Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-747/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X7 Məhkum- Məhkum, Müdafiəçi – X2, Tərcüməçi – X11, (iş yeri - BDU, Şərqşünaslıq fakultəsi, Türk dili bölümü, Baş müəllim, Yardımçı dosent doktor) Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şə xs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi X8 və Zərərçəkmiş şəxs1 və nümayəndəsi X12 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin, 1(101)-274/2023 saylı, 24 iyul 2023-cü il tarixli hökmü (sədrlik edən hakim X9, hakimlər X15 və X3 ibarət tərkibdə) ilə xx xxxxxx 1984-cü il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası Qaziantep şəhəri Şirinbəy rayonu Ağ kənd məhəlləsi 134034 blok 6 mənzil 1 ünvanında qeydiyyatda olan, ünvan 1nda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində 06 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 52.1-ci maddəsi nə əsasən, Məhkum ona təyin edilmiş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi vaxtdan, yəni 24 iyul 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə iclas zalından həbsə alınması, hökm qanuni qüvvəyə minənədək Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmi ş şəxs2 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, 59.000 (əlli doqquz min) manat maddi ziyanın təqsirləndirilən şəxs X18 tutularaq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilməsi, Zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, 5.000 (beş min) manat maddi ziyanın təqsirləndirilən şəxs X18 tutularaq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ödənilməsi, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, mülki iddiada nəzərdə tutulmuş 90.000 (ABŞ) dollarının hazırda manata nisbətdə məzənnəsinə uyğun olaraq 153.000 (yüz əlli üç min) manat maddi ziyandan təqsirləndirilən şəxs X26 tərəfindən 35.000 ABŞ dollarının, yəni hazırda ABŞ dollarının manata nisbətdə məzənnəsinə uyğun olar aq 59.500 (əlli doqquz min beş yüz) manat maddi ziyanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməsi nəzərə alınmaqla, 93.500 (doxsan üç min beş yüz) manat pulun X18 tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməsi, mülki iddia qalan hissədə baxılmamış saxlanılması və mülki iddianın baxılmamış saxlanılmasına dair hissədə ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş təqsirləndirilən şəxs Məhkum məxsus "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında inşa edilmiş binadan 97,9 kvadrat metr sahə si olan 6-cı giriş 15-ci mərtəbədə yerləşən 133 saylı mənzil hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrliyi və məruzəsi ilə), X13 və X4 ibarət tərkibdə) 1(103)-1808/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə Məhkum və onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən ayrıayrılıqda, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndələri Nümayəndə2 və Nümayəndə4 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əs asən Türkiyə Respublikasının vətəndaşı Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək “X19” bankında olan hesabından “TFX TARGET” mobil tətbiqi vasitəsilə Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərin “online” sistem üzərindən səhmlərini ucuz qiymətə alıb baha qiymətə satmaqla qazanc götürəcəyini və Zərərçəkmiş şəxs1 tərəfindən veriləcək həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən hər 10.000 ABŞ dollarına görə aylıq ona 700 manat qazanc verəcəyini vəd edib aldadaraq gələcəkdə külli miqdarda pul ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ilkin olaraq 2020-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə həmin dövr ün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pulu alıb ələ keçirmiş, həmin pula görə 2020-ci ilin oktyabr ayının tamamında ələ keçirdiyi puldan 700 manatı guya qazanc olaraq Zərərçəkmiş şəxs1 verib, inam və etibarını daha da qazanaraq dələduzluq niyyətini davam etdirməklə həmin vaxtdan 2021-ci ilin fevral ayına qədər olan müddətdə ünvan 3 ünvanında yerləşən mənzildə bir neçə dəfəyə ümumilikdə Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 153.000 manat təşkil edən 90.000 ABŞ dolları məbləğində pulunu vahid niyyətini əhatə edən qəsdlə keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 170000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirm ə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək “X19” bankında olan hesabından “TFX TARGET” mobil tətbiqi vasitəsilə Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərin “online” sistem üzərindən səhmlərini ucuz qiymətə alıb baha qiymətə satmaqla qazanc götürüb Zərərçəkmiş şəxs2 da qazanc verəcəyini vəd edib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 3 ünvanında yerləşən mənzildə 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayına qədər olan müddətdə hissəhissə olmaqla 8.000 manat, 2021-ci ilin may-iyun aylarında 51.000 manat təşkil edən 30.000 ABŞ dolları pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 59.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək “X19” bankında olan hesabından “TFX TARGET” proqramı vasitəsilə Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərin sistem üzərindən səhmlərini ucuz qiymətə alıb baha qiymətə satmaqla qazanc götürüb Zərərçəkmiş şəxs2 da qazanc verəcəyini vəd edib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 4 ünvanında yerləşən mənzildə 2021-ci ilin əvvəllərində 5000 manat, 2021-ci ilin mart-aprel aylarında 5.000 manat pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 10.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisinin şika yətində göstərilir ki, Yazaraq qeyd edirəm ki, AR CMnin 178.3.2- ci maddəsi ilə təqsirləndirilən tərəf X27 barəsində cinayət işinin “ məhkəmə istintaqı zamanı təqsierləndirilən tərəfin ilkin müdafiəçisi olan vəkil Müdafiəçi1 zəruri araşdırılması tələb edilən hallara dair vəsatətləri tərəfinizdən təmin edilməmişdir. Təmin edilməməsi qanuna müvafiq əsaslandırılması tərəfimdən müəyyən edilməmişdir.Bu səbəbdən məhkəmənin obyektiv araşdırmanı, ədalət mühakiməsini və təqsirləndirilən tərəfin hüquqlarının pozulmamasmı təmin etmək, qanuna müvafiq hökm elan etməsi məqsədilə qeyd edilən xüsusatlarm məhkəmə tərəfindən yenidən araşdırılması mütləq və zəruri olduğu halda araşdırılmamış və müvafiq olaraq tərəfimdən məhkəməyə təqdime dilən Təqsirləndirilən tərəfin pul vəsaitlərini məxric və mədaxil etdiy i “ OYAK YATİRİM MENKUL DEGeRLER “ hissə yatırım bankında olan hesab çıxarışları -120 vərəqdə sübutlar elə həmin iclasda mənə geri qaytarılaraq, geri qaytarılmasının qanuni əsasları izzah edilməmişdir.İbtidai istintaq zamanı edilmiş pozuntu və qanuna zid halları təkrara öz çıxışımda nəızərinizə çatdırır, hazırki ittihamın əsassız olmasına dair müdafiə tərəfinin dəlillərini ətraflı şəkildə bildirirəm: Cinayət işi materialında zərərçəkmiş Zərərçəkmiş şəxs1 istintaq tərəfindən “ zərərçəkmiş şəxs qismində tanınması” na dair qərara tərəfimdən rast gəlinməmişdir. Həmin qərar cinayət işi materialına mövcud deyildir. Bu halların məhkəmə tərəfindən aydmlaşdırılaraq “ məhkəmənin hazırlıq mərhələsində “ qiymət verəcəyi hal olduğu halda buna dair hüquqi qiymət verilməmişdir.Bu hal məhkəmə tərəfindən yenidən araşdırılaraq, aydınlaşdırmalıdır. Cinayət işi materialında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilkin AR DİN Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığı xx.xx.2021- ci il tarixli, 039- 15318M saylı ərizəsinin məzmunundakı 2020- ci ilin dekabr ayından 2021- ci ilin fevral ayı ərzində tarixləri ilə ilkin izahhat və bütün ifadəklərindəki tarixlər arasında olan ziddiyyətlər məhkəmə istintaqlı zamanı aydınlaşdlrlmamış, zərəçəkmişlərin ilkin izahatları ilə ifadələri, eyni zamanda şahid qismində cəlb edilmiş Şahid1 javanşir qızının izahat və ifadələrindəkiziddiyyətlər proses iştierakçıları tərəfindən nə sual cavab şəklində, nə də digər prosessual qaydada araşdırılmadan məhdud formada ( müdafiə tərəfinin mövqeyi) məhkəmə istintaqı aparılmışdır. Məhkəmə tərəfindən şahidlərin Xatirə Məmədovanm və Şahid2 təqsirləndirilən tərəflə yalnız 2 dəfə Türkiyə dövlətinə getməsi ifadələri ilə cinayət işi materialında olan sərhəddən çıxarışlardakı dəfələrlə eyni tarixlərdə Azrəbaycan Respublikasının hüdudlarındanz kənara getməsi faktlarını, eyni zamanda digər zərəçəkmiş tərəflərin pul vəsaitini verdiyi faktları alması tarixləri üzrə müvafiq anten dairələrinin müəyyən edilməsi, eyni zamanda Zərərçəkmiş şəxs1 Mustafa İbili ilə pul vəsaitlərini eyni məkanda və əldən verməsinə ( təqsirləndirilınin pulu alaraq vəd verməsi fikirlıərinin real tərəflərini aydınlaşdırmaq və verilmiş itttihamın əsassız olması, zərərçəkmişin yalan ifadəsini tıdiq edilməısi məqsədilə) dair haslların aydınlaşdıırlması məqsədilə bu şəxslərlə təüqsdilənrilən tərəfin həmin zaman çərçivəsində istifadəsində olan mobil nömrələrin anten dairələri ( məkana və zamana uyğun) müəyyən edilməlidir. Bundan əlavə və ən vacibi məhkəmə tərəfindən Təqsirləndirilən tərəfin pul vəsaitlərini məxric və mədaxil etdiyi “ OYAK YATİRİM MENKUL DEĞeRLER “ hissə yatırım bankında olan hesab çıxarışlarını cinayəıt işi mamterialma əlavə edərək müvafiq ekspertizanın təyin edib, mütəxəssi rəyini alması və təqsirləndirilən tərəfin hesablara məxaric etdiyi pulun vəsaitləri ilə alman hissələrin Mustafa İbilinin ifadələrində qeyd etdiyi kimi ondna asılı olmayan səbələrdən qiymətlərinin düşməsi və zərər edilməsi hallarını araşdırması mütləq və zəruridir.Eyni zamanda məhkəmə Təqsirləndirilən tərəfin pul vəsaitlərini məxric və mədaxil etdiyi “ OYAK YATİRİM MENKUL DEĞERLER “ hissə yatırım bankına Məhəkmə sorğusu ünvamayaraq, qeyd edilən xüsusatlıara dair müvafiq rəsmi sənədin cinayət işi materiallarına təmin etməsi işin zəruri hallarındadır. Cinayət işi materiaahnda təqsirləndirilən tərəfin tərcüməçi Araz Abdulllayevin ona təqdim edilməsi protokoolu mvcud deyildir və məhkəmə tərəfindən sübutların tədqiqi mərhələsində nəzərə alınmamışdır. Məhkəmə zərəçəkmiş Zərərçəkmiş şəxs1 ilki ərizə, izahat və ifadəsində, mülki iddiasındala və təqsirləndirilən tərəfin həbsindən imtina qərarmdakı zərərin məbləğinin 100000 ABŞ dollar olması qeydi ilə onrakı ifadə və məhkəmədəki ifadəsində zərərin 126.000 ABŞ dolları olması hallarmdakı ziddiyyəti araşdımamışdır. Bundan əlavə Xətai rayon Məhkəməsinin ( əmlaka həbsin qoyulmasına dair) xx.xx.2021 -ci il tarixli qəırarınm məzmunu ilə nəticə hissəsi tamç fərqlidir və aidiyyatı üzrə təqsirlndirilənə aid dey ildir. Məhəkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəfindən zərəçəkmişlərin təqsirlndirilən tərifindən pul verilməməsi ifadələri ilə iş materialında olan xx.xx.2022- ci il tarixli bank sənədlərinəı baxış protokolundakı 65.000 ABŞ dollarının şahidklərə və zərərçəkmiş Zərərçəkmiş şəxs2 ödənməsi hallarının aydınlaşdırmamışdır və bu halların aydınlaşdırılması mütləq və zəruridir. Təqsilədirilən şəxsin istifadəsində olan və hissələrin satışı məqsədilə upplarm məxaruic edildiyi proqramın olduğu telefona baxış keçirilməsi və aidiyyatı ekspertiza üzrə mütəxəssi rəyinin alınması mütləq və zəruri olduöu halda aydmlaşdırılmadan natamam qalmışdır. Cinayət işi materiallarında olan, X14 Azərbaycanda olarkən “Yapı Kredi” Bankın ATM-dən 86.000,00 manat, 50.600,00 ABŞ dolları yəni pul çəkilmişdir həmin çekləri 42 vərəqdə olan sübutlara məhkəmə tərəfindən obyektiv qiymət veridliyi təqdirdə, şəxsin barəsində elan edilmiş ittihamın əsassız olması tam sübuta yetirilmiş olacaqdır. Bundan əlavə Cinayət işi materiallarında olan, X14 Azərbaycanda olarkən Türkiyənin “Halkbank”-dan X10 qardaşı tərəfindən 120.000,00 ABŞ dolları pul göndərilmiş Azərərbaycanda çəkilmiş, 17 vərəqdə olan qəbzlərə dair sübutlar məhkəmə tərəfindən obyektiv qiymət veridliyi təqdirdə, şəxsin barəsində elan edilmiş ittihamın əsassız olması tam sübuta yetirilmiş olacaqdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsind ə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-ci maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 42.1.4cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Məhkum barəsində AR CM-nin 178.3.2-ci maddəsi üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsini, onun dərhal məhkəmə zalından azad edilməsini, mülki iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində gğstərir ki, Məhkum oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cu maddəsi ilə təqsiri tam olaraq sübuta yetirilmişdi, Məhkəmə istintaqı bitdikdən sonra çıxışlar zamanı dövlət ittihamçısı tərəfindən, Məhkum ittiham edildiyi maddə üzrə məhkum olunduğu müddətdən daha çox müddətdə azadlıqdaı məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Həmçinin mən zərərçəknıiş şəxsin vəkili və nümayəndəsi olaraq öz çıxışımda əsaslı və haqlı olaraq, məhkum edilmiş şəxs Məhkum təqsirləndirildiyi maddənin sanksiyasında tıəzərd. tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar olan yuxan həddə cəzaya məhkum edilməsi barədə ittiham hökm ü çıxarılmasını xahiş etmişdim. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətiı bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm do başqa şəxslər tərəfindən yeni cinayətləriı törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən, 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Lakin birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi formal olaraq, məhkum edi/mi şəxsin aldadaraq gəlir formasında ödədiyi pulların olmasına istinad edərək, onun törətdiyi cinayə əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və ona yüngül xəza təyin etmişlər. Göründüyü kimi, Məhkum təyin edilmi ş cəza onun islah olunmasını şübhə altına alır, bununla da sosial ədalətin bərpa olunması mümkiin deyil Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəx haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin həmin tələblərinə əməl edilməmi Məhkum ittiham olunduğu maddədə nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilmiş və nəticədə müdafiəçisi və nümayəndəsi olduğum şəxsin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş qəra çıxarılmışdır. Hesab edirəm Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının İ(l03)l808/2023 saylı xx.xx.2023-cü i! tarixli qərarı dəyişdirilməli və məhkum e dilmiş şəxs Məhkum ittiham olunduğı maddədə nəzərclə tutulmuş yuxan həddə cəza təyin edilməlidir. Kassasiya şikayətində göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarını ləğv edilməsi və məhkuma daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının, məhkumun, onun müdafiəçisinin, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünl üyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti ol mayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası m əhkumun müdafiəçisi N.N.Qliyeva və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçi2 şikayətdə məhkumun əməlində cinayət tərkibi olmadığını iddia edərək Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini mübahisələndirir. Nümayəndə2 şikayətində Məhkum məhkəmələr tərəfindən yüngül cəza təyin edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyy ən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə ş ərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməl i; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə si cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178-ci maddəsində: “178.1 Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə; 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə--- bu hallarda məsuliyyət nəzərdə tutulmuşdur. 178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CP M-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğu n olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmi şdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavi rə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməkl ə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallar ının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, məhkumun müdafiəçisinin kassasiya şikayətinin məhkumun əməlində cinayət tərkibinin olmaması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə ə sasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfi ndən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza ci nayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsir ini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi nin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin təl əblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin cəzanın ağırlaşdırılması barədə kassasiya şikayətinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş d əlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-747/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-747/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver