Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-747/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1583/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəs i üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1972-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır. 2. 09 mart 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhk um qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan adını bilmədiyi və üzünü görmədiyi şəxslə əlbir olaraq cinayət əlaqəsinə girməklə 11 noyabr 2021-ci il tarixdə, axşam saatlarında şəhərdə quraşdırılmış mobil telefon danışığı əsasında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, həmin şəxsin kart hesabına 400 manat ödədikdən sonra sonuncunun ağacın dibində gizlətdiyi külli miqdarda xalis çəkisi 14,855 qram psixotrop maddə metamfetamini və külli miqdarda təmiz çəkisi 15,813 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və həmin gün saat 23:00 radələrində, Bakı şəhəri Binəq ədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 196 ünvanında saxlanılaraq Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada 12 noyabr 2021-ci il tarixdə saat 00:40-da üzərinə baxış keçirilərkən, əynində olan qara rəngli qış gödəkcəsinin sol içəri cibindən 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan «CAS CUX 420» markalı elektron tərəzi, əynindəki tünd göy rəngli boz zolaqlı idman gödəkcəsinin sol yan cibində olan siqaret paketinin içərisindən 04 ədəd şəffaf və 02 ədəd sarı rəngli sellofan paketə bükülmüş bükümlər, onlardan 02 ədəd şəffaf rəngdə və 01 ədəd sarı rəngdə paketlərin içində hər birinin ayrı-ayrılıq da təmiz çəkiləri 3,890 qram, 0,140 qram və 10,825 qram, cəmi təmiz çəkisi 14,855 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə metamfetamin; 02 ədəd şəffaf rəngdə və 01 ədəd sarı rəngdə olan paketlərinin içində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri- 0,056 qram, 4,690 qram və 11,067 qram, ümumilikdə təmiz çəkisi 15,813 qram təşkil edən qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-843/2022 nömrəli, 12 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yedd i) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 11 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib cinayət işinin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığını qeyd etməklə, həmin hökmün ləğv edilməsini və onun əməlinin tövsifinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə dəyişdirilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1583/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)-843/2022 nömrəli, 12 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il müddətinə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1583/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya protesti belə əsaslandırılmışdır ki, məhkəmə Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət işinin h allarına uyğun olmayan əsasları cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə Məhkum törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
9. Məhkum kassasiya protestinə etiraz verərək, kassasiya protestinin təmin edilməməsini xahiş etmişdir. III. Hüquqi məsələlər 10.Məhkəmə kolle giyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründü yü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittiham çısı verdiyi kassasiya protestində Məhkum təyin edilən cəzanın həddini mübahisələndirməklə, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şə xsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
17. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmun undan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayət lərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
18. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmağa əsas vermir.
19. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
20. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
21. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müz akirə edərək, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, qəbul edilmiş və hazırda mübahisələndirilən qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir.
22. Belə ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını yüngülləşdirən halın olmaması ilə yanaşı, cinayətlərin residivini ağırlaşdıran hal kimi qiymətləndirməklə nəzərə alıb məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi cəzanın belə həddə təyin edilməsini ədalətli hesab etməyib birinci instansiya məhkəməsinin hökmünü cəza hissəsində dəyişdirmiş və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini bir il altı ay endirməklə, sonuncuya 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
23. Məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir və apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum təyin edilmiş cəza qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.
24. Kassasiya protestində qeyd edilən, Məhkum cəza təyin edərkən apellyasiya instansiyası məhkəməsinin cinayət işinin hallarına uyğun olmayan əsasları cəzanın yüngülləşdirən hal kimi qəbul etməsinə dair dəlillərə gəldikdə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsi ilə müəyyən edilmiş ümumi prinsipə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız Cinayət-Pro sessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir.
25. Qeyd olunanlar nəzərə alınmaqla, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.
26. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CP M-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1583/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarı dəyişdi