Məhkəmə qərarları › İş №1(102)-748/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-748/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-748/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Bağırov Nazim Salman oğlunun və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respubl ikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 120.1 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmünə əsasən (hakimlər: E.İ.Rüstəmov (sədrlik еdən), F.N.Mahmudov və X.H.Səmədov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası 120.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinməklə, CM-in 120.2.2-ci maddəsi ilə 16 (on altı) il, CM-in 228.4-cü maddəsi ilə isə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla onun üzərində qəti olaraq 16 (on altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 11 noyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2020-cı il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilmiş və ona CM-in 120.1-ci maddəsi ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs həmin qərarla CM-in 120.1-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2020-cı il tarixli hökmü ilə CM-in 228.4-cü maddəsi əsasında təyin ed ilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, 11 noyabr 2019-cu il tarixdə gecə saat 00:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə tanışı Şahid3 ilə birlikdə “Bolmart” supermarketlər şəbəkəsinin Gəncə şəhəri, X26 prospektində “Dəyirman dairəsi” kimi tanınan ərazidə yerləşən filialının qarşısındakı avtomobil dayanacağına daxil olarkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində marketdən çıxan X16 qohumu Şahid2 idarə etdiyi “Merced es Benz E 320” markalı, **-EA*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa oturacağında əyləşmək üçün sol sərnişin qapısını açarkən həmin qapının ehtiyatsızlıqdan onun idarə etdiyi “Kia Optima” markalı avtomobilin arxa sağ sərnişin qapısının dəstəyinə dəyməsindən əsəbiləşərək aqressiv formada Zərərçəkmiş şəxsə yaxınlaşıb bu cüzi səbəbi dalaşmaq üçün bəhanə edərək özünün başlatdığı mübahisənin gedişində sonuncunun qohumu Şahid2 və tanışı Şahid1 ona Zərərçəkmiş şəxsin alkoqol sərxoşluğu vəziyyətində olduğunu bildirib, mübahisəni gərginləşdirməməsi barədə etdikləri xahişlərinə məhəl qoymayaraq, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə Zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəni başqa yerdə davam etdirməyə sövq edərək, bu məqsədlə, sonuncunu şəhərin Elbrus All ahverdiyev küçəsində yerləşən “Köhnə avtomobil bazarı”nın qarşısına dəvət etmiş, saat 00:40 radələrində həmin ünvanda görüşərkən öz şəxsiyyətini Zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoyub sonuncunun əsəbi davranışlarının alkoqol sərxoşluğu vəziyyətində edildiyini nəzərə almadan söz və hərəkətlərinə aqressiv münasibət göstərməklə laqeydliyini ifadə edərək, Zərərçəkmiş şəxsi heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib idarə etdiyi avtomobilin ön oturacaqlarının arasındakı qolaltı yerində saxlayıb gəzdirdiyi bir ədəd qatlanan konstruksiyalı, tiyə və dəstək hissədən ibarət olmaqla açıq vəziyyətdə ümumi uzunluğu 206 mm olan, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xa ssəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını götürərək həmin bıçaqla Zərərçəkmiş şəxsə kəskin xarici və daxili qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan biri döş qəfəsinin ön səthində solda məməxətti ilə İİ-İİİ qabırğa səviyyəsində yerləşmiş, daxilə nüfuz edən, ürəyi və sağ ağciyəri zədələyən, digəri isə sol bazu nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa-iç səthində yerləşmiş, bazu arteriyasının zədələnməsi ilə müşayiət olunan, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid cəmi iki ədəd, həmçinin sağ əlin İ-İİ barmaqlarının arxa səthində yerləşmiş, dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi iki ədəd olmaqla ümumilikdə dörd ədəd kə silmiş, deşilmiş-kəsilmiş yaralar, bundan başqa, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid başın yumşaq toxumalarında sol təpə-gicgah nahiyəsinə uyğun hissədə və döş qəfəsinin ön səthində sağda dərialtı yumşaq toxumalarda qansızma (hematoma) xəsarətləri yetirməklə X11 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasia protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi əsassız olara q belə bir nəticəyə gəlmişdir ki, mübahisənin və münaqişənin səbəbkarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs olmuşdur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutları qarşılıqlı təhlil etməmiş, nəticədə Təqsirləndirilən şəxs əməlinin CM-in 120.2.2 və 228.4-cü maddələri il tövsif edilməli olmasını təsdiq edən kifayət qədər mötəbər dəlillər olmasına baxmayaraq əsassız olaraq onun əməlini daha yüngül maddəyə tövsif etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və əməlində cinayət tərkibi olmadığına görə məhkum edilmiş şəxsin barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, müdafiə etdiyi şəxs barəsində apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, işin hallarından görünür ki, hadisənin baş verməsinə səbəb mərhum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin özünün hərəkətləri olmuşdur. Maşın bazarı deyilən yerdə Təqsirləndirilən şəxs sadəcə münasibətləri aydınlaşdırmağa çalışsa da, sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs əlində bıçaq olmaqla ona və yanındakılara hücum etmiş, əvvəlcə X1 adlı şəxsi vurmuş, sonra isə Məhkum qovub maşının içərisinə salmış və maşının içərisində olan Məhkum hücumlarını davam etdirmişdir. Müdafiəçinin fikrincə, Təqsirləndirilən şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdiyindən, onun əməlində hər hansı bir cinayətin tərkibi yoxdur və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, təqsirləndirilən şəxs heç bir səbəb olmadan mübahisə yaratmış, mübahisənin davam etdirilməsinin təşəbbüskarı olmuş, maşın bazarının yanına təyin olunmuş görüşə bıçaqla gəlmiş, özünü başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoymuşdur. Bu da Təqsirləndirilən şəxs xuliqanlıq niyətilə zərərçəkmiş şəxsi qətlə yetirdiyinə dəlalət edir. Apellyasiya məhkəməsi iş üzrə mövqeyini işin hallarına və qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Ona görə də şikayət müəllifi hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs, müdafiəçilər N.Bağırov və S.Cəfərovun, kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çı xışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisə edilir. Hesab olunur ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası C M-in 120.2.2-ci maddəsinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə tövsif etmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs zəruri vəziyyətində hərəkət etdiyindən onun əməlində hər hansı bir cinayətin tərkibinin olmaması bildirilir və məhkum barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının əsassız olduğu bildirilir və Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsi qətlə yetirdiyinə baxmayaraq onun əməlinə düzgün hüquqi qiymət verilmədiyindən həmin qərarın ləğv edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 120.2.-ci maddəsinə görə “Qəsdən: 120.2.2. 120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına h üquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarında məhkəmələrə tövsiyə olunur ki,hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməli, bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidi r. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndinə görə “qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).... Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını ayd ınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrə əsaslanaraq və cinayət işinin materiallarını kassasiya müraciətləri ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakiları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk növbədə kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya ş ikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. İşin hallarında qeyd olunduğu kimi ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 11 noyabr 2019-cu il tarixdə gecə saat 00:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı, **-FF*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə tanışı Şahid3 ilə birlikdə “Bolmart” supermarketlər şəbəkəsinin Gəncə şəhəri, X26 prospektində “Dəyirman dairəsi” kimi tanınan ərazidə yerləşən filialının qarşısındakı avtomobil dayanacağına daxil olarkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində marketdən çıxan X16 qohumu Şahid2 idarə etdiyi “Mercedes Benz E 320” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa oturacağında əyləşmək üçün sol sərn işin qapısını açarkən həmin qapının ehtiyatsızlıqdan onun idarə etdiyi “Kia Optima” markalı avtomobilin arxa sağ sərnişin qapısının dəstəyinə dəyməsindən əsəbiləşərək aqressiv formada Zərərçəkmiş şəxsə yaxınlaşıb bu cüzi səbəbi dalaşmaq üçün bəhanə edərək özünün başlatdığı mübahisənin gedişində sonuncunun qohumu Şahid2 və tanışı Şahid1 ona Zərərçəkmiş şəxsin alkoqol sərxoşluğu vəziyyətində olduğunu bildirib, mübahisəni gərginləşdirməməsi barədə etdikləri xahişlərinə məhəl qoymayaraq, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə Zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəni başqa yerdə davam etdirməyə sövq edərək, bu məqsədlə, sonuncunu şəhərin Elbrus Allahverdiyev küçəsində yerləşən “Köhnə avtomobil bazarı”nın qarşısına dəvət etmiş, saat 00:40 radələrində həmin ünvanda görüşərkən öz şəxsiyyətini Zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoyub sonuncunun əsəbi davranışlarının alkoqol sərxoşluğu vəziyyətində edildiyini nəzərə almadan söz və hərəkətlərinə aqressiv münasibət göstərməklə laqeydliyini ifadə edərək, Zərərçəkmiş şəxsi heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib idarə etdiyi avtomobilin ön oturacaqlarının arasındakı qolaltı yerində saxlayıb gəzdirdiyi bir ədəd qatlanan konstruksiyalı, tiyə və dəstək hissədən ibarət olmaqla açıq vəziyyətdə ümumi uzunluğu 206 mm olan, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını götürərək həmin bıçaqla Zərərçəkmiş şəxsə kəskin xar ici və daxili qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan biri döş qəfəsinin ön səthində solda məməxətti ilə İİ-İİİ qabırğa səviyyəsində yerləşmiş, daxilə nüfuz edən, ürəyi və sağ ağciyəri zədələyən, digəri isə sol bazu nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa-iç səthində yerləşmiş, bazu arteriyasının zədələnməsi ilə müşayiət olunan, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid cəmi iki ədəd, həmçinin sağ əlin İ-İİ barmaqlarının arxa səthində yerləşmiş, dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi iki ədəd olmaqla ümumilikdə dörd ədəd kəsilmiş, deşilmiş-kəsilmiş yaralar, bundan başqa, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozu lmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid başın yumşaq toxumalarında sol təpə-gicgah nahiyəsinə uyğun hissədə və döş qəfəsinin ön səthində sağda dərialtı yumşaq toxumalarda qansızma (hematoma) xəsarətləri yetirməklə X11 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə cinayət hadisəsi aşağıdakı şəkildə baş vermişdir: -“11 noyabr 2019-cu il tarixdə gecə saat 23 radələrində Gəncə şəhəri “Dəyirman dairəsi” adlanan ərazidə yerləşən “Bolmart” deyilən mağazanın qarşısında avtomobil meydançasında mərhum X12 məxsus “Mersedes-Benz” markalı avtomobil dayanmış vəziyyətdə olmuş, avtomobil mərhum Zərərçəkmiş şəxsin xalası oğlu Şahid2 tərəfindən idarə edilmişdir. Həmin vaxt təqsirləndirlən şəxs Təqsirlə ndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı avtomaşın da dayanacağa girməyə çalışmış, bu zaman “Mersedes-Benz” markalı avtomobilin sürücü qapısı açıq olduğuna və X22 qapının yanında sürücü Şahid2la söhbət etdiyinə görə “Kia Optima” markalı avtomaşın dayanacağa daxil ola bilməmişdir. X22 sürücü tərəfdən olan qapını örtdükdən sonra “Kia Optima” markalı avtomaşın dayanacağa daxil olsa da Zərərçəkmiş şəxs arxa sol oturacaqdan qapını qəflətən açdığına görə “Mersedes-Benz” markalı avtomaşının açılan arxa sol qapısı dayanmaqda olan “Kia Optima” markalı avtomobilin sağ qapısına sürtünmüşdür. Bundan sonra “Mersedes-Benz” markalı avtomobilin sürücüsü avtomaşını geriyə doğru idarə edib dayanacaqdan çıxarkən “Kia Optima” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs öz avtomobilindən düşüb “Mersedes-Benz” markalı avtomaşına yaxınlaşmış, Zərərçəkmiş şəxsin əyləşdiyi arxa sol oturacaq istiqamətindən ona iradını bildirərək “korsanmı” deyə səslənmiş, bu zaman Zərərçəkmiş şəxs, sürücü Şahid2 və Şahid1, “Kia Optima” markalı avtomaşından isə Şahid3 düşüb bir qədər mübahisə etdikdən sonra hər iki avtomobil dayanacaqdan çıxıb getmişdir... “Bolmart” mağazasının qarşısından aralandıqdan sonra sürücü Şahid2 X22i öz evinə aparmış, Təqsirləndirilən şəxs isə onların avtomaşının arxasınca Zərərçəkmiş şəxsin yaşadığı həyətə getmiş, orada Şahid2 yaxınlaşaraq Zərərçəkmiş şəxs ilə mübahisəni aydınlaşdırmaq istədiyini və bu məqsədlə köhnə avtomobil bazarına gedib orada gözləyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs köhnə avtomobil bazarına gedib orada gözləmiş, Zərərçəkmiş şəxs, Şahi d2 və Şahid1 isə bir qədər sonra Təqsirləndirilən şəxs gözlədiyi yerə getmişlər. Onlar hadisə yerinə çatdıqda orada Məhkumavtomobilindən başqa daha bir avtomobil də görmüşlər. X17 bərabər əlavə tanımadıqları daha iki nəfərlə onları gözləmişdir. Daha sonra Zərərçəkmiş şəxs avtomaşından düşüb əlində bıçaq Məhkumüzərinə getmiş, ona təhqiredici sözlər deyərək “ə fahişə, lotusan ?” deyə səslənmiş, bu zaman onların arasında mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki bıçaqla Məhkum yanında Şahid4 bel nahiyəsindən bıçaqla vurmuşdur. Şahid4 vurulduğunu bildirdikdə onunla gəlmiş X2, həmçinin Məhkum yanında olan X3 X1 maşına mindirib xəstəxanaya çatdırmağa çalışmışlar. Təqsirləndirilən şəxs hadisə yerində tək qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs əlində bıçaq təkrar Məhkumüstü nə hücum çəkmiş, sonuncu Zərərçəkmiş şəxsnın onu vuracağından ehtiyatlanıb özünün hadisə yerində olan “Kia Optima” markalı avtomobilinə minmiş, əvvəlcə qapını içəridən bağlamağa çalışmış, X25 maşının qapısına və şüşəsinə zərbələr endirərək Məhkumdan qapını açmasını tələb etmiş, sonuncunun əlindən avtomaşının açarı ayaqaltına düşüncə Zərərçəkmiş şəxs qapını aça bilmiş və Təqsirləndirilən şəxs hücumunu davam etdirərək əlində bıçaq onu vurmağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilinin qoltuqaltında olan bıçağı götürüb Zərərçəkmiş şəxsə bir neçə dəfə zərbə atmış, həmin zərbələr sonuncunun bədəninin müxtəlif yerlərinə dəymiş və bu zərbələrdən biri də mərhumun sinə nahiyyəsinə dəymiş və hadisədən sonra o kəskin qanitirmə nəticəsində vəfat etmişdir.... Məhkəmə kollegiyası... bel ə qərara gəlmişdir ki, həqiqətən hadisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxsi özünə məxsus “Kia Optima” markalı avtomaşının sürücü tərəfdən olan hissəsindən, yəni Zərərçəkmiş şəxsin hücum edərkən avtomobilin salonuna daxil olduğu və Təqsirləndirilən şəxs isə sürücü tərəfdən olan hissədə oturduğu vəziyyətdə onu vurduğu müəyyən edilmişdir....Təqsirləndirilən şəxs məxsus avtomaşının sürücü oturacağından, ön sol sürücü şüşəsindən qan ləkələrinin aşkar olunması onu göstərir ki, X22 təqsirləndirlən şəxsə məxsus “Kia Optima” markalı avtomaşının içərisində vurulmuşdur. Həmçinin rəyə əsasən Təqsirləndirilən şəxs paltarları üzərində Zərərçəkmiş şəxsə məxsus qanın aşkar edilməsi isə onu dəqiqləşdirməyə əsas verir ki, mərhum zərərçəkmiş avtomaşının içərisinə daxil olmuş vəziyyətd ə Təqsirləndirilən şəxs isə oturmuş vəziyyətdə olmuşlar, təqsirləndirilən şəxsin zərərçəkmişi bıçaqla vurması da məhz həmin vəziyyətdə baş vermişdir. Bundan başqa daha bir mötəbər sübutla hadisənin “Kia Optima” markalı avtomobilin içərisində baş verdiyi təsdiq edilir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs məxsus “Kia Optima” markalı 99FF 150 nömrəli avtomobilə baxış keçirilməsi haqqında 11 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, həmin avtomobilin sürücü qapısının iç və üst səthində, həmin qapının pəncərə şüşəsində, sürücü oturacağında, arxa sol qanadında və arxa sol təkərin diski üzərində Zərərçəkmiş şəxsə məxsus qan aşkar edilmişdir (İ cild, səh.122) Göründüyü kimi Zərərçəkmiş şəxsə məxsus qanın “Kia Optima” markalı avtomobilin həm oturacağında, həm də pəncərə şüşəsinin iç səthində aşkar edilməsi də ona dəlalət edir ki, Zərərçəkmiş şəxs həmin avtomobilin içərinə hücum edərkən vurulmuşdur. Eyni zamanda qeyd edilən protokoldan görünür ki, ibtidai istintaq zamanı “Kia Optima” markalı 99FF 150 nömrəli avtomobilə baxış keçirilərkən arxa sol qanadında və arxa sol pəncərə şüşəsində kəsici-deşici alətlə yetirilməyə xarakterik olan zədələr aşkar edilmişdir ki, bu da kollegiyanın qənaətinə görə şahidlərin dediyi kimi X20 Məhkum hücum edərkən qapının bağlı olması səbəbindən qapını açması üçün qapıya endirdiyi zərbənin təsirindən baş vermişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən və mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında belə qəti nəticəyə gəlir ki, mərhum X6 Məhkum Elçin oğlunu qovub avtomaşının içərisinə salmış, daha so nra təqsirləndirilən şəxsin oturduğu “Kia Optima” markalı 99FF 150 nömrəli avtomobilin sürücü qapısını açmış, təqsirləndirilən şəxsə bıçaqla zərbələr endirməyə çalışmış və bu zaman Təqsirləndirilən şəxs avtomobilin içərisindən oturduğu vəziyyətdə Zərərçəkmiş şəxsi özünə məxsus maşında saxladığı bıçaqla sinə nahiyyəsindən vurmuşdur. Bundan sonra zərərçəkmiş şəxs “Kia Optima” markalı avtomaşından aralanmış, təqsirləndirilən şəxs maşından düşüb daha sonra hadisə yerindən qaçmışdır....məhkəmə kollegiyası təqsirləndirlən şəxsin qəsdən adamöldürmədən ibarət əməlində xuliqanlıq niyyətinin olması barədə ibtidai istintaqın və məhkəmənin gəldiyi nəticələrlə razılaşmağı mümkün hesab etmir. Hazırki işin hallarından görünür ki, hadisənin baş verməsinə mərhum zərərçəkmiş Zərərçəkmiş şəxsin özünün hərək ətləri səbəb olmuşdur... Belə ki, sübutlarla təsdiq edilir ki, köhnə maşın bazarı deyilən yerdə mübahisə zamanı Təqsirləndirilən şəxs sadəcə münasibətlərini aydınlaşdırmağa çalışsa da, sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs əlində bıçaq olmaqla ona Məhkumvə yanındakıların üstünə hücum etmiş, əvvəlcə Rövşən adlı şəxsi vurmuş, daha sonra Məhkumı qovub öz avtomobilinin içərisinə salmışdır. Bundan sonra isə ona öz avtomobilində hücumlarını davam etdirmişdir və hadisə onun özünün ölümü ilə nəticələnmişdir. Hadisələrin ardıcıllığı onu göstərir ki, Təqsirləndirilən şəxs məqsədi sadəcə münasibətlərin aydınlaşdırılmasından ibarət olmuşdur. Zərərçəkmiş şəxsin “Get sənin şahın gəlsin, sən kimsən ki,” ifadəsi ona başqalarının yanında pis təsir etmiş, bu səbəbdən Təqsirləndirilən şəxs ona hansı səbəbd ən belə sözlər deyilməsini aydınlaşdırmağa çalışmışdır. X25 mübahisəni bıçaqlı münaqişə vəziyyətinə gətirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hadisələr ilk vaxtdan etibarən X22in özünün qanunsuz hərəkətləri nəticəsində baş verdiyindən, bıçaqlı münaqişəni onun özü yaratdığından Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq niyyətindən söhbət gedə bilməz. Yuxarıda qeyd edildiyi kimi xuliqanlıq niyyəti şəxsin azğınlaşmış, özünü başqalarına qarşı qoymaqdan ibarət olan, saymamazlıqdan, açıq hörmətsizlikdən ibarət hərəkətləridir ki, Təqsirləndirilən şəxs davranşında belə hərəkətlərin olması müəyyən edilmir.” Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunan nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə riayət etməyərək c inayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlamamış, nəticədə kifayət qədər araşdırma aparılmadan və sübutlara düzgün hüquqi qiymət vermədən əsaslandırılmamış nəticəyə gəlmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki: - 11 noyabr 2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri – Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən köhnə avtomobil bazarının qarşısıdır. Ərazi qaranlıqdır, süni işıqlandırma lampaları yoxdur, hadisə yerində qana bənzər ləkələr aşkar edilmiş və tənzifə hopdurulmaqla nümunələr və üzərində qana bənzər ləkələrin aşkar edildiyi daş parçaları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. - 11 noyabr 2019-cu il tarixli ““Kia Op tima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus həmin avtomobilin qapısını açdıqda sürücü oturacağının ayaqaltı hissəsində bir ədəd açıq vəziyyətdə bıçaq olduğu aşkar edilmiş, bıçağın üzərində qana bənzər ləkələr olmuşdur. Həmin bıçaq müvafiq qaydada qablaşdırılıb götürülmüş, həmçinin avtomobilin ayrı-ayrı yerlərində olan qana bənzər ləkələrdən pambıq tamponlara hopdurulmaqla nümunələr götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2019-cu il tarixli, 1842 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsar ət müəyyən edilmədi. - məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 40 saylı rəyindən görünür ki, X4 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X12 məxsus ola bilər. “Kia Optima” markalı avtomaşının sürücü oturacağından, ön sol qapı şüşəsi, sol arxa qapı, sol arxa tərəfdən götürülmüş qan nümunələri üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X12 məxsus ola bilər. “Mercedes Benz” markalı avtomaşının kapo t, sağ arxa oturacaq, sağ işıq tərəf, sağ arxa qanadı üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X12 məxsus ola bilər. Hadisə yerindən götürülmüş pambıq tamponlar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X12 məxsus ola bilər. Hadisə yerindən götürülmüş daş parçaları üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X12 məxsus ola bilər. X4 sol ovcundan və sağ ovcundan götürülmüş qan nümunəsi, ona məxsus bir ədəd cins şalvar, bir ədəd kofta, bir ədəd mayka üzərində insana məxsus qan ləkələri qan ləkələri aşkar olundu. Həmin qanın ABO siste mi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhumun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus paltarlar: bir ədəd cins şalvar, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd gödəkcə üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X12 məxsus ola bilər. - məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 94 saylı rəyindən görünür ki, X4 bədəni üzərində kəsici, deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş dörd ədəd yara aşkar edildi. Bu yaralardan biri döş qəfəsinin ön səthində solda məməxətti ilə İİ-İİİ qabırğa səviyyəsində yerləşmişdir, daxilə nüfuz edən yara olub, ürəyi və sağ ağciyəri zədələmişdir, yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa doğrudur; digər ikinci yara sol bazu nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa-iç səthində yerləşmişdir, bazu arteriyasının zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti arxadan önə doğrudur. Hər iki yara dərəcəsinə görə ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Üçüncü, dördüncü yaralar isə sağ əlin İ-İİ barmaqlarının arxa səthlərində yerləşmişdir, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X4 bədən səthində kəsilmiş, deşilmiş-kəsilmiş yaralardan başqa, başın yumşaq toxumalarında sol təpə-gicgah nahiyəsinə uyğun hissədə və döş qəfəsinin ön səthində sağda dərialtı yumşaq toxumalarda qansızma (hematoma) kimi xəsarətlər də müəyyən edildi. Bu xəsarətlər həyatidir, bərk k üt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir. X4 ölümünə səbəb, döş qəfəsinin və sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yaraları nəticəsində ürəyin, sağ ağciyərin, sağ bazu arteriyasının zədələnməsindən əmələ gələn kəskin xarici və daxili qanitirmə olmuşdur.. X4 meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı 0,9% qatılığında etil spirti aşkar edilmişdir, etil spirtinin bu miqdarı qəbul edilmiş müvafiq cədvələ əsasən yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğun gəlir. Məhkə mə kollegiyası işin yuxarıda istinad olunan mübahisəsiz hallarını təhlil edərək qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs və onunla birlikdə hadisə yerində olmuş digər şəxslər - Şahid3, Şahid4 və Şahid5 ifadələrinə tənqidi yanaşmayaraq və bununla əlaqədar zəruri araşdırmalar aparmayaraq belə nəticəyə gəlmişdir ki, onlar gecə yarısı Gəncə şəhərinin insanların çox da toplaşmadığı, əsas yolların kəsişmədiyi bir ərazisində təsadüfən rastlaşmış və onlar Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxslə olan mübahisəsinin aydınlaşdırılmasında iştirak etmək qərarına gəlmişlər. Məhkəmə Təqsirləndirilən şəxs ilə həmin şəxslərin qeyd edilən vaxtda telefonla əlaqə saxlayıb-saxlamamasını, telefon zənginin Təqsirləndirilən şəxs tərəfindən edildiyi təqdirdə, həmin şəxslərin Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxsi cəzalandırmaq məqsədilə özünə kömək çağırıb-çağırmamasını aydınlaşdırmalı idi. Apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən nəticəyə görə Şahid3, Şahid4 və Şahid5 X21 Məhkum arasında olan mübahisəyə müdaxilə etməmiş, yalnız seyrçi mövqe tutmuşlar. Halbuki Şahid1 hadisədən bilavasitə sonra 11 noyabr 2019-cu il tarixli ifadəsindən görünür ki,Təqsirləndirilən şəxsla birlikdə olmuş şəxslər də mübahisəyə müdaxilə etmiş, Zərərçəkmiş şəxsi təkləmiş, onlardan kimsə Zərərçəkmiş şəxsi sillə ilə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs bıçaq çıxarıb onlara qarşı hərəkət etmişdir. Şahid2 da analoji ifadə vermişdir. Bundan başqa məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 94 saylı rəyindən görünür ki, X4 bədən səthində k əsilmiş, deşilmiş-kəsilmiş yaralardan başqa, başın yumşaq toxumalarında sol təpə-gicgah nahiyəsinə uyğun hissədə və döş qəfəsinin ön səthində sağda dərialtı yumşaq toxumalarda qansızma (hematoma) kimi xəsarətlər də müəyyən edilmişdir. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin xəsarətlərin kimin tərəfindən yetirilməsi ilə əlaqədar heç bir araşdırma aparılmamışdır. Qeyd edilən xüsusatların araşdırılma sı həm də Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin motivinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, apelyasiya instansiya məhkəməsi əsassız olaraq X16 ilə Təqsirləndirilən şəxs yalnız hadisə yerində olan hərəkətlərinə, həm də kifayət qədər araşdırma aparmadan qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq motivinin əlamətləri yoxdur. İşin materiallarından, o cümlədən Təqsirləndirilən şəxs özünün və onunla birlikdə mübahisənin əvvəlindən sonuna kimi olmuş Şahid3 ifadələrindən görünür ki, mübahisənin başlandığı yerdə,yəni Gəncə şəhəri “Dəyirman dairəsi” adlanan ərazidə yerləşən “Bolmart” deyilən mağazanın qarşısındakı avtomobil meydançasında başa çatmamasının səbəkarı Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs israrla, Şahid2 və Şahid1 ona Zərərçəkmiş şəxsin alkoqol sərxoşluğu vəziyyətində olduğunu bildirib, mübahisəni gərginləşdirməməsi barədə etdikləri xahişlərinə məhəl qoymayaraq, Zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəni başqa yerdə davam etdirmək məqsədi ilə şəhərin Elbrus Allahverdiyev küçəsində yerləşən “Köhnə avtomobil bazarı”nın qarşısına dəvət etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, N.X1 qəsdən öldürməsi barədə gəlinən nəticə həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəmələri tərəfindən eyni olduğundan, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin motivinin müəyyən edilməsi üçün apelyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin yalnız hadisə yerində olan hərəkətlərinə, həm də kifayət qədər araşdırma aparmadan qiymət v erərək nəticəyə gəlməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiya məhkəməsi yuxarıda şərh olunduğu kimi kifayət qədər araşdırma aparmadan əsassız olaraq belə nəticəyə gəlmişdir ki, hadisələr ilk vaxtdan etibarən X22in özünün qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmadan Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və icti mai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və on un ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nə ticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməs inə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri ba xımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, məhkumun cəzasını yüngülləşdirən halları formal olaraq sadalamaqla kifayət lənərək, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngül ləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instan siyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs zəruri vəziyyətində hərəkət etdiyindən onun əməlində hər hansı bir cinayətin tərkibinin olmaması bildirilir və məhkum barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə əlaqədar geniş şərh verildiyindən təkrar şərhə zərurət görmür və hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət müha kimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar