-ci il ta rixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.2.3cü maddəsi onun ittihamından və hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2018-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki işdə hadisə mübahisə zəminində baş verib, məhkumun niyyəti və məqsədi ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərməsinə yox, zərərçəkmiş şəxslərə irad tutması, onların isə bu irada qulaq asmaması, itiniməhkumun üstünə cummasına təhrik etməsinə yönəlib. Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi cinayətin motivinin nədən ibarət olmasını göstərməmiş, cinayətin motivini müəyyən etmədən məhkumu düzgün olmayaraq, qərəzli xuliqanlıq hərəkətləri etməkdə və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxslərə bədən xəsarətləri yetirməkdə təqsirli bilərək məhkum etmişlər. E6 əlində oraq olmayıb, çünki şahidlər hadisə yerində oraq gördüyünü bildirməyiblər. Orağın olmasını yalnız zərərçəkmiş şəxslər göstərib, bu isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Şahidlərin ifadəsinə görə, tərəflər bir-birinə yaxınlaşaraq dalaşmağa başlayıb, zərərçəkmiş şəxslərsə deyir ki, əvvəlcə Təqsirləndirilən şəxs oraqla onları vurmağa cəhd edib. Buna görə də şahid lərin ifadəsinə daha mötəbər yanaşmaq lazımdır. Təqsirləndirilən şəxs niyyəti heç də xuliqanlıq olmayıb, məhkəmə qərarlarında da onun əməlinin hansı səbəbdən CM-nin 221.3 və 126.2.4-cü maddələri ilə tövsif edilməsini əsaslandırmamışdır. Buna görə də Təqsirləndirilən şəxs CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsi qanunsuz və əsassızdır. O, öz ifadəsində və apellyasiya şikayətində göstərib ki, o, zərərçəkmiş şəxslərdən özünü qorumaq məqsədi ilə əlinə hansısa metal parıldayan əşya keçib və onunla özünü müdafiə etməyə çalışıb. Bu zaman həmin əşyanın zərərçəkmiş şəxslərə dəyməsi mümkündür. Burada təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxslərə qəsdən xəsarət yetirmək olmayıb. Bundan əlavə, Təqsirləndirilən şəxs atası vəfat edib, anası lal-kardır və onun himayəsindədir. Məh kəmə qərar qəbul edərkən bu hala da diqqət yetirməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununu n və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun n ormalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, hadisə mübahisə zəminində baş verib, məhkumun niyyəti və məqsədi ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərməsinə yox, zərərçəkmiş şəxslərə irad tutması, onların isə bu irada qulaq asmaması, itiniməhkumun üstünə cummasına təhrik etməsinə yönəlib. Zərərçəkmiş şəxslərdən özünü qorumaq məqsədi ilə əlinə hansısa metal parıldayan əşya keçib və onunla özünü müdafiə etməyə çalışıb. Burada təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxslərə qəsdən xəsarət yetirmək olmayıb. Məhkumun Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclasındakı ifadəsində göstərmişdir ki, 13 iyul 2017-ci il tarixdə, gecə saat 01-02 radələrində yaşadığı evin həyətində olan vaxt küçədə kiminsə söyüş söydüyünü eşidib çölə çıxanda 2 nəfər tanımadığı şəxsin dayandığını görüb sonunculara yaxınlaşıb söyüş söyməmələrini, bir qədər aralıda dayanmalarını demişdir. Həmin şəxslərin yanında çoban iti olmuşdur. Həmin şəxslər ona “get işinlə məşğul ol” deyib iti onun üstünə buraxmışlar. O, tez qaçıb həyətə girmiş və evdə əynini dəyişib çölə çıxmış və həmin şəxslərlə «Ruzi» marketin yanında rastlaşmışlar. Həmin şəxslər yenə də iti onun üstünə buraxmışlar və onun üstünə gəlib onu yumruq və təpiklə vurmağa başlamışlar. O, həmin şəxslərdən birini yerə yıxıb yerdən götürdüyü dəmir parçası ilə xəsarət yetirmişdir. Sonra N6 və K6 gəlib onları aralamışdır. O, anasının onu döyülmüş vəziyyətdə görməsini istəmədiyi üçün qəbirstanlığa ge dib gecəni atasının qəbrinin yanında qalmış və səhərisi gün polisə gedərək hadisəni etiraf etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş X14 ifadəsində göstərmişdir ki, 13 iyul 2017-ci il tarixdə, gecə saat 01-02 radələrində qardaşı E6 birlikdə Maştağa qəsəbəsi, B.Bağırov küçəsi ilə gedən zaman özləri ilə gəzdirməyə çıxardıqları it hürməyə başlamış və bu vaxt adını sonradan bildiyi E6 adlı şəxs yaşadığı evin həyətində qışqırıb ona və qardaşına söyüş söyərək “gözləyin gəlirəm” demişdir. O və qardaşı həmin şəxsin sözlərinə məhəl verməyib birlikdə oradan uzaqlaşmış və bir qədər gəzişdikdən sonra “Ruzi” market adlanan ərzaq mağazasının qarşısında E6 görmüşlər. E6 onları görüb üzərilərinə gəlmiş və itlə gəzən şəxslərin kim olduğunu soruşduqda, o, itin onlara məxsus olduğunu dem işdir. Həmin vaxt E6 əlindəki oraqla onu vurmaq istəyən zaman o, orağı E6 əlindən alıb kənara tullamışdır. Sonra E6 bıçaq çıxartmış və bıçaqla onun sol qarın nahiyəsindən bir dəfə və sol bud nahiyəsindən də bir dəfə vurmuşdur. Birinci instansiya məhkəməsi Məhkəmə iclasında zərərçəkmiş X15 qardaşı M6 eyni məzmunlu ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, E6 bıçaqla qardaşı M6 vurduqdan sonra onları aralayıb sakitləşdirmək istəyən zaman E6 bıçaqla iki dəfə onun qarın nahiyəsindən vurmuşdur. O, yerə yıxılanda M6 E6 əlindən tutduqda o, yerdən qalxıb E6 yumruqla vurmuşdur. Həmin vaxt bıçaq E6 əlindən yerə düşmüş, sonra qardaşı Mahir E6 yumruq və təpiklə vurmağa başlamışdır. Bu zaman oraya tanımadığı iki nəfər şəxs gəlib onları aralamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndinin 3-cü hissəsində qeyd olunur ki, «xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır.» Hər üç ifadədən görünür ki, zərərçəkmiş şəxslər M6 və E9 küçədə gəzərkən it hürdüyünə görə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qışqırıb onlara söyüş söyərək “gözləyin gəlirəm” deməsinə baxmayaraq oradan uzaqlaşmışlar. Lakin, Elşən onları təqib edərək “Ruzi” market adlanan ərzaq mağazasının qarşısında onlara çataraq onların üzərinə getmiş və cibindən çıxardığı bıçaqla onl ara xəsarət yetirmişdir. E6 münaqişənin başlamasının təşəbbüskarı olması, heç bir zərurət olmadan özü ilə bıçaq götürməsi, sonra isə zərərçəkmiş şəxslərin hər ikisinə həmin bıçaqla xəsarətlər yetirməsi, öz üstünlüyünü nümayiş etdirməsi kimi hallar xuliqanlıq niyyətinin olmasına dəlalət edən hallardır. E6 həm də gecə vaxtı, “Ruzi” market adlanan ərzaq mağazasının qarşısında, zərər çəkmiş şəxslərdən başqa mağazasının gözətçisinin olmasına, həmin ərazidə yaşayan əhalinin istirahət etməsinə məhəl qoymayaraq cəmiyyətin həmin üzvlərinə qarşı açıqca hörmətsizlik etmiş, söyüşlər söyməklə və dava-dalaş salmaqla ictimai qaydanı, birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmuşdur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 May 2011-ci il tarixli qərarında şərh edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Həmin qərarda şərh edilmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə xəsarət yetirmək niyyətinin olmaması, onun özünü müdafiə etməsi, zərərçəkmiş şəxslər tərəfindən itin onun üstünə buraxılması cinayət işinin materialları ilə sübut edilmir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri əsassız hesab edilir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, anasının himayəsində olmasını və əməlindən peşman olmasını CM-in 59.2-ci maddəsinin tələbinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilən halları və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində təsbit edilmiş digər halları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətə CM-in 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar y oxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 126.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin (11 il) dörddə üçündən (8 il 3 ay) və CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin (6 il) dörddə üçündən (4 il 6 ay) aşağı hədlərdə, müvafiq olaraq 6 il və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edildiyindən və bu zaman kassasiya şikayətində göstərilən hallar da nəzərə alındığından məhkəmə kollegiyası hesab edir ki, cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır və təmin edil məməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2018-ci il tarixli qərarı məhkumun müdaf iəçisinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-747/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-747/2019
23.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver