Məhkəmə qərarları › İş №1(102)-747/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-747/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-747/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, işləməyən, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 24 oktyabr 2024-cü il tarixli, 1(103)-2157/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(004)101/2024 nömrəli hökmü (sədrlik edən hakim: O.Q.Məmmədli) ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddətin ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2024-cü il tarixdən hesablanmış, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı X5 tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 25 aprel 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən "Yeni Yasamal” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,704 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 25 aprel 2023-cü il tarixdə saat 13.20-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,704 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Məhkum cəza həddini müəyyən edərkən onun əməlində cinayətlərin residivinin mövcud olmasını nəzərə almamış və sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə minimum 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməli olduğu halda (cinayətlərin residivinə görə yarısından az olmamaq şərtilə), məhkəmə Məhkum Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqu st 2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasını dəyişdirmədən saxlamış, həmçinin CM-in 56.1.2-ci maddəsinə əsasən cəza çəkmə müəssisəsinin növünü ümumi rejimli cəza çəkmə müəssisəsi kimi müəyyən etmiş, bununla da, cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Protest müəllifi iddia edir ki, birinci və apellyasiya instansiya məhkəmələri "8 noyabrZəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 36-cı bəndində göstərilən hallara zidd olaraq Məhkum cəzadan azad edilmiş və məhkumluğu olmayan şəxs kimi dəyərləndirib, göstərilən halları onun əməlində cinayətin residivini istisna edən hal kimi qiymətləndimişlər. Halbuki Məhkum barəsin də narkomaniyadan məcburi müalicənin ləğv olunmasına dair həkimməsləhət komissiyasının rəyi, müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həmin müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsinin bununla bağlı qərarı mövcud olmamışdır. Başqa sözlə desək Məhkum barəsində tibbi xarakterli məcburi tədbir olan narkomaniyadan məcburi müalicə ləğv edilməmiş, bu isə öz növbəsində sonuncuya münasibətdə amnistiya aktının tətbiqi ilə cəzadan azad edilməsini istisna edir. Kassasiya protestində dövlət ittihamçısı “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli Qərarının 7-ci bəndinə istinad edərək, həmin bənddə göstərilmiş “bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ic timai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür” müddəalarının cəzasının bir hissəsini çəkmiş, çəkilməmiş hissəsindən azad edilmiş şəxslərə şamil edilmədiyini bu səbəbdən Məhkum münasibətdə sonuncunun əməlində cinayətlərin residivinin mövcud olmasında israr etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı madd əsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini ağırlaşdıran hallar haqqında məsələnin düzgün həll edilmədiyini, nəticədə cinayətlərin residivi nəzərə alınmadığı üçün Məhkum şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar k imi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestinin məzmununa diqqət yetirdikdə müəyyən olunur ki, dövlət ittihamçısı tərəfindən iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələn dirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası verilmiş kassasiya protestinin hüdudları çərçivəsində bu məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələrlə razılaşaraq həmin məsələləri hazırki qərarda müzakirə edilməsinə ehtiyac görmür. Məhkum yüngül cəza təyin edilməsi barədə kassasiya protestində göstərilən dəlillərə gəldikdə isə, müəyyən olunur ki, dövlət ittihamçısı Məhkum əməlində cinayətlərinin residivinin mövcud olmasını sonuncuya münasibətdə tətbiq edilmiş “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 7-ci və 36-cı bəndləri ilə əlaqələndirir. Belə ki, protest müəllifi kassasiya müraciətində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respubli kası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli Qərarının 7-ci bəndinə istinad edərək, normanın məzmununda cinayət törətdiyinə görə cəzaya məhkum edilmiş, lakin cəzasını çəkməmiş, yəni hökm icraya yönəlməmiş şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulduğunu və məhz bu kateqoriyadan olan şəxslərə münasibətdə məhkumluğun götürülməsinin mümkün olduğunu qeyd edərək, cəzaya məhkum edilmiş və cəzasının bir hissəsini çəkmiş, çəkilməmiş hissəsindən azad edilmiş şəxsin üzərindən məhkumluğun götürülməsinin həmin normanın tələbinə zidd olmasını göstərmişdir. Məhkəmə kollegiyası protestdə israr edilən hüquqi mövqeyə aydınlıq gətirilməsi məqsədi ilə aşağıdakı xususatları vurğulamağı zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şə xslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir və müvafiq qərarda amnistiyanın şamil olunduğu şəxslərin kateqoriyası, onun tətbiqi şərtləri, habelə amnistiyanın şamil olunması istisna olan şəxslərin dairəsi əks olunmaqla fərmanın hansı müddət ərzində icra edilməli olduğu göstərilir. Hüquqi baxımdan amnistiya xüsusilə mühüm dövlət tədbirlərinin qeyd olunması ilə elan edilir və özü özlüyündə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal kimi deyil, tətbiq ediləcəyi şəxsə göstərilən humanizmin təzahürü kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzad an azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Maddi hüquq normasının məzmununa diqqət etdikdə maddədə - cinayət törətməyə görə şəxsin cinayət məsuliyyətindən, məhkum olunmuş şəxslərin isə cəzadan azad edilə bilməsi, təyin olunmuş cəzanın müddətinin azaldılması və cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi kimi əsaslar əks olunsa da, cinayət törətməyə görə məhkum olunmuş şəxsin çəkilməmiş cəzadan azad olunması kimi anlayışı verilməmişdir. O, da nəzərə alınmalıdır ki, cinayət hüququnda cəzadan azad olmaq və cə za çəkməkdən azad olmaq anlayışları fərqli məzmunda olmaqla, fərqli hüquqi nəticələrə səbəb olur. Bununla yanaşı qeyd olunmalıdır ki, amnistiya institutunun tətbiqini şərtləndirən əsaslar cinayət qanunu ilə tənzimlənmir yəni başqa sözlə desək aktın şərtləri və proseduru da Məcəllə ilə müəyyən edilmir, bu amnistiyanı tətbiq edən hakimiyyətin siyasi iradəsindən asılı olan hüquqi prosesdir. Belə olan halda amnistiya aktına cinayət törətməyə görə məhkum olunmuş şəxsin çəkilməmiş cəzadan azad olunması və buna müvafiq olaraq həmin şəxsin məhkumluğunun götürülməsi kimi anlayışların daxil edilməsi amnistiyanı tətbiq edən hakimiyyətin iradəsi olmaqla, tətbiq edilən şəxsin vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsini istisna edən xüsusat kimi dəyərləndirilm əlidir. Eyni ilə amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulmadığı halda cəzanın çəkilməsindən azad edilmiş şəxs məhkum olunmuş hesab edilməli və Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi kimi qiymətləndirlməlidir. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə görə bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Həmin bəndə diqqət etdikdə, bəndə qanunverici tərəfindən “cəzadan azad edilən” deyil “cəzanı çəkməkdən a zad edilən” terminindən istifadə olunur ki, bu da öz özlüyündə şəxsin çəkilməmiş cəzadan azad olunması ehtiva edir. Həmçinin sözü gedən amnistiya aktında törədilmiş cinayətin kateqoriyası nəzərə alınmaqla (böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət) çəkilməmiş cəzadan azad olunmuş şəxslərin üzərindən məhkumluğunun götürülməsi kimi imperativ müddəalar əks olunmuşdur. Göründüyü kimi dövlət ədalət və mütənasibliyə əsaslanaraq hazırkı amnistiya aktının özündə cəzanı çəkməkdən azad edilən şəxslərin (amnistiya aktında sadalanan şərtlər nəzərə alınmaqla) üzərindən məhkumluğun götürülməsini şərtləndirən, humanizm və mərhəmət söykənən iradə ifadəsini elan etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “8 NoyabrZəfər Günü münasibətilə amnistiya elan edi lməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinin təsiri altına düşən şəxs məhkəmə və ya müəssisə tərəfindən çəkilməmiş cəzadan azad edildiyi gündən məhkumluğu olmayan şəxs hesab olunur və həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb ola bilməz. Digər tərəfdən öyrənilmiş cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 26 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edil məsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, Məhkum amnistiya tətbiq edilmişdir. Amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Daha sonra Salyan Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarına əsasən Məhkum narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması qərara alınmışdır. İlk növbədə qeyd olunmalıdır ki, 26 noyabr 2021-ci il tarixli Amnistiya aktı aktının tətbiq edilməsi barədə qərar qüsurlu tərtib olunmaqla özündə Məhkum cəzadan azad edilməsi kimi müddəaları əks etdirir ki, halbuki cəzanı icra edən orqan və ya müəssisə şəxsi cəzadan deyil ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edə bilər. Digər tərəfdən Məhkum barəsində 26 noyabr 2021-ci il tarixli Amnistiya aktı aktının tətbiq edilməsi barədə qərara diqqət etdikdə müvafiq qərarın şərtlə qəbul edildiyi müəyyən olunur. Belə ki, qərarda Məhkum amnistiya tətbiq edilməsi göstərilməklə, amnistiya aktının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qeyd olunmuşdur. "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 36-cı bəndinə əsasən, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər b arəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas - tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır). Müvafiq bənddən görünür ki, təqsirli şəxsin cəzadan azad edilməsi məsələsi müalicə başa çatdıqdan sonra həll edilməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.4-cü maddəsinə əsasən, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterl i məcburi tədbirlər tətbiq edilmiş şəxsin tam sağalması nəticəsində həmin tədbirlərin ləğv edilməsi zərurəti yarandıqda, yaxud davam etdirilməsinə ehtiyac olduqda həmin tədbirlərin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə həmin müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Həmin Məcəllənin 93-1.5-ci maddəsinə əsasən, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs bu tədbirin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ayda bir dəfədən az olmayaraq həkim-məsləhət komissiyasında baxışdan keçirilməlidir. Həmin tədbirlərin uzadılması və ya ləğv edilməsi m əsələsinə ilk dəfə müalicənin başlandığı gündən altı ay keçdikdən sonra baxılır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəllənin 519.2-1.3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin ləğv edilməsi məsələsinə məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. Salyan rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərar əsasında Məhkum barəsində narkomaniyadan məcburi müalicə ləğv edilməmiş, əksinə onun narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssi səsində davam etdirilməsi və tamamlanmasının məqsədə uyğun olması göstərilmişdir. Göründüyü kimi Məhkum barəsində narkomaniyadan məcburi müalicənin ləğv olunmasına dair həkim-məsləhət komissiyasının rəyi, müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həmin müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsinin bununla bağlı qərarı olmamışdır. Əslində sadalanan hallar hüquq tətbiqedici tərəfindən cəza təyini zamanı keyfiyyətli araşdırması tələb olunan xüsusat kimi özünü göstərdiyi halda bununla bağlı heç bir dəyərləndirmə həyata keçirlməmişdir. Belə ki, apellyasiya məhkəməsi sadəcə Salyan Rayon Məhkəməsinin 7(057)561/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarından apellyasiya protesti və ya şikayəti verilməməsini, həmin qərarın qüvvədə olmasını qabardaraq, ittiham tərə finin apellyasiya protestində irəli sürülmüş dəlilərinə heç bir münasibət bildirməmiş, yekun məhkəmə aktında həlledici şəkildə birinci instansiya məhkəməsinin hökmünə istinad edərək, həmin hökmdə əks olunmuş müddəaları öz qərarına köçürməklə kifayətlənmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırılma tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması olaraq qəbul edilə bilməz, əksinə göstərilən xüsusatlar məhkəmə tərəfindən natamam və səthi araşdırmanın aparılmasının göstəricisi kimi çıxış edir. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya protestinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə araşdırması həyata keçirilməklə təkrarən baxılmalıdır. Təsvir edi lənlər dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, apellyasiya məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 1(103)-2157/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 24 oktyabr 2024-cü il tarixli, 1(103)-2157/2024 nömrəli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar