Məhkəmə qərarları › İş №1(102)-749/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-749/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-749/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X3 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azə rbaycan Respublikası CM-in və ya CM-in) 128-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 1(103)-1132/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X9 23 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, hazırda heç yerdə işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ba kı şəhəri, ünvan 1 ünvanda yaşayır.

2. Bəraət almış şəxs X6 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 26 aprel 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi 15 saylı ünvanda yerləşən “Su İdman” sarayının qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağ qoluna vurub ona sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan postravmatik hemartrozu, sağ saidin dərialtı hematoması və sıyrıqları xəsarəti yetirməklə zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim X11) 7 mart 2023-cü i l tarixli, 1(009)-37/2023 nömrəli hökmü ilə X4 CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının X6 izah edilməsi müəyyən edilmişdir.

4. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi ), X8 və X1 ibarət məhkəmə tərkibində) 24 oktyabr 2023-cü il tarixli, 1(103)-1132/2023 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin və Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, X6 CM-in 128-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(009)-37/2023 nömrəli hökmünün verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfind ən kassasiya protesti və Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək, protestini onunla əsaslandırmışdır ki, işdə olan üç tibbi ekspertizanın rəyində Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xx.xx.2022-ci il tarixdə əmələ gələ bilməsi göstərilsə də, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs aldığı - sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan postravmatik hemartroz, sağ saidin dərialtı hematoması və sıyrıqları xəsarətlərinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi aydı nlaşdırılmamışdır. Məhkəmələrin ekspertiza rəylərini birmənalı şəkildə təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirmələri ümumiyyətlə əsassız və işin obyektiv hallarından kənara çıxan yanaşma olmuşdur. Ona görə ki, işdə olan üç ekspertiza rəyinin heç biri zərər çəkmiş Zərərçəkmiş şəxs ittihama əsasən aldığı xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi faktını təkzib etməmiş, rəylərdə xəsarətlərin hər iki şəraitdə, yəni şəxsin özü və başqası tərəfindən yetirilə bilmə ehtimalları açıqlanaraq şəraitin qiymətləndirilməsini digər sübutlardan asılı etmişdir.

8. Həmçinin, kassasiya protestinin müəllifi bəraət almış şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirlərinə istinadlar edərək qeyd edir ki, fərqli sübutların olduğu bu cinayət işi üzrə digər dolayı sübutların, xüsusən, münaqişəli ş əxslərin bir-birinə qarşı hadisəyə qədər olan davranış və münasibətlərinin araşdırılması da obyektiv həqiqəti müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, hadisəyə qədər zərərçəkmiş qadına qarşı təhlükəli davranışları mübahisəsiz olan bir şəxsin cinayət məsuliyyətindən kənarda qalması zərərçəkmiş şəxsin gələcək təhlükəsizliyinə real təhdid yaratmaqla bərabər, onun T.Qasımovun daha təhlükəli davranışlarına məruz qalmaq ehtimallarına da rəvac vermişdir.

9. Apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə X6 əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 1(103)-1132/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

10. Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmə mübahisənin mahiyyətinə, işin faktiki hallarına, təqsiriəndirilənin dəfələrlə zərəçəkmişi döyməsi və buna görə inzibati məsuliy yətə cəlb edilməsi, qısa müddətli, daha sonra uzun müddətli mühafizə orderinin tələblərini pozduğuna görə 500 manat məbləğində cərimə edilməsi hallarını araşdırmamış, həmçinin, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə, ölümlə hədələmə barədə müsajlarını araşdırmamış, onun həyatinin təhlükədə olması və dəfələrlə ölümlə hədələnməsi məsələlərini araşdırmayaraq onlara işin faktiki halları kimi hüquqi qiymət verməmişdir. Halbuki, həmin mesajlar, dəfələrlə ölümlə hədələmələr, “ya sən öləcəksən ya mən tutulacam” kimi bir çox sübut qismində təqdim edilmiş faktların heç birinə məhkəmə hökmündə hüquqi qiymət verməmişdir. Həmin faktları və sübutları görməzdən gəlmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tar ixli, 1(103)-1132/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

11. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir.

12. Kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinə etirazının olmadığını bildirib, kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə kassasiya p rotestinə etirazının olmadığını bildirib, kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi mü əyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Dövlət ittihamçısı kassasiya protestində, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X6 əsassız bəraət verildiyini iddia edərək, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasi ya protestini və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlər ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 1(103)-1132/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində əməldə c inayət tərkibinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir.

23. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

24. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

25. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

26. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasın da yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

27. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

28. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

29. Kassasiya protestində və kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessu al qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri di gərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

30. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına əsasən X9 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişdir.

31. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, cinayət işi materiallarında olan ekspertiza rəyləri və digər sübutlarla əlaqəli tədqiq edərək belə qənaətə gəlmişdir ki, Zərərçəkmiş şəxs hər üç tibbi ekspert rəyində müəyyən edilən xəsarətlərin qərarda göstərilən törənmə müddətində, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi göstərilsə də, ilk növbədə qərarlarda göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs sağ qoluna vurub ona sağ dirsək oynağının hərəkət məhdudluğu ilə m üşayiət olunan postravmatik hemartrozu, sağ saidin dərialtı hematoması və sıyrıqları xəsarətinin yetirilməsi əməlinin təqsirləndirilən şəxs tərəfindən edilib-edilməməsi aydınlaşdırılmalıdır. Çünki “məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” 26 aprel 2022-ci il tarixli, “komisyon məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” 20 iyun 2022-ci il tarixli və “komisyon məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” 20 iyun 2022-ci il tarixli qərarların heç bir preyudisial əhəmiyyəti yoxdur. Əgər həmin əməlin törədilməsi təsdiq edilərsə, onda qeyd edilən qərar əsasında alınmış tibbi ekspert rəyləri ittihamın əsasını təşkil edə bilər. Hazırkı iş üzrə ittihamda göstərilənlərə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan postravmatik hemartrozu, s ağ saidin dərialtı hematoması və sıyrıqları xəsarəti vardır. Lakin hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs həmin xəsarətlərin məhz təqsirləndirilən şəxs X9 tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs məhz həmin tarixdə və şəraitdə xəsarətlərin X9 tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər sübut toplanılmamışdır.

32. Həmçinin, iş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxslər kimi təqsirləndirilən şəxs X9, Zərərçəkmiş şəxs və şahidlər Şahid1 və Şahid2dur. Digər şahid X7 hadisəni birbaşa özü görməmişdir. Həmin şahidin məhz X4 zərərçəkmiş Zərərçəkmiş şəxs tibbi ekspert rəylərində göstərilən xəsarəti n yetirilməsinin şahidi olmamışdır. Həmin şahid ifadəsindəki xüsusatların başqa adamın dilindən eşitdiyini, hadisəni birbaşa görmədiyini bildirir. Belə olan halda həmin şahid ifadəsindən sübut kimi istifadə edilə bilməz və belə ifadə hazırkı ittihamın əsasını təşkil edə bilməz. Lakin iş üzrə hadisənin birbaşa şahidi olmuş şəxslər təqsirləndirilən şəxs X9, şahidlər Şahid1 və Şahid2 ifadələrində bildirirlər ki, Tofik və Nərminənin mübahisə etmişlər, həmin yerdə bir yaşlı xanım olmuş və o, həmin mübahisə edən şəxslərə “mühabisə etməyin” demişdir, mübahisə əsasən sözlə baş vermişdir, hadisə təxminən 4-5 dəqiqə çəkmişdir. Ailədaxili məsələ olduğunu düşünüb onlara müdaxilə etməmişdir. İttiham aktında göstərilən xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair yalnız zərərçəkən Zə rərçəkmiş şəxs ifadəsi mövcuddur.

33. Eyni zamanda, zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İş üzrə Şahid1 ifadəsindən müəyyən olunur ki, o, həmçinin Zərərçəkmiş şəxs X4 yaxasından tutduğunu görmüşdür. Bununla da Zərərçəkmiş şəxs mübahisənin yaranmasının təşəbbüskarı olmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X4 məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini təkzib edən halların müəyyən olunmadığın ı, əksinə həmin ifadənin səmimiliyinə dəlalət edən xüsusatın müəyyən edildiyini nəzərə almış və qəbul etmişdir.

34. Apellyasiya instansiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə əldə etdiyi sübutların cinayət işi materiallarında olan sübutlarla əlaqəli tədqiqi və təhlilinə əsaslanıb birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, X4 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mətəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından, birinci instansiya məhkəməsi düzgün olara q X6 bəraət vermişdir. Tərtib olunmuş prosessual sənədlər ona görə bu qədər natamam və ziddiyyətli olmuşdur ki, həmin sənədlər təbii baş verən hadisələr əsasında, onların həqiqi və real axımına uyğun deyil, insan təxəyyülünə uyğun qabaqcadan düşünülmüş və hazırlanmış, lakin real olaraq baş verməmiş “hadisələr” əsasında tərtib edilmişdir.

35. Göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları, xüsusilə də Zərərçəkmiş şəxs xəsarətlərin nə vaxt və kim tərəfindən yetirilməsinin mübahisə doğuran hal olduğunu, həmin hal üzrə ziddiyyətli və şübhəli məqamların olmasını nəzərə alıb, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta ye tirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – təqsirliliyinin sübuta yetirilməməsi və X6 Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

36. İttiham tərəfinin kassasiya müraciətinin əsası qismində istinad etdiyi, bəraət almış şəxs T.Qasımov barəsində hadisəyədək tətbiq edilmiş inzibati tənbeh tədbirlərinə istinadən “hadisəyə qədər zərərçəkmiş qadına qarşı təhlükəli davranışları mübahisəsiz olan bir şəxsin cinayət məsuliyyətindən azad edilməsinin qanunsuz olması” dəlilinə münasibətdə kassasiya kollegiyası qeyd edir ki, şəxs tərəfindən CM-də nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Belə ki, konkret olaraq hazırki əməlində təqsirliliyi sübuta yetirilmədiyi halda, şəxsin barəsində başqa məsuliyyət tədbirlərinin tətbiqi (barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi və.s hallar) onun barəsində ittiham hökmünün çıxarılmasına əsas verə bilməz.

37. Belə ki, CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

38. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasənş, heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

39. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

40. Kassasiya kollegiyası eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilən “ekspertiza rəyində... xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən törədilməsi aydınlaşdırılmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilən məsələnin araşdırılması cinayət-prosesinin hüquqi məsələlər ka teqoriyasına aid olduğundan ona qiymət verilməsi ekspertin səlahiyyətinə aid edilməmişdir. Belə ki, ekspert hadisənin baş vermə mexanizmini, bədən xəsarətlərinin xarakterinin və sağlamlığa zərər vurma dərəcəsini, xəsarətin yetirilmə şəraiti, kim tərəfindən yetirilməsinin ağlabatanlığına və.s səlahiyyətinə aid digər halların araşdırılmasına dair rəy vermə səlahiyyətinə malikdir. Cinayət işi materiallarında öz əksini tapan ekspertiza rəylərindən də (xx.xx.2022 və xx.xx.2022-ci il tarixli rəyləri) göründüyü kimi xəsarətlər əlçatan nahiyədə yerləşdiyindən onların istər şəxsin özü, istərsə də kənar şəxs tərəfində yetirilə bilməsi istisna edilməmişdir.

41. Bununla yanaşı məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində gös tərdiyi digər dəlilləri ilə əlaqədar olaraq bildirir ki, eyni dəlillər həmin şəxslər tərəfindən verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutlar və cinayət işi materiallarında olan digər sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.

42. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr dövlət ittihamçısının kassasiya protestində və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddə lərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində və şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X4 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

43. Belə olan halda həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

44. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillərə görə mübahisə ləndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.

45. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023cü il tarixli, 1(103)-1132/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 1(103)-1132/2023 nömrəli qəra rı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar