Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-748/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli hökmün dən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və məhkum X4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Azad Məcidov və Zeynal Ağayev) 04 oktyabr 2022-ci il tarixli, 1(101)1661/2022 nömrəli hökmü ilə 08 dekabr 1964-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) i l müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı ilə X4 barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilmiş və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X4 şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir o lan bir qrup şəxs halında 23 aprel 2022-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə görüşüb sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 50 manat müqabilində şəffaf sellofana bükülmüş halda 3 ədəd bükümdə ümumilikdə 1,033 qram çəkidə psixotrop maddə olan metafetamini və 4 ədəd bükümdə ümumilikdə 3,792 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, 23 aprel 2022-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirilmiş və polis bölməsinin inz ibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli çantanın içərisindən şəffaf sellofana bükülmüş halda 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,389 qram, 0,441 qram və 0,203 qram, ümumilikdə 1,033 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəffaf sellofana bükülmüş halda 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,836 qram, 0,159 qram, 1,630 qram və 0,167 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Zəki Babayev və İbrahim İbrahimli) 01 dekabr 2022-ci il tarixli, 1(103)2150/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 1(101) -1661/2022 saylı hökmü ləğv edilmiş, X2 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmiş, X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı ilə X4 barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilərək ona qəti olaraq 8 (səkkiz) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilm iş, X4 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2022-ci il tarixdən hesablanmış, məhkum X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum E.M.Nəsrullayeva kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlill əri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası 01 dekabr 2022-ci il tarixli hökmü qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən, hissəvi bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar (yalnız təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələri) təşkil etdiyindən, həmin hökm ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi X1 həmin cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi hissəsindəki əməlinə bə raət verərkən haqsız olmuşdur. İşdən göründüyü kimi, üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroinin və şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddə olan metamfetaminin E.Nəsrullayevaya məxsusluğu, onun həmin vasitələri satış məqsədilə əldə etməsi məhkəmə kollegiyasında da şübhə doğurmamışdır. Lakin ibtidai istintaq və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları X9 və Şahid3 ifadələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni massivdə nömrəsiz evdə yaşayan X1 narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmaqla yanaşı, onların satışı ilə məşğul olması barədə də polis orqanına əməliyyat məlumatı daxil olduğunu təsdiqləmişlər. İşin mübahisəsiz halıdır ki, Elmira Nəsrullayeva qeyd olunan vasitələri eyni vaxtda 50 manat pul ödəməklə Papanin adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən almış və aşkar edilmiş vasitələrin miqdarı külli miqdar təşkil edərək, gündəlik şəxsi istifadə həcmindən dəfələrlə çox olmuşdur. Göründüyü kimi, E.Nəsrullayevanın heç yerdə işləmədiyi halda (işdən onun hardansa maddi qazanc əldə etməsi məlum deyil), 50 manat pul müqabilində külli miqdarda narkotik vasitə əldə etməsi, iki vasitənin cəminin 7 büküm təşkil etməsi, şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əvvəllər mütəmadi olaraq “hansısa naməlum” şəxsdən narkotik vasitələr əldə etməsi xüsusatları əslində onun məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına, naməlum iştirakçının (iştirakçıların) da n iyyəti əks olunan, nəticəsi (satışdan müəyyən qazanc əldə edilməsi) həm onun, həm də əldə etdiyi mənbənin arzusu ilə əhatə olunan əməlin törədilməsinə dəlalət edən hallar olmuşdur. Digər tərəfdən, heç yerdə işləməyən şəxsin müəyyən pul müqabilində guya tanımadığı şəxsdən narkotik vasitələr əldə etməsi, heç vaxt onların satışı ilə məşğul olmaması (halbuki, əvvəl külli miqdarda narkotik vasitənin məhz satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilməsi cinayəti törətdiyinə görə məhkumluq həyatı yaşamışdır.) barədə göstərdiyi hallar qeyri-səmimi və iş materialları ilə təkzib olunan xüsusatlar olmuşdur. Təhlil etdikdə görünür ki, E.Nəsrullayevanın həbsdən yeni çıxmasına baxmayaraq (1 ildən də az müddətdir.) “hansısa tanımadığı şəxslərdən” öz istifadəsi üçün narkotik vasit ələr əldə etməyə başlaması (bu hal özünün ifadələri ilə birmənalı təsdiqlənir.) həmin şəxslərin kimliyi barədə həqiqətə uyğun olmayan ifadələr verdiyini təsdiqləmiş olur. Belə qısa müddətdə onun təkbaşına və primitiv şəkildə, öncədən hazırlıq və planlaşdırma tələb olunan hərəkətləri icra etməsi (məsələn, narkotik vasitənin mənbəyini müəyyən etməsi, onunla hansısa formada əlaqə saxlaması, mütəmadi olaraq narkotik vasitə əldə etməsi) inandırıcı olmamaqla bərabər, heç bir gəliri olmayan şəxsin dəfələrlə müəyyən məbləğlərdə pul verərək yalnız öz şəxsi istifadəsi üçün külli miqdarda narkotik vasitə əldə etməsi hallarını da birbaşa təkzib etmişdir. Kassasiya şikayətinin dəlilləri: X8 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun himayəsində üç uşağı var və onlardan biri azyaşlı olduğunda n, ana qayğısına ehtiyacı var. Bundan başqa məhkum qadın olmasını və təyin edilmiş cəzanın ağır olmasını vurğulayaraq, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsəl ələr üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X1 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi is tehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilir. Göründüyü kimi əməlin CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməsi üçün CM-in 234.2-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara nəzər salaraq müəyyən etmişdir ki, həmin sübutlarla məhkum X4 tərəfindən qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddələrinin hər hansı bir şəxslə qabaqcadan əlbir olaraq əldə edilməsi və saxlanması müəyyən edilməmişdir. İstintaq orqanı məhkum tərəfindən cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübut əldə etməmişdir. Belə ki, nə məhkum, nə cinayət işi üzrə dindirilmiş şahidlər öz ifadələrində bu barədə göstərməmişlər, cinayət işi üzrə toplanmış digər sübutlarla da cinayət qrupunun olması müəyyən edilmir. Məhkumun qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddələrin hər hansı bir şəxslə qabaqcadan əlbir olaraq əldə etməsi və saxlaması barədə kassasiya protestinin dəlilləri konkret sübutlara deyil, işin hallarından irəli gələn ehtimallara əsaslanır. Azərbaycan Respublikası CM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə b ir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları təkrarən araşdırıb əsaslı olaraq məhkum X1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibinin olmadığına dair nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmır, onları əsaslı hesab etmir və nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət əsaslı verilmiş, məhkəmənin bu hökmünün kassasiya protestinin dəlillərinə görə ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X2 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı he sab edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiym ətləndirmiş, X1 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X4 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. X5 kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilm əsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəs i haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, məhkəmələr X2 cəza təyin edərkən ci nayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, əməlində cinayətlərin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran hal qismində nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bununla da, məhkəmə tərəfindən X2 Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, məhkəmə X2 cəza təyin edərkən cinayət qanunvericiliyin cəza təyini ilə əlaqədar müddəalarını düzgün nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir g ücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin X8 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən X8ya təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlük əlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum X4 barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli hökmü kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-748/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-748/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver