Məhkəmə qərarları › İş №1(102)-749/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-749/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-749/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 1(103)-1995/2022 nömrəli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 01 yanvar 1961-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1030/2020 nömrəli, 06 noyabr 2020ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququndan 2 (iki) il müddətinə məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müdd ətinin əvvəlinin 06 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1030/2020 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarı ilə Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 verdiyi apelyasiya şikayəti vermə müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.

4. Həmin qərardan Məhkum tərəfindən apelyasiya şikayəti verilmişdir.

5. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1995/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1030/2020 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. K assasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar

7. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddət məhkumun səhhətində olan xəstəliklərə görə buraxmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş edilir. III. Hüquqi məsələlər

8. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda ver ilir.

9. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

10. Cinayət işinin olan materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1030/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli hökmünün surəti məhkum edilmiş şəxs Məhkum 26 noyabr 2020-ci il tarixdə çatdırılmış və o, bu halı müvafiq qəbzi şəxsən imzalamaqla təsdiqləmişdir (cild 2, səh. 96).

11. Bununla belə, məhkumun müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə 20 iyun 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş, həmin vəsatət 21 iyun 2022-ci il tarixdə Bakı Ağır Cina yətlər Məhkəməsinə daxil olmuş, həmin anda məhkum tərəfindən hökmdən apelyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 01 il 6 aydan çox vaxt keçmişdir.

12. Məhkum birinci instansiya məhkəməsinin hökmündən qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayəti verməməsini səhhətində yaranmış ciddi problemlərin olması ilə izah etmişdir. Qeyd edilən dəlil əsaslı sayıla və prosessual müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiqləyən əsas kimi nəzərdən keçirilə bilməz ona görə ki, Məhkum səhhətində yaranmış problemlərlə bağlı məhkəməyə heç bir tibbi sənəd təqdim edilməmişdir.

13. Təsvir olunanlardan görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni, birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 07 iyul 2022-ci il və 14 oktyabr 2022-ci il tarixli qərarlarında müəyyən etdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2 maddəsinin tələb etdiyi prosessual müddət daxilində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1030/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.

14. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmaya cağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X5rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

15. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2022-ci il tarixli ilkin baxış qərarını əsaslı və qanuni hesab etməklə yanaşı, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1995/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli ilkin baxış qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar